Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə237/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   231   232   233   234   235   236   237   238   239

476 

 

Lyudoviq (1660-1734-cü illər)- I Georq (və ya ingiliscə adlanan I Corc – müəllif) tutdu. 



Onun arvadı alman qızı idi.  

Britaniya kralı II Corc da ənənəyə müvafiq olaraq alman qızı Karolina 

Brandenburq Anebaxskaya evləndi. Corc ingilis dilini bilmirdi, ümumiyyətlə, 

Londonda deyil, onun ürəyinə yatan Hannoverdə yaşamağa üstünlük verirdi. O, 

kraliça Viktoriyanın dədə-babası oldu. Bir ingilis tarixçisinin sərrast qaydada dediyi 

kimi, tarixdə heç vaxt ingilislərin monarxları ingilis olmamışdı. Bircə Oliver Kromvel 

sırf ingilis idi, o isə kral I Karlı edam edən inqilabdan sonra Monarx yox, ölkəni idarə 

edən kimi lord-protektor tituluna yiyələnmişdi. İngiltərə taxt-tacında isə 

danimarkalılar, normandlar, holland, şotland, nəhayət, XVIII əsrin əvvəllərindən 

başlayaraq Hannover sülaləsindən olan almanlar olmuşlar. Yalnız I Dünya 

müharibəsinin gedişində, 1916-cı ildə almanlarla vuruşan ingilislərin düşmən 

almanlara nifrətini nəzərə alaraq sülalənin əvvəlki adı dəyişdirilib, yaşadıqları 

qəsrlərdən birinin və həmin mahalın adı olan Vindzor sülaləsi adını qəbul etmişdi.  

1819-cu ildə Kent hersoqunun Aleksandrina-Viktoriya adı verilən qızı doğuldu. 

Kent hersoqu Eduard (1767-1820-ci illər) kral III Corcun dördüncü oğlu idi və 

Aleksandriya-Viktoriyanın taxt-taca çıxmasının praktiki olaraq heç bir şansı yox idi. 

Lakin Uels printsinin qızı, 1817-ci ildə ölən Şarlottadan başqa xəstə, həm də ağıldan 

kəm III Corcun altı oğlundan heç birinin övladı yox idi. Onun qızlarından dördü də 

qarımış qız kimi evdə qalmışdılar, iki ərdə olan qızı isə həmçinin övladsız idi. 1820-ci 

ildəki ölümündən sonra onun oğlu IV Corc 1820-1830-cu illərdə taxt-tacda oldu və 68 

yaşında vəfat etdi. IV Corc öldükdən sonra III Corcun üçüncü oğlu IV Uilyam adı 

altında taxt-taca çıxdı. Yeddi ildən sonra, 1837-ci ildə o da 72 yaşında öldü.  

Nəticədə, 1837-ci ildə Aleksandrina-Viktoriya kraliça Viktoriyaya çevrildi. II 

Corcun bir sıra övladlarının və əksər nəvələrinin aqibəti onlara monarx aliliyinə 

yüksəlməyə imkan vermədi. Ona görə də taca onun dördüncü oğlunun gənc qızı 

yiyələnməli oldu. Bu qadın 64 il ərzində hökmranlıq etdi və 1901-ci ildə öldü. Onun 

taxt-tacda olduğu dövrdə üç rus imperatoru – I Nikolay, II Aleksandr və III Aleksandr 

həyatdan getmişdilər. Bu dövrdə həm də Avropada və dünyada böyük hadisələr baş 

vermişdi. Britaniya Türkiyəyə kömək məqsədilə Fransa ilə birlikdə Krıma müdaxilə 

etməklə Rusiyaya qarşı vuruşmuş, 1878-ci ildəki Berlin Konfransında Rusiyanın 

Türkiyə ilə apardığı müharibədə qazandıqlarının onun əlindən çıxmasına nail olmaqla 

yanaşı, üstəlik, Kipr adasına sahib olmaq hüququ qazanmışdı.  

Viktoriya 1840-cı ildə Sakson-Kaburq Qotskli Albertlə nikaha girdi. O özü də tam 

alman olmaqla, almana ərə getmişdi. Nikahdan Viktoriyanın 9 uşağı olmuşdu. 1861-ci 

ildə Albertin ölümü ailənin çoxalmasına hədd qoymşdu.  

Viktoriyanın böyük qızı Adelaida Viktoriya 1858-ci ildə prussiyalı, ölümünə 

qədərki üç ay müddətində Prussiya kralı və alman imperatoru olmuş III Fridrixə ərə 

verilmişdi. Onun əri nikahdan üç il sonra Prussiyanın tac prinsi olmuşdu. Bu qadın II 

Vilhelmin anası idi. O isə atasının ölümündən sonra imperator olmuşdu. II Vilhelm I 

Dünya müharibəsinin əsas start verəninə çevrildi və öz imperiyasını da fəlakətə 

sürüklədi.  

II Vilhelm bu hərəkəti ilə öz anasının vətəni, mərhum məşhur kraliçanın dövləti 

ilə müharibə aparmaqdan çəkinməmişdi. Əgər II Vilhelmin kayzer olduğu Almaniya 



477 

 

məğlubiyyətə uğramasaydı, görən imperator İngiltərə və onun müttəfiqləri ilə necə 



davranacaqdı? O, Almaniyanın Avropada dominant rol oynaması məqsədini güdürdü. 

İspan kralı II Filipp Məğlubedilməz Armadanı İngiltərəni işğal etməyə göndərəndə 

gəmilərlə 7 min qadın göndərmişdi ki, onlar anaları öldürülmüş körpə ingilis uşaqlarını 

döşləri ilə əmizdirib, onların salamat qalmasına cəhd etsinlər. Bəlkə II Vilhelm də 

Bismarkın təcrübəsindən istifadə edib Britaniya kralını Fransa kralı kimi əsir 

götürməklə, özünün nəyə qadir olduğunu göstərmək istəyirdi.  

1910-1936-cı illərdə Britaniya kralı olmuş V Corc həm alman kayzerinə, həm də 

rus çarına yaxın qohum idi.  

Corc da kraliça Viktoriyanın oğul nəvəsi olmaqla, onun oğlu olan kral VII 

Eduardın ikinci oğlu idi. Onun atası alman kayzeri II Vilhelmin anası Adelaida-

Viktoriyanın doğma qardaşı idi. deməli, bibioğlu dayıoğluna qarşı vuruşmağa 

başlamışdı. Əslində onların hər ikisi həm də alman idi.  

Müharibə vaxtı V Corc alman titullarından imtina edib, sülalənin adını alman 

adından dəyişdirmişdi. İngilis kralı həm də rus imperatoru II Nikolayla xalaoğlu idilər. 

V Corcun anası Aleksandra Danimarkalı idi, bu qadın İngiltərə kralı VII Eduardın 

arvadı olmaqla, həm də rus çarı II Aleksandrın arvadı, gələcək çar II Nikolayın anası 

Mariya Fyodorovnanın (Daqmarın) doğma bacısı idi. Kiçik Danimarka kral ailəsindən 

olan iki bacı Avropanın iki böyük imperiyasının başçılarının –Britaniya kralının və 

Rusiya çarının arvadları olmaqla, həm də gələcək imperatorların anası olmaq 

hüququna yiyələnmişdilər.  

Bu iki xalaoğlunun yaş fərqləri də böyük deyildi, V Corc II Nikolaydan üç yaş 

böyük idi, lakin ondan 18 il çox yaşaya bildi. I Dünya müharibəsində onların başçılıq 

etdikləri imperiyalar Almaniya və onun müttəfiqlərinə qarşı birgə ittifaqda 

vuruşurdular. II Nikolayın arvadı Aleksandra da həm V Corc, həm də II Vilhelmin 

nənələri olan kraliça Viktoriyanın nəvəsi idi.   

Bu imperatorların ailə qurmalarında da yaxın cəhətlər var idi. Gələcək Britaniya 

kralı V Corcun böyük qardaşı Albert Viktor qrip epidemiyasından 1892-ci ildə 

vaxtından əvvəl vəfat etdi. Bu, Corcu taxt-taca varis olmaqda atasından sonra ikinci 

etdi. 1893-cü ildə o, mərhum qardaşının nişanlısı olan Baden-Vyurtemberq printsessası 

Viktoriya-Mariya Tekliyə evləndi. II Nikolayın özü yox, onun atası, gələcək III 

Aleksandr da (1848-1894-cü illər) özünün ölən qardaşı Nikolayın nişanlısı olan 

Danimarka printsessası olan Daqmara – Mariya Fyodorovnaya evlənmişdi.  

II Nikolay isə Britaniya kraliçasının nəvəsi Alisa Hessenliyə – Aleksandra 

Fyodorovnaya evlənmişdi. Onun anası Alisa (1843-1878-ci illər) kraliça Viktoriyanın 

qızı olmaqla, Hessen printsi Lyudoviqə ərə verilmişdi. Bu qadın da anası kimi genetik 

xəstəlik olan və qanın laxtalanmasını pozan hemofiliya daşıyıcısı idi. Həmin vaxtlar bu 

xəstəlik “ölüm hökmü” hesab edilirdi.Viktoriyanın öz oğlu Leopold hemofiliyadan 

əziyyət çəkdiyinə görə anası onu Fransanın cənubuna, Lacivərd sahilə – Rivyeraya 

gətirirdi. Alisanın oğlu Fridrix də hemofilik idi və uşaq vaxtı pəncərədən yıxıldıqdan 

sonra daxili qanaxmadan ölmüşdü. Alisanın qızı, gələcək Rusiya imperatriçəsi 

Aleksandra Fyodorovna (onun da əsl adı Alisa idi) həmçinin hemofiliya daşıyıcısı 

olmaqla, xəstəliyi öz oğlu tsareviç Alekseyə vermişdi. Bu yazıq uşaq da həmin 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə