İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə11/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   7   8   9   10   11   12   13   14   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

40 


 

açmadan onlardan tez-tez istifadə etmək  əksər hallarda 

antitəbliğat xarakteri kəsb edir. Müasir auditoriyanın 

intellektual səviyyəsi yüksək olduğuna və  şərhə ehtiyac 

duymadığına görə, bir çox hallarda nəsihət səpkili 

materialların davamlı  şəkildə izləyicinin düşüncəsinə 

zomblaşdırılması mahiyyətinə  və  cəmiyyətin ehtiyacına 

uyğun olmayan yeni düşüncə obrazlarının yaranmasına 

səbəb ola bilir. 

Hamı belə bir fikirlə razıdır ki, kütləvi informasiya 

vasitələri cəmiyyətin həyatında baş verən mürəkkəb və çətin 

proseslərə operativ müdaxilə etmək, onların qlobal 

problemə (geosiyasi problemlər, iqtisadi böhran, enerji 

təhlükəsizliyi, demoqrafiya, narkomaniya, qanunsuz 

miqrasiya və s.)  çevrilməsinin qarşısının alınmasında və 

həllində geniş imkan və mexanizmlərə, funksional-texniki 

alətlərə malikdir. Kütləvi informasiya vasitələri ictimaiyyəti 

məlumatlandırır, müxtəlif konstruktiv baxışlarla, gələcək 

inkişaf konsepsiyaları ilə tanış edir. Beynəlxalq təcrübə 

göstərir ki, kütləvi informasiya vasitələrinin bu istiqamətdə 

fəaliyyəti beynəlxalq normalardan və dövlətin siyasətindən 

hətta fərqlənsə belə, problemin həllinə müəyyən dərəcədə 

töhfə verə bilir. Lakin, kütləvi informasiya vasitələri, 

xüsusilə  də çoxsaylı etnik tərkibə malik ölkədə gedən 

demokratikləşmə prosesinə uyğun gəlməyən hansısa 

birtərəfli siyasi mövqe nümayiş etdirdiyi hallarda bu fikri 

birmənalı  şəkildə söyləmək mümkün olmur. Ona görə  də 

KİV-in millətlərarası münasibətlər mövzusunu xüsusi taktla 




İlham A.Mazanlı_________________________________________________________ 

 

41 


 

işıqlandırması, bu sahədə dövlət siyasətinin məqsəd və 

vəzifələrini tam aydınlığı ilə izah etməsi insanlarda 

millətlərarası  və dövlətlərarası münasibət mədəniyyətinin 

formalaşdırıl-masının və  cəmiyyətdə sabitliyin bərqərar 

olmasının rəhni kimi qiymətləndirilir

17

.  


XX əsrin sonlarında Şərqi Avropada və keçmiş SSRİ 

ərazisində güclü dövlətlərin geosiyasi maraqlarının 

toqquşması  zəminində baş verən hadisələr, xüsusilə  də 

tədqiqatımız üçün daha önəmli olan Dağlıq Qarabağ 

separatizmi, Talış-Muğan respublikasının yaradılmasına, 

ölkənin  şimal rayonlarında milli zəmində  iğtişaşların 

törədilməsinə və bu məqsədlə də bölgədə siyasi institutların 

və proseslərin daha kiçik etnoslara bölünməsinə  və 

etnikləşmənin dərinləşməsinə göstərilən cəhdlər milli 

siyasətlə KİV-in qarşılıqlı təsir məsələlərini daha həssas bir 

problemə çevirir. Yaranmış  vəziyyət hər bir şəxsdən, o 

cümlədən, kütləvi informasiya vasitələrindən öz 

fəaliyyətlərinin təhlükəli nəticələri barədə hesabat tələb 

edir. Xüsusilə də dünyanın harasında baş verməsindən asılı 

olmayaraq, müasir yayım texnologiyalarının real vaxt 

rejimində onların hamısını bir araya gətirmək imkanı bu 

problemləri daha aktual edir.  

                                            

17

 Абдулатипов  Р.Г.  Послание  президенту  РФ  Б.Н.Ельцину  о 



федеративной и национальной политике. М.: 1995 г., с.3. 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

42 


 

Əlbəttə, silahlı milli münaqişələrdə  bəşəriyyətin 



məruz qaldığı ən böyük və ən ağır itki insan itkisi hesab 

olunur.  Əgər, təkcə Dağlıq Qarabağ separatizmi ilə bağlı 

mətbuatda dərc olunan statistik məlumatları toplasaq, 

münaqişənin ilkin (qaynar) dövrlərində yalnız Azərbaycan 

tərəfindən 20 min nəfərdən çox insan itkisinin olduğunu 

müəyyən etmiş oluruq. Müqayisə üçün deyə bilərik ki, bu 

itki onillik Əfqanıstan müharibəsində Sovet İttifaqının 

verdiyi insan itkisindən təxminən 2 dəfə çoxdur. 

Yaralananların və şikəst olanların sayını isə dəqiq müəyyən 

etmək nə  qədər çətin olsa da, bu rəqəmin 50 min nəfər 

olduğu bildirilir. 4866 nəfərin itkin düşdüyü təxmin edilir. 

Rəsmi məlumata görə, bu gün respublikada 11 min Qarabağ 

müharibəsi əlili, 13710 şəhid ailəsi vardır.   

Milli siyasət və ya dövlətlərarası münasibətlər 

zəminində toqquşmalar zamanı  KİV-lər başqa sahələrə 

nisbətən iqtisadi zərərlər barədə daha az məlumat verə 

bilirlər və  əksər hallarda da bu məlumatlar jurnalistikanın 

daxili qanunauyğunluqlarından deyil, xarici qanunauyğun-

luqlarından asılı olur, müəyyən obyektiv və subyektiv 

səbəblərə görə reallığı heç də  həmişə  düzgün               

əks etdirə bilmir və  təxmini olurlar. Lakin, bütün bu 

çətinliklərə baxmayaraq, ilkin qiymətləndirmələrə görə 

(əlbəttə, KİV-in iştirakı ilə - İ.M.), işğal olunmuş ərazilərdə 

infrastrukturun, sənaye və  kənd təsərrüfatı obyektlərinin 

dağıdılması  nəticəsində respublikanın iqtisadi həyatına 

vurulmuş ziyanın ümumi məbləği 60 milyard ABŞ 



İlham A.Mazanlı_________________________________________________________ 

 

43 


 

dollarından çox olduğu bildirilir və bu rəqəm hər il ədədi 

silsilə üzrə artmaqdadır. 

Münaqişə nəticəsində respublikamızın məruz qaldığı  



ikinci ciddi sosial problem yenə insanla bağlıdır.  Bu, 

böyük sayda qaçqın və  məcburi köçkün ordusunun əmələ 

gəlməsi idi. Qarşıdurmanın ilk illərində artıq respublika 

əhalisinin hər yeddi nəfərindən biri qaçqına və ya məcburi 

köçkünə çevrilmişdi. Bu, həmin dövrdə bütün dünyada 

analoqu olmayan bir presedent idi. Hələ Ermənistanın 

Azərbaycana qarşı  həyata keçirdiyi hərbi  əməliyyatlara 

qədər Ermənistan  ərazisinin azərbaycanlılardan etnik 

təmizlənməsi (1986-1988-ci illər) nəticəsində 250 min 

soydaşımız öz tarixi torpaqlarından deportasiya edilmiş  və 

Azərbaycana pənah gətirmişdi. Bu deportasiya müddətində 

18 min müsəlman kürdü də Azərbaycana üz tutmuş  və 

burada dinclik tapmışdı. Eyni zamanda, milli qarşıdurma 

zəminində Orta Asiya respublikalarını  tərk etmiş 50 minə 

yaxın ahısqa türkü də Azərbaycana gəlmiş  və burda 

məskunlaşmışdı.  

Sonrakı illərdə (1990-1993-cü illər) Dağlıq 

Qarabağın və  ətraf yeddi rayonun Ermənistan tərəfindən 

işğalı  nəticəsində (Rusiya Federasiyasının regiondakı  hərbi 

birləşmələrinin köməyi ilə) 700 mindən çox insan doğma 

ev-eşiyindən didərgin düşür, məcburi köçkünə çevrilir. 98 

min insan isə sərhəd bölgələrindən ölkənin içərilərinə - daha 

təhlükəsiz yerlərə köçür. Beləliklə, 1 milyondan çox insan 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə