təsiri, dənizin və su balansı ünsürlərinin nisbətinin və dəniz suyunun sıxlığının
dəyişməsi ilə bağlıdır.
Baxılan məntəqədə dəniz səviyyəsinin
hündürlüklər fərqinin həmin
məntəqənin uzunluğuna nisbəti səviyyə səthinin meyilliyi adlanır.
Okean və dənizlərdə dalğalar. Müxtəlif sıxlığa malik iki qtın-hava və suyun
sərhəddində təsir göstərən qüvvələr dalğa yaradır. Təsir edən qüvvələrdən asılı
olaraq dalğalar fərqlənir:
1)Külək (sürtünmə dalğaları)
dalğalar, yəni küləyin yaratdığı və öz təsiri
altında saxladığı dalğalar. Küləyin təsirindən yaranıb, külək zəiflədikdən və ya
istiqamətini dəyişdikdən sonra dalğalanma zonasında yaranan ağırlıq
qüvvəsinin
əsas rol oynadığı dalğalar qravitasion külək dalğalarıdır. Yaranmasında ağırlıq
qüvvəsi ilə səthi gərilmə qüvvəsinin əsas rol oynadığı dalğalar kapilyar-qravitasion
külək dalğaları adlanır;
2) Qabarma dalğaları, Ay və Günəşin qabarma əmələgətirən qüvvələri ilə
yaranırlar;
3) Anemobarik dalğalar, uzun dalğalar olub barik sistemlərin keçməsi ilə
bağlıdır;
4) Seysmik (sunami) dalğalar, yer qabığında gedən dinamiki proseslər
(zəlzələ, vulkan) nəticəsində yaranır;
5) Gəmi dalğaları gəminin hərəkətindən yaranır;
6) Sərbəst dalğalar, dalğa yaradan qüvvələrin təsiri kəsildikdən sonra qalan
dalğalardır.
Dalğalar əmələ gəlmə yerinə görə səth və daxili dalğalara ayrılır. Formasına
görə dalğalar iki ölçülü (düz) və üçölçülü olur. Dalğa ünsürlərinin zamana görə
dəyişməsini nəzərə alaraq v qərarlaşmış və qərarlaşmamış olur. Yayılma
xüsusiyyətinə görə onlar irəliləmə və durğun dalğalara ayrılır. Görünən forması
fəzada hərəkət edən (yerini dəyişən) dalğa irəliləmə dalğası, görünən forması
fəzada yerini dəyişməyən dalğa isə durğun dalğa adlanır.
Dənizin həyəcanlanmış səthinin verilən istiqamətdə şaquli
müstəvi ilə
kəsişməsindən alınan əyriyə dalğa profili deyilir. Dalğanın aşağıdakı ünsürləri
vardır: dalğanın orta səviyyəsindən yuxarıda yerləşən hissəsi dalğanın yalı, dalğa
yalının ən yüksək nöqtəsi dalğanın təpəsi (zirvəsi) adlanır. Dalğanın orta dalğa
səviyyəsindən aşağıda yerləşən hissəsi dalğanın çökəyi və çökəyinin ən aşağı
nöqtəsi isə dalğanın dini (dabanı) adlanır. Dalğanın təpəsinin qonşu dalğa dibindən
olan şaquli məsafəsi dalğanın hündürlüyüdür. Dalğanın iki qonşu təpəsi arasındakı
məsafə dalğanın uzunluğudur. Qeyd olunmuş şaquli xəttdən iki qonşu dalğa
zirvəsinin (təpəsinin) keçməsi arasındakı zaman intervalı dalğanın periodudur.
Dalğanın yayılma istiqamətində yalın qısa zaman intervalında (dalğanın periodu
müddətində) yerdəyişməsi dalğanın sürətidir. Dalğanın
orta hündürlüyünün onun
orta uzunluğuna nisbəti dalğanın dikliyidir. Dalğanın dabanından zirvəsinə qədər
küləyə yönəlmiş hissə küləkdöyən yamac adlanır. Dalğanın zirvəsindən dabanına
kimi külək tutmayan hissəsi kükəltutmayan dalğa yamacı adlanır. Üfüqi düz xətlə
verilmiş nöqtədə dalğa profilinə çəkilən toxunan arasındakı bucaq həyəcanlanmış
səthin meyyiliyidir.
3
Behruz Melikov
Behruz Melikov
Qabarma və axınlar. Qabarma hadisəsi okean və dəniz sularında
qabarma
əmələgətirən qüvvələrin yaratdığı dinamiki və fiziki-kimyəvi proseslərdir.
Qabarma hadisəsi özünü bütün su qatının qatının mürəkkəb dalğa rəqsi formasında
göstərir. Ayın və Günəşin cazibə qüvvələrinin təsiri ilə su səviyyəsinin dövri
qalxması və enməsi qabarmalar adlanır.
Qabarma dalğaları zamanı okean (dəniz) səviyyəsinin qalxması qabarma,
enməsi isə çəkilmə adlanır. Baxılan qabarmada ən yüksək səviyyə dolğun su,
qabarma tərəddünün bir dövrü ərzində minimal səviyyə kiçik su adlanır. Dolğun və
kiçik su səviyyələrinin fərqi qabarma kəmiyyətidir. Dolğun və kiçik suyun
qabarma səviyyəsindən götürülən hündürlüyü qabarmanın amplitududur. Iki ardıcıl
dolğun və ya kiçik su arasındakı zaman müddəti qabarmanın dövrü adlanır.
Qabarmanın dövrünə görə onların təsnifatı verilir. Yarımsutkalıq qabarma
dövrü təqribən yarın
sutka təşkil edir, başqa sözlə sutka ərzində iki maksimum
müşahidə olunur.
Sutkalıq qabarma 24 saatlıq dövrə malikdir və sutkada bir minimumu və bir
maksimumu olur. Düzgün olmayan sutkalıq qabarma, Ayın kiçik meyllərində
yarımsutkalıq qabarmaya çevrilən sutkalıq qabarmadır.
Düzgün olmayan yarımsutkalıq və sutkalıq qabarmalar, qarışıq vdır. Ayın
hilal və bədirlənmiş dövründə müşahidə edilən
qabarmalar Sizigey qabarma
adlanır və belə qabarmada qabarma kəmiyyəti böyük olur. Kvadratur qabarma A
və Günəşin yerə nəzərən düzbucaq altında olduğu dövrdə müşahidə edilir.
Qabarma kəmiyyətinin ən böyük qiyməti (18m) Yeni Şotlandiya yarımadasının
Fandi körfəzində müşahidə olunmuşdur.
Axınlar su kütləsinin irəliləmə hərəkətidir. Axınlar istiqamətləri və sürətləri
ilə səciyyələnirlər. Onların bir neçə əlamətə görə təsnifatı nar. Axını yaradan
qüvvələri nəzərə alaraq onları aşağıdakı tiplərə ayırırlar:
•
Külək və ya dreyf axınları;
•
Qabarma axınları;
•
Qradient axınları.
Qradient axınlar hidrostatik təzyiqin üfüqi qradienti nəticəsində yaranır.
Onlar, səthin meyyiliyini yaradan amillərə görə baroqradient, sıxlıq, kompensasion
və ya axım axınlarına bölünür.
Baroqradient axın atmosfer təzyiqinin qeyri-bərabər paylanması nəticəsində
yaranır. Sıxlıq axınları suyun sıxlığının üfüqi qradientinin təsirindən yaranır.
Kompensasion axında su səthinin vəziyyətinin dəyişməsi
sahildən və ya digər
hövzədən gələn axım (bu axınlar axım axınları adlanır), ya da düşən yağıntının,
buxarlanmanın, digər hövzəyə axımın hesabına kompensasiya olunur.
Kompensasion axın suyun qovulma-gətirilməsi nəticəsində də yarana bilər ki,
belə axın qovma–gətirmə axını adlanır.
Suyu hərəkət gətirən qüvvə kəsildikdən sonra davam edən axınlar ətalət
axınlarıdır.
Fəaliyyəti və dəyişkənliyinə görə axınlar daimi, dövri və qeyri-dövri olur.
Dayanıqlığa görə isə axınlar qərarlaşmış və qərarlaşmamış olur.
Fiziki-kimyəvi xassəsinə görə axınlar iki tipə bölünür: isti və soyuq.
Seyş axınları səviyyənin seyş tərəddüdündə əmələ gəlir.
4
Behruz Melikov
Behruz Melikov