İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə124/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   120   121   122   123   124   125   126   127   ...   135

SAN-ROZARlOLU DOSTLAR 

gümüş axtarmışıq. Ayrı-ayn hərbi hissələrdə xidmət etdiyimizə baxmayaraq, 

hər  ikimiz  altmış  birinci  ilin  müharibəsində  iştirak  etmişik.  Hindu  və  at 

oğrulanna  qarşı  çiyin-çiyinə  mübarizə  aparmışıq;  bir  aydan  artıq  Arizona 

dağlannda  iyirmi  fut  hündürlüyü  olan  qar  yığını  ilə  örtülmüş  komada  ac 

qalmışıq;  güdü  külək  əsdiyi  vaxtlarda  çölləri  gəzib-dolaşmışıq  -  bəli, 

“Lövbər” ran- çosunda mal-qaraya damğa vurulan ağılda Bobla ilk görüşü-

müzdən  sonra  cürbəcür  hadisələrlə  üzləşmişik.  O  vaxtdan  etibarən  çətin 

vaxtlarda bir-birimizin çox dadına çatmışıq. O zaman yoldaşa yardım etmək 

adi  hal hesab olunurdu  və  heç kəs bunu özü üçün  məxsusi  məziyyət  hesab 

etmirdi. Axı həmin yoldaşınız sabah eyni şəkildə sizin işinizə kömək edə, ya 

da zınqırovlu ilan dişləyəndə ayağınızı möhkəm sarıyıb, bir şüşə viski üçün 

atını  dördayaq  çapa  bilər.  Beləliklə,  nəticə  etibarilə  bu,  “xidmət  xidmətə 

bağlıdır”  mənasını  verirdi  və  əgər  kimsə  dostu  ilə  vicdanla  hərəkət 

etməzdisə,  eybi  yox,  o  zaman  risk  etmiş  olurdu  və  lazımi  anda  heç  kimə 

arxalanmaya  bilərdi.  Lakin  Bob  bu  cür  gündəlik  həyati  məsələlərdən 

yüksəkdə durardı. O, heç vaxt yarı yolda dayanmazdı. 

İyirmi  il  əvvəl  mən  bu  mahalın  şerifi  idim,  Bobu  isə  özümə  baş 

köməkçi  götürmüşdüm.  Bu,  maldarlıq  sahəsindəki  canlanmaya,  hər  ikimiz 

var-dövlət  toplayana  qədər  olan  dövrə  təsadüf  edirdi.  Mən  eyni  zamanda 

həm  şerif  vəzifəsini  icra  edir,  həm  də  vergi  toplayırdım,  bu  da  o  vaxtlar 

mənim üçün böyük uğur sayılırdı. Artıq evli idim, iki uşağım - dörd yaşında 

oğlum,  altı  yaşında  qızım  vardı.  Mahal  idarəsinin  yaxınlığında  yerləşən 

yaxşı  bir  evdə  yaşayırdıq,  mənzilə  görə  pul  ödəmək  lazım  gəlmirdi.  Hətta 

qənaət  edib  bir  az  pul  da  toplaya  bilmişdim.  Dəftərxana  işlərinin 

əksəriyyətini Bob yerinə yetirirdi. Hər ikimiz cürbəcür cəncəl işlərin şahidi 

olurduq;  halbuki  həm  nədənsə  məhrum  ola  biləcəyimizi,  həm  də 

təhlükələrin  mövcudluğunu  anlayırdıq.  Bəlkə  də,  siz  təsəvvür  belə 

etmirsiniz,  biləndə  ki,  səhər  yatağından  durub  üzünü  qırxdıqdan  sonra 

adamlar  sənə  “mister”  deyə  müraciət  edəcəklər,  o  zaman  doğma  damın 

altında  isti  və  rahat  yerdə  oturub  yağışın,  dolunun  pəncərələri  necə 

döyəclədiyini dinləmək gözəl olur. Arvadım nadir qadın 

downloaded from KitabYurdu.org



O.HENRİ 

idi, uşaqlanmsa əsl gözəllik nümunəsi. Bundan başqa, köhnə dostum 

yanımda  idi,  mənimlə  varlı  həyatın  ilk  sevincini,  bir  də 

kraxmallanmış  köynəkləri  bölüşürdü  -  daha  nə  arzulaya  bilərdim? 

Bəli, indi deyə bilərəm ki, o vaxtlar, həqiqətən, xoşbəxt idim. 

Mayor ah çəkib pəncərəyə ötəri nəzər saldı. Müfəttiş kres- lodakı 

vəziyyətini dəyişib o biri əli ilə çənəsinə dayaq verdi. 

-  Bir  dəfə  qışda,  -  mayor  hekayətinə  davam  etdi,  -  hər  tərəfdən 

veıgilər birdən daxil olmağa başladı və mən düz bir həftə vaxt tapıb 

pullan banka apara bilmədim. Qəbzləri qutuya 

-

 

siqarların  altına  yığdım,  pullan  isə  kisəyə  doldurub  hər  ikisini 



dəftərxanada yerləşən böyük seyfə qoyub qapısını bağladım. 

Həmin  həftə  ərzində  taqətdən  düşmüşdüm,  ümumiyyətlə,  o 

zaman  səhhətim  yaxşı  deyildi.  Əsəblərim  sözə  baxmır,  yuxu- 

suzluqdan  əziyyət  çəkirdim.  Həkim  məndə  qəribə  tibbi  adı  olan  bir 

xəstəlik  aşkar  edib  dərman  yazmışdı.  Bütün  bunlara  baxmayaraq, 

daim  o  pullann  fikri  ilə  yatağa  uzanırdım.  Düzdür,  narahatlığım 

əsassız idi - seyfin etibarlı olması bir yana, kilidin şifrini məndən və 

Bobdan  savayı  heç  kim  bilmirdi.  Cümə  günü  axşam  kisəni  seyfdə 

gizlədiyim  zaman  orada  altmış  beş  min  dollara  yaxın  sikkə  pul  var 

idi. Şənbə günü səhər, həmişə olduğu kimi, dəftərxanaya yollandım. 

Seyf  bağlı  idi,  Bobsa  öz  masasının  arxasında  oturub  nəsə  yazırdı. 

Seyfi açanda pul olan kisənin yoxa çıxdığını gördüm. Bobu çağırdım, 

qarət barədə hamını məlumatlandırmaq üçün həyəcan siqnalı verdim. 

Bobun  baş  verən  hadisəyə  belə  soyuqqanlı  yanaşması  məni 

heyrətləndirdi 

-

 



axı  bu  məsələnin  həm  mənim,  həm  də  onun  üçün  nə  dərəcədə 

dddi olduğunu anlamaya bilməzdi. 

İki  gün  keçməsinə  baxmayaraq,  cinayətkarın  izinə  düşə 

bilməmişdik.  Bu,  adi  qarət  hadisəsi  deyildi,  çünki  seyfin  kilidi 

zədələnməmişdi.  Ətrafda,  görünür,  bəzi  söz-söhbətlər  yayılmağa 

başlamışdı,  elə  buna  görə  də  üçüncü  gün  arvadım  Alisa  və  onunla 

birlikdə iki uşağım qaça-qaça otağa gəldilər; qadınımın gözləri alışıb-

yanır,  ayağını  yerə  döyür,  çığırıb-bağırırdı:  “Əclaflar,  onlar  necə 

cəsarət edə bilərlər! Tom! Tom!" Və huşsuz halda qollanmın arasına 

düşdü.  Nəhayət,  onun  özünə  gəlməsinə  müvəffəq  olduqdan  sonra 

başını sinəsinə tərəf əyib Tom 

384 

downloaded from KitabYurdu.org




SAN-ROZARlOLU DOSTLAR 

Kinqmenin  adını  qəbul  etdiyi  və  onunla  taleyini  bölüşməyə  razı  olduğu 

gündən  bəri  ilk  dəfə  acı  göz  yaşlan  tökməyə  başladı.  Hələ  Cek  və  Zilla  - 

uşaqlar...  əgər  onlara  dəftərxanaya  daxil  olmağa  icazə  verilsəydi,  pələng 

balalan  kimi  Bobun  üstünə  elə  atalardılar  ki,  onlan  ayırmaq  mümkün 

olmazdı;  indisə  bərk  qorxmuş  bir  cüt  kəklik  kimi  bir-birinə  qısılmışdılar 

yalnız ayaqlarının birini götürüb, o birini qoyurdular. Bu hadisə onlar üçün 

həyatın  gizli  tərəfi  ilə  ilk  tanışlıq  idi.  Bir  də  baxdım  Bob  işini  yarımçıq 

qoyub  ayağa  qalxdı  və  heç  bir  söz  demədən  otaqdan  çıxdı.  Məhz  həmin 

günlərdə bizdə daimi şuranın sessiyası keçirilirdi; belə ki, növbəti gün səhər 

Bob  onların  yanına  gedib  seyfdəki  pullan  oğurladığını  etiraf  etdi.  Onları 

poker  oyununda  uduzduğunu  söylədi.  On  beş  dəqiqədən  sonra  işin 

məhkəməyə  verilməsi  barədə  qərar  qəbul  edildi  və  illərlə  mənə  qardaşdan 

da əziz olan bir şəxsi həbs etmək əmri aldım. 

Orderi götürdüm, onu Boba təqdim edərək dedim: 

-

 



Bax  bu,  mənim  evim,  bu  isə  dəftərxanam,  orada  isə  Men,  o  biri 

üzündə Kolifomiyadır, bax bu dağların arxasında Florida yerləşir, məhkəmə 

gününə  qədər  hara  istəsən  gedə  bilərsən.  Mən  sənə  görə  cavabdehəm  və 

məsuliyyətdən qorxmuram. Təyin edilmiş gün burada ol - vəssalam. 

-

 

Sağ ol, Tom, - o hətta bir qədər də saymazyana dedi. 



-

 

Bilirdim  ki,  məni  qıfıl  altında  saxlamayacaqsan.  Məhkəmə  gələn 



həftənin  bazar  ertəsi  olacaq,  əgər  etiraz  etmirsənsə,  hələlik  burada, 

dəftərxanada  qalaram.  Mümkünsə,  qoy  uşaqlar  hərdən  həyətə  düşsünlər, 

onlarla oynamaq istəyirəm. 

-

 



Burada xahiş etməli nə var? - mən etirazımı bildirdim. 

-

 



Qoy  onlar  da  çıxsın,  sən  də  çıx.  Əvvəllər  olduğu  kimi,  istədiyin  vaxt 

evə də gələ bilərsən. 

Görürsünüz, mister Nettlvik, oğrunu özünə dost kimi  qəbul  etməzsən, 

lakin dost da dərhal oğru hesab olunmaz. 

Müfəttiş  cavab  vermədi.  Elə  bu  an  parovozun  kəskin  fit  səsi  eşidildi. 

Cənubdan  San-Rozarioya  gələn  qatar  stansiyanın  dar  dəmir  yoluna  daxil 

olurdu.  Mayor  başını  əyib,  bir  an  diqqət  kəsildi,  sonra  saata  baxdı.  Saat 

10:35 idi. Qatar vaxtında gəlmişdi. Mayor hekayəsinə davam etdi: 

downloaded from KitabYurdu.org



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə