Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

tədbirli olmağı, bir iş görmək istəyəndə həmin işin nəticəsini düşünməyi məsləhət

bilirdi (“Bir iş görmək istəsən, sonunu düşün, sonu xeyirdirsə, ondan yapış, şərdirsə,

fikrindən daşın”).

İslam dininin əxlaqi dəyərlərinə münasibətinizi bildirin.

Sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Ailə kiçik

bir dövlətdir. Hər bir dövlətin öz qayda-qanunu olduğu kimi, bir ailənin də öz

mövcudluğunu qoruyub saxlaması üçün əxlaqi dəyərlər əsasdır. Hər bir valideyn

övladma mükəmməl tərbiyə verməklə, onu əxlaqlı insan kimi yetişdirməyə çalışır.

Öz sevgisi, şəfqəti, mərhəməti və məhəbbəti ilə nümunə olmağa çalışır. Ehtiyacı

olan, qaçqın və məcburi köçkün ailələrinə yardım, böyüklərə hörmət və ehtiram,

kiçiklərə qayğının özü də əxlaqi dəyərlərin nümunəsidir.



Oxuduğunuz əsərlərdən nümunə gətirməklə insanlara edilən müxtəlif yardımların

əxlaqi keyfiyyət olmasını əsaslandırın.

Din insan təfəkkürünün məhsuludur. Dini ideyaların təbliğ olunduğu bütün

kitablarda əsas təməl əxlaqi dəyərlərdir. Əxlaqi dəyərlərin isə daha çox qorunduğu

və saxlandığı məkan ailədir. Bu baxımdan birgəyaşayış qaydalan insanları əxlaqi

cəhətdən saflaşdıran ən önəmli ünsürdür. Din vasitəsilə insanların vəhdət halında

yaşamasını və kollektivçiliyi, birgəyaşayışın insan üçün əhəmiyyətini öyrənirik. Əxlaq

qaydaları insanların uzunmüddətli həyat təcrübəsindən qaynaqlanan davranış

kodeksləridir*. “Nəyi etmək olar, nəyi etmək olmaz?” suallarına verilən cavablar hər

bir xalqın milli əxlaqi ideyalarından doğan və mentaliteti təsdiq edən amillərdir.

Böyüyən gənclik də istər dinlə, istər elmlə birgəyaşayışın faydalanın və əxlaqi

dəyərlərin formalaşmasının mahiyyətini anlamalı və birgəyaşayış qaydalarına əməl

etməlidir.

1.  Xristianlıqda əxlaqi normalara münasibət bildirin.

2.  İslam dinində əxlaqi normalara münasibət bildirin.

3.  Ailəyə və yaxınlara hörmət, ehtiram və qayğıkeşliyin dini-əxlaqi dəyərlərə

əsaslandığını izah edin.

4.  Dində qadına, anaya hörməəxlaqın bir hissəsidir fikrini faktlara əsasən şərh

edin.

Kodeks — qanunların sistemə salınmış toplusu, məcəllə; digər bir mənası isə



əxlaq, əqidə, görüş, adət normaları məcmusu.



1. SAĞLAM HƏYAT - SAĞLAM AİLƏ

Sxemi necə tamamlamaq olar?

Reproduktiv sağlamlığın qorunması nə üçün sağlam həyat tərzinin əsas şərti hesab

olunur?

Gənclərimizin təhsili, məşğulluğu, sağlamlığı daim dövlətin diqqət mərkəzindədir.

Sağlamlığın şərtlərindən biri olan reproduktiv sağlamlıq yalnız tibbi anlayış olmayıb,

eyni zamanda özündə sosial, mənəvi və psixoloji komponentləri birləşdirir.

Reproduktiv sağlamlıq - insanın fiziki, mənəvi və sosial rifah halıdır. Gənclərin

reproduktiv sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindəndir. Bu

gün reproduktiv sağlamlıq qlobal məsələlərdən biri hesab olunur. Xüsusi ilə

gənclərin ailə qurarkən rastlaşdığı çətinliklər, maddi və mənəvi ehtiyaclar, onların

sosial müdafiəsi böyük həssaslıq tələb edir.

Sağlam ailənin qurulması üçün vacib olan amillər hansılardır? Fikirlərinizi

yoldaşlarınızla müzakirə edin.

Hər birimiz tərbiyəni ailədə aldığımızdan gigiyenik tərbiyənin ilk təməli də məhz

burada qoyulur. Bəzən gənc anaların buraxdıqları səhvlər müəyyən xoşagəlməz

hallara səbəb olur. Uşaqların fiziki sağlamlığının bir qolu olan reproduktiv

sağlamlığa laqeyd münasibət bir çox ağır xəstəliklərə və hətta sonsuzluğa səbəb

olur.



Reproduktiv sağlamlığın qorunub saxlanması aşağıda göstərilən şərtlər daxilində

mümkündür.

Siz ömrünüzün ən gözəl çağını, yeniyetməlik dövrünü yaşayırsınız. Bu dövr bir

tərəfdən arxayınçılıq, digər tərəfdən də inamsızlıq dövrüdür. Bu dövrün necə

keçməsi sizin bu yeniliklərə hazırlığınızdan asılıdır.

Reproduktiv sağlamlığın təməli uşaq yaşlarında qoyulur, yeniyetməlik dövründə

güclü inkişaf edir və həyat boyu qorunub saxlanılır.



Yeniyetməlik dövründə qızların və oğlanların orqanizmində aşağıdakı ümümi

dəyişikliklər baş verir:



Boyda və çəkidə artım, əzələ sistemində inkişaf;

Cinsi yetişkənlik;

Səsin dəyişməsi (qızlarda nisbətən az);

Dərinin piy vəzilərinin aktivliyi, bəzən sızanaqların əmələ gəlməsi;

Qoltuqaltı tər vəzilərinin inkişafı.

Cəmiyyətin sağlamlıq göstəricilərindən biri olan reproduktiv sağlamlığın

qorunmamasını təhlükə hesab etmək olar. Çünki reproduktiv sağlamlığın

qorunması baxımından vacib olan şərtlərə əməl olunmazsa, sağlam nəsillərin

yaranması mümkün deyil.

Ailə planlaşdırılması - nikah üçün

sərbəst seçimi təmin edir, ailədə

uşaqların sayını müəyyənləşdirir.

Ailədə uşaqların miqdarı valideynlərin

dini tərbiyəsi, həyat tərzi, təhsili,

mümkün olan imkanlarından asılıdır.



Zorakılığın olmaması - İnsanlar

cinsindən asılı olmayaraq, bərabər

hüquqlara malikdir. Ancaq çox vaxt

qadınlarin hüquqlarının pozulma

hallarının şahidi oluruq. Ailədə qadına

qarşı zorakılıq tam dözülməzdir. Qadın

ana, bacı, qız və ya həyat yoldaşıdır.

Ailəsini xoşbəxt, övladlarının nəcib

insanlar kimi böyüməsini istəyən hər

bir kəs qadınlara dayaq olmalıdır.



Cinslər arasında normal münasibət

- əks cinslərə hörmətlə yanaşmaq,

onlara dəyər verməyi, davranışda

məsuliyyət hiss etməyi nəzərdə tutur.

Yəni hər bir şəxs reproduktiv

sağlamlığı təmin edən kompleks rifah

hüququna malikdir.

Cinsi yolla yoluxan xəstəliklərin

(CYYX) olmaması - reproduktiv

sağlamlıq üçün vacib şərtlərdən

biridir. CYYX-yə QİÇS, Herpes və s. bu

kimi xəstəlikləri göstərmək olar.

Xəstəliklər içərisində ən

təhlükəlilərdən biri QİÇS-dir. O,

insanın immun sistemini tədricən

dağıdır və xəstənin ölümünə səbəb

olur.

Şəxsi gigiyena - dəri, saç və dırnaqlara, hərəkət və qamətə, geyimə,

qidalanmaya verilən gigiyenik tələblərin, reproduktiv orqanlara qulluq etməyin

kompleks vəhdətidir. Reproduktiv orqanlar, onların funksiyaları, onlara qulluq

qaydaları haqqında məlumatsızlıq qarşısıalınmaz xəstəliklərə səbəb ola bilər.

Çoxalma sistemi ifrazat sistemi ilə əlaqəli olduğuna görə onun gigiyenası

vacibdir. Bu üzvlər təmiz saxlanılmadıqda onlarda başlayan infeksiyalar yayılaraq

həm cinsiyyət orqanların, həm də ifrazat orqanlarını - böyrəkləri, sidik axarlarını,

sidik kisəsini və sidik kanalını zədələyir, müxtəlif xəstəliklər törədir.




Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə