160
M i a x a ( yana). Oh... Alçaqlar!.. Rəzillər!
N a t e l l a. Onlar mənim ağsaçlı anamı, xəstə qardaşımı süngü altında parçaladılar.
Südəmər çocuğum, o mə’sum yavrucuğum beşikdə qaldı, alavlar içində külü havaya
savruldu. (Çılğınca fəryad ilə) Ah, yavrum! Talesiz yavrum!.. (Hıçqırıqlar içində bayılıb
düşər, alıb içəri götürürlər)
Bu sırada pulemyot və təyyarə səsləri eşidilir. Ətrafda bombalar patlar,
alav dalğaları yüksəlir.
M i a x a. Vətəndaşlar! Erkək-qadın, sosialist-bitərəf, bütün cümhuriyyətçilər
bilməlidir ki, mənim həlak olmuş ailəmin acı sərgüzəşti vətən fəlakətləri qarşısında hiçdir.
Hər kəs ölkə müdafiəsi uğrunda, hüquq və hürriyyət yolunda birləşməli, Ispaniya faşizm
məzarı olmalı, haydi, arş iləri!
C a m a a t. Ya zəfər, ya ölüm!
Coşğun muzika... Kinli adımlarla savaş meydanına doğru hərəkət edərlər.
İb l i s ( qızıl qiyafətdə görünür, daşqın sevinc ilə). Aman, nə dəhşətli yanğınlar! Nə
parlaq mənzərələr!.. Artıq qəsvətli qaranlıqlardan əsər yoq. Gecə-gündüzdən seçilməyir.
İki dəniz, iki tufan bir-birilə çarpışır. İki aqın, iki sinif qarşı-qarşıya gəlmiş. Oğul babayı,
qardaş qardaşı tanımayır. Bir yanda əmək qəhrəmanları, bir yanda faşizm cəngavərləri
birbirini boğazlayır. Kimsə kimsəyə aman verməyir, kimsə kimsəyə acımayır. Neron sağ
olsaydı bu parlaq mənzərəyə məftun olurdu. Həm də özünü yeni əsrin neronları yanında
pək küçük bulurdu.
Gurultu və çarpışmalar getdikcə qızışır, top güllələri bir-birinin ardınca patlar. Ətrafdakı
pəncərələrdən, divarlardan bir neçəsi devrilir. Üçüncü və dördüncü ş e y t a n
qoşaraq gəlir, İblisə qarşı əyilirlər.
Ü ç ü n c ü ş e y t a n. Aman, nə qorqulu döyüşlər!..
İb l i s. Cümhuriyyət ordusu nə halda?
Ü ç ü n c ü ş e y t a n. Dəhşət!.. İçlərində öylə qəhrəmanlar var ki, tanklar üzərinə
atılmaqdan çəkinməyirlər.
D ö r d ü n c ü ş e y t a n. Buna baqmayaraq, faşistlər bu saət onları geri püskürtdülər.
İb l i s. Niçin? Bu olur şeymi?
D ö r d ü n c ü ş e y t a n. Onlar texnika və silahca daha güclüdür. ( Əlilə göstərir)
Baqsana, xalq alayları geri çəkilməkdədir.
161
İb l i s ( iləriləyib baqar). Əvət, doğru, haydi bir yana çəkiləlim (Uzaqlaşırlar) Xalq
ordusu və gönüllülər çarpışa-çarpışa səhnəyə çəkilir. Vuruşan erkək və qadınlardan
yaralanıb düşənlər olur.
B i r i n c i y a r a l ı ( qadın... yıqılaraq). Ah, xainlər, alçaqlar!
İk i n c i y a r a l ı. Hər şey bitdi, gözəl vətən ayaqlar altında çignənib getdi.
M i a x a. Haydi geriyə, nizam ilə geriyə!.. Düşmanı hər tərəfdən araya almalı, daha
kəskin və ağır zərbə endirməli!..
Səhnədən çəkilirlər. İspanyol, mərakeşli, alman və italyan qiyafətli qiyamçılar atışaraq
ilərilər. General Franko da onların arasında görünür.
B i r i s p a n y o l. Çəkilin, yol verin!
M ə r a k e ş l i. O kimdir?
I s p a n y o l (əlilə göstərir). Baş komandan general Franko!
F r a n k o ( gəlir). Qəhrəman silahdaşlar! Xalqı sosializmaya və kommunizmaya
doğru sürükləyənlər əzildi. Tanrının yardımilə cümhuriyyətçilərə üstün gəldik.
Ordumuzdakı almanlar və italyanlar böyük cəsarət göstərdilər. Yigit mərakeşlilər də
qaplan kibi çarpışdılar.
B i r a l m a n z a b i t i. Yaşasın birlik və yenilməz qüvvət!
F r a n k o. Yaşasın müzəffər ordumuz!
T u n c ə r ( kənarda durub dinlədikdən sonra sərt və kəskin). Xayır, bu zəfərlər sizi
öyündürməsin. Bu sərxoşluq və sevinciniz çoq sürməz. Sizin yardımçınız bir yığın
cihangirlərsə, bizim arqamızda bütün cihan əməkçiləri durmuş.
F r a n k o. Bu nə azğınlıq, bu nə cəsarət?
A l m a n z a b i t i. Onun gözlərində kin və xəyanət dalğalanır.
T u n c ə r. Sizə xain olsam da sınıfdaşlarıma xain deyilim.
F r a n k o (q ızğın). Sən kimsin?
T u n c ə r. Mən əmək dünyasının yenilməz bir əskəri, inqilab cəbhəsinin sarsılmaz bir
nəfəriyim. Mən qabarlı əllərin, tərli alınların yılmaz bir rəmzi, sarsılmaz bir
nümayəndəsiyim.
F r a n k o. Bu hərif susdurulsun.
Ə t r a f d a k ı l a r. Oh!.. ( Deyə hücum edərlər)
T u n c ə r. Durun! Mənə qulaq verin. Əcəba sərxoşmusunuz, kormusunuz? Xain
generallara uyub da qardaş qanına susamaqda bir
162
şərəfmi var? Niçin ana-bacılarınızı, qadın və çocuqlarınızı düşünməyirsiniz? Əcəba siz də
bizim kibi əmək yavruları deyilmisiniz? Qırıb-çatdığınız qurbanlar öz yurtdaşlarınız
deyilmi? Yaqıb-yıqdığınız bu gözəl vətən sizin deyilmi?
F r a n k o. Bizimdir. Lakin bıraqmarıq ki, hər baldırı çıplaq bu ölkədə ixtilal çıqarsın,
hər gün yeni bir tufan qoparsın. Biz yalnız vətənin səadət və istiqlalını istəyiriz.
N a t e l l a (xəstəxanədən çıqar, son sözləri eşidərək çılğınca ahəng ilə). Aman o
xaini dinləməyin! Onu izləyən cəlladlara qulaq verməyin! Onlar taundan, vəbadan
qorqulu, qıtlıqdan və ölümdən dəhşətlidir.
İt a l y a n z a b i t i. Sus, bir cılız qurşun səni susdurar. ( Revolverini çıqarır, atarkən
açılmaz)
N a t e l l a ( önə atılaraq xəncərlə onu köksündən yaralar). Haydı
gəbər! Xain canavar!.. ( Natellayı boğazından yaqalar)
T u n c ə r. Bıraq onu, şərəfsiz ( Revolverlə atəş açar)
İt a l y a n z a b i t i. Ax, axx... ( deyə yıqılır)
T u n c ə r. Qardaşlar! Bu qanlı cənazələrdən ibrət alın! O vəhşi komandanlardan, o
vicdansız qatillərdən uzaqlaşın!
F r a n k o. Yetər, bu xain cəzasına yetirilsin.
B i r d ə l i q a n l ı ( faşist zabiti). Xayır, o xain deyil.
B i r b ö l ü k ( Zabitin əskərləri). Xayır, o xain deyil.
F r a n k o. Sapqın sənsin!..
D ə l i q a n l ı. Yetər, biz bundan sonra hər alçağa qul olmayacayıq.
B ö l ü k. Biz cəllad deyilik. ( Dəliqanlı ilə bərabər Tuncər tərəfinə keçərlər)
D ə l i q a n l ı. Biz qardaş qanı aqıtmayacayıq. Vətən xainlərinə uymayacayıq.
B ö l ü k. Yaşasın vətən! Yaşasın istiqlal!
Bu sırada S i m a ilə R ə’ n a xəstəxanədən çıqar, onları dinlərlər.
F r a n k o (yanındakı əskərlərə). Gözləriniz kormu? Qulaqlarınız sağırmı? Haydı,
yaylım atəş!.. ( Tüfənglər nişan alır)
S i m a. Durun, siz dəli olmuşsunuz. Siz insanlıq şərəfini ayaq altında çignəyən
vəhşilərsiniz. Sizdə vicdan yoqsa, düşüncə dəmi yoqdur?
A l m a n z a b i t i. Al, bu sana ən parlaq cəvab ( Revolver patlar)
S i m a ( yaralanıb düşər). Ah, alçaq!
T u n c ə r. Barbarlar! Vicdansızlar!
Dostları ilə paylaş: |