Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə234/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   231   232   233   234   235   236   237   238   239

470 

 

eybəcərlikləri daha aydın nəzərə çarpır. I Dünya müharibəsindəki imperatorların da, 



yəqin ki, belə realist təsvirə ehtiyacları vardır.  

Vuruşan imperatorlardan ən qocası Avstriya-Macarıstan imperatoru, bundan 

əvvəl isə 1967-ci ilə qədər Avstriya imperatoru olmuş I Frants-İosif idi. O, I Dünya 

müharibəsinə girmək barədə dekreti imzalamaqla, dörd il sonra, əlbəttə, əgər iki il 

əvvəl ölməsəydi, imperiyanın xatirəsinə rekviyem oxuyardı. 1882-ci ildə o, Almaniya və 

İtaliya ilə Üçlük İttifaqı bağladı. Onun hakimiyyətdə rolu əvvəllər böyüyüb, onu 

mütləq monarxa çevirmişdi.  

Frants-İosif 1830-cu ildə Vyana yaxınlığındakı Şonbrun sarayında doğulmuşdu, 

ershersoq Frants-Karlın və Bavariya kralı I Maksimilian İosifin qızı Sofiyanın böyük 

oğlu idi. Onun əmisi I Ferdinand övladsız olduğundan, Frans-İosif tacın varisi kimi 

tərbiyə olunmuşdu. Onun hərbi məşqlər keçməsinə xüsusi diqqət verilirdi. 1848-ci ilin 

dekabrında ölkədə inqilab başlandıqda imperator Ferdinand taxt-tacı tərk etdikdən 

sonra 18 yaslı Frants-İosif imperator elan edilmişdi.  

Qoca kansler Metternix Frants-İosifə daha böyük təsir göstərmişdi. Lakin ona ən 

güclü təsiri arvadı olan Bavariya hersoginyası göstərmişdi. O, bu qadınla 1854-cü ildə 

evlənmişdi.  

1850-ci ildə Prussiya Almaniyada Avstriyanın ağalığını etiraf etmişdi. 1867-ci 

ildə imperiyadakı bütün millətləri razı salmaq üçün Frants-İosifin həyata keçirmək 

istədiyi tədbirlər uğursuzluğa uğradıqda, Macarıstana qarşı kompromiss imkanından 

istifadə edildi. Nəticə imperial və ya kral «Dual monarxiyası» oldu, bunda Avstriya və 

Macarıstan bərabər partnyorluqda birgə yaşadılar. Frants-İosif tam ürəkdən Macarıstan 

kompromissini dəstəkləyirdi.  

Güclü xarici işlər nazirləri xarici siyasəti aparmaqda Frants-İosifə çox köməklik 

edirdilər. Onun xarici siyasəti sülaləyə və şəxsiyyətə əsaslanırdı.  

İmperatorun öz ailəsinə münasibəti də sülalə qaydalarına əsaslanırdı. O, sevdiyi 

qıza evlənmişdi, lakin sonralar bu nikah arvadının ekssentrik xasiyyətinin zərbələrinə 

məruz qalmışdı. Arvadının 1898-ci ildə Cenevrədə qətlə yetirilməsi onu dərindən 

kədərləndirmişdi. Onun varisi olan Rudolf da 17 yaşlı baronessaya məhəbbətinə görə 

özünü intihar etmişdi. O, oğluna yaxşı tərbiyə verməmişdi, onu Belçika printsessası 

Stefaniyə evlənməyə məcbur etmişdi, dul qalan  gəlin ikinci dəfə morqanatik (kral 

ailəsinə mənsub olanın kral ailəsinə mənsub olmayanla nikaha girməsi) nikaha girəndə, 

Frants-İosif bunu sülalə əleyhinə cinayət kimi qiymətləndirərək, qadını bağışlamamışdı. 

Göründüyü kimi, faciələr imperatorun şəxsi həyatından yan keçməmişdi və 1914-cü 

ildə belə bir faciə onu yenidən yaxaladı, bu da varis Frants-Ferdinandın qətlə 

yetirilməsi idi.  

Frants-Ferdinand morqanatik nikaha girəndə, imperator bununla barışmalı 

olmuşdu. Onun ailədə daha yaxın olduğu kiçik qardaşı Lui Viktor idi. Lakin 

fransızların köməkliyi ilə qardaşı ershersoq Maksimilianın Meksika imperatorluğunu 

öz üzərinə götürməsi və nəticədə 1867-ci ildə meksikalılar tərəfindən güllələnməsi kimi 

bir faciəyə görə o, əvvəlcədən bundan xəbəri olan kiçik qardaşını heç məzəmmət də 

etməmişdi. Frants-İosif 68 il ərzində taxt-tacda olmuşdu, XX əsrin ikinci onilliyi isə 

imperiyanın ləğv edilməsinin şahidi oldu. Onun çox saydakı səhvləri böyük 

nailiyyətləri ilə tarazlaşırdı. Səhvlərinə gəldikdə, 1864-cü ildə Prussiya ilə ittifaqda 



471 

 

Danimarkaya qarşı  uğurlu müharibəyə başladığı halda, Prussiya ilə sözləşməsi 



Yeddiillik müharibənin başlanmasına (iyun-iyul 1866-cı il) səbəb olmuşdu. Beləliklə, I 

Frans-İosif bəzi tarixçilər tərəfindən, Dünya müharibəsi adlandırılan Yeddiillik 

müharibənin gerçəkliyə çevrilməsində də, I Dünya müharibəsinin baş verməsində 

olduğu kimi, öz bədnam rolunu oynamışdı.  

Nailiyyətləri isə imperatorun öz vəzifəsinə sakit qaydada özünü həsr etməsinin 

möhürünü daşıyırdı. O, memarlığa valeh idi, arxitektura üslublarına aludə olduğundan 

öz paytaxt şəhərləri olan Vyananın və Budapeştin gözəlləşməsinə, füsunkar memarlıq 

abidlərinin yaradılmasına şəxsən şərik idi. O, incəsənət xadimlərinə yaradıcılıq azadlığı 

verirdi. Vals janrında incilər yaratmış İohann Ştrausla sarayın balkonunda xalq 

qarşısına çıxanda alqışlarla qarşılanan bəstəkarın xidmətləri müqabilində onu Vyananın 

əsl kralı adlandırmışdı. Final səhnədə də Avstriya-Macarıstan imperatorun 

şəxsiyyətindən möhkəm köməklik almaqda davam edirdi.  

Frants-İosif böyük ovçu idi, ovçuluğa xüsusi həvəs göstərirdi, bəlkə də təbiətin 

qoynunda keçirdiyi anlar ona şəxsi həyatındakı faciələri və çiynində gəzdirdiyi böyük 

səlahiyyətlər yükünün ağırlığını bir qədər unutdururdu.  

Almaniya imperatoru II Vilhelm 1914-1918-ci illərdəki I Dünya müharibəsini 

başlamaqla, bu müharibənin ləkəsini öz üzərində daşımalı olan, bəlkə də, birinci şəxs 

idi. O, 1859-cu ildə Potsdamda doğulmuşdu, anadan olandan zədələnmiş sol ələ malik 

idi. Tac prinsi, sonra bir neçə aylığa imperator olmuş III Fridrixin və Böyük Britaniya 

kraliçası Viktoriyanın böyük qızı olan Adelaida Viktoriyanın böyük övladı idi. Uşağın 

qolunun zədəsi böyüyəndə də sağalmadı. Bəzi tarixçilər onun davranışının açarını 

məhz bu əlillikdə görürlər. İngiltərə kralı I Karlın da uşaqlıqda ayaqlarının zəifliyi onun 

xarakterinə öz təsirini göstərmişdi. Atası kral Ceyms isə buna fikir vermirdi, öz 

homoseksualist məşuqları ilə əylənməsi ona çox şeyləri unutdururdu. İstənilən fiziki 

qüsur bəzən xarakterə də öz təsirini göstərməmiş qalmır.  

Anasının Vilhelmi ingilis liberallığı ruhunda tərbiyə etmək cəhdlərinə 

baxmayaraq, o, Prussiya xalqının möhkəm, igid, qənaətcil, özünü qurban verməyə hazır 

olan hökmdar yetişdirməyə qadir olduğu iddiasına rəğbət bəsləməklə, məhz bu 

xüsusiyyətlərə yiyələnməyə cəhd etmişdi. Ona görə də anası Viktoriya ilə 

münasibətlərində çətinliklər mövcud idi, lakin qadın ona müəyyən təsir göstərməyi 

bacarmışdı.  

1881-ci ildə Vilhelm printsessa Avqusta Viktoriyaya evləndi, bu qız Şlezviq-

Holsteyn-Sandenburq printsessası idi. Yeddi il sonra babası I Vilhelm 80 yaşında öldü. 

Fridrix 1888-ci ildə imperatora çevrildi, lakin bir az əvvəl tutulduğu boğaz xərçəngi 

xəstəliyindən az sonra öldü. Beləliklə, Vilhelm 29 yaşında kayzer oldu. Bu, 

Hohensollern sülaləsindən olmaqla, bu vaxt hökmranlıq üçün ilahi missiyanı qəbul 

etmək kimi idi.  

İmperatorun ilk tədbirlərindən biri kansler Bismarkı, Almaniyanı birləşdirən və 

onun qüdrətinin qabarmasında böyük xidmətləri olan bir dövlət xadimini vəzifəsindən 

uzaqlaşdırması idi. Əslində o, olduqca təcrübəli və istedadlı məsləhətçidən məhrum 

oldu. Axı qoca kansler onun qarşılaşdığı problemlərə əla cavablar tapa bilərdi. Ancaq 

onu da nəzərə almaq lazımdır ki, məhz Bismark Fransanı Almaniyanın barışmaz 

düşməni etmişdi. 75 yaşlı Bismark da yeni problemləri həll etməkdə çətinlik çəkirdi. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə