“Hidrologiya”


 Göldə dinamiki proseslər, termik və buz rejimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

20.  Göldə dinamiki proseslər, termik və buz rejimi. 
 
Göldə müşahidə edilən dinamiki proseslərdən biri külək dalğalarıdır. Küləyin  
sürəti 1 m/s- dən  az olduqda hündürlüyü  3-4 mm, uzunluğu 40-50 m olan kapilyar 
dalğalar  yaranır. Küləyin sürəti artdıqca kapilyar  dalğalar qravitasion dalğalara 
çevrilir. Dalğanın əsas ünsürləri aşağdakılardır: 

 
yal-statik səviyyədən yuxarıda qalan dalğa hissəsi; 

 
zirvə- yalın ən hündür nöqtəsi; 

 
dalğa çökəklliyi – iki qonşu yal arasında qalan hissə 

 
daban – dalğanın çökək hissəsinin ən alçaq nöqtəsi; 

 
dalğanın hündürlüyü (h) – daban ilə zirvə arasında şaquli məsafə; 

 
dalğanın uzunluğu 
)
(
λ
 - iki qonşu təpə  və ya daban arasında məsafə; 

 
dalğanın dövrü – fəzanın eyni bir nöqtəsindən ardıcıl iki dalğa zirvəsinin 
keçmə müddəti; 

 
dalğanın yayılma və ya  fəza sürəti – eyni bir dalğa zirvəsinin hərəkət 
sürəti; 

 
dalğanın dərinliyi – dalğanın hündürlüyünün onun uzunluğuna nisbəti; 

 
dalğanın cəbhəsi – dalğanın yalı boyu keçən üfüqi xətt. 
 
Dalğanın sürəti (C), uzunluğu (
λ
 ) və dövrü (
τ
 ) arasındakı asılıq belə ifadə 
olunur. 
  
τ
λ
=
C
 
Göl  və su anbarlarındakı dinamiki proseslərdən biri də seyşdir. Seyş durğun 
sərbəst dalğadır. Onun yaranma səbəbi təzyiqin sututarın bir hissəsində ciddi 
dəyişməsi, qeyri -dövrü    qovma – gətirmə   hadisəsi,   gölün   məhdud 
akvatoriyasında  külli miqdarda yağış yağmasıdır. Seyşlər bir-iki  və çoxqovşaqlı 
olurlar. 
Göl  və  su anbarlarında su kükləsinin hərəkəti  axın    adlanır. Axınlar 
istiqamətləri və sürətləri ilə  səciyyələnir. Onların müxtəlif  növləri var: külək, 
sıxlıq, axım və  ətalət  axınları. Dəyişkənliyə  və  fəaliyyət xarakterinə görə daimi, 
dövrü və müvəqqti axınlar ayrılır. 
Külək axınları qeyri-sabitliyi ilə  səciyyələnir. Axım nəticəsində yaranan 
axınları sututara tökülən çaylar əmələ  gətirir. Sıxlıq axını su kütləsinin qeyri-
bircins olması  nəticəsində yaranır. Sahil zonada külək dalğası hidrostatik təzyiq 
qüvvəsinin dəyişməsi ilə  əlaqədar kompensasion axın yaradır.  İri sututarlarda 
sahilboyu sabit axınlar müşahidə olunur. 
 
1
Behruz Melikov
Behruz Melikov


Göllərin termik və buz rejimi. Göl və su anbarlarının termik rejimi konvektiv 
qarışma ilə sıx əlaqədardır. Bu su obyektlərinin müxtəlif dərinliklərində temperatur 
əhəmiyyətli dərəcədə  fərqlidir. Bunun səbəbi suyun istilikkeçirmə qabiliyyətinin 
zəif, istilik tutumunun isə böyük olmasıdır. Mülayim qurşaqda payız fəslində 
konveksiya nəticəsində suyun temperaturu dərinlik boyu bərabərləşərək 4
0
C-yə 
çatır. Beləliklə,  payız  homotermiyası  yaranır (şəkil 4.4). 
Su soyuduqca konveksiya kəsilir, nazik səth qatı donur və qışda temperatur 
dərinlik boyu artır (0
0
C-dən 4
0
C-yə  qədər). Su layında temperaturun belə 
paylanması  əks termik stratifikasiya adlanır. Yazda sututar buzdan azad 
olunduqdan sonra yaz konveksiyası başlanır. Temperatur dərinlik boyu təqribən 
bərabər olmaqla (4
0
)  yaz  homotermiyası  yaranır.  
Yay dövrü səthin temperaturu artır. Konvektiv qarışma kəsilir, temperatur 
dərinlik artdıqca azalır və bu düz termik stratifikasiya adlanır. Gecə vaxtı su 
soyuduqdan və küləyin fəaliyyəti nəticəsində qarışma baş vermədiyindən yuxarı su 
qatında temperatur nisbətən bərabərləşir və bundan aşağı qatda temperatur azalır. 
Bu prosesin nəticəsində  sıçrayış qatı əmələ gəlir. 
 
Sututarlarda termik (temperatur) zonalar mövcuddur. Sıçrayış qatı su 
kütləsini bir-birindən fərqli üç laya ayırır:  epilimnion, metalimnion, hipolimnion. 
Epilimnion sıçrayış qatından yuxarı hissədir. Burada suyun xassələri demək olar 
ki, bircinsdir. Metalimnion sıçrayış qatıdır. Bu aralıq zonada dərinlik boyu 
hidroloji şərait dəyişir və suyun bütün xassələrinin böyük qradiyentləri müşahidə 
edilir. Hipolimnion sıçrayış qatından aşağıda yerləşir. Burada suyun xassələri 
bircins və sabitdir. 
Termik rejimə görə göllər üç tipə bölünürlər: 

 
tropik göllər-il boyu düz termik stratifikasiya müşahidə olunur; 
 
2
Behruz Melikov
Behruz Melikov



 
qütb göllər-il boyu əks termik stratifikasiya mövcuddur

 
mülayim göllər-yaz və payızda homotermiya, yayda düz, qışda isə  əks 
termik stratifikasiya müşahidə edilir. 
Gölün müxtəlif dərinliklərində temperaturun aylar üzrə paylanması şəkil 4.5-
də göstərilmişdir.  
Göllərdə buzun ilkin formaları (sahil, buzu, piy, xəşələ buzu və s.) əmələ 
gəlir. Bəzi göllərdə sudaxili buz da yaranır. Küləyin təsiri nəticəsində axınlarla 
sərbəst buz axını baş verir. Göl səthinin buz bağlaması iki-üç ay çəkir. Buz örtüyü 
sahil buzunun inkişaf edərək birləşməsi nəticəsində formalaşır.Buzdan azad olma 
isə sahildən başlayır. Tədricən buz örtüyü parçalanır və buz axını başlayır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3
Behruz Melikov
Behruz Melikov


21. Bataqlıqların əmələ gəlməsi və təsnifatı. 
 
Daima ifrat nəmlənmiş, oksigen çatışmamazlığına uyğunlaşmış, nəmliyi 
sevən bitki ilə örtülmüş, torf əmələgəlmə prosesi ilə  səciyyələnən və torf layının 
qalınlığı 30 sm-dən çox olan quru sahəsi bataqlıq adlanır.  
Torf layının qalınlığı göstərilən qiymətdən az olarsa, həmin sahə bataqlaşmış 
mineral torpaq sahəsi adlanır.  İfrat nəmlənmiş torpaqlarda məsamələrdən hava 
tamamilə  çıxır və onlar su ilə dolmuş olur. Belə torpaqlar kənd təsərrüfatı üçün 
yararsız sayılır. Bataqlıqlarda bitkilərin kökləri mineral qrunta çatmır. Sərhəddi 
torf qatı sıfır olan yerdən keçirilmiş qapalı kontur daxilində yerləşən bataqlıqlara 
bataqlıq massivi deyilir. Bataqlıqlar suayırıcılarda, dayazlaşan və bitki basmış göl 
və sututarlarda, meşə yanğınlarından sonra əmələ gəlir.  
Quruda bataqlığın əmələ gəlməsi üçün axını zəiflədən müvafiq fiziki-coğrafi 
şərait olmalıdır. Həmin  şəraitdə axın zəif olduğundan, su yer səthində və torpaq-
qruntda yığılaraq daima və ya uzun müddət dövrü olaraq ifrat nəmlik yaradır. 
İynəyarpaqlı meşələrdə göstərilən şəraitdə əvvəlcə yaşıl mamır, sonra isə sfaqnum 
mamırı  əmələ Göllər  əlir. Bu ağacların köklərinin oksigenlə  təchizatını  kəskin 
azaldır. Nəticədə ağaclar məhv olur və meşə bataqlığa çevrilir.  
Daimi donuşluq yayılmış rayonlarda bataqlaşmanın əmələ gəlməsinin səbəbi 
suyun donmuş qrunt layından süzülə bilməməsidir.  
İfrat rütubətli zonada illik yağıntının miqdarı buxarlanmadan artıq olduğu 
üçün bataqlıq  əmələ  gəlmə prosesi geniş yayılmışdır. Dəyişən rütubətli zonada 
bataqlıqlar  əsasən çökək yerlərdə  və çay dərələrində  əmələ  gəlir. Rütubət 
çatışmayan  ərazilərdə isə bataqlıqlar subasarlarda və  dərin çay dərələrində  əmələ 
gəlir. Buna səbəb daşqınlar və yeraltı suların səthə  çıxmasıdır. Sututar 
dayazlaşdıqda da bataqlıqlar  əmələ  gəlir. Sututarın çalasında çöküntülərin 
yığılması ilə əlaqədar olaraq kənarlardan mərkəzə doğru dayazlaşma prosesi gedir. 
Bu prosesin sürəti sututarın yaşından və su balansı ünsürlərinin nisbətindən 
asılıdır. 
Sututar dayazlaşdıqca su bitkiləri məhv olub dibdə  yığılır və dayazlaşma 
prosesi sürətlənir. Zaman keçdikcə sututarları (gölləri, axmazları  və s.) bataqlığa 
məxsus susevər bitkilər basır və bataqlıq əmələ Göllər əlir. Belə bataqlıqlara torf 
qatının aşağı hissəsi sopropel çöküntülərdən ibarət olur. Bu cür bataqlıqlar  Şərqi 
Sibirdə, Belarus və Ukraniya Polyesində, Rusiyanın Pskov vilayətində  və s. 
yerlərdə daha çoxdur. 
Bataqlıqlar qidalanma xüsusiyyətlərinə, inkişaf mərhələsinə, bitki örtüyünə, 
səthinin vəziyyətinə görə aşağıdakı tiplərə bölünür: 
1. Alt bataqlıqlar  nisbətən mineral maddələrlə    zəngin olur və buna görə 
orada ot bitkilərindən cil, qamış, qatırquyruğu və yaşıl mamır bitir. Bataqlıqlara 
suayrıcındakı çökək yerlərdə, köhnə göl və ya subasarlarda rast gəlmək olar. Alt 
bataqlıqlarda torf bir o qədər də çox olmur (4-8 m). Onları yeftrof və ya ot 
bataqlıqları da adlandırırlar.  
Alt bataqlıqların (yeftrof) səthləri ya batıq, ya da düz olur. Qidalanmasında 
atmosfer yağıntılarından başqa səth və yeraltı sular da iştirak edir. 
 
1
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə