Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

Məclisinin deputatı seçilə bilər. Azərbaycan Respublikasının Milli Məclisi ümumi və

birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125 millət vəkilinin daxil olduğu

təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə, Milli Məclis dövlət

büdcəsini təsdiq



* Suverenlik (fr. souverainete - ali hakimiyyət) - öz daxili və xarici funksiyalarını azad və

sərbəst şəkildə dövlətin Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla

tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst

və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.




etməklə yanaşı, ona nəzarət işini də həyata keçirir. Azərbaycan Respublikasının Milli

Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.

Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra

hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

Azərbaycan Respublikasının Milli Məclisi Baş nazirin təyin edilməsinə razılıq verir və

Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsinə baxır. Azərbaycan

Respublikasının Milli Məclisi Prezidentin təqdimatına əsasən Konstitusiya

Məhkəməsi, Ali Məhkəmə, apelyasiya məhkəmələri hakimlərini təyin edir.

Azərbaycan Respublikasının Milli Məclisi öz işini ildə iki dəfə çağırılan yaz və payız

sessiyaları vasitəsilə həyata keçirir.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının

Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan

Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək

hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa

dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan

Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə

bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki

hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından

çoxunun səs çoxluğu ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan

Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.



Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını

təmin etmək məqsədilə Prezident Administrasiyasını təşkil edir və onun rəhbərini

təyin edir. Prezident Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini,

prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərini, habelə digər sənədlərin

layihələrini hazırlayır. Prezident Administrasiyası qəbul olunmuş qanunların,

prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir,

yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. Prezident

Administrasiyasında ümumi rəhbərliyi prezident həyata keçirir. Azərbaycan

Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili

məqsədilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra

orqanıdır, prezidentə tabedir və onun qarşısında cavabdehdir. Nazirlər Kabinetinin

tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti

orqanlarının rəhbərləri daxildirlər.

Rayon (şəhər) icra hakimiyyətləri də prezidentə tabe olmaqla icraedici funksiyanı

həyata keçirir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən hansı nazirlikləri tanıyırsınız?

Tanıdığınız nazirlik haqqında məlumat verin.



Azərbaycan Respublikasında nazirliklər, komitələr, Azərbaycan Respublikasının

Mərkəzi Bankı və bu kimi dövlət təşkilatlan da fəaliyyət göstərir.



Yaşadığınız rayonun İcra Hakimiyyəti haqqında məlumat verin.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında

məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata

keçirirlər.

Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,

Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya

məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər

ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq

təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası

vətəndaşları hakim ola bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci

maddəsinin birinci hissəsində qeyd edilir:



Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və

qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

Digər hakimiyyət qolları ilə yanaşı, məhkəmə hakimiyyəti bir sıra müəyyən

funksiyalar yerinə yetirir. Məhkəmə hakimiyyətinin əsas və həmişə mövcud olan

funksiyası ədalət mühakiməsinin həyata keçirilməsidir. Bu, “Məhkəmələr və

hakimlər haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsində də

təsbit olunur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin

fəaliyyəti yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmişdir.

Konstitusiyamızda qeyd edildiyi kimi məhkəmənin qəbul etdiyi qərarlar dövlətin

adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması

qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət

qurmağı əsas götürən Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya

Məhkəməsi barədə maddə də öz əksini tapmışdır. 130-cu maddədə göstərilir ki, hər

kəs onun hüquq və azadlıqlarını pozan orqanlar barədə, eləcə də pozulmuş insan

hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikasının

Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Həmçinin məhkəmələr də Azərbaycan

Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında müraciət edə

bilərlər.

Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasının

Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Bu məhkəmənin hakimlərini

Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının

Milli Məclisi təyin edir.




Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə