I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   2   3   4   5   6   7   8   9   ...   69

18
Doğrayın siz məni səhradə ilanlar mələşən,
Görəcəksiz, sürünür hər tikəm Allaha sarı.
Sındırın, məndə nə var, sonra baxın hər sümüyə;
Hər çatım, hər sınığım, ey həkim, Allaha sarı.
Bitirin bir talada, sonra qazın mehvərimi;
Uzanar hər budağım, hər köküm Allaha sarı.
Ayırın tellərimi, dörd tərəfə bağlı tutun;
Dartınar hər kəkilim, hər tüküm Allaha sarı.
Məni zərtək alıb ay nuruna siz ərzə atın,
Şeşim Allaha tərəfdi, yekim Allaha sarı.
Eyləyin siz məni şam, sizlərə aydınlıq olum,
Baxın, şeytanə tərəf kim və kim Allaha sarı.
Tutmasın kimsə məni zirvədə qartallara tən,
Bir qərib quşcuğazam, cik-cikim Allaha sarı.
Allah-Təalanın  bizə  göstərdiyi  və  buyurduğu  doğru 
yol  şəhərlərarası,  qitələrarası,  hətta  planetlərarası  yollara 
bən zə məz və ya çox az bənzər. Bu, dünyalararası bir yol-
dur. Başqa sözlə, dünya səfəri deyil, Axirət yolçuluğudur. 
Dün ya dan aralanmadıqca bu yolçuluq alınmaz.
Hikmət
Əbu Əli Dəqqaq həzrətlərinin yanına bir adam gələrək 
dedi: “Mən sizi ziyarət etmək üçün çox uzaq bölgədən gəl-
dim”. Həzrət buyurdu: “Bu iş yolçuluq edərək dağı-dərəni 
aşmaq işi deyildir. Bir addım ataraq nəfsini tərk et, məq sə-
din hasil olsun”.
Haqq yolun uzun, qısalt, qatla,
Qət edilməz bu yol atla.
Qula düşən bir addımdır,
Nəfsdən keç, qəlbə adla.


19
Nəfsi tərk etmək dünyanı tərk etməkdir. Çünki nəfsin 
muradı odur. “Siz dünyanı istəyirsiniz, Allah isə Axirəti 
istəyir” (əl-Ənfal, 67). Öz istəyini Onun istəyinə fəda et mə-
yən Axirətini dünyasına qurban vermişdir. Fəqət tərki dün-
ya lıq dünyanın içindən çıxmaqla deyil, dünyanı içdən çıxar -
maqla olur.
Ey könül, Sevdiyimiz aləmlərdə yeganədi.
Aşiq o kimsədi ki, aləmlərə biganədi.
Xaliqin nəzdində o, əhli-məqamdan sayılar,
Amma xəlqin nəzərində dəli, ya divanədi.
Haqqın bir məzəmməti eşq əhlini iflic eylər,
Xalqın min töhmətinə amma mətin, mərdanədi.
Kim Ona versə könül, qəmxar bulmaz Ondan qeyri,
Qəmxarı olmayana külli-aləm qəmxanədi.
Çoxdu eşq əhlinə xam, eşqə də əfsanə deyən,
Ey dil, boş ver ki, deyən xam, deyilən əfsanədi.
Hədis
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: “Kön-
lünüz  doğru  olmayınca  imanınız  doğru  olmaz.  Diliniz 
doğru olmayınca könlünüz doğru olmaz. Əməliniz doğru 
olmayınca diliniz doğru olmaz.”
Əshab  soruşdu:  “Ya  Rəsulallah,  dürüst  olmanın  əla-
məti nədir?” O Həzrət (salləllahu aleyhi və səlləm) buyurdu: 
“Darul-qürurdan (dünyadan) əl çəkməkdir və ölüm gəl mə-
dən öncə ölüm üçün hazırlaşmaqdır” buyuraraq bu ayəni 
oxudu:  “Artıq  qəlbləri  Allahın  zikrinə  qarşı  qatılaşmış 
olanların vay halına!” (əz-Zumər, 22).
Dünya  yükdür.  Yolçu  yola  ən  zəruri  şeyləri  götürər, 
özünü yükləməz. Haqq yolda ən öndəkilər yükü ən az olan-
lar, ən arxadakılar yükü ən çox olanlardır. Dünyayla yola 
çıxanların şələsi nə ağırdır! Bu dünyanı o dünyaya daşıya 
bilməzsən. Ölüm adlanan qapıdan bir iynə belə keçməz!


20
Dünya qəfəs, dünya tabut,
Mülk eləmə bu dünyanı.
Təqva ilə burnunu tut,
Müşk eləmə bu dünyanı.
Kimsə qalmaz bu məskəndə,
Gecikən də, tələsən də.
Qəbrində tir-tir əssən də,
Kürk eləmə bu dünyanı.
Hər zərrənin qorxusu var,
Qulduru var, oğrusu var.
O dünyda sorğusu var,
Yük eləmə bu dünyanı.
İbrət
Salman Farsi (radiyallahu ənh) ölüm yatağına düşəndə 
Səad  ibn  Əbu  Vəqqas  (radiyallahu  ənh)  onu  ziyarət  etdi. 
Salman hönkür-hönkür ağlayırdı.
Səad “Səni ağladan nədir, ey Əbu Abdullah? Rəsu lullah 
səndər razı olaraq vəfat etmişdi” dedikdə Salman bu cavabı 
vermişdi: “Vallahi, ölümdən qorxduğum üçün və ya dün-
yaya  bağlılığıma  görə  ağlamıram.  Rəsulullah  (salləllahu 
aleyhi və səlləm) bizdən söz almışdı. Demişdi ki: “Sizin dün-
yadan nəsibiniz ancaq bir yolçunun azuqəsi qədər olsun”. 
İndi isə görürsən, ətrafımda bir sürü qaraltı var...”
Səad  deyir:  “Baxdım,  ətrafımda  təmiz  bir  tabaqdan 
başqa bir şey yox idi”. 
Ey milyonçu, əcəldən qorx,
Hər qəpiyin hesabı var.
Halaldısa, sorğusu çox,
Harmadısa, əzabı var.
Haqq arayan gec-tez bulur,
Muzd arayan tez yorulur.
Nə paylarsan sənin olur,
Nə toplarsan xarabı var.


21
Hər bir bidət qəbrə layiq,
Hər bir sünnət həşrə layiq.
Hər bir qulluq əcrə layiq,
Yalnız qulun savabı var.
Ey yolçu! Yanında dünyadan oğrunun əliboş, dilən çi-
nin əlidolu qayıda biləçəyi qədər azuqə saxla. Unutma ki, 
Axirət  dünyadan  təkcə  irəlidə  yox,  həm  də  yuxarıdadır. 
Yüklə qabağa getmək zor, yuxarı qalxmaq ondan da zor-
dur.  Adi  bir  əşyanı  dəhlizin  bu  başından  o  başına  daşı-
maqla bir mərtəbədən digər mərtəbəyə çıxarmaq eynimi?
İbrət
Bəyazid  Bistami  həzrətlərindən  sordular:  “Bu  yüksək 
mərtəbələrə  nəylə  yetişdin?”  Buyurdu  ki,  dünyadan  heç 
bir şey daşımadan.
Qəm sarayı – dünya budur!
Bu sarayda gülməkdən qorx.
Haqqa sarı gedən udur,
Haqqa qarşı gəlməkdən qorx!
O dünya bar, bu dünya bağ,
Göz yaşıyla o bağa yağ.
Bağban kimi ölməyə bax,
Padşah kimi ölməkdən qorx!
Alim var ki, atəşdədi,
Cahil var ki, behiştdədi.
Hər kim olsan, təqva şərtdi,
Bilməməkdən, bilməkdən qorx!
Adəm oğlu dünyanı çox böyük görür. Çünki gördüyü 
budur. Bu dünyadan dəfələrlə böyük olan digər dünyanı 
isə görməyib, ancaq haqqında eşidib və “Kimsə o dünyanı 
görüb qayıtmayıb” prinsipi ilə hərəkət edərək gördükləri 
ilə müqayisədə eşitdiklərinə ciddi yanaşmır. Ayələrdə, bir 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə