KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
28
Lakin, bütün bu tədqiqat işlərinin əksəriyyətində
əsas diqqət insanların tərbiyə edilməsinin, ictimai şüurun və
mənəviyyatın formalaşmasının ümumi problemlərinin
həllində KİV-in rolunun və əhəmiyyətinin tədqiqinə cəlb
edilir. Mətbuatın millətlərarası münasibətlərin təkmil-
ləşdirilməsi amili və bu sahədə yeni siyasi təfəkkürün
formalaşdırılması aləti kimi fəaliyyətı isə nadir hallarda
tədqiqat obyekti olmuşdur.
12
Adları çəkilmiş tədqiqat işlərinin milli proble-
matikanın öyrənilməsinə müəyyən töhfə vermələrinə
baxmayaraq, onların böyük əksəriyyəti əsrin sonunda – ya
yenidənqurma və aşkarlıq dövründə və ya da SSRİ-nin
süqutu zamanı aparılmışdır. Onların böyük bir hissəsi köhnə
təsəvvürlərin stereotipləri ilə ağırlaşmışdır. Ona görə də
siyasi həyatın o vaxtkı vəziyyətinin və cəmiyyətin həyatının
bütün istiqamətlərinin obyektivlik və dövrün real
xarakteristikasının açılması baxımından onların konstruktiv-
tənqidi təhlilinə ciddi ehtiyac duyulur.
Keçən əsrin 90-cı illərində artıq bəzi elmi
araşdırmalarda problemə yeni yanaşmalar müşahidə olunsa
da, bütün cəhdlərə baxmayaraq, milli siyasət sahəsində
mətbuatın fəaliyyətinin təhlilinə həsr olunmuş “Millət-
lərarası münasibətlərin təkmilləşdirilməsində kütləvi
12
Мазанлы И.А. Печать как фактор совершенствования
межнациональных отношений. Дис... канд. ист. наук. - М.: АОН
при ЦК КПСС, 1991. - 174 с.
İlham A.Mazanlı_________________________________________________________
29
informasiya vasitələrinin rolu”
13
mövzusunda Sov.İKP MK
yanında İctimai Elmlər Akademiyası və SSRİ Jurnalistlər
İttifaqının birgə keçirdikləri, KİV-də milli siyasətin və
millətlərarası münasibətlərin işıqlandırılmasının prinsip,
metod və amilləri ilə bağlı kompleks problemləri, yeni
siyasi şüur və təfəkkürün inkişafı və formalaşması prosesinə
siyasi rəhbərliyin gücləndirilməsi, mərkəzi, respublika və
yerli nəşrlərdə beynəlmiləlçilik ideyalarının təbliği
təcrübəsini nəzərdən keçirən “dəyirmi masa” və s. digər
onlarla tədbir KİV-in sözügedən sahədə fəaliyyətinin
canlanmasına “əhəmiyyətli töhfələr” verə bilməmişdir.
Kommunist partiyasının özünü və rəhbərlik etdiyi
cəmiyyəti “xilas etmək cəhdləri” başqa sahələrdə olduğu
kimi, millətlərarası və dövlətlərarası münasibətlərin KİV-də
işıqlandırılması və təkmilləşdirilməsi prosesini də nəzəri və
ya praktik cəhətdən hansısa məqbul bir səviyyəyə qaldıra
bilmir. Azərbaycan Respublikası öz müstəqilliyini yenidən
bərpa etdikdən sonrakı dövrdə də bu problem jurnalistika
nəzəriyyəçiləri tərəfindən bütün parametrlər üzrə hələlik
tam araşdırılmamış, yalnız bəzi elmi tədqiqat işlərində
ümumi planda nəzərdən keçirilmişdir.
Müasir Azərbaycan jurnalistikasının fəal tədqiqat-
çılarından biri, tanınmış nəzəriyyəçi, Bakı Dövlət
13
Bax.: Роль средств массовой информации в совершенствовании
межнациональных отношений. - Mосква.: АОН при ЦК КПСС,
1989. -В 2-х частях.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
30
Universitetinin professoru C.Məmmədli kütləvi informasiya
prosesləri nəzəriyyəsinə
əsaslanaraq, jurnalistikanın
sosioloji, filoloji, tarixi, fəlsəfi, siyasi və s. aspektlərdən
öyrənilməsini, KİV-in özünün nəzəriyyəçilərinin meydana
gəldiyini, jurnalistikanın müstəqil elm (mediologiya) və
fəaliyyət sahəsi kimi formalaşdığını və bunun etiraf
edildiyini əsas gətirərək, cəmiyyətin həyatına aid ümumi
planda nəzərdən keçirilən məsələlərin digər sosial-siyasi
problemləri də
əhatə etməsinin mümkünlüyünü
vurğulayır.
14
Bu baxımdan, cəmiyyətdə millətlərarası və
dövlətlərarası münasibətlərin sabitliyinə zəmanət verən
faktorların tədqiqi və müəyyən edilməsi, böhran vəziyyəti-
nin aradan qaldırılması üçün kütləvi informasiya vasitələri-
nin birgə fəaliyyətlərinin genişləndirilməsi və möhkəmlən-
dirilməsi KİV-in fəaliyyətinin politoloji təhlilinin başlıca
məqsədini təşkil edir.
SSRİ-nin dağılmasına qədər olan dövrdə bəzi
regional və mərkəzi mətbuat orqanlarında çap olunmuş elmi
və publisistik əsərlərdə milli problematika cəmiyyətin
“reallıqları” ilə əlaqəli şəkildə işıqlandırılsa da, onlardan
bəzilərinin kökləri böyük ustalıq və saxtakarlıqla
14
C.Məmmədli. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Bakı, “Zərdabi
LTD” MMC, 2012. s. 95-96.
İlham A.Mazanlı_________________________________________________________
31
uydurulmuş tarixi keçmişlə əlaqələndirilirdi [Gevorq
Eminin “Orada, Ermənistan qurtaran yerdə, zülmət
başlayır” (müəllifin ssenarisi ilə “Ermənistan haqqında
yeddi mahnı” tammetrajlı bədii-sənədli film də çəkilmişdir),
Zori Balayanın “Ocaq”, Silva Kaputikyanın “Karvanlar hələ
də yol gedir” və “Karvanlar uzaqlaşırlar” publisistik
əsərləri, “Eşit, oğlum” şeri və s. Əsərlərin adları bu
monoqrafiyanın müəllifi tərəfindən sətri tərcümə edilmişdir
– İ.M.]. Tarix bu cür əsərlərin nəzəri, xüsusilə də praktik
nəticələrinin cəmiyyəti acınacaqlı sonluqlara gətirib
çıxardığını dəfələrlə sübut etmişdir. Ona görə də milli
siyasət və beynəlxalq həyat reallıqlarının nəzəri və praktik
aspektlərinin ictimaiyyətə çatdırılması, xüsusilə də
jurnalistlərdən, həddən artıq ehtiyatlı olmağı, nəzəri
diskursların KİV-in dövrlə əlaqədar dəyişmiş siyasi və
hüquqi statusuna uyğun düşünülüb-daşınılmasını tələb edir.
Ümumiyyətlə, təəssüf hissi ilə millətlərarası və
dövlətlərarası münasibətlər sistemində KİV-in yerinin və
rolunun, problematikanın həllində iştirakının, stabilləşdirici
və birləşdirici imkanlarının və mahiyyətinin dərindən və
hərtərəfli təhlilinə həsr olunmuş ayrıca elmi-tədqiqat
işlərinin (bu kitabın müəllifi İ.Mazanlının yuxarıda adı
çəkilən namizədlik dissertasiyası istisna olmaqla, may
1991-ci il. Xahiş edirəm, təvazökarlıqdan uzaq hesab
etməyin – İ.M.) olmadığını deyə bilərik.
Təqdim olunan tədqiqat işinin məqsədi KİV-in milli
və transmilli münasibətlərin, ictimai həyatın beynəlmilləş-
Dostları ilə paylaş: |