İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə126/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   122   123   124   125   126   127   128   129   ...   135

SAN-ROZARlOLU DOSTLAR 

yəsinə səbirlə qulaq asdığınıza görə sizə təşəkkürümü bildirim. Bizə - qoca 

texaslılara çörək vermə, amma qəhrəmannamələr, dostlar və gənclik barədə 

macəralar  danışmağa  şərait  yarat.  Bizdə  bunu  hamı  bilir  və  ağzını  açıb  “ 

gənc  olduğum  zaman...”  deyən  kimi  hərə  bir  tərəfə  dağılışır.  Bax  bu 

səbəbdən də biz nağıllanmızı təzə adama danışmaqdan məmnunluq duyuruq. 

Mayor gülümsədi, amma bu, müfəttişi mütəəssir etmədi. O, sifətindəki 

soyuq  ifadə  ilə  aynlaraq  bankı  tərk  etməyə  tələsdi.  Qəti  addımlarla  küçəni 

keçib Milli Maldarlıq Bankının girişində gözdən itdi. 

Masasının  arxasında  oturan  mayor  Tom,  Royun  gətirdiyi  məktubu 

jiletinin cibindən çıxardı. O, bayaq onun məzmunu ilə əlüstü tanış olmuşdu, 

indi isə tələsmədən bir də oxudu və bu vaxt gözlərində kələkbazlıqdan xəbər 

verən qığılcım parladı. Oxuduğu bundan ibarət idi: 

“Əzizim Tom! 

Bu dəqiqə mənə məlumat verdilər ki, orada, sənin yanında Sem dayının 

xəfıyyələrindən biri  ağalıq  edir.  Bu  isə  o deməkdir  ki,  xəfiyyə  tezliklə bizə də 

gələcək. Buna görə də bir işdə mənə köməkiik göstərməyi səndən xahiş edirəm. 

Bu dəqiqə bizim kassada cəmi 2200 dollar nağd pul var, amma qanuna görə, 

20.000  dollar  olmalı  idi.  Dünən  axşam  qoca  Gibsondan  bir  partiya  heyvan 

almaq üçün Ros və Fişerə 18.000 vermişəm. Bu alverdə onlar bir aydan sonra, 

azı,  40.000  qazanacaqlar,  lakin  bu  gün  mənim  kassetm  müfəttişə  dolu 

görünməyəcək. Sənədləri isə ona göstərə bilməyəcəyəm, çünki bu pulları veksel 

əsasında yox, heç bir zəmanət olmadan, sadə qəbzlər vasitəsilə vermişəm - biz 

ki Pink Ros və Cim Fişerin qızıl kimi uşaqlar olduğunu, yoldaşı pis vəziyyətdə 

qoymadıqlarını  bilirik.  Cim  Fişeri  tanıyırsan:  o  vaxt  Ei-Pasoda  kart  paylayan 

oyunçunu o gülləiəmişdi. Artıq Sem Bredşoya teleqrafla xəbər vermişəm ki, öz 

bankından  mənə  20.000göndərsin.  Amma  onları  10:35-də  dəmir  yoluna  daxil 

olan  qateırla  gətirəcəklər.  Əgər  müfəttiş  kassada  2200  dolleır  aşkeır  edərsə, 

bankı bağlayacaq, buna isə yol vermək olmaz. Tom, sən müfəttişi ləngitməlisən. 

Nə eləyirsən elə, hətta bu, sənə onu iplə sarıyıb başının üstündə oturmaq 

downloaded from KitabYurdu.org




O.HENRİ 

hesabına başa gəlsə belə. Qatann gəlişindən sonra bizim pəncərəyə baxarsan: görsən ki 

pərdəni aşağı endirdilər, deməli, pullar kassadadır. Buna qədər isə müfəttişi buraxma. 

Sənə arxa

 - 


yınam, Tom. 

Köhnə dostun 

BobBakii, 

Niiiii Maldarlıq Bankının prezidenti”. 

Mayor məktubu sona qədər oxuyub tələsmədən xırda his- sələrə 

böldü və səbətə tulladı. Bundan sonra özündənrazı halda gülümsədi. 

-  Ay  səni,  qoca  yelbeyin,  qəlbin  hələ  də  kovboy  qəlbidirl  - 

bumunun altında öz-özünə şövqlə danışmağa başladı.  - Hə, iyirmi il 

əvvəl,  şerif  olduğum  zaman  mənə  göstərdiyin  xidmətin  əvəzini  indi 

azca da olsa, çıxa bildim. 

390 

downloaded from KitabYurdu.org




ÜÇÜNCÜ İNQREDİYENT

1

 

“Vallambrozanın  mebelli  evi”  adlandırılan  ev,  əslində,  mebellə  təchiz 

edilmiş  ev  deyildi.  O,  bir-birinə  birləşdirilmiş  iki  qədim  evdən  ibarət  idi. 

Aşağı  mərtəbəyə  bir  tərəfdən  modist-  kanın

2

  vitrinə  qoyulmuş  şlyapası  və 



şərfləri həyat verir, o biri tərəfdən isə diş həkiminin vahiməli sərgisi və əhdə 

vəfasız vədləri - “Ağnsız müalicə” onu kədərli göstərirdi. “Vallambroza”da 

otağı  həftəyə  iki  dollara  da  kirayələmək  olar,  iyirmi  dollara  da.  Bu  evin 

sakinləri  stenoqrafçı  qadınlardan,  musiqiçilərdən,  birja  makleriərindən, 

satıcı  qızlardan,  müxbirlərdən,  cavan  rəssamlardan,  firavan  yaşayan 

dələduzlardan və digər şəxslərdən ibarət idi, özü də hər dəfə qapının zəngi 

çalınan kimi hamısı pilləkənin sürahisindən asılı qalırdı. 

Biz  “Vallambroza”nın  yalnız  iki  sakinindən  -  onlann  çoxsaylı 

qonşularına ehtiramımız yerində qalmaq şərti ilə - söhbət açacağıq. 

Bir  dəfə  axşam  saat  altıda  Hetti  Pepper  “Vallambroza”dakı  otağına 

(üçüncü  mərtəbə,  pəncərəsi  həyətə  açılır,  həftəsi  də  üç  dollar  əlli  sentə) 

qayıdanda  onun  bumu  və  çənəsi  həmişə  olduğundan  daha  sivri  görünürdü. 

Üzünün  zərif  cizgiləri  dörd  il  işlədiyi  universal  mağazadan  son  haqq-

hesabını alıb cibində cəmi on beş sent qalan adama məxsus idi. 

Hetti üçüncü mərtəbəyə qalxana kimi onun tərcümeyi-halı barədə qısa 

məlumat verək. 

Dörd  il  əvvəl  Hetti  yetmiş  beş  qızla  birlikdə  qadın  bluzları  satılan 

şöbədə  iş  almaq  arzusu  ilə  “Ən  yaxşı  universal  mağaza”ya  girdi. 

Namizədlərin falanqası

3

  nəinki  Qodivin  bir  ledisinə,  hətta  yüzünə  bəs  edən 



sanşın gözəllərdən ibarət son dərəcə maraqlı sərgini xatırladırdı. 

1

 

İnqrediyent — mürəkkəb maddə və ya qarışığın tərkib hissəsi 

2

 

Modistka - şlyapaçı qadın; dərzi qadın 

3

 

Falanqa - piyada düzümü, icma və s. müxtəlif mənalarda 

391 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə