163
R ə’ n a. Onlar çıldırdılar.
N a t e l l a. Yardım et, içəri götürək. Simayı qaldırıb xətəxanəyə götürürlər.
T u n c ə r (
bölüklə bərabər silaha sarılaraq). Rədd olsun cəlladlar!
B ö l ü k. Rədd olsun!
F r a n k o. Haydı atəş!..
Hər iki tərəf hücuma keçərək atışırlar, coşğun muzika...
M i a x a (
gur səslə). Xırsızlar!.. Uğursuzlar!..
Deyə xalq alayları və könüllülərlə bərabər arqadan hücum edər.
K a s t i l y o ilə Xalid
də onların arasında görünür. Faşistlərdən bir neçəsi yaralanıb düşər.
B i r i n c i y a r a l ı. Ah, dəhşət!.. Məhv olduq.
İk i n c i y a r a l ı. Bizi aldatdılar. Xəyanət bizi məhv etdi. Bu sırada qaçanlardan biri
Kastilyoyu qurşunla köksündən yaralar.
K a s t i l y o (
yıqılaraq). Ah, namərd! Məni namurad qoydun. Ona... Sevgili Emaya...
Həsrət qaldım.
E m a (
çıqıb onun vurulduğunu görür. Söylədiyi sözlərdən mütəəssir olaraq
yaqınlaşır. Yaralı fəryad ilə). Ah, Kastilyo! Məni yalnız bıraqma!
Mən sənsiz
yaşayamam. (
Onun başını qolları arasına alıb hönkürhönkür ağlar)
K a s t i l y o. Xayır, sən yaşa!.. Düşmanlardan mənim... qanımı... al. Ema!.. Ağlama!..
(
Ölür)
E m a. Ah, o susdu, bir şam kibi parlayıb söndü. (
Kinli) Xayır Kastilyo, xayır, mən
daha ağlamayacayam. (
Kastilyonun tüfəngini qaparaq) Sənin qanını öz silahınla
alacayam.
M i a x a. Haydı vətəndaşlar! Bu qız sizə örnək olsun! Hücum!..
İləriyə hücum!..
Coşğun muzika...
H ə r t ə r ə f d ə n. Urra, urra, urra!..
Deyə Emayı izləyərək qaçanları qovarlar.
Pərdə
164
ÜÇÜNCÜ PƏRDƏ
Belçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət hey’ətinə məxsus masa və
qoltuqlar qoyulmuş. Hey’ət ə’zaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər
və katiblər yerləşmiş. Ortadan sola doğru nümayəndələr oturmuşlar.
S ə d r (
ingiliz lordu ayağa qalqaraq). Həzərat! Mən Avropanın mərkəzində qurulan
böyük sülh qurultayını açıq e’lan edirəm. Buraya hər dövlətdən nümayəndələr gəlmiş, hər
kəsin mə’lumu olduğu üzrə son zamanlardakı müharibə qorqusu 1914-cü
ilə görə daha
ağır, daha dəhşətlidir. Biz sülh uğrunda yaqşı mübarizə etmək için millətlər məclisinə
tə’sir göstərməliyik və beynəlxalq tərk-silah məqsədilə tərtib olunmuş plan əsasında
hərəkət etməliyik. Imdi hörmətli Sovet nümayəndəsinə söz verilir.
Alqışlar.
S o v e t n ü m a y ə n d ə s i (
xitabət kürsüsünə çıqaraq). Möhtərəm cənablar! Bizə
aydındır ki, yer yüzündə sülh istəyənlər müharibə tərəfdarlarından qüvvətlidir. Çünki
onların arqasında hərbə qarşı kin və nifrət bəsləyən xalqlar durmuşdur. Lakin bu
yetərmi?.. Xayır. İçimizdə öylə hökumətlər var ki, yeni əsrə qan və dəmir əsri – deyə
dodaq gəmirməkdədirlər.
B ə’ z i n ü m a y ə n d ə l ə r (
yerlərindən). Rədd olsunlar.
İb l i s (
kibar qiyafətli, ortayaşlı, qurnaz baqışlı bir papas... Papa vəkili rolunda
olaraq, yanında oturan nümayəndə qılıqlı üçüncü, dördüncü şeytana). Bu təcavüzdür.
Ü ç ü n c ü və d ö r d ü n c ü ş e y t a n (
yüksəkdən). Bu təcavüzdür.
B i r i n c i a l m a n n ü m a y ə n d ə s i (
yerindən qalqaraq). Əvət, təcavüz!..
Başqalarının hüququna təcavüz!..
A r i f (
yerindən). Xayır, deyil.
S ə d r (
zilə basaraq məclisdəkilərə). Oturun! (N
atiqə) Sözünüzə dəvam edin!
S o v e t n ü m a y ə n d ə s i. Əvət, “qan! qan!” deyən bu hərbcular imdiyə qadar
millətlər cəmiyyəti tərəfindən ciddi bir qarşılıq görmədi.
Öylə hökumətlər var ki, bu
zəifliyə qarşı susmaq istəyir. Bu isə acınacaq bir haldır. Biz keçmiş cihan müharibəsinin
qanlı qurbanlarını və
165
doğurduğu millətlər ayrılığını unutmamışıq. Bə’zi dövlətlər Şərqdə və Qərbdə yeni
fitnələr törətməkdən çəkinmirlər. Hər gün sülhə tərəfdar olduqlarını söyləyərək, yeni
hücumlar hazırlayırlar.
Ü ç ü n c ü ş e y t a n
(yerindən). Kimdir onlar? Kimdir onlar?
D ö r d ü n c ü ş e y t a n. Açıq söylə, kimdir onlar?
Ç i n n ü m a y ə n d ə s i. Çin ölkəsini parçalayan quldurlar!..
H ə b ə ş n ü m a y ə n d ə s i. Həbəşistanı yaqıb-yıqan azğınlar!..
Y a p o n n ü m a y ə n d ə s i (
diplomat... qalqaraq). Bu kinayələr yersizdir.
A l m a n n ü m a y ə n d ə s i. Natiq susdurulsun!
İt a l y a n n ü m a y ə n d ə s i. O yenə təcavüzə başlayır.
S ə d r (
zilə basaraq). Həzərat!.. Sükut!.. Hər kəs öz sırasında söylər. (
Sovet
nümayəndəsinə) Buyurun!
S o v e t n ü m a y ə n d ə s i. Əvət, bir çoqları təhlükəsizlikdən
bəhs etdikləri halda,
gecə-gündüz silahlanırlar. Dünyanın hər bucağına ədavət toxumu səpməkdən utanmırlar.
Biz buna baqmayaraq daha sarsılmaz bir qüvvətlə çalışmalıyıq. Bütün ölkələrə, bütün
insanlara qurtuluş yolları göstərməliyik. O yol da ancaq işçi sınıflarının, dünya
əməkçilərinin birləşməsilə olur. Yaşasın həqiqi sülh və əmək birliyi!.. (
Gurultulu alqışlar
altında xitabət kürsüsündən çəkilir)
S ə d r
(sol tərəfi göstərir). Həzərat! Gözləriniz aydın!
Sülh pərisi gözəl Sima
məclisimizi şərəfləndirdi.
A r i f
(qalqar, əl çalaraq ilərilər). Alqış sevgi və dilək pərisinə!
N ü m a y ə n d ə l ə r. Yaşa, var ol! Yaşa, var ol!
Deyə hər yandan Simayı alqışlayaraq sədrin yanına qadar gətirirlər. T u n c ə r də onun
ardınca gəlir. Qollarını köksündə çapraz edərək bir yanda durur.
S o v e t n ü m a y ə n d ə s i. Ona söz verilsin.
F r a n s ı z n ü m a y ə n d ə s i. İspaniya haqqında Simaya söz verilsin.
N ü m a y ə n d ə l ə r. Söz verilsin.
S ə d r. Buyurun, sizi dinləmək istəyirlər.
S i m a. Nə söyləyim mən? İspaniyadakı qan fırtınalarını, dəhşət yanğınlarını təsvirə
sözmü bulunur? Bu bədbaxt ölkə fəlakət pəncəsində qıvrılaraq
hər gün yeni-yeni faciələrə
şahid olmaqdadır. Yurtsuz qadınlar, ac və kimsəsiz çocuqlar ayaqlar altında çignənib
getməkdədir.