Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə229/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   225   226   227   228   229   230   231   232   ...   239

460 

 

olması ancaq o demək idi ki, Birləşmiş Ştatlar heç vaxt Millətlər Liqasına 



qoşulmayacaqdır. Senat həmçinin Böyük Britaniya və Fransa ilə Vilsonun müdafiə 

ittifaqını rədd etdi. Artıq 1919-cu ilin sonundan Birləşmiş Ştatlar elə bir siyasət 

götürmüşdü ki, o, gələcək Avropa müharibələrinə birbaşa qoşulmağı 

məhdudlaşdırmaq niyyətini güdürdü.  

Bu geri çəkilmə dəhşətli nəticələrə səbəb oldu. Amerikanın Britaniya və Fransa 

ilə müdafiə yönlü ittifaqdan geri çəkilməsi, Britaniyanın da ondan geri çəkilməsinə yol 

açdı. Özünü Avropa işlərindən uzaqlaşdıran Birləşmiş Ştatlar Fransanı məcbur etdi ki, 

köhnə düşməni ilə təkbaşına üz-üzə gəlsin, bu qəzəblənmiş milləti Almaniyaya qarşı 

güclü hərəkətlər etməyə aparmaqla, yalnız Almaniyanın hiddətini artırırdı. 1919-cu ilin 

sonundan bu da üzə çıxdı ki, bir neçə ay əvvəl bağlanmış sülh artıq çözələnməyə 

başlamışdır.  

I Dünya müharibəsinin başa çatması ilə Avropanın və Asiyanın xəritəsində 

mühüm dəyişikliklərin meydana gəlməsi isə daha ehtiyatlı hərəkət edilməsini, bu sülhü 

möhkəmləndirmək tədbirləri görülməsini tələb edirdi.  

Rusiyada baş verən inqilablar 300 illik Romanovlar sülaləsinin hökmranlığına və 

imperiyanın mövcudluğuna son qoymuşdu. Polşa və Finlandiya Rusiyadan ayrılaraq 

öz müstəqil dövlətlərini qurmuşdu. İmperiyanın geniş ərazisində sonralar SSRİ kimi 

nəhəng totalitar dövlət yarandı. II Dünya müharibəsində çox sayda məğlubiyyətlərə 

məruz qalan Sovet ordusu, Hitler nasizmi üzərində qələbəyə nail olunmasında mühüm 

rol oynamışdı. Bu, ona Şərqi Avropada sosializm sistemini qurmağa imkan vermişdi.  

Almaniya I Dünya müharibəsində məğlub olsa da, öz torpaqlarına düşmən 

əsgərinin ayaq basmasını görməmişdi, ona görə də müharibədən əvvəlki ərazisinin əsas 

özəyini saxlaya bildi. Lakin Paris Sülh konfransındakı qərarlarında Almaniya kəskin 

qaydada alçaldığı qənaətinə gəldi. Onun Afrikadakı müstəmləkə torpaqları, Çindəki 

təsir zonaları, həmçinin özünün əraziləri əlindən çıxmışdı. Hərbi qüvvələrinə vurulan 

zərbə ilə yanaşı, ixtisar edilməsi və bəzi növlərdən imtina edilməli, həmçinin iri 

məbləğdə təzminat ödəməyə məcbur edilməsi başqa niyyətlər güdən Almaniyanı ağır 

vəziyyətə salmışdı. Bir qədər sonra noyabrda ölkədə inqilab baş verdi və doqquz ay 

sonra, 1919-cu ilin iyulunda Veymar Respublikası yarandı.  

Avstriya-Macarıstan imperiyası imperator I Frants-İosifin imzası ilə I Dünya 

müharibəsinə girsə də, bu imza dörd il sonra imperiyanın məhv olması barədəki bir 

hökmə çevrildi. Onun özü müharibənin sonunu, imperiyanın dağılmasını görmədən, 

1916-cı ildə həyatdan getdi. İmperiyadan olan Avstriya və Macarıstanın hər ikisi xeyli 

ərazi itkiləri ilə yanaşı, özlərini dövlət kimi qoruyub saxladı, imperiyanın bəzi 

ərazilərində isə müstəqil dövlətlər meydana gəldi.  

Osmanlı imperiyasının ləğv olunması ilə Avropanın bu «Xəstə adamının» 

aqoniyasına birdəfəlik son qoyuldu. Onun müstəmləkə şəbəkəsi kart evciyi kimi sürətlə 

dağıldı. Onsuz da 1908-ci ildəki Gənc Türklər inqilabından sonra Osmanlı imperiyası 

koma vəziyyətində idi. 1914-1915-ci illərin qışında Türkiyənin Qafqazlara və Sinay 

səhrasına hücumları uğursuzluqla nəticələnmişdi. Bu əməliyyatlar əslində Rusiya və 

Britaniya qüvvələrini oraya cəlb etməklə, onların Avropa müharibə teatrından 

yayındırılması məqsədini güdən alman strategiyasına xidmət edirdi. Britaniya buna 

Qallipolidə cavab verməyə cəhd etdikdə, ağır məğlubiyyətlə üzləşməli oldu. İngilislər 



461 

 

yarımadadan geri qayıtmağa məcbur oldular. Ruslar isə 1916-cı ilin yanvarında Şərqi 



Türkiyədə hücuma keçib, Ərzurumu, bir qədər sonra isə Trabzonu, Ərzincanı 

götürdülər.  

Heç də sirr deyildir ki, ABŞ-ın Müttəfiqlər tərəfdə müharibəyə qoşulması təkcə 

pat vəziyyətinə deyil, ümumiyyətlə, ona bütünlüklə son qoymağı mümkün etdi. Alman 

sualtı qayıqlarının əməl gətirdiyi bəlalarla yanaşı, Almaniyanın Mərkəzi Amerikada da 

özünə dayaq nöqtəsi yaratmaq məqsədi bu məsələdə az rol oynamadı. Almaniya

Meksika sahillərində özünə hərbi-dəniz bazası yaratmaq barədə Meksika hökumətinə 

təklif irəli sürdü və bildirdi ki, əgər ABŞ müharibəyə girsə, Meksika Almaniyanın 

müttəfiqinə çevrilməklə Texası, Nyu-Meksikonu və Arizonanı ABŞ-dan geri alacaqdır. 

Axı XIX əsrin ortalarınadək bu ərazilər Meksikaya məxsus olmuşdu. Bu xəbər prezident 

Vilsona, sonra isə mətbuata çatdı. Bu vaxt amerikalılar Almaniyaya qarşı müharibə 

tələb etməyə başladılar. Həm də 18 mart 1917-ci ildə alman sualtı qayığı ABŞ-ın üç 

ticarət gəmisini batırdı və iki gün sonra Vilson qərara gəldi ki, Birləşmiş Ştatlar 

Almaniyaya müharibə elan etməlidir. Konqres xüsusi sessiyaya yığıldı və aprelin 6-da 

müharibə barədə prezidentin bilavasitə bəyanatı səsləndi. Bundan hələ bir il əvvəl isə 

ABŞ Antantaya maddi ehtiyat təchizatı və kredit verməklə, onun geniş kömək 

göstərmək niyyəti özünü büruzə vermişdi. 1917-ci ildən müharibə başa çatana qədər 

Müttəfiqlər Birləşmiş Ştatlardan 7 milyard dollar məbləğində borc almışdı.  

Türklər ərəb ölkələrini itirmələri ilə məğlubiyyətlərinə görə barışsalar da, 

Türkiyənin Avropadan kənarlaşdırılması barədəki göstərişlərə dözə bilmədilər. Bu vaxt 

Yunanıstan 1919-cu ilin mayında İzmiri işğal etmək səlahiyyətinə yiyələndi, Britaniya 

baş naziri Lloyd Corc hökumətinin təhriki ilə yunanlar yeni hücumlara başladılar. 

Onlar İzmirlə millətçilərin paytaxtı olan Ankara arasındakı böyük ərazinin yarısına 

bərabər məsafədə hərəkət etdilər.  

Yunanlarla türklər arasında döyüş davam edirdi – türklər 1921-ci ilin 

sentyabrında Sakarya çayı üstündə yunanlar üzərində qələbə çaldılar və oktyabrda isə 

Fransa Türkiyə ilə separat sülh bağladı. 1921-ci ilin martında isə Millətçi Türkiyə Sovet 

Rusiyası ilə, sonra Zaqafqaziya sovet respublikaları ilə, 1922-ci ilin yanvarında isə Sovet 

Ukraynası ilə dostluq müqavilələri bağladı.  

1922-ci ilin avqustunda türklərin yunanları darmadağın edən qələbəsindən sonra 

onlar İzmiri azad etdilər. Türklər Boğazlar zonasının beynəlmiləlləşdirilməsi 

məsələsinə dönəndə, fransız və italyan qüvvələri geri çağrıldılar. Britaniyalılar, 

nəhayət, Sevr müqaviləsinin ölü bir sənəd olduğunu qəbul etdilər. 1922-ci il oktyabrın 

11-də Mudaniyada Müttəfiqlərlə (həm də Yunanıstanla) Türkiyə Millətçiləri arasında 

barışıq imzalandı. 1923-cı ilin iyulunda isə Lozanna sazişi imzalandı. Beləliklə, yunan 

işğalı ideyası unuduldu, onun da taleyi Sevr müqaviləsinə oxşadı.  

 

 

11. İmperiyaların dağılmasına gedən yol 

 

1875-1877-ci illərdə davam edən Balkan böhranı Fransa-Prussiya 



müharibəsindən sonra Avropada stabilliyin pozulması üçün detonator rolunu oynadı. 

Böyük dövlətlər Osmanlı imperiyasını parçalamaq üçün istənilən imkandan istifadə 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə