İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə9/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   5   6   7   8   9   10   11   12   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

32 


 

dirilməsinin inkişaf etdırilməsi sahəsində fəaliyyətinin tarixi 

retrospektivdə ümumiləşdirilməsindən, həmçinin müasir 

dövrdə KİV vasitəsilə yeni siyasi təfəkkürün formalaşdırıl-

ması  təcrübəsinin kompleks şəkildə  təhlil edilməsindən 

ibarətdir. 

Bununla  əlaqədar olaraq, tədqiqat işində bir-biri ilə 

qarşılıqlı surətdə  sıx bağlı olan və bir-birini tamamlayan 

aşağıdakı vəzifələrin yerinə yetirilməsinə cəhd göstərilir: 

-

 



KİV-in qoyulmuş problemlə bağlı  təcrübəsinin 

tarixi aspektdən nəzərdən keçirilməsi; 

-

 

milli münaqişə  şəraitində Azərbaycan və 



Ermənistan mətbuatının, həmçinin bir sıra 

mərkəzi qəzetlərin (Moskvada çap olunan) 

təcrübəsi  əsasında KİV-in fəaliyyətinin (Dağlıq 

Qarabağ və onun ətrafında baş verən hadisələrlə 

bağlı) kompleks şəkildə öyrənilməsi

-

 



millətlərarası  və dövlətlərarası münasibətlərin 

kəskinləşməsi  şəraitində ictimai şüurun forma-

laşdırılması zamanı  mətbuatın fəaliyyətində yol 

verilən boşluq və  səhvlərin, neqativ tərəflərin 

aşkar edilməsi; 

-

 



millətlərarası  və dövlətlərarası münasibətlər 

mövzusunun səmərəli  şəkildə  işıqlandırılma-

sının, jurnalist peşəkarlığının, səriştəliliyinin və 

sənətkarlığının yüksəldilməsinin səciyyəvi 

xüsusiyyətlərinin,  

yaradıcılıq amillərinin 

araşdırılması; 



İlham A.Mazanlı_________________________________________________________ 

 

33 


 

-

 



millətlərarası  və dövlətlərarası münasibətlərin 

stabilləşməsi və sağlamlaşdırılması sahəsində 

KİV-in fəaliyyətinin təkmilləşdirilməsi, 

problematika üzrə jurnalist kadrlarının 

hazırlanması  və ixtisaslarının artırılması  üçün 

müvafiq tövsiyələrin hazırlanması. 

 

Təqdim olunan araşdırmada millətlərarası  və 



dövlətlərarası münasibət problemlərinin fərqli siyasi 

sistemlərdə milli və xarici kütləvi informasiya vasitələrində 

işıqlandırılmasının (nisbətən keçmiş  və müasir dövrdə) 

metodoloji əsaslarının bəzi aspektləri və məhz millətlərarası 

münasibətlərin gərginləşdiyi və açıq qarşıdurma  şəraitində 

 

(Dağlıq Qarabağ  hadisələri dövründə - 1986-1991-ci illər) 



mərkəzi və regional KİV-lərin fəaliyyətinin spesifik 

cizgiləri tədqiq edilir. Zaman çərçivəsinin bu cür seçilməsi  

keçmiş SSRİ  məkanında 1985-ci ildən başlayaraq həyata 

keçirilən aşkarlıq və yenidənqurma proseslərinin ölkədə 

sosial-siyasi sistemin radikal transformasiyasına, yeni şəffaf 

informasiya situasiyasının yaranmasına olan ciddi ehtiyacla, 

ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən, 

hakimiyyətin qolları və millətlərarası münasibətlərdə əmələ 

gəlmiş kəskin qarşıdurma ilə izah olunur. 

 Belə düşünürük ki, tədqiqatın  əsas sualına – KİV 

millətlərarası  və dövlətlərarası münasibətlər sahəsində baş 

verən prosesləri olduğu kimi əks etdirirdimi? – düzgün və 

əsaslandırılmış cavab tapmaq üçün KİV-in fəaliyyətinin 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

34 


 

aşağıdakı dövrlər üzrə  tədqiq olunmasını  məqsədəuyğun 

hesab edə bilərik:  

a)

 



yanvar 1986-cı il – yanvar 1988-ci il (Dağlıq 

Qarabağ  və onun ətrafında baş verən hadisələrə 

qədər olan dövr); 

b)

 



yanvar 1988-ci il – iyul 1988-ci il (hadisələrin 

başlandığı və cərəyan etdiyi dövr); 

c)

 

iyul 1988-ci il– may 1991-ci il  (SSRİ Ali Soveti 



Rəyasət Heyətinin Dağlıq Qarabağ Muxtar 

Vilayətinin Azərbaycan SSR-nin tərkib hissəsi 

olduğunu bir daha təsdiq etdiyi Qərarın qəbul 

olunmasından SSRİ-nin dağılmasına qədər olan 

dövr). 

Tədqiqat işində  həmçinin milli inkişaf siyasətinin 



həyata keçirilməsi prosesində kütləvi informasiya 

vasitələrinin və onların vasitəsi ilə  cəmiyyətdəki müxtəlif 

sosial-siyasi institutların iştirakı problemlərini Azərbaycan 

mətbuatının  müxtəlif zaman kəsiklərindəki (fərqli icimai-

siyasi sistemlərdə) fəaliyyəti  əsasında nəzərdən keçirməyə 

çalışmışıq.    

Müasir dövrdə KİV-in millətlərarası və dövlətlərara-

sı münasibətlərin təkmilləşdirilməsi faktoru kimi xaraterizə 

edilməsi məqsədi ilə isə təxminən son on il ərzində Avropa 

KİV-lərində Məhəmməd peyğəmbərin karikaturalarının çap 

olunması ilə  əlaqədar olaraq təxminən 100 ölkənin 

cəmiyyətləri və KİV-ləri arasındakı qarşıdurma probleminə 

müraciət etmişik. Düşünürük ki, bu cür yanaşma müxtəlif 



İlham A.Mazanlı_________________________________________________________ 

 

35 


 

zaman kəsiklərində  və sosial-siyasi şəraitlərdə sözügedən 

problemlərin tənzimlənməsində  KİV-in yerinin və rolunun 

müəyyən edilməsi üçün kifayət qədər əsas verəcəkdir. 

 

Tədqiqatın empirik bazasını Azərbaycan 



Respublikasının Dövlət Tarix Arxivinin, tədqiqat obyekti 

kimi seçilmiş  qəzet redaksiyaları arxivlərinin materialları 

təşkil edir. Oxucuya “Бакинский рабочий”, “Kommunist” 

(Azərbaycan dilində - Azərbaycan Kommunist Partiyası 

Mərkəzi Komitəsinin orqanı, 1990-cı ildən “Xalq qəzeti” 

adı ilə nəşr olunur), “Azərbaycan gəncləri” və “Молодежь 

Азербайджана” qəzetlərinin və Ermənistan Kommunist 

Partiyası  Mərkəzi Komitəsinin orqanı “Kommunist” 

qəzetinin (rus dilində, 1990-cı ildən “Голос Армении” adı 

ilə  nəşr olunur), tədqiqatın xronoloji dövrünü əhatə edən 

illər üzrə nömrələrinin kontent-analizi, kütləvi informasiya 

vasitələri ilə milli regionların auditoriyaları arasında 

qarşılıqlı inam və əlaqə tematikası üzrə sosioloji tədqiqatın 

materialları  təqdim olunur. Müasir dövrə  gəlincə isə

tədqiqata Danimarka, Norveç, Fransa, Rusiya və s. ölkələrin 

media nümunələri cəlb olunur.  

 Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, 

kütləvi informasiya vasitələrinin fəaliyyəti millətlərarası 

münasibətlərin məhz kəskinləşməsi  şəraitində  təhlil edilir. 

Bu, milli jurnalistikamız üçün yeni bir problem olmaqla 

bərabər, milli məsələnin kütləvi informasiya vasitələrində 

işıqlandırılması sahəsində tarixi təcrübənin bəzi 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə