10
Ayrı-ayrı dəstələr, qruplar, partiyalar demokratiya şəraitində yaşaya bilər, fəaliyyət göstərə bilər
— ancaq Azərbaycanın Konstitusiyası çərçivəsində, Azərbaycanın qanunları çərçivəsində, sırf
demokratiya prinsipləri çərçivəsində!
٭٭٭
Azərbaycan demokratik dövlətdir, hüquqi dövlətdir.
٭٭٭
Biz
müharibə istəmirik, Ermənistanın torpaqlarına göz tikməmişik. Biz öz torpaqlarımızı, öz
ərazimizi, öz Vətənimizi qoruyuruq.
٭٭٭
Azərbaycanın müstəqil bir dövlət olması dünyada, xüsusən o vaxtlar Sovetlər İttifaqında gedən
tarixi, ictimai-siyasi, obyektiv proseslərin məntiqi nəticəsidir.
٭٭٭
Mən Yeni Azərbaycan Partiyası ilə bərabərəm və partiyanın bugünkü vəziyyətini görərkən çox
sevinirəm və hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaşayacaq və fəaliyyət göstərəcəkdir.
٭٭٭
Yeni
Azərbaycan Partiyası o halda həqiqi sağlam, mübariz və doğrudan da görkəmli partiya olar
ki, onun daxilində fikir mübadiləsi getsin, fikir toqquşmaları getsin, sağlam prinsiplər əsasında mübarizə
getsin.
٭٭٭
İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Dünyanın hansı ölkəsində, hansı
yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni
vardır ... hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.
٭٭٭
Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq,
torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.
٭٭٭
Hamımız Azərbaycanın müstəqil dövlət olmasının tərəfdarıyıq və şəxsən mən dəfələrlə qeyd
etdiyim kimi, harda olmağından asılı olmayaraq bütün fəaliyyətimdə və həyatımın son dəqiqəsinədək
Azərbaycanın müstəqil dövlətçiliyini qoruyacağam. ....Bizim ideologiyamızın əsası budur.
٭٭٭
Azərbaycan cəmiyyətinin əksəriyyəti kommunist ideologiyasından, sosializm quruluşundan
imtina etmişdir və Azərbaycanın müstəqil, dünyəvi dövlət kimi, ümumbəşəri dəyərlər əsasında, eyni
zamanda milli ənənələr əsasında hüquqi dövlət qurmaq yolu ilə getməsinin tərəfdarıdır.
٭٭٭
Bu
gün
ən mühüm vəzifə konstitusiyanı daha dərindən
mənimsəmək və onun verdiyi
təminatlarından bəhrələnməkdən ibarətdir.
٭٭٭
Hər bir şəxs konstitusiyaya və qanunlara dönmədən əməl etməlidir, ondan irəli gələn dövlət və
cəmiyyət qarşısında vəzifələrin layiqincə yerinə
yetirmək, ölkəmizdə gedən demokratik, hüquqi,
dünnyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.
٭٭٭
Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks
etdirməsi,
ümumbəşəri və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.
٭٭٭
Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir
sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.
11
Yeni
Azərbaycanda demokratiya prinsipləri bərqərar olmalı, hər yerdə insan azadlığı təmin
edilməli, insan haqları qorunmalı, vicdan azadlığı, din azadlığı təmin edilməlidir.
٭٭٭
Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının
sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.
٭٭٭
Əminəm ki, Azərbaycanın ilk demokratik konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik
yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiya-
sında özünə məxsus yer tutan müstəqil Azərbaycan dövləti miras qoyacağıq.
٭٭٭
Bundan sonra Azərbaycanda silahla, zorakılıqla heç bir iş görmək olmaz.
٭٭٭
Biz bütün cəmiyyətimizi demokratikləşdirmək istəyirik, ona görə də qəbul etdiyimiz konstitusiya
əsasında respublikamızda bu işləri addımbaaddım görürük.
٭٭٭
Biz
Azərbaycanın haqq-ədalət işini dünyaya sübut etməli, ölkəmizə qarşı olmuş hərbi təcavüzü
dünya ictimaiyyətinə çatdırmalı və beynəlxalq ictimaiyyətin köməyilə Qarabağ məsələsini sülh yolu ilə
həll etməliyik.
٭٭٭
Dövlət müstəqilliyi, milli azadlıq bizim ən böyük tarixi nailiyyətimizdir və biz bunu qoruyub sax-
layacağıq.
٭٭٭
Xalqımız öz gücünü toplamalı, keçmişdən nəticə çıxarmalıdır.
٭٭٭
Milli
ideologiyamız tarixi keçmişimizlə, millətimizin
adət-ənənələri ilə, xüsusiyyətləri ilə,
xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.
٭٭٭
Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda
yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır.
٭٭٭
Keçid
dövrü
yaşayan ölkələrə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən
adam olsun.
٭٭
٭
Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu
strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət
qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün
demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir.
٭٭٭
Azərbaycan indi keçmiş Azərbaycan deyil. Azərbaycan dünya birliyində öz yerini tapıb və hər
yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir.