Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə228/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   224   225   226   227   228   229   230   231   ...   239

458 

 

dünyəvi dövlətin beşiyi başında dayandı. Onun hərbi istedadı, dövləti idarə etmək 



bacarığı, verilmiş «Atatürk» adının ali ləyaqətinə bütünlüklə uyğun gəlirdi.  

I Dünya müharibəsinin digər maraqlı epizodlarından biri ondan ibarətdir ki, 

müharibə dövründə gələcək İtaliya duçesi Benito Mussolini İngiltərənin casusu kimi 

xidmət göstərmişdi və casusluq fəaliyyətinə görə Britaniya hökumətindən xeyli pul 

almışdı.  

 

 



10. Sülhün məqsədləri 

 

1919-cu ilin yanvarında Parisdə toplanan qalib Müttəfiqlərin sülh konfransında 



dövlətlərin çoxu xeyli daha praqmatik motivlər əsasında hərəkət edirdi. Milli maraqlar, 

həmçinin Paris sülh konfransında Böyük Britaniya baş naziri Lloyd Corc 1918-ci ildəki 

seçkilərdə almanların dəhşətli müharibəyə görə haqq ödəməli olduqlarını vurğulamaq 

hesabına həlledici qələbə qazanmışdı. 

Fransa sülhə, milli təhlükəsizliyinə aid ümidlərlə konfransa gəlmişdi. Fransanın 

baş naziri Jorj Klemanso inanırdı ki, fransız xalqı alman təcavüzünün başlıca zərbəsinə 

məruz qaldığından intiqam hissi ilə doludur. Həm də gələcək alman təcavüzünə qarşı 

öz təhlükəsizliyinə əmin olmağa layiqdir. Klemanso Almaniyanın demilitarizasiya 

olunmasını, müharibənin haqqına görə böyük alman təzminatlarının ödənilməsini, 

Fransa ilə Almaniya arasında bufer dövlət kimi ayrıca Reynlandın olmasını istəyirdi. Bu 

tələbələrə ABŞ prezidenti Vudro Vilson qisas duyğusunda olan və milli öz 

müqəddəratını təyin etmək prinsipinə əks olan kimi baxırdı.  

Baxmayaraq ki, 27 millət Paris Sülh Konfransında təmsil olunmuşdu, ən vacib 

qərarları isə Vilson, Klemanso və Lloyd Corc verirdi. İtaliya Böyük Dörd dövlətdən biri 

hesab edilsə də, çox az əhəmiyyətə malik olan bir rol oynayırdı. Əlbəttə ki, Almaniya 

gəlməmişdi, Rusiyada vətəndaş müharibəsi getdiyinə görə, o da dəvət olunmamışdı.  

Vilson belə qərara gəlmişdi ki, «Millətlərin Liqası» gələcək müharibələrin 

qarşısını alacaqdır. Klemanso və Lloyd Corc bərabər qaydada Almaniyanın 

cəzalandırılması qətiyyətində idilər. Axırda yalnız kompromiss sülh razılaşmasına nail 

olmağı mümkün etdi. 25 yanvar 1919-cu ildə konfrans Millətlər Liqasının prinsiplərini 

qəbul etdi. Klemanso həmçinin Fransanın təhlükəsizliyi üçün bəzi qarantiyalar əldə 

etməkdən ötəri kompromissə getdi. Böyük Britaniya və Birləşmiş Ştatlar söz verdilər ki, 

Almaniya Fransaya hücum etsə, axırıncıya kömək göstərəcəklər.  

Parisdə son sülh razılaşmaları məğlub edilmiş millətlərlə – Almaniya, Avstriya-

Macarıstan, Bolqarıstan və Osmanlı imperiyası ilə beş ayrıca müqavilələrdən ibarət idi. 

Versal müqaviləsi 28 iyun 1919-cu ildə Almaniya ilə imzalanmaqla daha mühüm 

əhəmiyyət kəsb edirdi. Almanlar kəskin sülh gözləyirdilər, lakin müqavilə daha sərt 

oldu. Almanlar xüsusən «Müharibə təqsiri maddəsi» adlanan 231-ci maddə ilə özlərini 

bədbəxt hesab etdilər. Ona görə Almaniyanın və Avstriyanın müharibəni başlamağa 

görə məsuliyyət daşıdığı bəyan edildi və göstəriş verildi ki, Almaniya vurduğu bütün 

ziyanlara görə təzminat ödəməlidir. Çünki müharibə «onların (Müttəfiqlərin) üzərinə 

Almaniyanın və onun müttəfiqlərinin təcavüzü ilə qoyulmuşdur». Müqavilə təzminatın 




459 

 

miqdarını müəyyən etmədi, bu, sonralar təzminat komissiyası tərəfindən müəyyən 



ediləcəkdi.  

Almaniya öz ordusunun tərkibinin 100 min nəfər olması üçün onu ixtisar etməli 

idi, hərbi-dəniz qüvvələrindən imtina etməli və hərbi-hava qüvvələrini məhv etməli idi. 

Almaniyanın ərazi itkiləri Elzas və Lotaringiyanın Fransaya və Prussiyanın 

bölmələrinin yeni Polşa dövlətinə verilməsi idi. Üç kiçik ərazi Belçikaya verildi, 

Lüksemburq alman birliyindən azad edildi. Sileziya zonaları Almaniyadan alınıb 

Çexoslovakiyaya verildi.  

«Diktə olunan sülhdə» qəzəblənən yeni Almaniya hökuməti müqaviləni qəbul 

etməkdənsə, ona müqavimət göstərməyə and içdi, lakin o, heç bir real alternativə malik 

deyildi. Müqaviləni rədd etmək müharibənin bərpa edilməsi demək idi və bu, artıq 

mümkün deyildi.  

Əvvəlkindən fərqli yeni ərazidə yaranan Avstriya dövlətinin müstəqilliyi 

tanındı. Artıq əvvəlki imperiyadan əsər-əlamət yox idi. 

Əsrlərlə yaşı olan Osmanlı imperiyası müharibədən sonrakı sülh razılaşması ilə 

parçalandı. Müttəfiqlər Osmanlı imperiyasının Orta Şərqdəki ərəb dövlətlərinin 

müstəqilliyini tanıyacaqlarını vəd etdilər. Lakin avropalıların imperialist adətləri 

çətinliklə ölürdü. Müharibədən sonra Fransa Livan və Suriya üzərində nəzarəti ələ 

keçirdi. Britaniya isə İraqı və Palestinanı aldı. Hər iki qazanılan səlahiyyətlər mandatlar 

adlanırdı. Müstəmləkə ərazilərinin Müttəfiqlər tərəfindən haqsız olaraq anneksiyasına 

Vudro Vilson zidd çıxdıqda, sülh razılaşması mandatlar sistemini yaratdı. Bu yolla bir 

millət rəsmi cəhətdən Millətlər Liqasının xeyrinə ərazini idarə etməli idi. Bu, bir daha 

onu göstərdi ki, öz müqəddəratını həll etmə prinsipi əsasən avropalılar üçündür.  

10 avqust 1920-ci ildə Fransada bağlanan Sevr müqaviləsinə görə isə türklər 

əcnəbi hakimiyyət altında olan ərazilərə iddiasından əl çəkməli idi. Bunlar Misir, 

Liviya, Tunis, Kipr, Dadekanlar, Lemnos, Samofrakiya, Lesbos, Xios və İkariya idi. Bu 

müqaviləyə görə, Ermənistan müstəqil olmalı, Kürdüstana isə muxtariyyət verilməli 

idi. Lakin Mustafa Kamal və Türkiyə hökuməti Sevr müqaviləsinə tabe olmaqdan 

imtina etdi. Ona görə də bu müqavilənin ömrü qısa oldu, bəzi cəhətlərinə görə həyata 

keçmədi və 1923-cü ildəki Lozanna Konfransında ləğv edildi.  

Parisdə danışıqlarının aparıldığı sülh razılaşması da tezliklə hücuma məruz 

qaldı, özü də təkcə məğlub edilmiş Mərkəzi Dövlətlər tərəfindən deyil, həm də sülh 

yaradanların uzağı görə bilməmələrini hiss edən digərləri tərəfindən. Bəzi xalqlar bunu 

qəbul edirdilər ki, razılıq həmin şəraitlərdə nail oluna bilmənin ən yaxşısıdır. Onlar 

inanırdılar ki, öz müqəddəratını həll etmə, mərkəzi təşkil olunma prinsiplərinə ağıllı 

qaydada xidmət edir və Millətlər Liqasının yaradılması gələcək münaqişələri dinc yolla 

həll ediləcəyinə müəyyən ümid verir. Lakin 20 ilin içində Avropa yenidən məhvedici 

münaqişəyə cəlb edildi. Bəzi tarixçilərin güman etdiyi kimi, 1919-cu il sülhünün 

uğursuzluğu razılığın strukturundan daha çox, ona məcbur edilmənin yoxluğu ilə izah 

edilə bilərdi.  

Sülhə uğurlu qaydada məcbur edilməsi onun prinsipial arxitekturasına fəal 

qaydada müdaxiləni zəruri edirdi, xüsusən yeni alman dövlətinin sülhsevər və 

demokratik respublika kimi imkanlarına köməklik göstərilməsində bu hiss olunurdu. 

Birləşmiş Ştatlar Senatının Versal sülhünü ratifikasiya etməkdə uğursuzluğa düçar 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə