228
şın, çabalayın! Millət, vətən uğrunda canınızdan keçmək belə icab etsə saqınmanız! Əsla
cəsarətsizlik göstərməyiniz. Mühitimiz sizi təqdir etmiyor, edəmiyor. Zərəri yoq. Lakin
əlinizi, qolunuzu qırmadıqlarından, sizi zindanlarda çürütmədiklərindən yana bu millətə
darılmaq, küsmək deyil, təşəkkür etməliyiz, həm də binlərcə təşəkkür etməliyiz. Bir dəfə
tarixi göz önünə gətirin, o zaman baqınız və qərib işlər görürsünüz.
Şimdiki qəhrəman (!) və nəcib (?) italyanların əski babaları, yə’ni romalılar
məmləkətlərinin ətrafına, qomşu hökumətlərə təcavüz və hücum edərək aldıqları əsirlər
içindən ən alim və zəki zatı kəndi çocuqları için müəllim tə’yin edərlərmiş. Çocuq azacıq
dərsdən sıqılınca, müəllimə darılıb qızdığını, müəllimdən xoşlanmadığını atasına,
babasına söylər-söyləməz, dərhal biçarənin, yə’ni zavallı müəllimin, qol-qabırğası, köksü,
qafası xəncərlər, baltalar ilə parça-parça olunub məhv edilirmiş.
Şükür Allaha, biz ki, millətdən müəllimlərimiz haqqında böylə bir haqsızlığa təsadüf
etmədik. Bu gün təqdir etmiyorlarsa da, əmin olunuz ki, yarın mütləqa, mütləqa
edəcəklər. Cənabi-Haqq çalışqanların, doğruların, fədakarların hamisidir. Əsla mə’yus
olmamalı...
***
Yenə sözümüzə gələlim:
Əvət, mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi.
Həm də pək durbin, pək münəqqid bir ədib idi. Qafqas toprağı bir də pək güc öylə
cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə
yüzlərcə səhifə yazıb doldurmaq icab edər. Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin
ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar. Pişnamazzadə həzrətləri, doktor Həsən
bəy, Yusifbəyov Nəsib bəy və sair arqadaşları, dostları tərəfindən onun əsərləri, tətəbböatı
nəzəri-diqqətə alınmalı və təb’ edilməlidir.
***
Bu gün sübhdən aqşama qadar mərhumun cənazə mərasimində bulunaraq, bir para
ötə-bəri ilə iştiğal edərək, günəşin qızğın zərbələri altında əzilib yorulduğumdan,
möhtərəm qareləri yormayıb qısa kəsmək istiyorum.
229
Qafam öylə fəna bir halda dönüyor ki, nə yazdığımı və nə yazacağımı kəndim də
bilmiyorum. Ehtimal ki, yazılarımın içində artıqəskik, nəzəri-diqqətə çarpacaq pək çoq
qüsurlar bulunur. Möhtərəm qarelərdən əfvi-rica etməyi kəndim için bir vəzifə ədd
edərim.
Cənabi-Haqq öz birliyi hörmətinə bu nakam cavanın cənazəsi üzərində paralanan
sinələrə, qoparılan saçlara, tökülən göz yaşlarına, sızlayan yürəklərə mərhəmət buyurub
da onu, o namurad bəndəsini dəryayi-ehsan və kərəminə qərq eyləsin.
Əgər günahı var isə, öz lütfilə, öz böyüklüyilə bağışlasın. (Ami n ...)
11 mayıs 1912 sənə
Hüseyn Cavid
“Iqbal”, 18 may 1912
TİFLİSDƏ TEATR YAXUD SƏN’ƏTİ-TAMAŞADA
TƏBƏDDÜL VƏ TƏRƏQQİ
Oktyabrın dördüncü aqşamı Namiq Kamal bəyin “Akif bəy” adlı faciəsi “Tiflis türk
dram dəstəsi” tərəfindən mevqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqas şivəsinə təbdil edən
Axundov cənablarıdır.
Məzkur faciə beş pərdədən ibarətdir.
İlk pərdədə Akif bəy (gənc bir gəmi komandanı) pək vəfalı zənn etdiyi hiyləgər
zevcəsindən ayrılaraq dəniz müharibəsinə gedər, binbaşı Şahin bəyə də bir vəsiyyətnamə
verib İstanbulda oturan babasına göndərməsini və şəhid olursa rəfiqəsi Dilrübayı yanına
almasını tövsiyə edib gedər.
İkinci pərdədə Akif bəyin ölüm xəbəri eşidilir, Dilrüba fürsətdən istifadə edərək, iki
yalançı şahidlə ölüm xəbərini qəzavətxanədə təsdiq etdirib çabucaq Əsəd bəy adlı başqa
bir zevc ixtiyar edər. Kəndi evində onunla eşqə, izdivacə dair söyləşdikləri sırada,
oğlunun vəsiyyətini icra etmək için gələn Süleyman bəyi nifrətlə rədd edər. Süleyman bəy
də yanındakı Şahin bəylə bərabər küskün və münkər bir halda çıqıb gedir.
Üçüncü pərdədə Əsəd bəyin düyün ziyafəti başlar, misafirlər gəlir, içki və çalğı ilə
əyləndikləri halda birdən-birə Akif bəy meydana çıqar. Bu sırada babası da gələr və
məsələni oğluna anlatır. Akif bəy həyəcanlı və qorqunc bir vəziyyət alır. Əhli-məclis və
çalğıçılar birər-birər dağılır. Bir-iki dəqiqə keçincə Akif, sonra babası və Şahin bəy çıqıb
gedərlər.
230
Dördüncü pərdədə Akif bəy meyxanədə sərməst olaraq intiqam hissilə söylənib durur,
sonra uyumaq için uzanar. Çoq keçməz ki, atası və dostu Şahin bəy gəlib onu oyadırlar.
Akif bir-iki söylənərək çabuq gəmiyə getmək bəhanəsilə savuşub çıqar. Atası da onu
tə’qib edər.
Beşinci pərdədə Akif bəy Əsəd bəydən intiqam alır və kəndisi də tərki-həyat edər. Bu
sırada pusquda duran Süleyman bəy də içəri girərək, hiyləgər, yüz könüllü Dilrübayı bir
xəncər zərbəsilə cəzalandırır. İştə vəq’ə bundan ibarət...
Şimdi artistlərə gələlim. Akif bəy rolunu ifa edən Kirmanşahski cənablarının tərzi-
tələffüzü aydın, səmimi və aldığı vəziyyətlər tamamilə yerində olub, hiç bir qüsur nəzərə
çarpmıyordu. Müşarileyh hənuz gəncdir. Məsləkində daha ziyadə ciddiyyət göstərəcək
olursa, Qafqasiyamız ciddən qiymətdar bir artist qazanmış olacaqdır.
Dilrüba rolundakı Tərlan xanım isə inanılmayacaq dərəcədə məharət göstərdi. Onun
böylə bir qarışıq rolu bu qədər gözəl oynaması gerçəkdən şayani-təbrikdir.
Əbülfət Vəli cənabları isə hər bir təqdirin fövqündə idi. Almış olduğu ixtiyar
vəziyyəti, baxüsus əlaimi-vəcihəyi və bütün hərəkatı pək az artistə nəsib olan xassələrdən
idi.
Əsəd bəy rolunu ifa edən Abbasov cənablarına gəlincə mumileyh sənəti-tamaşada
ibraz etdiyi iqtidardan başqa, tələffüzündəki ahəng və üslubda öylə bir səlasət vardı ki,
adəta İstanbul artistlərini xatırlatıyordu...
Şahin bəy rolundakı Ələsgərov cənabları da vicdanlı bir mə’mur, xeyirxah bir arqadaş
qədər ifayi-vəzifə edirdi. Hələ meyxanaçı – M.X.Quliyev cənabları Türkiyənin çüstü
çalak rum meyxanaçılarından əsla seçilmiyordu. Yüzbaşov cənablarının sərxoşluqdakı
məharəti, Əliyevin tərəddüdlü və qorqxaqca vəziyyəti, İsmayıl Həqqi əfəndinin şətarətli
halları və laübali qəhqəhələri ayrı-ayrı birər qiyməti haiz idi. H.Qasımov, B.Əlizadə...
əfəndilər də xoş bir surətdə oynayorlardı.
Rejissorluq vəzifəsi Vəli əfəndinin öhdəsində idi. Dekorasiya qayət mükəmməl və
çalğı da Tiflisdəki osmanlı musiqi dəstəsi tərəfindən çalınırdı.
Bir sözlə, bu aqşamkı səhnə qüsursuz deyiləcək dərəcədə gözəl idi. Təəssüf olunacaq
bir qüsur, bir nöqsan var idisə, o da ancaq camaatın azlığı və böylə ciddi və qiymətdar bir
tamaşaya qiymət verməməsi idi. Mə’nasız bir komediyaya hər kəs ötüşdüyü halda, nədən
isə böylə həqiqi və mə’nidar tamaşadan qaçıyorlar. Tiflisdəki teatr maraqlıları bu
Dostları ilə paylaş: |