İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə8/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   4   5   6   7   8   9   10   11   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

28 


 

Lakin, bütün bu tədqiqat işlərinin  əksəriyyətində 

əsas diqqət insanların tərbiyə edilməsinin, ictimai şüurun və 

mənəviyyatın formalaşmasının ümumi problemlərinin 

həllində  KİV-in rolunun və  əhəmiyyətinin tədqiqinə  cəlb 

edilir. Mətbuatın millətlərarası münasibətlərin təkmil-

ləşdirilməsi amili və bu sahədə yeni siyasi təfəkkürün 

formalaşdırılması aləti kimi fəaliyyətı isə nadir hallarda 

tədqiqat obyekti olmuşdur.

12

  



Adları  çəkilmiş  tədqiqat işlərinin milli proble-

matikanın öyrənilməsinə müəyyən töhfə vermələrinə 

baxmayaraq, onların böyük əksəriyyəti  əsrin sonunda – ya 

yenidənqurma və  aşkarlıq dövründə  və  ya  da  SSRİ-nin 

süqutu zamanı aparılmışdır. Onların böyük bir hissəsi köhnə 

təsəvvürlərin stereotipləri ilə  ağırlaşmışdır. Ona görə  də 

siyasi həyatın o vaxtkı vəziyyətinin və cəmiyyətin həyatının 

bütün istiqamətlərinin obyektivlik və dövrün real 

xarakteristikasının açılması baxımından onların konstruktiv-

tənqidi təhlilinə ciddi ehtiyac duyulur. 

Keçən  əsrin 90-cı illərində artıq bəzi elmi 

araşdırmalarda problemə yeni yanaşmalar müşahidə olunsa 

da, bütün cəhdlərə baxmayaraq, milli siyasət sahəsində 

mətbuatın fəaliyyətinin təhlilinə  həsr olunmuş “Millət-

lərarası münasibətlərin təkmilləşdirilməsində kütləvi 

                                            

12

 

Мазанлы  И.А.  Печать  как  фактор  совершенствования 



межнациональных  отношений.  Дис...  канд.  ист.  наук. - М.:  АОН 

при ЦК КПСС, 1991. - 174 с. 

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

29 


 

informasiya vasitələrinin rolu”

13

 mövzusunda Sov.İKP MK 



yanında  İctimai Elmlər Akademiyası  və SSRİ Jurnalistlər 

İttifaqının birgə keçirdikləri, KİV-də milli siyasətin və 

millətlərarası münasibətlərin işıqlandırılmasının prinsip, 

metod və amilləri ilə bağlı kompleks problemləri, yeni 

siyasi şüur və təfəkkürün inkişafı və formalaşması prosesinə 

siyasi rəhbərliyin gücləndirilməsi, mərkəzi, respublika və 

yerli nəşrlərdə beynəlmiləlçilik ideyalarının təbliği 

təcrübəsini nəzərdən keçirən “dəyirmi masa” və s. digər 

onlarla tədbir KİV-in sözügedən sahədə  fəaliyyətinin 

canlanmasına “əhəmiyyətli töhfələr” verə bilməmişdir.                        

Kommunist partiyasının özünü və  rəhbərlik etdiyi 

cəmiyyəti “xilas etmək cəhdləri” başqa sahələrdə olduğu 

kimi, millətlərarası və dövlətlərarası münasibətlərin KİV-də 

işıqlandırılması və təkmilləşdirilməsi prosesini də nəzəri və 

ya praktik cəhətdən hansısa məqbul bir səviyyəyə qaldıra 

bilmir. Azərbaycan Respublikası öz müstəqilliyini yenidən 

bərpa etdikdən sonrakı dövrdə  də bu problem jurnalistika 

nəzəriyyəçiləri tərəfindən bütün parametrlər üzrə  hələlik 

tam araşdırılmamış, yalnız bəzi elmi tədqiqat işlərində 

ümumi planda nəzərdən keçirilmişdir. 

Müasir Azərbaycan jurnalistikasının fəal tədqiqat-

çılarından biri, tanınmış  nəzəriyyəçi, Bakı Dövlət 

                                            

13

 Bax.:  Роль  средств  массовой  информации  в  совершенствовании 



межнациональных  отношений. - Mосква.:  АОН  при  ЦК  КПСС, 

1989. -В 2-х частях. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

30 


 

Universitetinin professoru C.Məmmədli kütləvi informasiya 

prosesləri nəzəriyyəsinə 

əsaslanaraq, jurnalistikanın 

sosioloji, filoloji, tarixi, fəlsəfi, siyasi və s. aspektlərdən 

öyrənilməsini, KİV-in özünün nəzəriyyəçilərinin meydana 

gəldiyini, jurnalistikanın müstəqil elm (mediologiya) və 

fəaliyyət sahəsi kimi formalaşdığını  və bunun etiraf 

edildiyini  əsas gətirərək, cəmiyyətin həyatına aid ümumi 

planda nəzərdən keçirilən məsələlərin digər sosial-siyasi 

problemləri də 

əhatə etməsinin mümkünlüyünü 

vurğulayır.

14

 Bu  baxımdan, cəmiyyətdə millətlərarası  və 



dövlətlərarası münasibətlərin sabitliyinə  zəmanət verən 

faktorların tədqiqi və müəyyən edilməsi, böhran vəziyyəti-

nin aradan qaldırılması üçün kütləvi informasiya vasitələri-

nin birgə  fəaliyyətlərinin genişləndirilməsi və möhkəmlən-

dirilməsi KİV-in fəaliyyətinin politoloji təhlilinin başlıca 

məqsədini təşkil edir.  

SSRİ-nin dağılmasına qədər olan dövrdə  bəzi 

regional və mərkəzi mətbuat orqanlarında çap olunmuş elmi 

və publisistik əsərlərdə milli problematika cəmiyyətin 

“reallıqları” ilə  əlaqəli  şəkildə  işıqlandırılsa da, onlardan 

bəzilərinin kökləri böyük ustalıq və saxtakarlıqla 

                                            

14

 C.Məmmədli. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Bakı, “Zərdabi 



LTD” MMC, 2012. s. 95-96. 

 


İlham A.Mazanlı_________________________________________________________ 

 

31 


 

uydurulmuş tarixi keçmişlə  əlaqələndirilirdi [Gevorq 

Eminin “Orada, Ermənistan qurtaran yerdə, zülmət 

başlayır” (müəllifin ssenarisi ilə “Ermənistan haqqında 

yeddi mahnı” tammetrajlı bədii-sənədli film də çəkilmişdir), 

Zori Balayanın “Ocaq”, Silva Kaputikyanın “Karvanlar hələ 

də yol gedir” və “Karvanlar uzaqlaşırlar” publisistik 

əsərləri, “Eşit, oğlum”  şeri və s. Əsərlərin adları  bu 

monoqrafiyanın müəllifi tərəfindən sətri tərcümə edilmişdir 

–  İ.M.]. Tarix bu cür əsərlərin nəzəri, xüsusilə  də praktik 

nəticələrinin cəmiyyəti acınacaqlı sonluqlara gətirib 

çıxardığını  dəfələrlə sübut etmişdir. Ona görə  də milli 

siyasət və beynəlxalq həyat reallıqlarının nəzəri və praktik 

aspektlərinin ictimaiyyətə çatdırılması, xüsusilə  də 

jurnalistlərdən, həddən artıq ehtiyatlı olmağı, nəzəri 

diskursların KİV-in dövrlə  əlaqədar dəyişmiş siyasi və 

hüquqi statusuna uyğun düşünülüb-daşınılmasını tələb edir.  

Ümumiyyətlə, təəssüf hissi ilə millətlərarası  və 

dövlətlərarası münasibətlər sistemində  KİV-in yerinin və 

rolunun, problematikanın həllində iştirakının, stabilləşdirici 

və birləşdirici imkanlarının və mahiyyətinin dərindən və 

hərtərəfli təhlilinə  həsr olunmuş ayrıca elmi-tədqiqat 

işlərinin (bu kitabın müəllifi  İ.Mazanlının yuxarıda adı 

çəkilən namizədlik dissertasiyası istisna olmaqla, may 

1991-ci il. Xahiş edirəm, təvazökarlıqdan uzaq hesab 

etməyin – İ.M.) olmadığını deyə bilərik.  

Təqdim olunan tədqiqat işinin məqsədi KİV-in milli 

və transmilli münasibətlərin, ictimai həyatın beynəlmilləş-




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə