Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə233/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   229   230   231   232   233   234   235   236   ...   239

468 

 

möhtac idi. Onun ada-dövlətinin bir mənfi xüsusiyyəti də ondan ibarət idi ki, hərbi 



cəhətdən qudrətli dövlət sürətli bir müharibə ilə onu məğlub edə bilərdi. Lakin 

müharibə heç də asan bir iş deyildir. Çünki o, heç bir qaydaya malik deyildir. 

Müharibədə özünü məhdudlaşdırmaq səfehlikdir. İkincisi, müharibənin mahiyyəti 

zorakılıqdır. Üçüncüsü, müharibənin vacib prinsipi birinci olaraq zərbə endirməkdir, 

güclü zərbə və fasiləsiz zərbə vurmaqdır.  

Rusiya Yaponiyaya qarşı sürətli bir müharibə həyata keçirməyə cəhd etsə də, bu 

cəhd biabırçı qaydada uğursuz oldu. Rusiya donanması Tsusima boğazında ağır zərbə 

aldı və Rusiya müharibənin başlandığından sonrakı, 1905-ci ildə məğlubiyyət acısını 

dadmalı oldu. İngilislər ancaq Yaponiya tərəfdən heç də müharibəyə girmədi. Bir ingilis 

dənizçi zabiti yazırdı ki, «Bu (Port-Artur ətrafındakı) böyük qələbə Yapon dənizini 

Tokionun divarları altındakı sadə xəndəyə çevirir».  

Yaponiya ilə müharibədə Rusiyanın məğlubiyyəti ölkənin daxilində də vəziyyəti 

xeyli gərginləşdirdi və 1905-1907-ci illərin I Rus inqilabının meydana gəlməsinin ən 

mühüm səbəblərindən biri idi.  

Rusiya çarı II Nikolay həyata qvardiya zabiti prizmasından baxmağı öyrənmişdi. 

Rus qvardiyasının isə 1825-ci ildən başlayaraq uzun onilliklər ərzində maraqları kart 

oyunları ilə, atlarla və qadınlarla məhdudlaşırdı. Əyləncə hərbçilərin hazırlığına da ağır 

zərbə vururdu.  

 

 

12. İmperatorların şəxsiyyəti onların sirlərini açır 



 

I Dünya müharibəsində Avropanın altı böyük dövləti – bir tərəfdən Almaniya, 

Avstriya-Macarıstan və Osmanlı imperiyası, digər tərəfdən isə İngiltərə, Fransa və 

Rusiya imperiyaları üz-üzə dayanmış, öz hökmranlıqlarını möhkəmləndirmək üçün 

ölüm-diri mübarizəsinə girişmişdilər. Əgər diqqətlə təhlil edilsə, bu müharibənin 

başlanmasında və dörd ildən artıq bir müddətdə milyonlarla insanın qanının 

axıdılmasında bu dövlətlərin bayraqları altında vuruşan titul xalqlar – nə almanlar və 

türklər, nə ingilislər və fransızlar, nə də ruslar əslində bu cinayətə görə heç bir 

məsuliyyət daşımırdılar. Onlar nə müharibə cığırına düşmüş, nə də torpaqlar işğal 

etməyə, şəhərləri dağıtmağa girişmişdilər. Məgər Troyaya sadəcə yunanlar hücum 

etmişdilərmi, yoxsa Mikena çarı Aqamemnon  qardaşı arvadı Yelenanın qaçırılması 

bəhanəsindən istifadə edib, Kiçik Asiyadakı bu varlı şəhər-dövləti tutmaq üçün yaxşı 

fürsət düşdüyünü anlayıb, dənizi keçərək, arqonavtlar «qızıl yun» ardınca Kolxidaya 

üzdüyü kimi, yelkənləri dolduracaq külək nəminə öz qızı İfigeniyanı da qurban 

verərək, Troya ətrafına gəlmiş və on il davam edən müharibəni zəfərlə başa çatdıra 

bilmişdi. Troya darmadağın edilmiş, çar Priam bütün ailə üzvlərini ölüm və əsir 

düşmək nəticəsində itirmiş, bu bədbəxt şəhərin min ildən sonra Karfagenn başına gələn 

bir faciəni yaşamasına səbəb olmuşdu. Homerin yazdığı kimi, əslində, Troya 

müharibəsini allahlar aparırdı, onların iradəsinə görə silahlı toqquşma belə uzun 

müddət davam etmiş, yunanlar və troyalılar şahmat oyununda hərəkət etdirilən 

piyadalar rolunda çıxış etmişdilər.  



469 

 

Əgər Makedoniyalı Aleksandr olmasaydı, onun həmvətənləri və yunan əsgərləri 



hansı dəlisov istəyə görə isə Persiyaya, Mərkəzi Asiyaya və Hindistana gedib 

çıxardılarmı?  Militarizmə meyli ilə seçilən Romanın məşhur sərkərdələri üç Puniya 

müharibəsi aparmaqla Karfageni tədricən məhv etmiş, son müharibədən sonra yerini 

də şumlamışdılar. Sezar Qalliyanın işğalı ilə kifayətlənməyib, Britaniya adalarına da 

keçmişdi. Axı sadə əsgər bu miqyasda olan məsələlər barədə heç cür düşünə də 

bilməzdi. Məgər Qərb imperiyasını sadə franklar yaratmışdılarmı? Prussiyanı döyüş və 

işğal yoluna sadə prussiyalılar deyil (Konrad Adenauer onları «əcdadlarını unutmuş 

slavyanlar» adlandırırdı), I Fridrix Vilhelm və onun oğlu Böyük Fridrix salmışdı. 

Napoleon təkcə fransızları deyil, zəbt etdiyi ölkələrin əsgərlərini də bütün Avropanı 

işğal etməyə istiqamətləndirmiş, qitəni qan dənizinə çevirmişdi.  

Bir vaxtlar Osmanlı sultanları Mehmet Fateh, Səlim Yavuz və Süleyman Kanuni 

imperiyanın üç qitəyə yayılması üçün cəbhələrdə böyük qələbələr çalmışdılar. Lakin 

XVII əsrdən imperiya tənəzzül yoluna qədəm qoydu. Rusiya ilə apardığı çox sayda 

müharibələrdə isə geniş ərazilərini itirməli oldu.  

Bismark məsələləri «dəmir və qanla» həll etmək yolunu göstərir və 1870-ci ildə 

Prussiyanın Fransa ilə müharibəsinə uğurlu cəhd edib, Sedanda fransız ordusunun 

darmadağın edilməsinə nail oldu. O, Almaniyanı birləşdirərək Avropanın qüdrətli 

dövlətinə çevrilmişdi. Lakin onun işğal siyasətinin bir gün öz ölkəsinə və xalqına da 

bədbəxtliklər bəxş edəcəyini heç ağlına da gətirməzdi. Bismark irsi Almaniyanı iki 

dünya müharibəsinə başlamağa istiqamətləndirdi və hər iki müharibədə Almaniya 

məğlub oldu.  

Bir sözlə, imperiyalar heç də xalqların tarixə «hədiyyəsi» olmayıb, bir sıra hərbi 

və siyasi xadimlərin başqa xalqlara, nəticədə həm də öz xalqına bəxş etdiyi 

bədbəxtlikdir. İmperiya latın sözü olan «imperium» ifadəsindən meydana gəlmişdir, 

bu, «hökm sürmək, hakimiyyət» mənasını verir. Qədim Romada «divide et impera» 

ararıcı prinsipə çevrilmişdi, «parçala və hökm sür» mənasını verməklə, xalqı əsarət 

altına almaq üçün onu parçalamağın vacib olduğunu bildirirdi. İmperiya bu prinsipdən 

istifadə etməklə yanaşı, çox sayda ölkələri və xalqları öz hakimiyyəti altına salıb, 

onların bu asılılığını əbədiləşdirməyə çalışırdı. Onsuz da imperiyanın yaranmasında 

silah, qan axıdılması, müharibə başlıca rol oynadığı kimi, imperiya öz hakimiyyətinə 

qarşı xalqların etirazı şəklində azacıq təhlükə gördükdə, öz yırtıcı təbiətinə uyğun 

olaraq, yenə də köhnə vasitələrə əl atmaqdan, təkcə ayrı-ayrı əraziləri deyil, qitəni, 

bütün dünyanı müharibə teatrına çevirməkdən belə çəkinmir. İmperiyalar hakim 

dövlətin adı ilə adlansa da, qədim dövrlərdə olan kimi onu yaradanların, məsələn. 

Makedoniyalı Aleksandrın və ya Çingiz xanın adı ilə olan kimi adlandırılsaydı, bu, 

daha düzgün olardı. Uzun ömür sürən bir imperiyanı heç də Avstriya yox, Habsburqlar 

sülaləsi yaratmışdı.  

Ona görə də I Dünya müharibəsinin başlanmasında günahkar olan bu şər əməlin 

beş iştirakçısına daha yaxından bələd olmaq, onların həyata keçirdikləri eybəcərlikləri 

daha yaxşı dərk etməyə kömək edərdi. Böyük ispan rəssamı Fransisko Qoyya 1800-cü 

ildə yaratdığı «Kral IV Karlın ailəsi» tablosunda ispan monarx ailəsinin üzvlərini daha 

çox psixoloji reallıqda, daxili aləmlərinə nüfuz etməklə onların portretlərini təsvir 

etmişdir. Onlar mənəviyyat adlanan dünyanın xarabalıqlarını əks etdirdiklərindən, 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə