Folklorşünaslığa giriş
101
raq
lıdır ki, bəzən texnikanın sürətlə inkişaf etdiyi, kompüter,
video v
ə s. imkanlarının geniş yayıldığı zamanlarda belə
xalq bu l
ətifələri yazının olmadığı qədim zamanlardakı kimi
gizli olaraq, yalnız inandığı mühitdə ağızdan-ağıza söylə-
y
ərək yaşatmışdır. Məhz buna görə də sovet hüquq siste-
minin
əsl simasını təssəvvür etmək üçün belə lətifələrə
ayrıca diqqət yetirilməsi vacibdir. Demək olar ki, öyrənil-
m
ədiyi və toplanıb tam şəkildə nəşr edilmədiyi üçün on-
lardan birin
ə nəzər salaq. “Mən Karl Radekəm” adlı lətifədə
sovet istintaq orqan
ları və ümumiyyətlə, hüquq sistemi gülüş
h
ədəfinə çevrilmişdir.
“Bir gün üç m
əhbus sürgün edilmək üçün gətirildikləri
m
ərkəzi həbsxanada qarşılaşırlar. Birincisi:
– M
ən 1929-cu ildən bəri “Karl Radek müxalif inqilab-
çıdır”, – dediyim üçün həbsdəyəm, – deyir.
İkincisi:
– M
ən də: “Karl Radek müxalif inqilabçı deyil”, –
dediyim üçün 1937-ci ild
ən həbsdəyəm, – deyir.
Üçüncü söhb
ətə qarışmağa ehtiyac duyaraq:
– Üzr ist
əyirəm, amma Karl Radek mənəm, – deyir”
94
.
Bu l
ətifə iyirminci əsrin otuzuncu illərinin əzablı
repressiya ab-
havasını çox incəliklə, acı gülüşlə oxucusuna
çatdırmaqdadır. Lətifədə məhbuslardan birinin 1929-cu il-
d
ən, ikincinin isə 1937-ci ildən məhkum olunduğunu qeyd
etm
ələrinə əsasən günahsız insanların ən az on ildən çox
h
əbslərdə əzab çəkməsini təsəvvür etmək mümkündür. Bu
da
Sovet İttifaqında ən adi insani hüquqların tapdalan-
masının, dövlətin öz təbəələrinə olan kəskin ağalıq müna-
sib
ətinin göstəricilərindən biridir.
94
“Mücahid” dergisi
, Ankara: 1955, sayı 4, s.31
Almaz H
əsənqızı
102
Ayrıca, qeyd etməliyik ki, Karl Radek – Karol Bern-
qardoviç Sobelson (1885-
1939) bolşeviklərin Oktyabr in-
qi
labını hazırlayan əsas simalardan və Vladimir İliç Leninin
(1870-1924)
ən yaxın silahdaşlarından olmuş tarixi şəx-
siyy
ətdir. O, 1937-ci ildə Trotski tərəfdarı kimi həbs edilərək
sürgün olunmuş və orada Stalin (1878-1953) repressiyasını
h
əyata keçirən əsas fiqurlardan biri, Lavrenti Pavloviç
Beriyanın (1899-1953) birbaşa göstərişi ilə həbsxana yoldaşı
t
ərəfindən öldürülmüşdür. Karl Radek çox ağıllı və hazır-
cavab bir adam kimi m
əşhur olmuşdur və o, Stalinlə bağlı
bir sıra lətifələrin müəllifi kimi tanınmaqdadır. Həmin lətifə-
l
ərin bir qismi internet saytlarında verilmişdir
95
.
Onların işərisində yuxarıdakı lətifə də vardır. Bu ləti-
f
ənin mühacirətdə nəşr edilməsi həm də sovetlər ölkəsindəki
açıq və gizli – bütün məqamların qürbətdəki həmvətənlə-
rimiz t
ərəfindən diqqətlə izlənildiyini sübut etməkdədir.
Sovet “haqq-
ədalət”ini dünyada rüsvay edən lətifələr-
d
ən biri də yenə “Mücahid” dərgisində verilmişdir:
“Stalin bir gün Politbüro (Bu söz l
ətifədə tərcümə edil-
m
ədən rusca səsləndiyi kimi verilmişdir. Biz də koloriti qo-
rumaq üçün oluğu kimi saxlayırıq – A.H.) üzvləri ilə keçir-
diyi bir toplantıdan dönərkən, qərarlarını ehtiva edən gizli
v
əsiqələri tapa bilmir. Dərhal həmin dövrün gizli polis
t
əşkilatının rəhbəri Beriyaya telefon edərək, bütün Politbüro
üzvl
ərinin həbs edilməsini əmr edir.
Ert
əsi gün aradığı vəsiqələri otağında tapan Stalin
Beriyanı çağıraraq, həbs edilənlərin dərhal sərbəst buraxıl-
masını istəyir. Beriya:
95
Анектоды от
Радека. http:// www.1917. com/ Gallery/ Jo-
kes/ Radek. html
Folklorşünaslığa giriş
103
–
İş işdən keçdi, –deyə cavab verir, – dünən hamısına
günahlarını etiraf etdirdim”
96
.
L
ətifədə Beriyanın “etiraf etdirmə” üsulları haqqında
üstürörtülü işarə ilə yanaşı, Kommunist Partiyasının Siyasi
Büro üzvl
əri kimi nüfuzlu dövlət adamlarına olan münasibət
açıq şəkildə görünməkdədir. Xatırladaq ki, 1953-cü ildə
Stalinin ölümünd
ən sonra Beriya törətdiyi cinayətlərə görə
m
əhkum olunmuş və güllələnmişdir.
T
əəssüf ki, siyasi lətifələri toplamaq, nəşr etdirmək hər
zaman böyük bir risq, h
ətta bir çox hallarda həyati təhlükə
dem
əkdir. Belə lətifələr əsasən avtoritar rejimlərdə yarandığı
üçün
vaxtında toplanıb təhlilə cəlb edilmir, yalnız yad-
daşlarda və gizli şəkildə yaşayır, təbii ki, bu da əksə-
riyy
ətinin unudulması ilə nəticələnir. Alan Dandes bu faktı
bel
ə izah edir: “... siyasi lətifələr folklorun elə spesifik for-
masıdır ki, yer kürəsinin harasında totalitar rejim və ciddi
senzura mövcud olursa, orada daha qabarıq üzə çıxır. Bu iki
fenomen arasında əlaqə, görünür, tərs mütənasibdir: haki-
miyy
ətin repressiyası nə qədər sərt olarsa, o qədər çox siyasi
l
ətifə yaranır. Əlavə olaraq xatırlatmaq lazımdır ki, bu və ya
başqa cəmiyyətin tabu kimi qəbul etdiyi mövzular, çox vaxt
el
ə həmin cəmiyyətlərin folklorunda ön plana çıxır”
97
.
Yeri g
əlmişkən, qeyd olunmalıdır ki, siyasi lətifələr
t
əhlilə cəlb edilərkən, həmçinin toplanarkən, mətn daxilində
adları çəkilən insanlar haqqında bilgi verilməlidir. Bu həmin
l
ətifələrin yarandığı şəraiti, tarixi dövrü təsəvvür etmək üçün
ən əlverişli vasitədir.
96
“Mücahid” dergisi
, Ankara: 1955, sayı 4, s.31
97
Алан Дандес. Фольклор: семиотика и/или психоанализ (Сбор-
ник статьей), Москва: Восточная литература РАН, 2003, с.191
Dostları ilə paylaş: |