“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

 
Əgər çay yatağının keçdiyi ərazi yumşaq süxurlardan təşkil olunursa
əyrintilik çox olur. Düzənlik çaylarının  əyrintilik  əmsalı daha böyükdür. 
Ümumiyyətlə, əyrintilik əmsalı həmişə vahiddən böyük olur. 
 
3
Behruz Melikov
Behruz Melikov


7. Çay hövzəsi və morfometrik göstəriciləri. 
 
Çay sistemini və ya çayı su ilə qidalandıran torpaq-qrunt layı daxil olmaqla 
yer səthinin bir hissəsi çay sisteminin və ya çayın hövzəsi adlanır. Hövzə səth və 
yeraltı sutoplayıcılarından ibarətdir. İki qonşu hövzə arasında sərhəd əmələ gətirən 
xəttə suayırıcı  deyilir. Yeraltı sutoplayıcının sərhəddini təyin etmək çox çətindir. 
Səth və yeraltı sutoplayıcılar arasında fərq çox az olduğundan çox zaman səth 
sutoplayıcısı hövzə adlandırılır. 
Çay hövzəsinin  əsas həndəsi göstəriciləri onun sahəsi, maksimal eni, orta 
eni, suayırıcı  xəttin uzunluğu, hövzəsinin simmetrlik dərəcəsi, forması  və s. 
hövzənin fiziki-coğrafi xüsusiyyətlərinə onun coğrafi vəziyyəti, iqlim şəraiti, 
relyefi, bitki örtüyü, geoloji-torpaq quruluşu, çay şəbəkəsinin sıxlığı, göllüyü 
və  bataqlığı  aiddir. Hövzənin sahəsini təyin etmək üçün 1:50000; 1:10000 və s. 
miqyaslı  xəritələrdə suayırıcı  xətt çəkilir, sonra isə sahə planimetrlə, poletka ilə 
ölçülür. Hövzənin sahəsi onun ən əsas göstəricisidir və o, km
2
-lə ifadə edilir. Sahə 
nə  qədər böyük olarsa çayın sululuğu da bir o qədər çox olar. Axımın 
formalaşmasına sahənin mühüm təsiri vardır.  
Planimetrlə çay şəbəkəsini təşkil edən bütün qolların da hövzələrinin sahəsini 
ayrı-ayrılıqda ölçmək olar. Bu zaman əsas çayın sol və sağ sahilindəki hövzələrin 
sahələri ayrı-ayrılıqda ölçülür.  
Çay hövzəsinin sahəsi mənbədən mənsəbə doğru axın boyu artır.  
Hövzə sahəsinin dəyişməsini  əyani olaraq göstərmək üçün artım qrafiki 
tutulur. Bu qrafiki qurmaq üçün ordinat oxunu iki hissəyə bölürlər. Absis  oxundan 
yuxarıda sol sahil qollarının hövzə sahələri üçün artım qrafiki qurulur. Sonra hər 
iki qrafiki həndəsi toplamaqla çay şəbəkəsi sahəsinin artım qrafiki tətbiq edilir. 
Hidroloji hesablamalar apardıqda hövzənin sahəsini hidrotexniki qurğu tikilən 
yerədək və ya hidrometriki məntəqənin yerləşdiyi en kəsiyinədək müəyyən etmək 
lazımdır. Bu en kəsiyini hidrologiyada qapayıcı mövqe adladırırlar. Hövzənin 
forması qapayıcı, mövqeyə suyun eyni zamanda gəlib çatmaq vaxtına təsir göstərir. 
Hövzənin forması müxtəlif olur. Adətən, hövzənin orta hissəsi geniş olur, mənbə 
və  mənsəbə doğru eni azalır. Bəzi hövzələrin eni mənbədən mənsəbə doğru 
getdikcə çox az dəyişir. Elə hövzələr vardır ki, onların eni çayın yuxarı və ya aşağı 
axın hissəsində genişlənir, bəzən isə onların eni orta hissədə azlır. Hövzənin 
forması asimmetriya və suayırıcı xəttin inkişaf əmsalları ilə də səciyyələnir.  
Suayırıcı  xəttin inkişaf  əmsalı, hövzənin suayırıcı  xəttinin uzunluğunun, 
sahəsi həmin hövzənin sahəsinə bərabər olan çevrənin uzunluğuna olan nisbətinə 
bərabərdir: 
                                             
1
S
S
m
=
 
Burada, S-suayırıcı  xəttin uzunluğu, S
1
-çevrənin dairəsinin uzunluğu, 
(çevrənin sahəsi F=
πr
2
). 
Çevrənin radiusu və uzunluğu, müvafiq olaraq aşağıdakı düsturlarla 
hesablanır: 
 
1
Behruz Melikov
Behruz Melikov


π
F
r
=
,                
F
F
r
S
π
π
π
π
2
2
2
1
=
=
=
 
Deməli, suayrıcı xəttin inkişaf əmsalı aşağıdakı ifadə ilə hesablana bilər: 
F
S
F
S
m
282
.
0
2
=
=
π
 
Hövzənin asimmetriya əmsalı aşağıdakı düsturla hesablanır: 
sag
sol
sag
sol
F
F
F
F
+

=
α
 
Burada, F
sol
 və F
sağ
 müvafiq olaraq hövzənin sol və sağ hissələrinin sahəsidir. 
Qolları ancaq bir tərəfdə yerləşən çay hövzələrinə birtərəfli inkişaf etmiş hövzə 
deyilir. Kuban çayının hövzəsi belə hövzələrə aiddir. Bu çayın bütün qolları əsas 
çaya sol tərəfdən tökülür. 
Hövzənin orta eni bu düsturla təyin edilir: 
L
F
B
=
 
Burada, B-hövzənin orta eni (km), F-hövzənin sahəsi (km
2
), L-çayın uzunluğu 
(km). Hövzənin maksimal eni B
max
  əsas çayın istiqamətini perpendikulyar kəsən 
eninə xətlərin ən böyüyünə bərabər götürülür. 
Çayın uzunluğu ilə hövzənin sahəsi arasında aşağıdakı əlaqələr mövcuddur: 
           
F
L
8
.
1
=
,                              F 
< 100km
2
 
           
,                             F 
> 100km
2
 
57
.
0
4
.
F
L
=
Hövzənin fiziki-coğrafi xüsusiyyətlərindən  ən  əsası onun iqlim şəraitidir. 
İqlimin  əsas göstəriciləri yağıntı  və buxarlanmadır. Bunlarla yanaşı, suyun 
hövzədən çaya axmasını ətraflı öyrənmək üçün havanın torpağın temperaturunu və 
rütubət çatışmamazlığını, qar örtüyünün paylanmasını və əriməsini, külək rejimini 
təyin etmək lazımdır. 
Hövzənin coğrafi vəziyyəti onun xarakterik nöqtələrinin coğrafi 
koordinatlarına və  nəzərə çarpan məşhur yerlərə görə  təyin edilir. Bitki örtüyü 
əsasən hövzədə olan meşə, çəmənlik və s. ilə  həmçinin onların sutoplayıcıda 
paylanması ilə səciyyələnir.  
Hövzənin torpaq-qrunt təbəqəsinin xassələri, yağıntıların hopmaya sərf 
olunan hissəsini müəyyənləşdirmək üçün öyrənilir.  
Hövzənin göllüyü və bataqlığı təfsilatı xəritələrə görə təyin edilir: 
             
%
100

=
F
F
g
g
δ
       və          
%
100

=
F
F
b
b
δ
 
Burada, 
δ
g
  və 
δ
b
-göllük və bataqlıq  əmsalları, F
g
  və  F
b
-müvafiq olaraq 
hövzədəki göllərin və bataqlıqların sahəsi (km
2
), F-hövzənin sahəsi. 
Hövzənin relyefinin əsas göstəriciləri onun orta yüksəkliyi və meyilliyidir. 
Relyef yağıntının hövzədə paylanmasına və səth axımı rejiminə təsir göstərir. Ona 
görə  də o, dağlıq  ərazilərdə çayların sululuğunun və rejiminin əsas inteqral 
göstəricisidir. 
Hövzənin orta yüksəkliyi horizontallarla təsvir edilmiş  xəritələrə görə  təyin 
edilir. Bundan ötrü horizontallar arası sahələr ölçülür və orta yüksəklik aşağıdakı 
düsturla hesablanır: 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə