Folklorşünaslığa giriş
45
lun
duqları Avropa qövmləri üzərində təsir icra etməkdən
geri qalmamışdırlar. Biz bu gün Avropa millətlərinin folk-
loru il
ə türk folkloru arasında bir müqayisə aparsaq, türkün
hansı Avropa qövmləri üzərində təsiri olduğunu təsbitdə çə-
tinlik ç
əkmərik. Çünki tarixi mühacirətlərdə axın daima
Şərqdən Qərbə olmuş, Şərq özü aşıladığı təsir müqabilində
Q
ərbdən, demək olar ki, heç bir şey almamışdır”
45
.
Ümumiyy
ətlə, bütün folklor nəzriyyələri xalq yaradı-
cılığına diqqəti yönəltdikləri üçün mühüm əhəmiyyət daşı-
mışlar. Bundan əlavə, uzun illər o qədər də əhəmiyyətli sahə
hesab edilm
əyən folklora XIX əsrdən başlayaraq marağı
artırmaqla yanaşı, folklor materiallarının toplanması, nəşri
v
ə təbliği, həmçinin dünya xalqlarının mədəniyyətinin mü-
qayis
əsi işində də onların böyük rolu olmuşdur.
45
Ahmet Caferoğlu. Folklorumuzda milli hayat ve dil bakiyeleri,
C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s. 22
Almaz H
əsənqızı
46
MÜQAYİSƏLİ FOLKLORŞÜNASLIQ
İstər qohum, istərsə də tam fərqli xalqların şifahi yara-
dıcılığını və onunla bağlı yaranan araşdırmaların müqayisəli
t
ədqiqi müasir folklorşünaslığın bir sıra problemlərinin həl-
lind
ə müstəsna əhəmiyyətə malikdir. Azərbaycan folklorşü-
naslığının tarixi iki yüz ilə yaxın olsa da, bu sahədə görülən
işlər çox azdır. Daha doğrusu, bu gün də bütövlükdə Azər-
baycan folklorunun müqayis
əli təhlilinə həsr edilən sistemli
bir t
ədqiqat əsərinə rastlamaq çətindir. Bu mövzunun çox-
şaxəli və geniş olmasını nəzərə alaraq, müqayisəli folklor-
şünaslığın istiqamətlərini aşağıdakı kimi ümumiləşdirmək
olar:
1.
Qohum xalqların folkloru arasında müqayisə;
2. Bir-biril
ə yanaşı yaşayan – qonşu xalqların folkloru
arasında müqayisə;
3. Heç bir qohumluq v
ə ya qonşuluq münasibəti ol-
mayan xalqlar
ın folkloru arasında müqayisə;
4. Arxaik, klassik v
ə müasir folklor mətnləri arasında
müqayis
ə;
5. Folklor m
ətnlərinin variantları arasında aparılan
müqayis
ə ;
6. Folklor v
ə yazılı ədəbiyyat arasında müqayisə,
7.
Folklorun ayrı-ayrı janrları arasında müqayisə.
Aydındır ki, Azərbaycan folkloru da ilk növbədə digər
türkm
ənşəli xalqların yaratdığı əsərlərlə müqayisə edil-
Folklorşünaslığa giriş
47
m
əlidir. Bu sahədə müəyyən qədər tədqiqatlar vardır. Belə
ki, Ə.Cəfəroğlunun “Türk qövmləri”, “Türk dili tarixi”,
A.N
əbiyevin “Azərbaycan və özbək folklor əlaqələri” və
başqa tədqiqatlar bu istiqamətdə aparılmışdır.
Qeyd etm
ək lazımdır ki, sovet hakimiyyəti dövründə
türkdilli xalqların öz milli mənşəyindən uzaqlaşdırılması,
yabançılaşdırılması istiqamətində fəaliyyət rejimin əsas ide-
oloji
siyasi mövqeyi olması bu sahədə də öz mənfi təsirini
göst
ərmişdir. Türkmənşəli xalqların folkloru arasında müqa-
yis
ələr aparılarkən daha çox onları bir-birindən fərqləndirən
c
əhətlərə diqqət yetirilmişdir. Məqsəd eyni kökdən olan
xalq
ları bir-birindən ayırmaq, türk milli dəyərlərinin zəngin-
liyin
ə kölgə salmaq olmuşdur.
Tədqiqatçı Əli Şamil “Azərbaycan Əlyazmaları İnstitu-
tu
nun arxivindəki “Koroğlu” dastanı Krımda nəşr olundu”
məqaləsində bu barədə haqlı olaraq yazır: “Sovetlər dönə-
mində dastanın araşdırıcıları türksoylu xalqlardan toplanıb
nəşr edilmiş mətnlərdə daha çox fərqliliklərə diqqət yeti-
rirdilər. Bizi bir-birimizə yaxınlaşdıran, eyni kökdən oldu-
ğumuzu isbatlayan faktlara, eyni mədəniyyətin daşıyıcısı
olduğumuza deyil, əksinə, bizi bir-birimizdən ayıra biləcək
məsələlərə daha çox önəm verirdilər”
46
.
Lakin oxşar, bəzən hətta eyni motiv və ya süjetləri
inkar etmək, yanlış təbliğat aparmaqla türkdilli xalqları bir-
birindən ayırmaq cəhdi uğur qazana bilməzdi, çünki xalqın
qan yaddaşına yazılanları heç bir qüvvə məhvetmə qüdrətin-
də deyil və ola da bilməz.
46
Əli Şamil. Azərbaycan Əlyazmaları İnstitutunun arxivindəki “Ko-
roğlu” dastanı Krımda nəşr olundu”, Azərbaycan şifahi xalq ədəbiy-
yatına dair tədqiqlər, Bakı: Nurlan, 2009 , s. 125
Almaz H
əsənqızı
48
Müqayisələr göstərir ki, nəinki folklor mətnləri, eyni
zamanda,
xalq musiqisi, mərasimləri, adət-ənənənələri qo-
hum xalqlar arasında genetik kodlarla bir-birinə bağlıdır.
T
ədqiqatçı Kamilə Dadaşzadə “Epik əsərlərin musiqi
hermenevtikası problemlərinə dair” adlı tədqiqatında bu
bar
ədə yazır: “Koroğlu” havalarının Azərbaycan, türk, türk-
mən variantlarının musiqi dilinin müəyyən səviyyələrində
aparılmış müqayisəli təhlili onların tarixi-genetik qohum-
luğunu aşkarlamışdır. Ümumiyyətlə, qeyd olunmalıdır ki,
türksoylu
xalqların musiqili-epik yaradıcılığının ən dərin
semantik
qatlarının öyrənilməsində, onun kodunun açıl-
masında məhz tarixi-müqayisəli təhlil aparıcı rol oynaya
bilər”
47
.
1923-cü ild
ə Bakıya dəvət edilən və 1927-ci ilə qədər
müxt
əlif tədris müəssisələrində çalışan məşhur türk alimi
İsmayıl Hikmət Ertaylan (1899-1967) türk xalq ədəbiyyat-
larının bir-birinə təsirilə bağlı maraqlı mülahizələr irəli
sürmüşdür. Türk xalqlarının ədəbiyyatları arasındakı bən-
z
ərlikləri 1928-ci ildə Bakıda nəşr olunan iki cild-
lik “Az
ərbaycan ədəbiyyatı tarixi” əsərində İsmayıl Hikmət
bel
ə izah etməkdədir: “Əsasən Anadoluya köçən türk qəbilə
v
ə əşirətlərinin keçdiyi yerlər Azərbaycan olduğundan xal-
qiyyat Anadoluya
da bu yoldan keçmişdir. Anadoluda möv-
cud bir çox xalq nağıllarında, xalq hekayə və əfsanələrində,
xalq roman v
ə şeirlərində Azərbaycan xalqlarının ana xətləri
görünür. Bunu qüvv
ətlə göstərən nöqtələr bu əsərlərdə
Az
ərbaycana aid bir çox xüsusiyyətlərin mühafizə edilmiş
47
Əli Şamil. Azərbaycan Əlyazmaları İnstitutunun arxivindəki “Ko-
roğlu” dastanı Krımda nəşr olundu”, Azərbaycan şifahi xalq ədəbiy-
yatına dair tədqiqlər, Bakı: Nurlan, 2009, s. 126
Dostları ilə paylaş: |