Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə238/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   231   232   233   234   235   236   237   238   239

478 

 

xəstəlikdən əziyyət çəkmiş, 1918-ci ildə valideynləri və bacıları ilə güllələnməklə uşaq 



yaşlarında ölmüşdü.  

Həmin xəstəlik sonralar Viktoriyanın qız nəslindən olanlarla Avropanın başqa 

monarx ailələrinə də yol tapmışdı.  

Rusiya və Britaniya monarxları ailəsinin qohumlaşmaları başqa xətlərlə də 

davam edirdi. Çar II Aleksandrın qızı Mariya kraliça Viktoriyanın oğlu, Edinburq 

hersoqu Alfredə vurulmuşdu. Viktoriyanın qızı, Böyük Hessen hersoqunun arvadı 

Alisa bu nikahın bağlanmasının qızğın tərəfdarı idi. Viktoriyanın və rus imperatorunun 

müqavimətinə baxmayaraq, 1874-cü ildə toy Peterburqda baş tutdu. Bu vaxt hələ Krım 

müharibəsinin yaraları sağalmamışdı. Mariya üçün daha ağır dövr 1877-1878-ci illər 

Rusiya-Türkiyə müharibəsi vaxtı gəldi, bu vaxt Rusiya bir nömrəli düşmənə 

çevrilmişdi.  

Digər hökmran ailələrini ikinci bağlayan bir xətt Viktoriyanın nəvəsi həmin Alisa 

Hessenin qızı Elizabetin hesabına baş verdi. O, 1864-cü ildə anadan olmuşdu. 20 

yaşında qız gələcək çar II Nikolayın əmisi, böyük knyaz Sergey Aleksandroviçə ərə 

getdi. Sonra o, Moskva general-qubernatoru təyin edildi və 1905-ci ildə Kremldən 

çıxanda terroristin atdığı bomba nəticəsində öldü. 

Rus çarı I Nikolayın nəvəsi Olqa Yunanıstan kralı I Georqun arvadı idi. 1921-ci 

ildə onların  nəticəsi anadan oldu, bu uşaq birbaşa rus çarının kötücəsi idi. 1947-ci ildə 

o, gələcək (1957-ci ildə) prints Filipp kimi Uels printsessası Elizabetə – indiki kraliça II 

Elizabetə evləndi. Başqa sözlə, Britaniya kraliçasının müasir varisləri – prints Çarlz, 

onun oğlu Uilyam və Uilyamın oğlu rus imperatoru I Nikolayın nəslindəndir.  

 

 



 

Epiloq 

 

Biz imperiyaların rəqabət meydanında bir-birinə qənim kəsilməsini, ambitsiyalar 



hesabına digərini məhv etmək cəhdlərini müşahidə etdik. İmperiya başçıları daim qan 

tökməyə susadıqları kimi, elə bu bəladan da ən azı taxt-taclarını tərk etməli olurlar. 

Deyəsən, onlar axıtdıqları qanda da boğulurlar. Herodota görə Massaget qadın 

hökmdarı Tomirida Böyük Kirin ölü başını qanla dolu tuluğa salmışdı ki, əgər o, qana 

belə susayırsa, qoy ondan doysun. Müharibəyə can atan imperatorlar da belə 

təhqiramiz cəzaya məhkum olunsaydılar, pis olmazdı.  

İmperatorların bir-birinə qarşı iddialarından doğan aqressivliyi, digərini məhv 

etmək istəyi və cəhdi banka içərisinə salınan hörumçəklərin vuruşması və bir-birini 

öldürməsi səhnəsini xatırladır. Hörümçək öz növündən olanın bədəni ilə 

qidalanmaqdan həzz alır. Erkəklə dişi hörümçək cütləşdikdən sonra bədəncə kiçik olan 

bədbəxt erkək nəsli artırmaq instinkti hesabına çox vaxt öz ömür sonluğunu dişinin 

mədəsində tapır. Dişi hörümçək başqa qida növləri ilə kifayətlənməyib, öz məşuqunu 

diri-diri yeməyi özünün borcu hesab etdiyi kimi, imperatorlar da çox sayda xalqların 

ona tabe olması ilə kifayətlənməyib, başqa imperiyaların ərazilərini qəsb etməyə, 

xalqlarını yenidən əsarətə almağa göz dikir və bu, ən azı böyük, sonralar isə dünya 

müharibələrinin mövcudluğunu meydana çıxarır. Müharibə nəticədə qalibsiz və 




479 

 

məğlubsuz ötüşmədiyindən, dünya müharibələri imperiyaların dağılması, 



parçalanması ilə nəticələnir.  

Hörümçəklər hətta dinc yanaşı yaşasalar da, bankaya salındıqda bir-birini məhv 

etməyə çalışır, bu vaxt artıq yaşayış məkanı üstündə ölüm-dirim mübarizəsi gedir. 

İmperiyalar da belədir, onlar da süni sürətdə öz ətraflarında qapalı mühit yaratmaq və 

ona sahib olmaq iddiasına düşməklə, özlərini qaçılmaz məhvə aparırlar. Onlar ən 

böyük cinayətlərdən belə çəkinmədikləri halda, özlərini az qala Göy sakinləri, mələklər 

güman edirlər, xalqların gözündə isə onlar sönməz nifrət simvollarından başqa bir şey 

deyillər.  

Hər bir sərkərdə, hər bir hökmdar imperator öz çiyinlərində ağır günahlar 

yükünü daşıyır. Ona görə də onların Yer üzərindəki şöhrəti keçib getsə də, əməllərinin 

acı xatirəsi yaşamağa davam edir.  

Onlar ən azı bir qitə üzərində insan hakimiyyətindən də güclü olan lənət 

daşıyıcılarına çevrilirlər. Bu lənətin silinməsi, yox olması isə onların bütünlüklə məhv 

olmasını, sıradan çıxmasını tələb edir. Onlar əgər xalqları yerüstü cəhənnəmin 

«ləzzətini» göstərməyə nail olmuşdularsa, özləri də cəhənnəm odu ilə yaşamağın 

əzablarından qaça bilmirlər.  

Tarix bir daha sübut edir ki, Albert Eynşteynin kəşf etdiyi tək məkan və zaman 

kimi ən qüdrətli hakimiyyət də nisbidir, heç vaxt əbədi ola bilməz. Yadelli ağalıq isə 

özünün yaratdığı fəsada – xalqlara etdiyi zülmə qarşı qalxan mübarizələrdən və həm də 

bir-birini məhv etmək istəyinin reallaşmasından sıradan çıxmalı olurlar. Özü barədə 

düşünməyi öyrənməyə başlayan xalq, boynundakı ağır yükü atmağa qadir olduğunu 

göstərir.  

İmperiyalar özünü dağıtmaq təhlükəsindən də qaça bilmirlər. Titan Kronos öz 

uşaqlarını yeyən kimi, imperiyalar da başqalarını yeməyə çalışır və onları da məhv 

edən bir Zevs tapılır. Bunu tarixi faktlar təsdiq edir. İmperializm militarizmə meyl 

etdiyindən onun da qurbanı oldu, lakin təəssüf ki, öz talelərini, fatumunu görməyi, 

sezməyi bacarmır. Xalqlar uzun müddət tale qarşısında bərabər olmasalar da, 

əzilənlərin də küçəsinə çoxdan arzu olunan bayram gəlib çıxır. İmperiyaların 

dəvəquşuya bənzər siyasəti yalnız onların sonluğunu yaxınlaşdırır.  

Elə fikir yaranmasın ki, imperiyalar bütünlüklə sıradan çıxmış, mümiyalanmışa 

çevrilmiş və ya yalnız Yaponiyada olduğu kimi, Mikadonun şəxsində nominal 

nişanələrini saxlamışdır. Əsla belə deyildir. Ayrı-ayrı dəhşətlərdə bu şər virusu 

yaşamaqda davam edir və Kok çöpləri kimi onlar təhlükə mənbəyinə çevrilmək üçün 

əlverişli şəraiti gözləyirlər. Ona görə də imperiyalara relikt kimi baxılmamalıdır, 

onların diriləcəyi, yenidən baş qaldıracağı imkanı nəzərdən qaçırılmamalıdır. Axı tarix 

təkrar olunduqda onun faciəyə çevrilməsi mülahizəsi daim öz düzgünlüyünü nümayiş 

etdirmişdir. Şekspirin metaforasından istifadə edərək, demək lazım gəlir ki, dünyada 

imperiyaların və onların apardıqları müharibələrin əhvalatları kimi dəhşətli əhvalatlar 

yoxdur.  

 

SON 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə