Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə235/239
tarix25.07.2018
ölçüsü3,87 Mb.
#59092
1   ...   231   232   233   234   235   236   237   238   239

472 

 

Həm də Vilhelm qeyri-müəyyən planlar cızırdı və bu, sarayda müxalifətin meydana 



gəlməsinə səbəb olmuşdu.  

1896-cı ildə Cənubi Afrika Respublikasının prezidenti Paul Krigerə Britaniyanın 

üzərində qazanılan qələbə münasibətilə Vilhelmin göndərdiyi təbrik teleqramı 

İngiltərədə qəzəb dalğasının yaranmasına səbəb oldu.  

Tanjerə səfər edəndə isə, 1905-ci ildə burada Mərakeşin müstəqilliyi ideyasını 

dəstəkləməyi bəyan etməklə, Fransanın bu ölkədəki mövqeyinə əslində əks çıxmışdı. 

Bundan əvvəl isə Britaniya Fransa ilə mübahisələrini həll etmişdi. Bu hərəkəti ilə 

Vilhelm göstərmək istəyirdi ki, Britaniyanın Fransa ilə ittifaqının onun üçün heç bir 

əhəmiyyəti yoxdur.  

1908-ci ildə Vilhelm İngiltərəyə səfər etdikdən sonra həmin ölkənin «Daily 

Telegraph» qəzetinə verdiyi nəzakətdən uzaq olan müsahibəsi Almaniyada böyük 

coşqunluq yaratdı. O, intervü götürən müxbirə demişdi ki, alman xalqının böyük 

hissəsi anti-ingilis əhval-ruhiyyədədir. Vilhelm dialoqun mətnini kanslerə göndərsə də, 

o, yazının məzmununa əhəmiyyət verməmiş, sonra isə Reyxstaqda öz ağasını olduqca 

yararsız qaydada müdafiə etmişdi. Bu sözlər ingilisləri qəzəbləndirməyə bilməzdi. 

Britaniyanın mərhum kraliçasının nəvəsi bu ölkənin xalqı barədə düşmənçiliyə bərabər 

olan ifadə işlətməklə, əslində onu təhqir etmişdi.  

1911-ci ildə Mərakeş böhranı vaxtı fransızların bu ölkəyə müdaxiləsinə bir daha 

mane olmağa cəhd göstərmişdi, bu isə müharibəyə aparıb çıxara bilərdi.  

I Dünya müharibəsi Avstriya-Macarıstanı süqutdan xilas etmək cəhdi kimi 

başlanmışdı. Serbiya ilə böhranda o, Avstriya- Macarıstanın tərəfini saxlamışdı. Bu, 

dünyanın Almaniya ilə münaqişəsinə çevrildi. Müharibə dövründə Vilhelm rəsmən baş 

komandan olsa da, işi idarə edən generallara müqavimət göstərə bilmirdi. Almaniya 

həlledici qələbə qazanmadığına görə müharibə illərində onun nüfuzu tənəzzülə 

uğramışdı. Artıq ordunun və donanmanın dəstəyindən məhrum olmuşdu.  

1918-ci ilin payızında o, bu fikrə gəldi ki, Almaniya müharibəni uduzur, lakin 

məğlubiyyəti öz tacına yaraşdırmırdı, təslim olmaqdan imtina edirdi. Lakin 9 noyabrda 

bunu istəməsə də, taxt-tacdan əl çəkməyə məcbur edildi və ailəsi ilə birlikdə özünə 

Niderlandda sığınacaq tapdı. O, bununla əsir düşməkdən və ya cəzası kimi mümkün 

ola biləcək ölüm hökmündən (qapını kəsən inqilab isə özünü, yəqin ki, mülayim 

aparmayacaqdı) yaxa qurtara bilsə də, lakin birləşmiş Almaniyada qısa ömürlü 

monarxiyanı xilas edə bilmədi, bu monarxiya çox gənc – 47 yaşında dünyadan getdi. II 

Dünya müharibəsinin ikinci ili davam edəndə 4 iyun 1941-ci ildə II Vilhelmin özü də 

Niderlandda vəfat etdi.  

1871-ci il Almaniya Konstitusiyası Kayzerə böyük hüquqlar vermişdi, o, kansleri 

təyin və azad edə bilərdi. Reyxstaq isə Kayzerin təyinatlarını danışıqsız dəstəkləyirdi. 

Digər tərəfdən, alman ordusu və hərbi-dəniz donanması mülki hökumətə tabe deyildi 

və Kayzer Almaniyada yeganə şəxs idi ki, hərbi siyasəti müəyyən edə bilərdi. İngilis 

mətbuatı Kayzeri Ali Müharibə Ağası kimi qələmə verirdi, o, müharibəyə başlamaq 

qərarını verməkdən başqa isə heç bir şeyə qadir deyildi.  

O, Britaniyanın dəniz donanması gücündə bir hərbi-dəniz qüvvəsi yaratmağa 

cəhd edirdi. O, axını dayandırmaq əvəzinə, özü də axınla birlikdə üzməyə üstünlük 

verdi və müharibə dalğası onun ağılsız ideyalarını və özünü də batırdı.  



473 

 

Rusiya çarı II Nikolayın 1917-ci ildə taxt-tacdan əl çəkməyə məcbur edilməsi 



əsrlərlə davam edən imperiyanın sonu demək idi. Təbiətcə utancaq və fikrini asanlıqla 

dəyişən olan Nikolay erkən yaşlarında Rusiyada avtoritar hökmdar rolunu oynamağa 

girişdi. Onun irticaçı münasibəti daxili və xarici siyasət işlərinin icrasında ümumi 

səriştəsizliyi ilə birləşməklə, xalq arasında ondan narazılığın yaranmasına səbəb 

olmuşdu.  

II Nikolay 1868-ci ildə Tsarskoye Seloda, Sankt-Peterburq yaxınlığındakı çara 

məxsus olan yay saraylarının birində anadan olmuşdu. 1881-ci ildə III Aleksandr kimi 

çar olan tsareviçin və onun arvadı Mariya Fyodorovnanın (danımarkalı Daqmarın) oğlu 

idi. 1894-cü ildə ölən atasını taxt-tacda əvəz etmişdi.  

Nikolay nə təcrübəsinə, nə də xarakterinə görə mürəkkəb işlərə yaramırdı, bu 

işlər isə geniş imperiyanın bir avtoritar hökmdarı kimi onu gözləyirdi. O, müəllimindən 

hərbi təhsil almışdı, onun zövqü və marağı isə gənc Rusiya qvardiya zabitinə məxsus 

olan qaydada idi. Rəsmi işlərdə özünü xəstə kimi hiss edirdi. Təbəələri ilə ünsiyyətdən 

qaçırdı, əsasən öz ailə dairəsindəki özəl həyata üstünlük verirdi.  

1896-cı ildə evləndiyi arvadı Aleksandraya ehtirasla vurulmuşdu. Bu qadın isə 

öz ərində olmayan möhkəm xarakterə malik idi və Nikolay özünü bütünlüklə ondan 

asılı hesab edirdi. Arvadının təsiri altında Qriqori Rasputin kimi şarlatanın 

məsləhətlərinə ehtiyac duyurdu. Nikolay həm də digər məsuliyyətsiz favoritlərə malik 

idi, onlar isə çarı təhrif olunmuş məlumatlarla təmin edirdilər. Onu istənilən vaxt 

aldada bilirdilər, öz nazirlərinə isə o, inanmırdı, çünki onlar intellektual səviyyədə 

ondan yuxarıda idilər.  

O, öz hökumətinə mütəşəkkil qaydada işləməyə imkan vermirdi, onun birgə 

fəaliyyətini əslində heçə endirməyə çalışırdı. O, hökumətə tapşırıqlar vermək əvəzinə, 

nazirləri ayrı-ayrılıqda qəbul edir, hökuməti aramla işləməyə qoymurdu.  

Avtoritar hakimiyyətin rolu barədə baxışı da sadəcə uşaq təsəvvüründən uzağa 

getmirdi. O, güman edirdi ki, hakimiyyəti Allahdan almışdır və yalnız onun qarşısında 

cavabdehdir. Vətən və xalq qarşısında məsuliyyət daşımaq məsələsi isə onu 

düşündürmürdü. Özünün əksinə hərəkət edərək, təbiətcə iradəsizliyini pozaraq 

qitədəki mürəkkəb mübarizə sahəsinə öz istəyindən asılı olmayaraq daxil olmalı idi. 

Ağıl və iradə döyüşündə isə o, başqalarına məxsus olan silahdan əsasən məhrum idi.  

1905-ci ildə o, alman imperatoru II Vilhelmlə ittifaq bağladı, baxmayaraq ki, 

Rusiya Almaniyanın ənənəvi düşməni olan Fransa ilə artıq müttəfiq idi.  

O, ilk Rusiya hökmdarı idi ki, Asiyaya tam şəxsi maraq göstərmişdi. Tsareviç 

kimi 1891-ci ildə Hindistana, Çinə və Yaponiyaya səfər etmişdi. Onun Koreyada 

Rusiyanın təsirini möhkəmləndirmək cəhdi, oranı özünün dayaq nöqtəsi hesab edən 

Yaponiyanı narazı salmaya bilməzdi və bu, müəyyən dərəcədə rus-yapon müharibəsi 

(1904-1905-ci illər) üçün səbəb rolunu oynadı. Məğlubiyyət Rusiyanı böyük Avrasiya 

dövlətinə çevirmək barədəki onun arzularını alt-üst etdi. Bu qeyri-real arzular isə çox 

böyük idi. O, Çini, Tibeti, Persiyanı öz nəzarəti altına almağı düşünürdü.  

O, yaxşı siyasətçi kimi tanınan baş nazirlərinin məsləhətlərinə məhəl qoymurdu. 

P.A.Stolıpin Rasputinin neqativ təsiri barədə danışmağa cəsarət etdiyinə görə hökmlü 

imperatriçənin xoşuna gəlmirdi. İmperator da ona inanmırdı və intriqalar vasitəsilə 

onun nüfuzunun laxladılmasına imkan verirdi.  



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə