“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   32   33   34   35   36   37   38   39   40

Qeyd etmək lazımdır ki, iri bataqlıqların qurudulması  nəticəsində meşələr 
məhv olmağa başlamış, çayların sululuğu azalmışdır. Buna görə  də  bəzi 
regionlarda bataqlıq ekosistemlərini bərpa etməyə çalışır. 
 
 
 
 
 
 
 
 
 
 
 
6
Behruz Melikov
Behruz Melikov


22. Buzlaqların hidrologiyası. 
 
İqlim  şəraitindən asılı olaraq yer səthinə sülb halında düşən illik yağıntının 
əriməyə və buxarlanmaya tam sərf olunduğu sıfır balans səviyyəsi iqlim qar xətti 
adlanır. Qar xəttindən yuxarıda qar ilin isti dövründə tam ərimir. Qar xəttinin 
yüksəkliyi hava temperaturundan və yağıntıların miqdarından asılı oaraq böyük 
intervalda dəyişir: qütb shələrində 50-450 m yüksəklikdə, ekvatorda 4400-4900 m-
də, Qafqazda 2700-3800 m-də, subtropiklərdə 6400 m-dək (şəkil 6.1).İqlim qar 
xəttindən başqa fəsli və oroqrafik qar xətləri anlayışları da vardır.  
Dağlıq  ərazilərdə qar xətti  şimal yamacda cənub yamaca nisbətən aşağıdan 
keçir. Havanın temperaturunun fəsli tərəddüdü nəticəsində qar xəttinin yüksəkliyi 
qışda aşağıda, yayda isə yuxarıda olur. Qafqazda fəsli qar xətti hətta 550-600 m-
dək aşağı düşür. Qar xəttindən yuxarıda yığılan qarın alt qatı üstdəki qarın təzyiqi 
nəticəsində tədricən sıxılır və sıxlığı 300-500 kq/m
3
 olan firn buzu yaranər. Bu isə 
sonradan sıxlığı 880-910 kq/m
3
 olan göy buzlaq buzuna (qletçer) çevrilir. Qar 
xəttindən yuxarı buz materialları  yığılan  ərazi  buzlağın  qida  zonası, buzlaq 
əriyən ərazi isə  ablyasiya  zonası adlanır. Dağ buzlaqlarında qar xəttindən aşağı 
enmiş əriyən sahə buzlaq dili adlanır. Buzlağın ölçüləri artdıqca ağırlıq qüvvəsinin 
təsiri nəticəsində firn örtüyü altlından buzlaq dağ yamacı ilə  hərəkət edərək qar 
xəttindən aşağı enir. Buzun hərəkət sürəti orta hesabla 0.5 m/sutkadır. Buzlağın ən 
böyük hərəkət sürəti Qrenlandiyada müşahidə edilmişdir (10-40 m/sutka). 
 
 
 
1
Behruz Melikov
Behruz Melikov


Buzlaq hərəkət etdikdə onda eninə və uzununa çatlar əmələ gəlir və hərəkət 
nəticəsində parçalanmış dağ süxurları  dərəyə  çıxarılır. Bu dağ süxuru parçaları 
buzlaqla birlikdə  hərəkət edir və moren adlanır. Hərəkət edən morenlər 
vəziyyətlərinə görə  səth, daxili, yan və dib morenlərinə ayrılır. Buzlaq, əsasən  
quruda yerləşən, daimi qaninauyğun hərəkət edən, müəyyən formaya və ölçüyə 
malik olan sülb atmosfer yağıntılarının yığılması və kristallaşmasıdan yaranan  buz 
kütləsidir. Buzlaqların qida mən2bələri atmosfer yağıntıları, qar uçqunları, küləyin 
qarı sovurmasıdır. Əlavə qida 2mənbəyi şeh, sırsıra ola bilər. Son yüz ildə daimi 
qar xəttinin 150-200 m yüksəkliyə qalxması ilə  əlaqədar olaraq, buzlaqların 
qidalanma fəaliyyəti  əhəmiyyətli dərəcədə  zəifləmişdir. Buzlaqların qidalanma 
sahəsinin azalması isə buzlağın gərəkət sürətinin azalmasına və buzlaq dilinin 
intensiv  əriyərək çəkilməsinə  səbəb olmuşdur. Buzlaqlar materik və dağ 
buzlaqlarına bölünür.  
Dağ buzlaqları iqlim şəraitindən və relyefdən asılı olaraq aşağıdakı tiplərə 
bölünür: dağ yamacı buzlaqları, dərə buzlaqları, dağ zirvələri buzlaqları, mürəkkəb 
buzlaq kompleksləri. Materik buzlaqlarında ablyasiya prosesi, onların kənarında 
buzlağın qopub dənizə düşməsidir. Bu buz parçaları aysberq adlanır. Dağlıq 
rayonlarda buzlaqlar sülb yağıntıları akkumlyasiya edir və ilin isti dövründə 
çayların qidalanmasında iştirak edir. Onlar həm çay axımının kəmiyyətinə, həm də 
çayın rejiminə  təsir göstərir. Bu təsir buzlaqların ölçülərindən, onların çay 
hövzəsində sayından, yerləşdiyi hündürlükdən, coğrafi zonadan asılıdır. 
Qışdan başqa bütün mövsümlərdə buzlağın müxtəlif  qalarında buzun 
temperaturu  ərimə temperaturuna yaxın olur. Geotermiki istiliyin hesabına 
buzlağın alt hissəsi əridikdə əmələ gələn axım çox azdır və 0.1-0.2 l/s·km
2
-əqədər 
olur. Hərəkətdə olan buzlağın enerjinin dissiyası nəticəsində əmələ gələn axım da 
təxminən balə qiymətlərlə  səciyyələnir. Buna görə  də hesab edilir ki, qışda 
buzlaqlardan axım əmələ  gəlmir.  
Buzlaqlar enerji balansının dəyişməsinə çox tez təsir göstərir6 temperatur və 
günəş  radiasiyasının  sutkalıq tərəddüdləri nəticəsində    axım  da dəyişir. Buna 
görə də  buzlaq çayları ilin ən isti aylarında daha bol sulu olur. Bu mövsümi effek 
hövzə  səthinin buzlaqlarla örtülmə  dərəcəsindən asılıdır. Hövzənin səthinin 70-
80%-i buzlaqlarla örtülü olan kiçik dağ çayının illik axımının 60-70%-i buzlaqların 
ərinti suları təşkil edir. Buna görə də buzlaq çaylarının axımı, hövzəsində buzlaqlar  
olmayan çayların axımından 50-100%-çox ola bilər. Buzlaqlar çayın su rejiminin 
təbii tənzimləyiciləridir. Onlar yay mövsümündə axımı artırır və çay sularından 
müxtəlif təsərrüfat mənbələri üçün istifadə imkanlarını genişləndirir. Buzlaq  suları 
ilə qidalanan çaylarda gursulu dövrdə  səviyyə  tədricən və uzun müddət  ərzində 
qalxır. Belə çaylarda yay-payız aralıq faza olmur və minimal su sərfləri qəş 
mövsümündə müşahidə edilir. Buzlaqların əriməsi nəticəsində əmələ gələn axımın 
xüsusi halı buzlaq daşqınıdır. Belə daşqınlar buzlaq əriyərkən akkumulyasiya 
olunmuş böyük su həcminin qəfildən azad olması nıticəsində yaranır. 
Yay aylarında buzlaqlardan başlayan çayların su rejinində sutkalıq gediş 
aydın görünür. 
 
2
Behruz Melikov
Behruz Melikov


Suyun temperaturu gursulu dövrdə  0
0
C-yə yaxın, gündüz 0.5
0
C-dən yuxarı 
olmur. Buzlaqlardan uzaqlaşdıqda çay suyunun temperaturu artır. Buzlaqdan 
başlayan çayların minerallığı az (50-180 mq/l), bulanıqlığı isə böyük olur. 
 
Respublikamız buzlaqlarla zəngin deyil və olan xırda buzlaqlar da Böyük 
Qafqaz dağlarındadır. Böyük Qafqazın cənub-şərq qurtaracaqlarının iqlimi onun 
mərkəzi və qərb hissəsinin iqliminə nisbətən quru, kontinental olduğundan burada 
müasir buzlaşma zəif inkişaf etmişdir. Yüksək dağlıq sahələrdə sülb halında düşən 
yağıntılar il ərzində əriyib və buxarlanıb qurtara bilmir və müəyyən yüksəkliklərdə 
daimi qar qurşağını  əmələ  gətirir. Qarın  əriyərək ilbəil toplandığı sahə  xionosfer 
adlanır. Xionosferin aşağı sərhəddi qar xəttini təşkil edir. Böyük Qafqazda Suayrıcı 
və yan silsilələrin şimal yamaclarında qar xətti 3730 m, cənub yamacların xətti isə 
3820 m yüksəklikdən keçir. 
Azərbaycan buzlaqlarla zəngin deyil və olan xırda buzlaqlar da Böyuk Qafqaz 
dağlarındadır.  Böyuk Qafqazın  cənub-şərq qurtaracaqlarının iqlimi onun mərkəz 
və  qərb hissəsinin iqliminə nisbətən quru, kontinental olduğundan burada müasir 
buzlaşma zəif inkişaf etmişdir. Müasir buzlaqlar ancaq qar xəttinin böyük 
yüksəkliyə malik olduğu və buzlaqların  əmələ  gəlib saxlanması üçün əlverişli 
şəraiti olan ayrı-ayrı zirvələrin  yamaclarında saxlanılmışdır.  Əgər Bazardüzü 
zirvəsindən cənuba enən və Qovdanvas dərəsində yerləşən kiçik buzlaqları nəzərə 
almasaq, buzlaqların  əksəriyyəti zirvələrin  şimal yağında saxlanılmışdır. Böyuk 
Qafqaz dağlarının qalan başqa yerlərində  də  şərait bu cürdür. Şərqi Qafqaz 
buzlaqları ölçülərinə görə çox  kiçikdir, yəni 1km
2
-ə yaxındır. Bütün Böyuk 
Qafqazın  şərqində olan 360 qədər  buzlağın (sahəsi 109 km
2
) 332-ci, yəni 
sahələrinin 100,8 km
2
 onun şimal yamacında yerləşir.Cəmi 28 buzlaq və 8,2 km
2
 
sahə  cənub yamaclardadır. Ümumiyyətlə  əlverişli şəraiti olmadığı üçün buzlaqlar 
jamaclardan aşağı enərək, dərələr boyu müəyyən məsafə  hərəkət edə bilməyib, 
yamaılarda asılı  və bir-birindən təqrid olunmuş  şəkildə Baş Qafqaz silsiləsinin 
(şimal-qərbdən cənub-şərqə doğru)  Bazardüzü, Bazaryurd, Tufan zirvələrində, 
Yan silsilənin  Şahdağ yastanasında saxlanılmışdır. Buzlaqlar 4000 m-ə yaxın və 
ondan yüksəkdirlər. Son 100 ildə bu buzlaqların sahəsi bütün Qafqazda olduğu 
 
3
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə