458
dünyəvi dövlətin beşiyi başında dayandı. Onun hərbi istedadı, dövləti idarə etmək
bacarığı, verilmiş «Atatürk» adının ali ləyaqətinə bütünlüklə uyğun gəlirdi.
I Dünya müharibəsinin digər maraqlı epizodlarından biri ondan ibarətdir ki,
müharibə dövründə gələcək İtaliya duçesi Benito Mussolini İngiltərənin casusu kimi
xidmət göstərmişdi və casusluq fəaliyyətinə görə Britaniya hökumətindən xeyli pul
almışdı.
10. Sülhün məqsədləri
1919-cu ilin yanvarında Parisdə toplanan qalib Müttəfiqlərin sülh konfransında
dövlətlərin çoxu xeyli daha praqmatik motivlər əsasında hərəkət edirdi. Milli maraqlar,
həmçinin Paris sülh konfransında Böyük Britaniya baş naziri Lloyd Corc 1918-ci ildəki
seçkilərdə almanların dəhşətli müharibəyə görə haqq ödəməli olduqlarını vurğulamaq
hesabına həlledici qələbə qazanmışdı.
Fransa sülhə, milli təhlükəsizliyinə aid ümidlərlə konfransa gəlmişdi. Fransanın
baş naziri Jorj Klemanso inanırdı ki, fransız xalqı alman təcavüzünün başlıca zərbəsinə
məruz qaldığından intiqam hissi ilə doludur. Həm də gələcək alman təcavüzünə qarşı
öz təhlükəsizliyinə əmin olmağa layiqdir. Klemanso Almaniyanın demilitarizasiya
olunmasını, müharibənin haqqına görə böyük alman təzminatlarının ödənilməsini,
Fransa ilə Almaniya arasında bufer dövlət kimi ayrıca Reynlandın olmasını istəyirdi. Bu
tələbələrə ABŞ prezidenti Vudro Vilson qisas duyğusunda olan və milli öz
müqəddəratını təyin etmək prinsipinə əks olan kimi baxırdı.
Baxmayaraq ki, 27 millət Paris Sülh Konfransında təmsil olunmuşdu, ən vacib
qərarları isə Vilson, Klemanso və Lloyd Corc verirdi. İtaliya Böyük Dörd dövlətdən biri
hesab edilsə də, çox az əhəmiyyətə malik olan bir rol oynayırdı. Əlbəttə ki, Almaniya
gəlməmişdi, Rusiyada vətəndaş müharibəsi getdiyinə görə, o da dəvət olunmamışdı.
Vilson belə qərara gəlmişdi ki, «Millətlərin Liqası» gələcək müharibələrin
qarşısını alacaqdır. Klemanso və Lloyd Corc bərabər qaydada Almaniyanın
cəzalandırılması qətiyyətində idilər. Axırda yalnız kompromiss sülh razılaşmasına nail
olmağı mümkün etdi. 25 yanvar 1919-cu ildə konfrans Millətlər Liqasının prinsiplərini
qəbul etdi. Klemanso həmçinin Fransanın təhlükəsizliyi üçün bəzi qarantiyalar əldə
etməkdən ötəri kompromissə getdi. Böyük Britaniya və Birləşmiş Ştatlar söz verdilər ki,
Almaniya Fransaya hücum etsə, axırıncıya kömək göstərəcəklər.
Parisdə son sülh razılaşmaları məğlub edilmiş millətlərlə – Almaniya, Avstriya-
Macarıstan, Bolqarıstan və Osmanlı imperiyası ilə beş ayrıca müqavilələrdən ibarət idi.
Versal müqaviləsi 28 iyun 1919-cu ildə Almaniya ilə imzalanmaqla daha mühüm
əhəmiyyət kəsb edirdi. Almanlar kəskin sülh gözləyirdilər, lakin müqavilə daha sərt
oldu. Almanlar xüsusən «Müharibə təqsiri maddəsi» adlanan 231-ci maddə ilə özlərini
bədbəxt hesab etdilər. Ona görə Almaniyanın və Avstriyanın müharibəni başlamağa
görə məsuliyyət daşıdığı bəyan edildi və göstəriş verildi ki, Almaniya vurduğu bütün
ziyanlara görə təzminat ödəməlidir. Çünki müharibə «onların (Müttəfiqlərin) üzərinə
Almaniyanın və onun müttəfiqlərinin təcavüzü ilə qoyulmuşdur». Müqavilə təzminatın
459
miqdarını müəyyən etmədi, bu, sonralar təzminat komissiyası tərəfindən müəyyən
ediləcəkdi.
Almaniya öz ordusunun tərkibinin 100 min nəfər olması üçün onu ixtisar etməli
idi, hərbi-dəniz qüvvələrindən imtina etməli və hərbi-hava qüvvələrini məhv etməli idi.
Almaniyanın ərazi itkiləri Elzas və Lotaringiyanın Fransaya və Prussiyanın
bölmələrinin yeni Polşa dövlətinə verilməsi idi. Üç kiçik ərazi Belçikaya verildi,
Lüksemburq alman birliyindən azad edildi. Sileziya zonaları Almaniyadan alınıb
Çexoslovakiyaya verildi.
«Diktə olunan sülhdə» qəzəblənən yeni Almaniya hökuməti müqaviləni qəbul
etməkdənsə, ona müqavimət göstərməyə and içdi, lakin o, heç bir real alternativə malik
deyildi. Müqaviləni rədd etmək müharibənin bərpa edilməsi demək idi və bu, artıq
mümkün deyildi.
Əvvəlkindən fərqli yeni ərazidə yaranan Avstriya dövlətinin müstəqilliyi
tanındı. Artıq əvvəlki imperiyadan əsər-əlamət yox idi.
Əsrlərlə yaşı olan Osmanlı imperiyası müharibədən sonrakı sülh razılaşması ilə
parçalandı. Müttəfiqlər Osmanlı imperiyasının Orta Şərqdəki ərəb dövlətlərinin
müstəqilliyini tanıyacaqlarını vəd etdilər. Lakin avropalıların imperialist adətləri
çətinliklə ölürdü. Müharibədən sonra Fransa Livan və Suriya üzərində nəzarəti ələ
keçirdi. Britaniya isə İraqı və Palestinanı aldı. Hər iki qazanılan səlahiyyətlər mandatlar
adlanırdı. Müstəmləkə ərazilərinin Müttəfiqlər tərəfindən haqsız olaraq anneksiyasına
Vudro Vilson zidd çıxdıqda, sülh razılaşması mandatlar sistemini yaratdı. Bu yolla bir
millət rəsmi cəhətdən Millətlər Liqasının xeyrinə ərazini idarə etməli idi. Bu, bir daha
onu göstərdi ki, öz müqəddəratını həll etmə prinsipi əsasən avropalılar üçündür.
10 avqust 1920-ci ildə Fransada bağlanan Sevr müqaviləsinə görə isə türklər
əcnəbi hakimiyyət altında olan ərazilərə iddiasından əl çəkməli idi. Bunlar Misir,
Liviya, Tunis, Kipr, Dadekanlar, Lemnos, Samofrakiya, Lesbos, Xios və İkariya idi. Bu
müqaviləyə görə, Ermənistan müstəqil olmalı, Kürdüstana isə muxtariyyət verilməli
idi. Lakin Mustafa Kamal və Türkiyə hökuməti Sevr müqaviləsinə tabe olmaqdan
imtina etdi. Ona görə də bu müqavilənin ömrü qısa oldu, bəzi cəhətlərinə görə həyata
keçmədi və 1923-cü ildəki Lozanna Konfransında ləğv edildi.
Parisdə danışıqlarının aparıldığı sülh razılaşması da tezliklə hücuma məruz
qaldı, özü də təkcə məğlub edilmiş Mərkəzi Dövlətlər tərəfindən deyil, həm də sülh
yaradanların uzağı görə bilməmələrini hiss edən digərləri tərəfindən. Bəzi xalqlar bunu
qəbul edirdilər ki, razılıq həmin şəraitlərdə nail oluna bilmənin ən yaxşısıdır. Onlar
inanırdılar ki, öz müqəddəratını həll etmə, mərkəzi təşkil olunma prinsiplərinə ağıllı
qaydada xidmət edir və Millətlər Liqasının yaradılması gələcək münaqişələri dinc yolla
həll ediləcəyinə müəyyən ümid verir. Lakin 20 ilin içində Avropa yenidən məhvedici
münaqişəyə cəlb edildi. Bəzi tarixçilərin güman etdiyi kimi, 1919-cu il sülhünün
uğursuzluğu razılığın strukturundan daha çox, ona məcbur edilmənin yoxluğu ilə izah
edilə bilərdi.
Sülhə uğurlu qaydada məcbur edilməsi onun prinsipial arxitekturasına fəal
qaydada müdaxiləni zəruri edirdi, xüsusən yeni alman dövlətinin sülhsevər və
demokratik respublika kimi imkanlarına köməklik göstərilməsində bu hiss olunurdu.
Birləşmiş Ştatlar Senatının Versal sülhünü ratifikasiya etməkdə uğursuzluğa düçar