I c I l d VII-XII əsrlər azərbaycan şERİ


N ə   civ ə  su  kim i  iç m ə y e   yarar



Yüklə 22,64 Kb.
Pdf görüntüsü
səhifə88/99
tarix14.01.2018
ölçüsü22,64 Kb.
#20492
1   ...   84   85   86   87   88   89   90   91   ...   99

N ə   civ ə  su  kim i  iç m ə y e   yarar.
O  yer tutulm uşdu  b elə  bir dərdə, 
Çöknıüşdü  torpağa  qara  bir pərdə. 
Harda  ki,  iç m əli  bir ç eşm ə  vardı, 
İçində  su  ilə   c iv ə   qaynardı.
Su  civ ə   üstündə  tutmuşdu  qərar, 
Ordan çü rətlə  su  içirdi  onlar. 
Çalxalanm asaydı  əg ər   çeşm ələr, 
C ivəd ən   görm əzdi  heç  kim sə  zərər. 
Ç eşm ələr bulanıb  qaynaşan  zaman 
H eç  k im sə  ə y ilib   içm əzdi  ondan. 
B ilm əyib   içsəyd i  bir  adam  əgər,
Onu  öldürərdi  sudakı  zəhər.
Şah bunu b ilən d ə,  tez  verdi  fərman: 
Hamı  ayıq  olsun  su  içən   zaman!
H ər kim  axar  sudan  istə sə   içm ək, 
Onu  ehtiyatla  durultsun  gərək.
Bir  ay  y o l  getdilər  onlar bu  sayaq, 
Öldü  susuzluqdan  bir  çoxu  ancaq. 
Güm üşlü  çöllərd ən   keçərək  yenə 
G əlib  yetişd ilər  vətənlərinə. 
D üşdülər  torpağa  yorğun,  natəvan, 
Torpaqda  d in cələr torpaqdan  olan. 
Gördülər  qarşıda  bir düşərgə  var, 
Z ülm ətdə  G ünəştək  par-par parıldar. 
Q abaq-qarşı  duran  dağda  bir qala 
Tutmuşdu  başını  g ö y ə  vüqarla.
Qala  arxasında  bir dağ  da  vardı, 
B elində  k əm əri  sarp  qayalardı.
Orda  p eyğəm b orə  etm əyib  beyət,
Bir  tayfa  yaşardı  sakit,  səlam ət. 
Onlar  ilham   alıb  böyük  Tanrıdan, 
Ö zləri  olm uşdu  allahtanıyan.
Onlar  İskəndəri  paksifət  görcək, 
Q əbul  elə d ilə r  bir peyğəm bərtək. 
B ilik li,  adil  bir hökmdar  kimi 
Q əlbləri  b ə z ə d i  onun  təlim i.
İskəndər  onlara  haqqı  göstərdi,
Din,  bilik,  m ərifət,  -   çox  şeylər verdi. 
Şahı  m ərhəm ətli,  qayğıkeş  görcək, 
A çıb   dərdlərini  umdular  kömək:
“Ey  qəlbi  şəfq ətli  qadir  hökmüran. 
Müti  qullarına,  g ə l,  ol  pasiban!
Bu  dağdan  o  yana vardır bir  diyar, 
Sonsuz  bir  səhradır,  sərt  qayahqlar, 
Oranı  yəcuclar etm işlər  m əskən, 
İnsana bənzərlər,  divdirlər  əslən! 
Şirtək  alm azcaynaq,  sərt,  dəmirürək. 
Ham ısı  xaindir  yırtıcı  qurdtək. 
T əp əd ən -d ım a ğ a   tükləri  b iz-b iz, 
Y oxdur  üzlərində  burundan  bir  iz, 
Boyları  bir  qariş,  yem əkləri  çox, 
İstidən,  soyuqdan  qorxuları  yox; 
D işdən,  dımaqdan  da -   yırtıcı  heyvan, 
Qana  herisdirlər  onlar  hər  zaman. 
Y eyinlikdə  üstün  g ələrlər  yelə,
Poladı  deşərlər  dımaqlar  ilə. 
Y em ək d ə,  içm əkdə  naşükürdürlər, 
Allahı  tanımaz  orda  bir  nəfər. 
Dünyada  bu  qədər yem əli  şey  var, 
Ancaq  ki,  o t - ə lə f  yeyerlər onlar. 
Y eyərlər,  yatarlar,  iş-g ü c  bilm əzlor, 
M ini  doğulanda bircəsi  ölər.
Onların  yerində  bir cür ot  bitor,
V erər  istiottək  çox  tünd  donələr.
Hər gecə-g ü n d ü zd ə  ondan  bir  azca 
Y eyərər yatarlar e lə   ordaca.
Bir  xırman  başqa  ot  versən  do  ogor, 
Y eyərlər,  yen ə  d ə  doym aq  bilmozlor. 
A yla,  Gün  səm ada  ü z -ü z ə   gəlcək  
Onlar qaynaşarlar  xırda  qurdlartək.
N ə   düşsə,  qorxusuz  tutub  yeyərlor 
Bu  sayaq,  A y  yarı  olana  qədər.
G öyd ə  A y  kiçilib  olanda  yarı.,


Azalar bir  qədər  iştahaları 
Qara buludlardan  ildə  bir kərə 
B öyük bir  əjdaha düşər o  yerə; 
Yam an y e k ə   olur,  h əm in   o  heyvan, 
Y əcuclar doyunca y ey ərlər ondan. 
Y ıxılıb  qalarlar,  bir  aya qədər 
Sərxoştək  yatarlar,  heç  n ə  yem əzlər. 
K öklə  otdan  başqa b ilm əzlər yem ək, 
X ə stə lik  görm əzlər ö lən   günədək. 
Bir n əfər  ö lərsə  onlardan  əgər, 
H am ısı y ığ ışıb  ölünü yeyər.
Şoran  torpaqlarda  nə  murdar qalar, 
N ə   də  ö lü lərə  qazılar məzar.
Y axşı  cəh əti  də  budur:  o  torpaq 
M əzardan  xalidir,  murdardan  uzaq! 
Arabir hücum la talayıb  bizi,
Xaraba  qoyarlar evlərim izi. 
Q oyun-quzum uzu aparıb  onlar, 
Y eyərlər n ə   qədər  azuqəm iz  var.
Bu  itsifətlərd ən  qorxduğu qədər 
Canavardan  qorxmaz  bizim   sürülər. 
B izləri  qırmaqçün  edərlər  qovğa, 
D idərgin  salarlar  yurddan  uzağa.
B iz  uca  dağlara  qaçıb  qorxudan 
Q uştək  ağaclarda  salaraq  məkan. 
Ancaq  ayaqları  süstdür bir  qədər, 
A rdım ızca dağa çıxa bilm əzlər.
Bu  böyük  bəlanı  bizdən  əg ə r  sən 
D ə f  etsən,  çox  böyük  səvab  edərsən! 
İskəndər bildi  ki,  zordur  yəcuelar, 
Y əqin  hər birində  bir  fıl  gücü  var.
Bir  sədd  ucaltdı  ki,  orda  poladdan, 
O lm az  həşrə  qədər  onu  dağıdan.
O na uea b əxti  köm əklik  etdi,
Tikilib  qurtardı  İskəndər  səddi. 
Dönüb  bir  şə h ə rə  gəld i  şah  ordan, 
Axtarıb  tapmadı  orda  bir  insan.
Y e n ə   səfərin ə  davam  etdi  şah,
K ö ç m əy ə  başladı  ordan  qərargah.
Bu  işd ən   keeəndə  bir xeyli  müddət,
Bir  ay  dağlar,  çö llər  aşıb,  nəhayət, 
G ö z əl  bir m ən zild ə  m əsk ən   saldılar,
Bu  yerdən  hamısı  m əm num   qaldılar.
Bir  y o l  töhfəsi,  tək   böyük  hökmüran 
G östərdi  qoşuna  şəhri  uzaqdan.
Başqa  cürə  idi  burda  təbiət,
Su  ilə ,  ək in lə  tapmışdı  ziynət.
H asarsız,  divarsız  bağlardı  hər yan, 
B o l-b o l  sürü  vardı,  yoxdu  bir  çoban. 
Qoşundan  birisi  tər  m ey v ələrə 
Ə lini  uzadıb  istədi  dərə,
H əm in  m eyvələrd ən   birini  dərcək 
B əd ən i  qıç  olub  qaldı  kamantək.
Başqa  bir atlı  da  qoyun  tutanda 
Onu  bərk  qızdırma  tutdu  bir  anda. 
İskəndər:  “Bax,  bunlar  ibrətdir”,  -  d cyə 
Ə lini  vurmadı  orda  heç  n əyə.
Q oşuna  əm r edib  şah  dedi:  “Heç  kəs 
Ö zgən in   bağına  toxuna  b ilm ə z!” 
T ələ sik   gcdərək  ordan  bir qədər,
O  axar-baxarlı  yerdən  keçdilər, 
C ənnəttək,  nem əti  b ol-b ol,  firavan 
Bir  şəh ər  gördülər  onlar  uzaqdan.
G əlib   darvazaya  çatdı  İskəndər,
Gördü  ki,  qapıdan  yoxdur  bir  əsər. 
Müdrik  qocalarla  girdi  şohərə,
Baş  vurdu  onlarla  burda  hər  ycrə,
Gördü  çox  b əzək li,  dolu  dükanlar, 
Ancaq  nə  qapısı,  nə  qıfılı  var.
N əcib   şəhər  əhll  onu  görəntək 
Ç ıxdı  qarşısına  təzim   edərək.
G ətirdilər  qəsrə  bir  mehman  kimi,
Saray  ziynətliydi  asiman  kimi.
Süfrə  b əzəd ilər,  büsat  qurdular,


Yüklə 22,64 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə