Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə52/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

237 
 
olmaq üzrə iki böyük sima, iki nüfuzlu mütəfəkkir qarşımızda dikilib durur. Onların biri 
məşhur Tolstoy, biri də alman filosofu Nitşedir. 
Son zamanlarda bu iki müqtədir dahinin Rusiya və Almaniyada oynadığı 
müvəffəqiyyət, inkar edilməyəcək bir nüfuz və qüvvətə malikdir. Tolstoy qocaman və 
möhtəşəm romanlarilə, ufacıq, sadə risalələrilə, munis bir qayeyi-əməl, məsihapəsəndanə 
bir məslək izləmiş, izlədiyi qayeyi-əməli, düşündüyü məsləki, rusiyalılara, bilxassə 
ruslara bəyəndirmiş, milyonlarca qarelərini,  İncili-şərifin  əvfedici tə’limatilə yaşatmağa 
çalışmış, az-çoq müvəffəq də ola bilmişdir. 
Məzkur Nitşeyə gəlincə o, daha başqa bir yol, daha başqa bir qayeyiəməl tə’qib etmiş. 
Onun əsərlərində, Tolstoyun düşündüyü “mərhəmətlərdən” əsər yoq... 
O, zəiflərin  əzilməsini qayət təbii bulur. Məhəbbət, mərhəmət kibi duyğuların 
xəyalpərəstanə, mə’nasız  şeylər olduğunu isbata çalışır, həm də isbat etməkdən aciz 
qalmaz. 
Ona görə də Tolstoy Nitşeyə yarımdəli alman – deyə tənqid və müaxizə edir və onun 
məcnunanə əsərlərinin Rusiyada təb’ və nəşrinə, tərcümə edilməsinə, nüfuz qazanmasına 
qızmaqdan bir dürlü kəndini alamaz. Və onun yürütməkdə olduğu fəlsəfənin yaqıcı 
zəhərdən başqa bir şey olmadığını da ilavə edir. 
Lakin eyi düşünülürsə Nitşe fəlsəfəsinin batini pək də zahirinə  bənzəməyərək, daha 
səmimi bir mərhəmət və məhəbbətlə nəticələnir. 
O, Tolstoyun düşündüyü nüqtəyə acı olmaqla bərabər, daha kəskin və  həqiqi 
adımlarla iləriləmək istər: “Hər kəsin məqsudu bir, amma rivayət müxtəlif...” 
Rusiyada Nitşenin qareləri az deyildir. Rusiyanın məşhur ədiblərindən, mətin üsluba, 
dərin düşüncəyə malik olan Dostoyevski – o böyük dahi və ruhşünas belə Nitşe yolunu, 
Nitşe ideyasını daha əvvəl ortaya sürmüş.  Şimdiki bərhəyat  ədiblərdən Leonid 
Andreyevin faciələrində  də az-çoq Nitşe ruhu görülməkdədir. Iştə bunun için Tolstoy 
Nitşeyə qızdığı kibi Andreyevə yazdığı bir məktubda diyor ki: 
“Leonid! Leonid! Sən bəni qorqutuyorsun, fəqət bən səndən qorqacaq deyilim!” 
Demək ki, qoca Tolstoy bu cümlə ilə məslək və fikircə kəndinə müxalif sayılan, Nitşe 
ruhuna yaqınlaşan Andreyevi bir dürlü düşündürmək, müaxizə etmək istiyor. 


238 
 
Hər halda Tolstoyun ən ziyadə nüfuz qazandığı bir Rusiya olduğu kibi Nitşenin də ən 
çoq rol oynadığı  məmləkət,  şübhəsiz Almaniyadır...  İştə, demək olur ki, bu böyük 
mütəfəkkirlərin  ən səmimi tə’sirləri hər yerdən ziyadə  kəndi məmləkətlərinə olmuşdur. 
Bu iki məmləkətdən hər birini gözdən keçirəcək olsanız təbii, binlərcə, on binlərcə 
darülfünunlara, rüşdi, e’dadi məktəblərə rast gələrsiniz və milyonlarca tələbə və talibənin 
elm arqasınca qoşulduğunu, məzkur məktəblərə dəvam etdiyini görürsünüz. 
Bəlli bir həqiqətdir ki, hər məktəbdə bir çoq dərslər oqunduğu kibi ədəbiyyat, fəlsəfə, 
tarixi-fəlsəfə  dərsləri də keçiliyor və  hər məmləkətin  ən məşhur  ədibinin,  ən nüfuzlu 
filosofunun əsərləri və əsərlərində qayə də birər-birər təhsil və tənqid edilir. 
Eyni zamanda bütün gənc dimağlar (beyinlər) birər fotoqraf kibi duyub bəllədiyi 
həqiqətləri böyük bir məraq ilə alır və o həqiqətlər get-gedə inkişaf edərək ümumi bir 
duyğu, ümumi bir düşüncə, ümumi bir əhvali-ruhiyyə təşkil edər. 
İştə bu gün müharibə meydanında seyr etməkdə olduğumuz yigitlər, qalibiyyət 
arqasınca qoşan qəhrəmanlar, həp məzkur məktəblərin məhsulu, həp məzkur 
darülfünunların pərvərdeyi-irfanıdır. 
Demək ki, bugünkü müharibədə yalnız toplar, tüfənglər deyil, hər məmləkətin 
ədəbiyyat və fəlsəfəsilə bəslənən beyinlər də ayrıca haiziəhəmiyyətdir. 
Fəqət bugünkü müharibənin gələcək ədəbiyyata icra edəcəyi tə’sir keçmiş ədəbiyyatın 
bugünkü müharibəyə verəcəyi tə’sirin qatqat fevqində olsa gərək... 
Əvət, bugünkü müharibənin hazırlamaqda olduğu zərbə, pək qorqunc, pək təhlikəlidir. 
Şu müdhiş inqilabdan hiç bir qüvvət qurtulamayacaq. Bütün elmlər, fənlər umulmaz 
dərəcədə sarsılacaq, dəyişəcək.  Şübhəsiz ki, ədəbiyyat da bu aqıntıya qapılmaqdan 
kəndini alamıyacaq. Bəlkə daha kəskin, daha sağlam adımlarla yürüyəcək, daha doğru, 
daha mətin bir yol izləyəcək... Və şimdiyə qadar qaraladığımız saçmalar, bugunkü parça-
tikə ala-bəzək  ədəbiyyatımız da büsbütün alt-üst olacaq. Gənc münəqqidlərin nəzəri-
istehzasına uğrayacaq. Həm də insafsız, mərhəmətsiz, e’tinasız bir surətdə  yırtılıb 
atılacaq. Heyhat!.. Son nədamət isə fayda verməyəcəkdir. 
 
“Açıq söz”, 26 oktyabr 1915 
 


239 
 
M.QURBANƏLİ ŞƏRİFZADƏ 
 
Nekroloq 
 
Səmimi millət xadimlərindən biri də  tərki-həyat etdi. Əvət, M.Qurbanəli  Şərifzadə 
həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirməyən bir qıvılcım kibi 
söndü. 
Qafqasyanın bir çoq mühərrirləri, ədibləri, sənətkarları və millət  xadimləri mərhumu 
yaqından tanır və tatlı müsahibələrindən xoşlanırdı. Halbuki camaatımız ümumiyyət 
e’tibarilə müşarileyhi pək də layiqilə tanımazdı. Mərhum vaqtında bir çoq qəzetələrdə 
iştirak edər, bə’zi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətsevər ruhu ilə  kəndi 
irqdaşlarını düşünüyordu. Lakin bir dürlü səsi çıqmazdı, çünki gurultudan, nümayişdən, 
alqışdan pək də xoşlanmazdı. 
“Sağ əlinlə verdiyini sol əlin duymasın!..” – üsuluna ən çoq riayət edən sadiq, fədakar 
həmiyyətli bir sima idi. 
O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat 
müəllimi idi, həm də müəllimlərdən artıq mə’lumata malik idi. Hiç bir mədrəsə tərbiyəsi 
görmədiyi halda, mərhum kəndi himmət və qeyrətilə, kəndi səbat və  mətanətilə türkcə, 
farsca, rusca oqur-yazardı; tətəbbö və mühakimələrdə bulunardı. Bir an, əvət, bir an belə 
elm və maarif günəşinə pərəstiş etməkdən geri durmazdı. 
Onda son dərəcə böyük bir iste’dad və  məziyyət var idi. O da böyük bir mübəlliğ, 
qəhrəman bir rəhbər olması idi. 
Bu gün Naxçıvanda açıq fikirli, milliyyət və insaniyyəti düşünən, ülum və maarifi 
təqdir edən bir çoq gənclər gerçəkdən də  mərhum müşarileyhə qarşı  mədyuni-şükran 
olmalıdır. Çünki hər biri onun birər mə’nəvi şagirdidir. 
Naxçıvan kiçik bir şəhərdir. Kəndisi də maarif hissinə olduqca biganə və əskidən bəri 
səfsətələr ilə vaqt keçirən bir mühit olduğundan daima xalqın gözünə qara pərdə 
çəkməkdən zevq alan bir taqım gevşək ruhlu, qara fikirli, kor idraklı  əşxasın  əlində 
oyuncaq ola gəlmişdi. Lakin az bir zamanda naxçıvanlılar, Naxçıvandakı  gənc simalar 
yalnız və yalnız  Şərifzadə  və onun kibi bir qaç həqiqətpərvər zəvat sayəsində  cəhalət 
qaranlığından qurtuldu, qurtula bildi, qurtulmağa çalışdı, həqiqət işığını  dərk etməyə 
müvəffəq oldu. Və bugünkü Naxçıvan, demək olar ki, Qafqasyanın digər  şəhərlərinə 
nisbətən pək 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə