“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

2. Keçid bataqlıqlarda torf layının qalınlığı artdıqca mineral maddələr azalır 
və bitki örtüyünün növü də  dəyişir. Bu bataqlıq üçün qarışıq qidalanma 
səciyyəvidir və o, mezotrof bitkilərlə zəngin olur (cil, kol və ağac bitkiləri). Keçid 
bataqlıqları mezotrof və ya meşə bataqlıqları da adlanırlar. 
3. Üst bataqlıqlarda  mineral maddələrin miqdarı keçid bataqlıqlara nisbətən 
daha da azalır, üzvi maddələrin miqdarı isə artır. Mineral duzların azalması ilə 
əlaqədar olaraq sfaqnum mamırı yayılmağa başlayır. Sfaqnum bataqlığın 
mərkəzində tez artıb inkişaf etdiyi üçün səthi qabarıq  şəkildə olur. Bataqlığın 
mərkəzi kənarlardan 5 m, bəzən 7-8 m hündür olur. Üst bataqlıqlar ancaq atmosfer 
yağıntıları ilə qidalanır. Orada qidaya tələbatı az olan oliqatrof bitkilərdən sfaqnum 
mamırı,  süpürgə kolu, ladan ağacı, quşüzümü və s. bitir.  
Göründüyü kimi müxtəlif inkişaf mərhələlərində bataqlıqların qidalanma 
xüsusiyyətləri və bitki örtükləri dəyişir. Alt bataqlıqların ilk inkişaf mərhələsində 
ot bitkiləri əsas yer tutur, qidalanma isə qarışıq olur, yəni atmosfer yağıntılarının 
səth sularının (daşqın zamanı  vəgursulu dövrdə) və yeraltı suların hesabına baş 
verir. 
Bataqlıq səthinin getdikcə qalxması və torfun miqdarının artması ilə əlaqədar 
olaraq onların qidalanma xüsusiyyətləri dəyişir. Cil və başqa ot bitkilərinə lazım 
olan mineral duzların da miqdarı azalır, onlar kolluq və  ağac bitkiləri ilə  əvəz 
olunur. Bataqlıqların səthinin qalxması davam edərsə, bu zaman onlar ancaq 
atmosfer yağıntıları ilə qidalanır və bu mineral maddələrin daha da azalmasına 
Göllər  ətirib çıxarır. Kol və  ağac bitkiləri  əvəzinə bataqlıq tamamilə sfaqnum 
mamırı ilə örtülür. Beləliklə, alt bataqlıqlar getdikcə üst bataqlıqlara çevrilir. 
Əmələ gəldikləri yerdən asılı olaraq bataqlıqlar bir neçə tipə bölünürlər: subasar, 
dərə, yamac, suayrıcı və terrasyanı bataqlıqlar. 
Bataqlıqlar atmosfer yağıntıları, yeraltı  və  səth suları ilə qidalanır. Onların 
hidroloji rejimləri çay və göllərin rejimindən fərqlənir. Bu onunla bağlıdır ki, torf 
bataqlıqlarında su ümumi çəkinin  89-94%-ni təşkil edir.  
Qurutma işləri aparıldıqda, yəni kollektor-direnaj şəbəkəsi vasitəsilə suyu 
bataqlığın  ərazisindən kənar etdikdə, torfdakı suyun miqdarı 5-105 azalır. 
Bataqlıqlarda suyun azalması  həm də buxarlanmanın bilavasitə  təsiri nəticəsində 
baş verir.  
Bataqlıqların rejimi torfun quruluşu və xassələri, torf qatında suyun hərəkəti
qrunt sularının səviyyəsinin tərəddüdü, buxarlanma və bataqlıqdan axın ilə 
əlaqədardır. 
Bataqlıqda olan suları aşağıdakı toplananlara bölmək olar: 
1. Sərbəst su: torfdan ağırlıq qüvvəsinin təsiri altında ayrılır; 
2. Torfla əlaqəli su: onu ağırlıq qüvvəsinin təsiri ilə ayırmaq olur. 
Əlaqəli su öz növbəsində 4 yerə bölünür: 
a) səthi gərilmə qüvvəsinin təsiri ilə dar məsamələrdə aşağı və yuxarı hərəkət 
edən kapilyar sular. Bu sular torfdan bitkilər və torfun səthindən gedən buxarlanma 
nəticəsində ayrıla bilir. 
b) su və  xırda torf hissəciklərindən təşkil olunmuş kalloid qarışığında olan 
sular. Bu sular torf qurudulduqda ondan ayrılır; 
 
2
Behruz Melikov
Behruz Melikov


c) dağılmış bitki hüceyrələrində olan osmotik su. Bu suyu ancaq bitki 
hüceyrələrinin qabığını kimyəvi yolla dağıtdıqda kənar etmək olar; 
d) torf maddəsinin kimyəvi tərkibində olan hidrat su.  
Bataqlıqda daim fəaliyyət göstərən göllərdə, xırda çaylarda yığılmış  və 
atmosfer yağıntıları nəticəsində əmələ gəlmiş sular sərbəst sulardır. Belə sular hər 
torf yatağından aşağıda linza və ya yatağın daxilində damarlar şəklində  yığılır. 
Sərbəst suları bataqlıqlardan qurutma şəbəkəsi vasitəsilə  kənar edirlər. 
Bataqlıqlarda  sərbəst və  əlaqəli sular arasında aralıq vəziyyət tutan qravitasiya 
suları da  olur. Onları    da    təbii  və    süni    məcralar vasitəsilə bataqlıqdan kənar 
etmək olur. 
Sərbəst axım  şəraitində qruntun məsamələrində saxlana bilən  ən böyük su 
miqdarına tam nəmlik tutumu deyilir.  
Otlu bataqlıqların nəmlik tutumu 750-875 kq/m
3
, sfaqnumlu bataqlıqlarda isə 
900 kq/m
3
-ə qədərdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, qumun tam nəmlik 
tutumu 250 kq/m
3
, gillicə torpaqlarınkı isə 620 kq/m
3
-dur. 
Torfun su xassələrinə onun sukeçirmə qabiliyyəti də aiddir. Torfun sukeçirmə 
qabiliyyəti süzülmə əmsalı ilə səciyyələndirilir. Bu əmsal bataqlığın növündən və 
torfun ayrılma dərəcəsindən asılıdır. Üst qatda yerləşən və az sıxılmış torf layı ən 
böyük süzülmə  əmsalına malikdir. Aşağı qatlarda yerləşən və  sıx torf laylarının 
sukeçirmə qabiliyyəti sıfra yaxındır. Torfun çəki və həcm nəmliyi də təyin olunur. 
torfun çəki nəmliyi onda olan suyun çəkisinin, torf nümunəsinin su ilə birlikdə 
ümumi çəkisinə nisbətidir. O, onluq kəsr və ya faizlə ifadə olunur: 
ρ
ρ
δ
s
=

burada, ρ
s
-nümunədəki suyun çəkisi;  ρ-su ilə maddənin birlikdə çəkisidir. 
Torfun həcm nəmliyi nümunədəki suyun həcminin nümunənin tam həcminə 
olan nisbətidir və faizlə ifadə olunur: 
%
100

=
V
V
s
η

burada, V
s
-nümunədəki suyun həcmi; V-nümunənin həcmidir. 
Torfun sukeçirmə qabiliyyətinin zəif və bataqlıqlardakı yeraltı suların 
aynasının meyilliyinin az olması nəticəsində torfun daxilində suyun hərəkət sürəti 
demək olar ki, sıfra yaxın olur. Torf yatağının üst layının məsaməliyi çox, süzülmə 
əmsalı böyük olur. Səthdən dibə doğru torf sıxlaşdığı üçün həm məsaməlik azalır, 
həm də süzülmə əmsalının qiyməti sıfra yaxınlaşır. 
Torf yatağında suyun hərəkəti başlıca olaraq üst layda süzülmə yolu ilə baş 
verir. Həmin lay fəal lay, ondan aşağıda yerləşən laylar isə ətalətli laylar adlanır. 
Fəal lay daxilində qrunt sularının səviyyəsi tərəddüd edir və nəmlik dəyişkən olur. 
Burada süzülmə  əmsalı böyük olur, çünki mamır örtüyünün süzülmə  əmsalı 300 
sm/sutka qədər ola bilər. Ətalətli layda torf zəif su keçirmə qabiliyyətinə malikdir 
və suyun tərkibi sabitdir. Buna görə  də torf yatağından çaya ancaq fəal layda 
yığılmış  sərbəst su axıb gedə bilər. Bataqlıqlarda sərbəst suyun hərəkəti laminar 
rejimdə baş verir.  
Qrunt sularının səviyyəsinin dəyişməsinə bataqlığın relyefi, iqlim, bitki 
örtüyünün növü və qurutma tərəddüdünün gedişatı meteoroloji ünsürlərin illik 
 
3
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə