Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə236/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   231   232   233   234   235   236   237   238   239

474 

 

Uzaq Şərq barədəki ambitsiyaları yaponlar tərəfindən məhv edildikdən sonra 



Rusiya öz diqqətini Balkanlara tərəf çevirdi. Nikolay slavyanların milli ruhda 

canlanmalarına rəğbətlə yanaşırdı və Türkiyə boğazlarına nəzarəti ələ keçirmək 

istəyirdi. I Dünya müharibəsi başlananda monarxiya güclənmişdi. Lakin idarə edən 

qrupla ictimai rəy arasındakı uçurum genişlənməkdə davam edirdi. 1915-ci ildə çar 

arvadının təhriki ilə öz əmisi oğlunu baş komandanlıqdan azad edib, özü onun yerini 

tutdu. Lakin o, müharibə aparmaq təcrübəsinə malik deyildi.  

8 mart 1917-ci ildə Petroqradda qiyam baş qaldırdıqda, Nikolay qoşunları şəhərə 

göndərdi ki, qayda bərpa olunsun. Hökumət istefa verdi, ordunun dəstəklədiyi Duma 

imperatoru taxt-tacdan əl çəkməyə çağırdı. Nikolay qardaşı Mixailin xeyrinə taxt-

tacdan getdi, Mixail isə bundan imtina etdi. Taxt-tacdan devrildikdən sonra II Nikolay 

öz xalası oğlu Corcdan xahiş etdi ki, ona ailəsi ilə birlikdə Böyük Britaniyada yaşamaq 

üçün sığınacaq versin, lakin kral V Corc onun bu xahişinə cavab vermədi.  

1918-ci ilin aprelində keçmiş çar, ailəsi ilə birlikdə Yekaterinburqa götürüldü və 

iyulun 16-dan 17-nə keçən gecə çar, arvadı və beş övladı yaşadıqları evin zirzəmisində 

öldürüldülər.  

İngiltərə kralı V Corc 1865-ci ildə anadan olmuşdu, sonralar VII Eduard kimi kral 

olmuş prints Albert Eduardın ikinci oğlu idi. Öz böyük qardaşı prints Albert Viktorun 

1892-ci ildəki ölümünə qədər o, hərbi-dəniz donanmasında xidmət etmişdi. O, xüsusi 

məşq etməli idi, çünki artıq taxt-taca varis olmuşdu. O, öz mərhum qardaşının nişanlısı 

olan printsessa Mariya Tekliyə evlənmişdi.  

Atası 1901-ci ildə taxt-taca çıxdıqdan sonra o, Uels prinsi olmuşdu. 1901-ci və 

1908-ci illərdə Avstraliyaya, Afrikaya və Kanadaya, 1905-c1906-cı illərdə isə Hindistana 

səfər etmişdi. O, 1910-cu ilin martında vəfat edən atasının yerini tutmuşdu.  

Yeni kral hökmranlığının erkən dövründə qorxulu təhlükələrlə üzləşməli 

olmuşdu. 1909-cu ildə baş nazir Devid Lloyd Corcun liberal hökumətini büdcəsi 

Lordlar palatası tərəfindən qəbul edilmədikdə, İcmalar Palatası yuxarı palatanın 

səlahiyyətlərini məhdudlaşdırmağa cəhd etmiş, parlamentdə konstitusional mübarizə 

başlanmışdı. Corc öz krallığı dövründə baş nazir olmuş H.H.Askvitə göstəriş verdi ki, 

mübahisəyə son qoymaq üçün müxalifətlə anlaşma yollarını arasın. Bir qədər sonra isə 

hökumət İrlandiyanı idarə etmək barədə bəzi təkliflər irəli sürdü, bu da ciddi 

toqquşmalara səbəb oldu. Kral siyasi liderləri öz sarayında konfransa topladı, lakin I 

Dünya müharibəsinin başlanması ilə onun nəticəsi heç nəyə çevrildi. Müharibə ərzində 

isə kral Corcun hörməti xeyli artdı və o, bir neçə dəfə Fransadakı cəbhələrdə oldu.  

I Dünya müharibəsindən sonra kral bir neçə ciddi sənaye buntları ilə qarşılaşdı 

və yeni baş nazir axtarmağa məcbur oldu. Kral Stenli Bolduini seçdi. 1928-ci ilin 

sonunda kral Corc ciddi xəstə idi və hökmranlığının sonrakı illərində öz sağlamlığına 

xüsusi qayğı göstərməli oldu. 1931-ci ildə funt sterlinqin kəskin devalvasiyası və 

nəticədə əmələ gələn maliyyə böhranı Leyborist Partiyasını parçaladı. O, partiyaları 

koalisiya hökumətini yaratmağa inandıra bildi. 1935-ci ilin mayında Corcun krallığının 

gümüş yubileyində xalq ona hüsn-rəğbətini və valeh olduğunu ifadə etdi. 

Atasından fərqli olaraq, kral Corc azacıq sosial maraqlara malik idi. Onun özəl 

dostluğu erkən illərdəki köhnə dənizçi yoldaşları ilə qapanıb qalırdı. Onun zövqü ölkə 




475 

 

centlemeninin zövqü idi, o, ovçuluğu çox sevirdi və dövrünün sərrast ovçularından biri 



hesab olunurdu.  

Kral Corcun beş oğlu var idi, onlardan biri kral VIII Eduard və digər kral VI Corc 

idi. Kiçik oğlu prints Con gənc yaşında ölmüşdü. Qızı Mariya isə saray printsessası 

olmaqla, 6-cı qraf Heyavuda ərə getmişdi.  

 

 

 



13. Qohum imperatorlar düşmənlərə çevrildilər 

 

I Dünya müharibəsi əvvəlki müharibələrdən fərqli olaraq yaxın qohum olan üç 



imperatorun bir-birilə vuruşması, qohumluğu unudub, imperiyanın möhkəmlənməsi 

naminə bir-birinə düşmən olması ilə əlamətdar oldu. Britaniya kralı V Corc, Rusiya çarı 

II Nikolay və Almaniya kayzeri II Vilhelm təkcə qohum deyildilər, hətta Britaniya 

hökmdarı ilə Rusiya çarı bir-birinə həddən çox oxşayırdılar. Onlar öz dövlətlərinə 

mənsub olan uniformanı geyinməsəydilər və fərqlənmə nişanlarını taxmasaydılar, bu 

iki doğma xalaoğlunu hətta dəyişik salmaq olardı.  

Lakin onları fərqləndirən cəhətlər daha çox idi, bu da əsasən onların 

xarakterlərinin xüsusiyyətləri və öz ali vəzifələrinə bəslədikləri münasibət idi. Bu 

məsələdə onlar tam müxtəlif adamlar idilər və başçılıq etdikləri dövlət quruluşlarına 

onlar öz xarakterlərindən irəli gələn damğaları vurmuşdular.  

Bu imperatorların qohumluq əlaqələri iki kral ailəsindən qaynaqlanırdı. 

Onlardan ikisinin – II Vilhelmin və V Corcun, birincisinin anasına görə, ikncisinin isə 

atasına görə nənəsi məşhur Britaniya kraliçası Viktoriya idi. Onun övladları və nəvələri 

Avropanın çox monarxları ilə qohum olduğuna görə ona «Avropanın nənəsi» 

deyirdilər. Danimarka kralı IX Kristian da qızlarına Monarxlara verdiyinə görə, onu 

«Avropanın babası» adlandırırdılar.  

Viktoriya 1837-ci ildə Britaniya taxt-tacına yüksəlmiş, yalnız 1901-ci ilə ölümü ilə 

monarxlıqdan getməklə 64 il ərzində imperiyanı idarə etmişdi. Hazırkı kraliça II 

Elizabet də onun taxt-tacdakı rekordunu təzələmək üzrədir. Viktoriya Britaniya taxt-

tacına yalnız şəraitin diktəsi ilə düşmüşdü, bu şəraitlər olmasaydı, onun kraliça olmağa 

heç bir şansı yox idi. Bu şansın necə meydana çıxmasını izah etmək üçün isə xeyli 

əvvələ qayıtmaq lazım gəlir. 

İngilis yazıçısı Uilyam Tekkereyin yazdığı kimi: «Bizim taxt-tacdakı Hannover 

monarxları sülaləsinə görə biz britaniyalılar I Hannover kurfyurstu Ernst Avqustun 

bağladığı uğurlu nikaha borcluyuq. Ondan 9 il sonra Karl Styuartın (1649-ci ildə edam 

edilən ingilis kralı – müəllif) boynu vuruldu, onun qohumu olan qız, digər devrilmiş 

Monarxın, bədbəxt Pfalts Kurfyurstunun çoxsaylı bostanından olan Sofiya Ernst 

Avqustun arvadı oldu və ona kasıblığına görə öz ölümünə qədər bütün üç Britaniya 

taxt-tacına varis olmaq hüququnu cehiz kimi gətirdi». 1714-cü ildə ölən kraliça Anna 

Karlın (1600-1649-cu illər) nəvəsi, kral II Ceymsin (1633-1701-ci illər) qızı idi.  

Ernst Avqust 1698-ci ildə öldü. Kral I Karlın qız qohumu olan Sofiya kraliça 

Annanın ölümündan iki ay əvvələ qədər yaşamadı və taxt-taca onun oğlu Georq 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə