İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə125/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   121   122   123   124   125   126   127   128   ...   135

O.HENRİ 

-

 



Beləliklə, Bob həmişə dəftərxanada olur, qəzet oxuyur, siqar 

çəkirdi.  Onun  vəzifəsini  başqa  köməkçiyə  tapşırmışdım,  baş  verən 

hadisənin yaratdığı həyəcan da tədricən səngiməyə başlamışdı. 

Bir dəfə, dəftərxanada Bobla ikimiz olanda o, birdən oturduğum 

masaya  yaxınlaşdı.  Görkəmindən  tutqun  və  yorğun  olduğu  hiss 

olunurdu  -  o,  adətən,  bütün  gecəni  hindulardan  qorunmaq  üçün 

keşikdə  dayandığı  vaxt,  ya  da  naxıra  təlim  keçdikdən  sonra  belə 

olurdu. 


-

 

Tom,  -  o  dedi,  -  düşdüyüm  bu  vəziyyət  hindu  dəstəsi  ilə 



təkbaşına döyüşməkdən, qırx mil ətrafda bir dama su olmadığı halda 

uzanıb  səhrada  qalmaqdan  daha  ağırdır;  amma  eybi  yox,  dözərəm. 

Sən  ki  məni  tanıyırsan.  Lakin  heç  olmasa,  mənə  bir  işarə  ver,  heç 

olmasa, de ki: “Bob, mən hər şeyi başa düşürəm”, o zaman mən çox 

yüngülləşərdim. 

Təəccübləndim. 

-

 

Sən  nə  barədə  danışırsan,  Bob?  -  soruşdum.  -  özün  bilirsən, 



mən  dağı  belə  yerindən  oynadaram,  təki  sənə  kömək  edə  bilim. 

Amma vur məni öldür, heç nə anlamıram. 

-

 

Yaxşı, oldu, Tom, - elə bunu deyib məndən aralandı, yenidən 



başını qəzet və siqarla qatmağa başladı. 

Yalnız məhkəmədən bir gün əvvəl gecə onun sözlərinin mənasını 

anlaya bildim. Axşam yatağa uzandığım vaxt hiss etdim ki, yenə də 

özümü  pis  hiss  etməyə  başlayıram  -  əsəb  gərginliyi  və 

başgicəllənməsi hiss edirdim. Gecəyarıya yaxın yuxuya gedə bildim. 

Oyandığım  zaman  idarənin  dəhlizlərinin  birində  yarıçılpaq 

vəziyyətdə  dayandığımın  şahidi  oldum.  Bob bir  əlimdən, bütün ailə 

üzvlərimi  müalicə  edən  həkim  o  biri  əlimdən  tutmuşdu,  Alisa  isə 

çiyinlərimi  silkələyərək  ağlayırdı.  Məlum  oldu  ki,  hələ  axşam  o, 

məndən gizli həkim arxasınca adam göndərib. Həkim gəldiyi zaman 

məni yataqda tapmadıq- lanndan hər tərəfi axtarmağa başlayıblar. 

-

 



Lunatizm, - həkim dedi. 

Hamımız  evə  qayıtdıq  və  həkim  lunatizmdən  əziyyət  çəkən 

adamlann  bəzən  hansı  qəribə  işlər  gördükləri  barədə  danışmağa 

başladı. Gecə gəzintisindən sonra ara-sıra üşütmə hiss 



386 

downloaded from KitabYurdu.org




SAN-ROZARlOLU DOSTLAR 

etdiyimdən, arvadım otaqdan çıxan kimi adyal götürmək üçün köhnə şkafin 

qapısını  açdım,  elə  bu  vaxt  orada  gözümə  nəsə  dəydi.  Adyalı  şkafdan 

çıxararkən yerə içi pulla dolu kisə düşdü 

-

 

həmin kisə ki, onu oğurladığına görə sabah səhər Bobu mühakimə edib 



iş kəsəcəkdilər. 

-

 



Lənətə gələsən səni, zınqırovlu ilan! O, bura necə düşüb? 

-

 



bağırdım və yəqin, hamı anladı ki, həqiqətən də, mən təəccüblənmişəm 

və özümdə deyiləm. 

Bu zaman Bob, elə bil, yuxudan ayıldı. 

-

 



Ay səni, bədbəxt yatağan! - o, yenə də əvvəlki Boba çevrilmişdi. - 

Onu sən bura qoyubmuşsan. Mən özüm  gördüm sən necə seyfi açıb kisəni 

götürdün,  sonra  da  arxanca  düşdüm.  Bax  elə  bu  pəncərədən  kisəni  şkafda 

gizlədiyinin də şahidi oldum. 

-

 

Bəs  ay  qoyunbaş,  ay  gic,  niyə  deyirdin  ki,  pullan  sən  oğur- 



lamısan? 

-

 



Axı  bütün  bunları  yuxulu  halda  elədiyini  bilmirdim,  -  Bob 

soyuqqanlı tərzdə cavab verdi. 

Mən  onun  Zilla  və  Cek  yatan  otağın  qapısına  zillənmiş  baxışlarını 

gördüm  və  Bob  üçün  “dostluq”  kəlməsi  altında  nələri  başa  düşdüyü  mənə 

aydın oldu. 

Mayor  Tom  yenidən  susub  pəncərəyə  baxdı.  Üzbəüz, Milli  Maldarlıq 

Bankının  fasadını  bəzəyən  geniş  güzgülü  pəncərənin  sarı  pərdəsini  kimsə 

aşağı  endirdi;  günəş  hələ  o  qədər  də  yüksəyə  qalxmasa  da,  çətin  ki  onun 

şüasından müdafiə olunmaq üçün belə ciddi tədbir görmək lazım gələydi. 

Nettlvik  qamətini  düzəltdi.  O,  mayora  səbirlə  qulaq  assa  da,  onun 

söhbətinə  xüsusi  maraq  göstərmirdi.  Bu  hekayənin  məsələyə  aidiyyəti  yox 

idi və əlbəttə, hadisələrin sonrakı gedişinə də təsir göstərə bilməzdi. Qərbin 

bütün  sakinləri,  -  müfəttiş  düşünürdü,  -  son  dərəcə  həssas  olduqlan  üçün 

əziyyət çəkirlər. Onlardan əsl iş adamı alınmaz. Onları, sadəcə, dostlarından 

müdafiə etmək lazımdır. 

-

 



Görünür,  mayorun  daha  deyiləsi  sözü  yox  idi.  Əgər  demiş  olsa 

belə, yenə də bu məsələ ilə bağlı heç nəyi dəyişə bilməyəcəkdi. 

387 

downloaded from KitabYurdu.org




O.HENRİ 

-

 



Bilmək  istərdim,  -  müfəttiş  dedi,  -  qiymətli  kağızların  oğur-

lanması  məsələsinə  birbaşa  aidiyyəti  olan  nəsə  əlavə  etmək  istəyi 

rsinizmi? 

-

 



Oğurlanmış  qiymətli  kağızlar  barədə,  ser?  -  mayor  Tom 

birdən  oturduğu  kreslodan  çevrildi  və  onun  mavi  gözləri  düz 

müfəttişin üzünə dikildi. - Bununla nə demək istəyirsiniz, ser? 

O,  dbindən  rezin  qaytanla  çəkilib  bərkidilmiş,  səliqə  ilə 

düzəldilmiş  kağız  bağlamanı  çıxarıb  Nettlvikin  qarşısına  tulladı  və 

ayağa qalxdı. 

-

 

Bütün  kağızlar  buradadır,  ser,  sonuncu  səhmlərə  və  istiq-



razlara  kimi.  Siz  nağd  pullan  saydığınız  zaman  onlan  veksel 

qovluğundan  götürmüşdüm.  Xahiş  edirəm,  yoxlayın  ki,  özünüz  də 

əmin olasınız. 

Mayor  qapını  örtüb  bankın  əməliyyat  otağına  keçdi.  Nettlvik 

çaşmış,  təəccüblənmiş  və  acıqlı  halda  ağır-ağır  onun  ardınca  getdi. 

Hiss edirdi ki, nəinki onu ələ salıblar, eyni zamanda hansısa çətin və 

onun  üçün  anlaşılmaz  olan  bir  oyunda  ondan  piyada  kimi  istifadə 

ediblər.  Deməli,  onun  rəsmi  mövqeyinə  ehti-  ramsızlıq  göstəriblər. 

Lakin yapışmaq üçün ələ gələsi heç nə yox idi. Baş verənlər barədə 

rəsmi  hesabat  yazmaq  mənasız  olardı.  Və  içindəki  hansısa  hiss 

müfəttişə  bu  iş  barədə  indi  bildiyindən  artıq  bir  şey  öyrənməyin 

mümkün olmayacağını söyləyirdi. 

Nettlvik  qeyri-ixtiyari,  laqeyd  bir  halda  mayorun  ona  təqdim 

etdiyi  kağızları  yoxlayıb  hamısının  siyahı  üzrə  düzgünlüyünə  əmin 

olduqdan  sonra  qara  portfelini  götürdü  və  vidalaşmaq  üçün  ayağa 

qalxdı. 


-

 

Hər  halda,  deməliyəm  ki,  -  o,  acıqla  mayor  Kinqmenə 



baxaraq  eynəyini  panldada-panldada  dedi,  -  sizin  hərəkətiniz,  məni 

aldatmaq üçün  etdiyiniz  səy,  onun  mənasını  izah  etmək istəməsəniz 

də, nə  işgüzar  adama  layiq  bir addım, nə  də  zarafat  təsiri bağışladı. 

Şəxsən mən bu cür hərəkətləri anlamıram. 

Mayor Tom ona aydın və şəfqətli baxışlarla nəzər saldı. 

-

 



Oğlum, - o dedi, - çöllərdə və kanyonlarda, kollar arasında elə 

hadisələr baş verir ki, siz onları anlaya bilməzsiniz. Amma hər halda, 

icazə verin, boşboğaz qocanın cansıxıcı heka- 

388 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə