Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

dövlətə, yaxınlara sevgi hissi tərbiyə edilməsin. Bu cür əxlaqi dəyərlərin təbliği

gələcəyin sağlam əxlaqlı cəmiyyətinə işarədir. Əxlaq insanlararası münasibətlər,

eləcə də insanların mənəvi həyat və fəaliyyətinin birliyindən formalaşmışdır.

Əxlaqi mədəniyyətin əsasını insanların maraqları, tələbat və xarakterdən ibarət

dəyərlər təşkil edir. Cəmiyyətin mədəniyyəti insanlann irsi keyfiyyət və

tərbiyələrindən, eləcə də bütövlükdə cəmiyyətin maddi rifahından asılıdır.

Biz lap kiçik yaşlanmızdan böyüklərdən, ata-anamızdan, müəllimlərimizdən “düz ol”,

“doğru hərəkət et”, “yalan danışma”, “insanlara hörmət et”, “başqalarının haqqını

əlindən alma”, “darda olan insanlara kömək et”, “sinif yoldaşlarına qarşı diqqətli ol”

və s. bu kimi əxlaqlı olmağımıza xidmət edən sözlər eşidirik. Müsbət cəhətlərə malik

olan insanlar əxlaqlı, namuslu, ləyaqətli insanlar hesab olunur.

Cəmiyyət qarşılıqlı hörmətə və ehtirama söykənərək inkişaf edir. Hər kəsin digərinə

hörmətlə yanaşması, ətrafındakılara tolerant münasibət göstərməsi əxlaqi dəyərlər

kimi qiymətləndirilir. İnsan azad olsa da, cəmiyyətdə özünüidarəetmə bacarığına

malik olmalı, əxlaqlı davranmaqla ətrafındakılara hörmət etməlidir.

Gündəlik həyatınızda (evdə, küçədə və məktəbdəəməl etməli olduğunuz davranış

qaydalarına aid nümunələr göstərin.

İnsanların əxlaqlı davranışı iradəyə əsaslanır. İradəli insanlar daim əxlaq qaydalarına

riayət etməklə başqalanna, əsas da gənclərə nümunə göstərirlər. Bəzən siz hər

hansı pis vərdişlərinizi özünüzdən uzaqlaşdırmaqda çətinlik çəkirsiniz. Lakin əxlaqlı

və tərbiyəli olmaq üçün böyük iradə sərf etməklə mənfi xüsusiyyətlərinizi aradan

qaldıra bilərsiniz. Müsbət əxlaqi keyfiyyətləri: əməksevərlik, təvazökarlıq, nəzakət,

xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək,

başqasının halına yanmaq və s. kimi müsbət xüsusiyyətləri özünüzdə

formalaşdırmağa çalışın. Mənfi əxlaqi keyfiyyətləri: xainlik, yalançılıq, yaltaqlıq,

namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük,

riyakarlıq, şöhrətpərəstlik və s. kimi pis vərdişlərdən uzaq olun.

Əxlaqi hislər şəxsiyyətin mənəvi tələbatları və maraqları ilə bağlıdır. Bu hislər

insanların düzgün addım atmasına və düzgün hərəkət etməsinə kömək edir. Bəzən

hər hansı bir hadisəni qiymətləndirmək məcburiyyətində oluruq. Bu zaman məhz

əxlaqi hislərin köməyi ilə qərarlar veririk. Vicdanımız ədalətsiz qərar çıxarmağımıza

mane olur.




İctimai nəqliyyatda əxlaq qaydalarına zidd olan hansı hadisələrlə qarşılaşmısınız? Bu

vəziyyətdə siz necə hərəkət edərdiniz?

Əxlaq normaları böyük bir tarixi dövr ərzində formalaşır. İnsanların tələbat və həyati

maraqlarını, eləcə də bir çox nəsillərin dini və dünyəvi təcrübəsini əxlaqi dəyərlər

özündə əks etdirir. Əxlaqi dəyərlərin formalaşmasında bütün digər amillər kimi

dinin də rolu danılmazdır. Din insanları daim əxlaqlı yaşamağa çağırır. Ona görə də

dinə belə tərif verilir: “Din insanların səadətə çatmaq üçün inanaraq həyatlarına

tətbiq etdikləri əxlaqi dəyərlərin cəmidir”.

Əxlaq anlayışının dində yeri çox böyükdür. Dinlərin təməli əxlaqdır. Həm çoxallahlı

dinlərin, həm də səmavi dinlərin əsasını əxlaq təşkil edir.

Zərdüşt dininin müqəddəs kitabı olan “Avesta”da tərbiyə insan üçün zəruri bilinən

ən mühüm həyati tələbat kimi nəzərdə tutulur. Hamının tərbiyəyə möhtac olduğu və

cəmiyyətin hər bir üzvünə ədəb-ərkan, yaxşı adətlər, davranış və rəftar tərzi

öyrədilməsi vacib bilinir. Zərdüşt peyğəmbər deyirdi: “İnsan kamilləşməyə

möhtacdır. O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız, cəfəng ideyalara

deyil, torpağa, vətənə fəda edirlər. Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb

insan kimi də ölənləri sevirəm. O adamları sevirəm ki, canına cəfa verir, özündən

sonra bir iz qoymaq istəyir. Fədakar adamları sevirəm, indi qədir-qiymətləri

bilinməsə də, sabaha tək onlar üzüağ çıxacaqlar. Gözü, könlü tox, mənəmlik

buxovundan azad adamları sevirəm”.

Göründüyü kimi, “Avesta” öz çağırışları ilə insanları mənəvi kamilliyə, əxlaqi saflığa

səsləyir. Zərdüşt peyğəmbər ailə və birgəyaşayış qaydalarına da çox mühüm dəyər

vermişdir. O bu barədə deyirdi: “Ey ərlik qızlar və ey yeznələr! Təmizkar dolanışıq

uğrunda qeyrətlə çalışmaqda bir-birinizdən qabağa düşün! Bu həyat gücü ilə

özünüzü xoş və şad edərsiniz”.



“Avesta ”dan verilmiş nümunəni təhlil edin və nəticə çıxarın.

“Musa hökmləri” kitabında göstərilir ki, Allah qorxusu insanları bəd əməllərdən,

cinayətkarlıqdan çəkindirir, vicdanlı işləməyə istiqamətləndirir. Digər dinlərdə

olduğu kimi, xristianlıqda da “öldürmə!”, “oğurlama!”, “tərbiyəsizlik etmə!” ifadələri

insanın mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır.

İslam dini elmin bir çox sahələrini - fəlsəfəni, siyasəti, hüququ, etikanı, məntiqi,

psixologiyanı, pedaqogikanı və s. birləşdirir. İslam dininin özüllərinin, xüsusən də

Qurani-Kərim və peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) hədislərinin zəngin

tərbiyəedici imkanları vardır. Valideynə hörmət, əxlaq,



vətən, məhəbbət, vicdan, təmkinli olmaq, mülayimlik, yaxşılıq, təvazökarlıq,

qonaqpərvərlik, həya, elm, şərəf və s. barədə Məhəmməd peyğəmbər (s.ə.s.)

qiymətli fikirlər irəli sürmüşdür. Qurani-Kərim bəşər övladma münasibətdə diqqətli

olmağı və onun qayğısına qalmağı, günahı bağışlamağı əsas cəhət, müsbət keyfiyyət

sayır: “Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən

yaxşıdır”.

Məhəmməd peyğəmbər (s.ə.s.) hədislərinin tərbiyəedici imkanları da genişdir.

Həzrəti Məhəmməd (s.ə.s.), hər şeydən əvvəl, beşikdən qəbrədək elm öyrənməyi

tövsiyə edirdi. İnsanın təşəkkül tapıb formalaşmasından danışarkən Məhəmməd

peyğəmbər (s.ə.s.) tərbiyəyə daha çox əhəmiyyət verirdi: “Heç bir ata öz övladına

gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz”. Peyğəmbərin (s.ə.s.) həmin fikri bu

gün də öz dəyərini saxlayır. Həzrəti Məhəmməd (s.ə.s.) oğul və qızlarına layiqli

tərbiyə verməyi, öz övladlarının əxlaqının saflaşdırılmasının qayğısına qalmağı ata-

anaların borcu saymaqla yanaşı, eyni zamanda övladlardan tələb edirdi ki,

valideynlərinə hörmət və ehtiram göstərsinlər, ehtiyac duyduqda kömək əllərini

onlara uzatsınlar (“Ömrün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə

ehtiram etsin”, “Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar”).

Məhəmməd peyğəmbər (s.ə.s.) gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd-

nəsihətlərini eşitməyə çağırırdı. Həzrəti Məhəmməd (s.ə.s.) mərhəmət və

yaxşılıqdan söz açarkən məzlumlara əl tutmağın vacibliyini göstərir; qeyd edir ki,

Allahın ən çox sevdiyi ev yetimə hörmət bəslənilən evdir.

Həmçinin belə bir fikir irəli sürülür ki, mərhəmət edənlərə Allah da mərhəmət edir.

Bu o deməkdir ki, insan xeyirxahlıq göstərirsə, nə vaxtsa bu onun qarşısına çıxır,

yaxşılığının əvəzi verilir. Həzrəti Məhəmməd (s.ə.s.) insanlara




Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə