Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə224/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   220   221   222   223   224   225   226   227   ...   239

450 

 

qeyri-məhdud istifadə ilə müharibənin aparılması beş ay içərisində ingilisləri ac qoya 



biləcəkdir. İmperator amerikanlar barədə maraqlandıqda, ona heç də narahat olmamağı 

demişdilər. Alman hərbi-dəniz qüvvələri baş qərargahı isə, amerikanların 

«qaydalarının pozulmuş» olduğunu «və onlar intizamsızdırlar» demişdi. Amerikanlar 

hərəkət etməmişdən əvvəl artıq britaniyalılar ac qalacaqdır. Hətta əgər amerikanlar 

müdaxilə etsələr ehtimalına admiral Holtsendorf imperatoru əmin etmişdi ki, «mən siz 

əlahəzrətə bir zabit kimi söz verirəm ki, bir nəfər də olsun amerikan qitəyə ayaq 

basmayacaqdır». 

Sualtı qayıqlardan qeyri-məhdud istifadə ilə müharibə aparılmasına qayıdılması 

1917-ci ilin aprelində Birləşmiş Ştatları müharibəyə girməyə məcbur etdi. Amerikan 

qoşunlarının Avropaya böyük sayda gəlməmələrinə baxmayaraq, Birləşmiş Ştatların 

1917-ci ildə müharibəyə girməsi Müttəfiq Dövlətlərə onların möhtac olduqları psixoloji 

durumun yüksəlməsini verdi. 1917-ci il onların heç biri üçün yaxşı deyildi. Qərb 

cəbhəsində hücumlar biabırçı qaydada məğlubiyyətə uğramışdı. İtalyan orduları 

oktyabrda və noyabrda darmadağın edilmişdi. Kaporettoda italyanlar avstriyalıların və 

almanların hücumuna məruz qaldıqda yüz minlərlə itki vermişdi. Rusiyadakı bolşevik 

inqilabı ölkənin bu dövlətin müharibədən geri çəkilməsinə səbəb olmuşdu. Mərkəzi 

Dövlətlərin vəziyyəti daha yaxşı görünürdü. Osmanlı imperiyasında müharibə 

yorğunluğuna baxmayaraq, Bolqarıstan, Avstriya-Macarıstan və Almaniya ondan öz 

rüsumlarını götürməyə başlamışdılar. Burada vətəndəki cəbhə sürətlə müharibə 

cəbhəsinə daha çox aid olmağa başladı.  

 

 

5. Yeni növ müharibə aparılması qaydası 



 

1915-ci ilin sonundan döyüş cəbhəsində təyyarələr meydana çıxdı. Təyyarələr ilk 

dəfə düşmən mövqeyini pozmaq üçün istifadə edilmişdi, lakin tezliklə onlar yerdəki 

hədəflərə, xüsusən düşmən kommunikasiyalarına hücum etməyə başladılar. Hava 

məkanına nəzarət etmək üstündə vuruşlar baş verdi və sonrakı dövrlərdə bu artdı. 

Əvvəllər təyyarəçilər əldə saxlanan tapança ilə biri digərinə atəş açırdı, lakin sonralar 

təyyarələrin burnuna pulemyotlar yerləşdirildi və onlar göydə xeyli təhlükələr 

törətdilər.  

Almanlar həmçinin özlərinin nəhəng hava gəmilərindən – tspeppelinlərdən 

Londonu və Şərqi İngiltərəni bombalamaq üçün istifadə etdilər. Bu, az ziyan vururdu, 

lakin adamları qorxudurdu. Almaniyanın düşmənlərinə ancaq tezliklə məlum oldu ki, 

tseppelinlər hidrogen qazı ilə doldurulduğundan, təyyarə topları ilə onlar vurulduqda

tezliklə alovlanan cəhənnəmə çevrilirlər. 

  Tanklar həmçinin 1916-cı ildə Avropa döyüş meydanlarında tətbiq olundu. 

Britaniya modeli olan birinci tankda tırtıllardan istifadə olunurdu, bu, onu hamar 

olmayan yerlərdə hərəkət etməyə qadir edirdi. Tanklarla silahlanmaqla xalqlar 

düşmənin pulemyot mövqelərinə olduğu kimi, düşmən piyadalarına da hücum edə 

bilirdi. Lakin ilk tanklar səmərəli deyildi, yalnız 1918-ci ildə Britaniyanın V Mark 

modeli tətbiq olunmaqla tanklar daha güclü maşına və yaxşı manevr etmək 

qabiliyyətinə malik olan bir silah növünə çevrildi. Onlar bu vaxt böyük miqdarda 




451 

 

istifadə oluna, piyadaları və artilleriyanı koordinasiya edə bilərdi. Ona görə də onlar 



geri çəkilən alman ordusunu arxaya atmaqda səmərəli vasitəyə çevrildi.  

Tank I Dünya müharibəsinə çox gec gəlmişdi və o qədər də böyük effektə malik 

deyildi. Lakin tam yeni növ müharibə aparılması qaydasının yaradılmasında tankın 

potensialı həyata keçiriləndə, bunu edən adamlara həmin dərs unudulmamışdı. II 

Dünya müharibəsində yüngül hücumlar tank kolonnalarından istifadə edilməsi ilə 

həyata keçirilirdi və kütləvi hərbi hava qüvvəsi isə orduları döyüş xətlərindən tezliklə 

kəsilməyə və bütöv düşmən ordularını dövrəyə almağa qadir etdi. Bu, II Dünya 

müharibəsinin öz sələfi olan tranşey müharibəsindən uzaq bir döyüş harayı idi.  

 

 

 

 

 

6. Total müharibə 

 

 

I Dünya müharibəsinin uzanması total müharibəyə səbəb oldu və bu, bütün 



vətəndaşların həyatına öz təsirini göstərdi. I Dünya müharibəsi fundamental qaydada 

Avropa hökumətlərinin iqtisadiyyatlarını və cəmiyyətlərini vuruşan tərəflərə çevirdi. 

İnsan kütlələrini və maddi ehtiyatları illər ərzində vuruşmaq üçün təşkil etmək ehtiyacı 

(Almaniya 1916-cı ildə fəal birliklərdə 5,5 milyona yaxın adama malik idi) hökumət 

qüvvələrinin müharibə cəhdlərini saxlamaq üçün mərkəzləşməsi iqtisadi nizamlamanı 

və ictimai rəyin manipulyasiya edilməsini tələb edirdi.  

I Dünya müharibəsinin başlanması vətənpərvərliyin coşması ilə sevinclə 

qarşılandı; hətta sosialistlər toqquşmaya rəğbətlə daxil oldular. Müharibə uzandıqca 

hökumətlər bu nəticəyə gəldi ki, patriotizmdən artığa da ehtiyac vardır. Müharibənin 

qısa müddətli olacağının gözlənildiyi vaxtlarda iqtisadi problemlərə və uzun müddətli 

müharibə dövrünün ehtiyaclarına az əhəmiyyət verilirdi. Müharibə maşını nokaut 

zərbəsini vurmağa nail olmaqda uğursuzluğa düçar olanda, hökumətlər tez qaydada 

cavab verməli və adamların hər bir böyük tələblərini yerinə yetirməli idilər.  

Hökumətin səlahiyyətinin genişlənməsi məntiqi olaraq bu ehtiyaclardan artıq 

kütləvi mükəlləfiyyətin və ya hərbi qüvvələrin sıralarını doldurmağın bəzi sistemini 

icad etmişdi. Müstəsna qələbənin çalışması üçün on milyonlarla gənc adamın ölkələr 

tərəfindən səfərbərliyə alınması bu vaxt görünməmiş səviyyəyə çatmışdı. Hətta ənənəvi 

könüllülərə bel bağlayan ölkələr (Böyük Britaniya müasir tarixdə – 1914-cü və 1915-ci 

illərdə bir milyon adamlıq volyuntorlar ordusuna malik idi) hərbi mükəlləfiyyətə əl 

atmağa məcbur olurdular. Xüsusilə bu şərtlə ki, bacarıqlı fəhlələrin, onlar hərbi xidmətə 

götürülməməklə, fabriklərdə qalıb işləmələrinə qarantiya verilsin. Onlar hərbi ehtiyat, 

sursat istehsalını davam etdirməli idilər. Hökumətin səlahiyyətlərinin böyüməsinə 

qarşı geniş yayılan müxalifətə baxmayaraq, Britaniyada da 1916-cı ildə məcburi hərbi 

xidmət tətbiq edildi. Bütün Avropada müharibə dövrünün hökumətləri iqtisadiyyat 

üzərində öz hakimiyyətlərini genişləndirdilər. Azad bazar kapitalist sistemi, hökumət 

tərəfindən qiymətin, maaşın və icarənin nəzarətə götürülməsinə, qida mallarının və 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə