Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə50/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   46   47   48   49   50   51   52   53   ...   65

231 
 
aqşam təşrif etsələrdi,  şübhəsiz keçən səhnələri unutaraq teatrın nə olduğunu görərlərdi. 
Bu pyes hər kəsi sıqacaq dərəcədə uzun olduğu halda, hazirundan məmnun qalmayacaq 
bir zata təsadüf ediləməzdi... 
 
Müxbir 
İqbal”, 9 oktyabr 1913 
 
TİFLİSDƏ “İTTİFAQ” MƏKTƏBİ 
 
1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün 
mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm 
bir surətdə  cərəyan edir isə  də, fəqət  əhalinin maarifə  rəğbətsizliyi və e’tinasızlığı 
yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir. 
Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər 
xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə 
olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz? 
Doquz yıldan bəri çəkilən zəhmətlər nə kibi nəticəyə iqraz edəcək, bu mədrəsənin 
bəqa və dəvamı xüsusunda maldan, candan keçən, həyatını, şərəfini bu uğurda fəda edən 
bir taqım fəal, fədakar adamlarımızın  şimdiyə qadar təhəmmül etdikləri  əziyyətlər, 
məşəqqətlər nə yolda bir fayda verəcəkdir? 
İştə burasını düşünərək mədrəsənin vəz’i-hali-hazirini göz önünə  gətirdikcə yalnız 
“İttifaq” məktəbinin halına deyil, bəlkə dolayısilə bütün iranlıların halına qan ağlamamaq 
qabil deyildir. Çünki müsəlmanlar arasında təbiət qanunu hökmünə keçən nifaq, ədavət, 
rəyasətpərəstlik kibi bir taqım məş’um adətlər iranlılarda daha şiddətli bir surətdə 
hökmfərma olduğu içindir ki, bu gün yüz nəfər qərib müsəlman çocuqlarının tərbiyəgahı 
olan bu mədrəsə bir taqım  şəxslərin iqrazi-şəxsiyyətlərinə qurban oluyor. Tiflis kibi bir 
məmləkətdə ayda yüz əlli, iki yüz manata qərib, cüz’i əhəmiyyətsiz bir para binlərcə 
iranlıdan bu mədrəsənin məxaricinə sərf olunmaq için toplanmıyor. 
Halbuki binlərcə manatın qeyri-məşru yerlərə  sərf olunduğu kibi, binlərcə rüblənin 
dəxi faydasız yerlərə xərc olunduğu görünməkdədir. 
Hal-hazırda “İttifaq” mədrəsəsi ayda iki yüz əlli, üç yüz manat ilə idarə olunmaqdadır. 
Bu paranın nisfi İran konsulxanası  tərəfindən tədarik olunur. Digər nisfi isə  əhalidən 
alınması lazım gəlir. Fəqət 


232 
 
camaatın iqrazi-şəxsiyyəyə  hədəf olması yüzündəndir ki, ayda yüz əlli manat kibi 
əhəmiyyətsiz bir para nəhayət dərəcədə çətinlik, güclük ilə cəm edilir. 
Şimdi isə iki aydan bəridir ki, kimsə aylıq və ianə vermək istəmiyor. Hətta 
müəllimlərin tə’til maaşlarını vermək için mədrəsə daimi sərmayə (kapital)dən beş yüz 
rüblə vermişdir. Təəssüflər olsun ki, doquz illik bir maarif müəssisəsi bu kibi mevqelərdə 
hiç olmazsa bir yıl kəndini idarə edəcək bir nəqdi-mevcudu yoqdur... 
Artıq bu əsrdə, bu zamanda elm və mə’rifətin lüzumundan, mənafeyindən bəhs etmək 
mə’lumi-e’lam qiyasından olduğu için biz bu xüsusda bir şey söyləməyiriz. Ancaq 
istədiyimiz bir şey varsa, mədrəsənin bəqa və dəvamı için lazım gələn himmət və qeyrətin 
sərf olunmasıdır. 
 
Müxbir 
İqbal”, 25 iyul 1914 
 
 
“İTTİFAQ” MƏKTƏBİNƏ BİR NƏZƏR 
 
“İqbal”ın 696-cı nömrəsində  “İttifaq” məktəbinin bugünkü halını  həmiyyət 
sahiblərinin ixtiyarına  ərz etmişdik.  Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb 
haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir 
surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi 
bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən 
şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə 
ə’zasının saiqeyi-nifaq və  ədavətlə – hiç bir gunə  təşəbbüsdə bulunmamaları hissi-
insaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə 
üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba 
nədəndir ki, böylə mevqelərdə yaqalarını  sıyırırlar. Mədrəsənin maddi və  mə’nəvi 
ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət 
həvəsilə uçan zəvat niçin öhdələrinə  tərtib edən vəzifənin ifasında müsamihəkar 
davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar 
pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir 
mə’zirət bəyan edə bilərlər? 


233 
 
Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til 
maaşlarını  və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər 
yüz rublə, cəm’ən bin rublə  mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin 
sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı 
aylıq bədəli-icarı deməkdir. 
Əmsalı arasında hissiyyati-maarifpərvəranəsilə mümtaz olan Tiflis konsulu general 
Saidülmülk cənablarının bu xüsusda lazım gələn iqdamati-məcdanədə bulunaraq evladi-
vətənin ikinci tərbiyətgahı olan bu müqəddəs binanın  əhyasına çalışmaları ümididir ki, 
şimdilik bizi mütəəsəlli edəyor. 
Şübhəsizdir ki, bu mühüm, əhəmiyyətli qadar da faydabəxş olan vəzifənin icrası 
xüsusunda bir məs’uliyyəti-vicdani qarşısında olduqlarını unutamayacaqlardır. 
 
Növrəs 
İqbal”, 31 avqust 1914 
 
 
MÜHARİBƏ VƏ ƏDƏBİYYAT 
 
Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... 
Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda... 
Kürreyi-ərzin,  şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz 
saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın! 
Yanardağlardan seçilməyən toplar, insanları deyil, səhraların vəhşilərini belə dəhşətlər 
içində bıraqıyor. Dünyamız, şimdiyə qadar hənuz böylə qorqunc bir bəlayə rast gəlməmiş, 
böylə müdhiş bir inqilab görməmiş. İskəndər, Napaleon kibi cihangirlər, Çingiz, Teymur 
kibi bahadırlar məzarlarından baş qaldırıb da şu müharibəyi seyr etsələr,  şübhəsiz ki, 
heyrət və  təəssürdən kəndilərini alamazlar. Zatən bu müharibə, bir müharibə deyil də
müsri bir bəladır, bir taundur, aləmşümul bir fəlakətdir... 
Fəqət bu fəlakət hər kəsi bir dərəcədə düşündürmiyor, hər ölkədə bir tə’sir 
bıraqmıyor. Birini güldürürkən, digərini ağlatıyor. Birini mə’yus və müztərib ediyor da, 
digərini qəhqəhə və müzəffəriyyətlə sevindiriyor. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə