İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə123/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   119   120   121   122   123   124   125   126   ...   135

O.HENRİ 

danxdına  qərb  şəhərdyində  keçirməli  idi.  Mister  Netttvik  buna  görə 

bərk tələsirdi. 

-

 



Ser,  xahiş  edirəm  mənim  masama  yaxınlaşasınız,  -  mayor 

Kinqmen  cənubluya  məxsus  ritmik,  ahəngdar  tələffüzlə,  Qərb 

adamları  kimi  azca  bumunda  danışa-danışa,  qalın  asta  səslə  dedi.  - 

Bu işdə sizə kömək edərəm. Bankda heç kəs hər bir vekselə mənim 

qədər  bələd  ola  bilməz.  Orada  cavan  bir  kadr  var,  hələ  ayaq  üstə 

durmağa tam alışmayıb, o birilərin isə kürəklərinin damğası çatışmır, 

amma vaxt gələr, hər şey tam qaydasına düşər. 

Hər ikisi prezidentin masası arxasında oturdu. Müfəttiş başlanğıc 

üçün  ildırım  sürətiylə  bütün  vekselləri  nəzərdən  keçirdi,  ardınca 

rəqəmlərə yekun vurub əmin oldu ki, ümumi yekun gündəlik balans 

kitabında  qeyd  olunan  məbləğə  uyğun  gəlir.  Bundan  sonra  daha 

irihəcmli borclara keçib hər təslim aktına, təminat məqsədi ilə təqdim 

olunmuş  hər  sənədə  müfəssəl  şəkildə  müdaxilə  etməyə  başladı. 

Məlum  oldu  ki,  yeni  müfəttiş  qurdalanır,  fırlanır,  eynən  izə  düşən 

xəfiyyə kimi gözlənilmədən otərəf-butərəfə atılır. Nəhayət, o, səliqə 

ilə  ayırdığı  beş  və  yaxud  altı  kağızı  qarşısına  qoymaqla  digərlərini 

kənara itələdi və o qədər də kəskin olmayan quru, rəsmi səslə mayor 

Kinq- menə müraciət etdi: 

-

 

Hesab  edirəm,  ser,  məhsuldar  olmayan  il  və  ştatımızdakı 



heyvandarlıq sahəsində mövcud olan əlverişsiz şərait nəzərə almarsa, 

bankınız yaxşı vəziyyətdədir. Hesablar və qeydiyyat kitablan səliqəli, 

dəqiq İşlənilir. Müddəti ötmüş ödəmələr azdır və onlara görə zərərin 

o  qədər  də  çox  olmadığı  görünür.  Mən  sizə  nisbətən  irihəcmli 

borclann  geri  qaytanlmasını  tələb  etməyi,  işlər  yenidən  canlanana 

qədər yalnız iki-üç aylıq qısamüddətli borc verməklə kifayətlənməyi 

məsləhət  görərdim.  İndisə  təkcə  bir  məsələ  qalır,  bununla  da  təftişi 

bitmiş hesab etmək olar. Qarşımda, təxminən, qırx min dollara yaxın 

vəsaitlə  bağlı  alt  sənəd  var.  Siyahıya  əsasən,  bu  məbləğin  təminat 

üçün ümumi qiyməti yetmiş min olan müxtəlif səhmlər, istiqrazlar və 

digər qiymətli kağızlar təqdim olunub. Lakin burada həmin kağızlar 

gözə dəymir. Ehtimal edirəm ki, onlar, yəqin, sizin 



380 

downloaded from KitabYurdu.org




SAN-ROZARlOLU DOSTLAR 

seyfidə,  ya  da  bankın  anbannda  saxlanılır.  Mən  o  kağızlarla  tanış  olmaq 

istərdim. 

Mayor Tom mavi gözlərini cəsarətlə müfəttişə zillədi. 

-Xeyr,  ser,  -  o,  sakit,  amma  qəti  səslə  bildirdi,  -  həmin  qiymətli 

kağızlar  nə  seyfidə,  nə  də  anbardadır.  Onlan  mən  götürmüşəm.  Onlar 

mövcud olmadığına görə bilavasitə məni cavabdeh hesab edə bilərsiniz. 

Nettlviki  həyəcandan  əsmə  tutdu.  O,  bunu  gözləmirdi.  Ovun  lap 

sonunda birdən izə düşmək - özü də necə bir izə! 

-

 



Bəs  belə!  -  müfəttiş  dedi.  Bir  az  gözlədikdən  sonra  soruşdu:  - 

Bəlkə, bir qədər təfsilatı ilə izah edəsiniz. 

-

 

Kağızları  mən  götürmüşəm,  -  mayor  təkrar  etdi.  -  Şəxsən  özüm 



üçün deyil, bədbəxtliyə düçar olmuş köhnə dostuma kömək etmək məqsədi 

ilə. Kabinetə keçək, ser, bu mövzuda orada söhbət etmək daha münasib olar. 

O, müfəttişi binanın sonunda yerləşən kabinetə apardı, içəri keçdikdən 

sonra qapını arxasınca örtdü. Otaqda yazı  masası, bir adi  masa və bir neçə 

kreslo var idi. Divardan düz beş fut uzunluqda qalaylanmış buynuzlan olan 

Texas  öküzünün  başı  cisilmişdi.  Üzbəüz  isə  mayorun  Şilo  və  Fort-Pillo 

yaxınlığındakı döyüşdə istifadə etdiyi kavaler qılıncı parlayırdı. 

Mayor  kreslonu  Nettlvikə  sarı  itələdi,  özü  isə  pəncərənin  qarşısında 

əyləşdi.  Buradan  poçtun  binası  və  Milli  Maldarlıq  Bankının  yapma 

heykəllərlə  bəzədilmiş  fasadı  görünürdü.  O,  söhbətə  başlamaq  üçün 

tələsmirdi,  ona  görə  də  Nettlvik  qərara  gəldi  ki,  əmələ  gələn  buzu  elə  özü 

kimi soyuq - rəsmi xəbərdarlığın köməyi ilə qırmaq daha münasibdir. 

-

 

Yəqin,  sizə  məlumdur  ki,  -  o  dedi,  -  verdiyiniz  məlumat,  əgər 



ondan imtina etmək üçün imkan tapmasanız, çox ciddi nəticələr törədə bilər. 

Həmçinin onu da bilməlisiniz ki, belə bir bəyanat aldığım vaxt mən də ölçü 

götürmək  məcburiyyətindəyəm.  Birləşmiş  Ştatların  komissanna  müraciət 

etməli və... 

-

 

Bilirəm,  hamısını  bilirəm,  -  mayor  Tom  əlinin  hərəkəti  ilə  onun 



sözünü  yarımçıq  qoydu.  -  Doğrudanmı,  elə  fikirləşirsiniz  ki,  bank 

prezidentinin  maliyyə  qanunvericiliyinin  tələblərindən  xəbəri  yoxdur?  Siz 

vəzifənizin tələb etdiyi kimi hərəkət edin. 

381 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Mən heç bir güzəşt xahiş etmirəm. Lakin indi ki dostumu xatırladım, 

o zaman Bob barədə söhbət açmaq istərdim. 

Nettlvik  kresloda  yerini  rahatladı.  Bu  gün  San-Rozariodan 

getmək  barədə  söhbət  belə  gedə  bilməzdi.  Baş  nəzarətçiyə  təcili 

teleqraf göndərmək lazım gələcək; Birləşmiş Ştatlann komissarından 

mayor Kinqmenin həbsi üçün order xahiş etmək lazım gələcək; bəlkə 

də, bunların ardınca borcların təminatı üçün təqdim olunmuş qiymətli 

kağızların  yoxa  çıxması  səbəbindən  bankı  bağlamaq  sərəncamı 

veriləcək.  Bu,  müfəttiş  Nettlvik  tərəfindən  üstü  açılmış  birinci 

cinayət deyildi. İfşalan sayəsində gücü, az qala, onun məmur qəlbinin 

başqa  heç  cür  pozulmayan  rahatlığını  sarsıdan  insan  ehtiraslannın 

tufanını  törətmək  ona  həyatında  bir  və  ya  iki  dəfə  nəsib  olmuşdu. 

Olub ki, abırlı bank işbazları onun ayağına düşüb qadın kimi zar-zar 

ağlayaraq yalvarıb mərhəmət - buraxdıqlan yeganə səhvə görə güzəşt, 

möhlət  istəyiblər.  Bir  baş  mühasib  onun  gözləri  qarşısında  elə 

masanın  arxasındaca  özünü  güllələyib.  Və  heç  vaxt  o,  bu  cür  çətin 

dəqiqələrdə  özünü  Qərb  şəhərciyindən  olan  bu  sərt  qoca  kimi  belə 

soyuqqanlı  və  ləyaqətli  aparan  adama  rast  gəlməyib.  Netllvik  hiss 

edirdi ki, belə insanın, heç olmasa, diqqətlə dinlənilməyə haqqı çatır. 

Müfəttiş  dirsəyini  kreslonun  dəstəyinə  söykəyib,  sağ  əlinin 

barmaqlarını  kvadrat  formalı  çənəsinə  dayayaraq,  San-Rozarionun 

Birinci Milli Bankının prezidentinin etiraflannı dinləməyə hazırlaşdı. 

-  Əgər  dostunuz  varsa,  -  mayor  Tom  azca  nəsihətamiz  tərzdə 

söhbətə başladı, - sınaqdan çıxmış elə bir dost ki, onunla birlikdə qırx 

il  oddan-sudan,  mis  borulardan,  nə  bilim,  şeytan  dişlərindən 

keçmişiniz - və o, sizdən kiçik bir xahiş edərsə, heç vaxt imtina edə 

bilməzsiniz. 

(Məsələn,  onun  üçün  yetmiş  min  dollar  dəyəri  olan  qiymətli 

kağızlar mənimsəmək - müfəttiş fikrindən keçirdi.) 

-Bobla  mən  gəndikdə  kovboy  olmuşuq,  -  mayor  sözünə  davam 

etdi.  O,  asta-asta,  fasilələrlə,  dalğın  səslə  danışırdı;  sanki,  fikri  dddi 

çətinliklərlə  onu  hədələyən  indiki  zamandan  daha  çox,  keçmiş 

hadisələrlə  məşğul  idi.  -  Birlikdə  Arizonada,  Nyu-Meksikoda  və 

Kaliforniyanın digər rayonlannda qızıl və 

382 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə