İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə10/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   6   7   8   9   10   11   12   13   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

36 


 

aspektlərinin konstruktiv-tənqidi təhlili baxımından da 

atılan ilk addımlardan biridir.  

 

Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, 



uzun müddət Ermənistan SSR-də yaşamağım və regionun 

milli psixologiyasının əsaslarına bələdliliyim; Azərbaycanın 

müxtəlif kütləvi informasiya vasitələrində şəxsi iş təcrübəm 

və hər iki respublikanın mətbuat orqanları ilə əməkdaşlığım; 

iyirmi ilə yaxın bir müddətdə  KİV, millətlərarası  və 

dövlətlərarası münasibətlər; qarşılıqlı  təsir problemləri 

sahəsində araşdırmalarım seçilmiş mövzu üzrə  tədqiqatın 

aparılmasında köməyimə gəlmişdir.  

 

 

Tədqiqatın müddəa və nəticələrinin: 



 

a) hakimiyyət orqanlarının və ictimai qurumların 

milli inkişaf siyasətinin hazırlanması və həyata keçirilməsi, 

milli proseslərin konstruktiv idarə olunması, millətlərarası 

münasibətlər sahəsində yaranan ziddiyyətlərin, problem və 

münaqişə situasiyalarının kütləvi informasiya vasitələrinin 

iştirakı ilə  həlli yollarının müəyyən edilməsi və  həll 

olunması; 

b) millətlərarası  və dövlətlərarası münasibətlərdə 

konkret situasiyaların işıqlandırılması zamanı  mətbuatın 

fəaliyyətində rast gəlinən nöqsan və çatışmazlıqların 

müəyyən edilməsi və aradan qaldırılması; 

c) problematikanın işıqlandırılmasının keyfiyyət 

baxımından müasir səviyyəyə qaldırılması; 




İlham A.Mazanlı_________________________________________________________ 

 

37 


 

d) millətlərarası  və dövlətlərarası münasibətlərin 

harmonizasiyası; 

e) milli problematika mövzusunu işıqlandıran 

jurnalist kadrlarının hazırlanması sisteminin təkmilləşdiril-

məsi və redaksiya kollektivlərinin işinin təşkil edilməsi  

sahəsində istifadə olunacağına inanırıq. 

Tədqiqat işinin nəzəri nəticələri və konkret elmi 

axtarışın sistemləşdirilmiş məlumatları milli universitetlərin 

jurnalistika fakültə  və  şöbələrinin, politoloji institutların 

müəllimləri, həmçinin ideoloji kadr korpusu üçün müəyyən 

nəzəri-elmi və praktik əhəmiyyət kəsb edə bilər. 

Araşdırmada konkret faktiki materiallar əsasında 

millətlərarası  və dövlətlərarası münasibətlərin təkmilləşdi-

rilməsi, cəmiyyətin demokratikləşməsi, hüquqi dövlətin 

əsaslarının yaradılması prosesində kütləvi informasiya 

vasitələrinin rolunu və yerini müəyyən etməyə çalışmışıq. 

Bununla bərabər, seçilmiş mövzunun çoxşaxəliliyini və 

mürəkkəbliyini, xüsusilə  də müasir dövrdəki ziddiyyətli-

liyini nəzərə alaraq, onun mükəmməl səviyyədə  tədqiq 

edilməsi iddiasında da deyilik. 

Fikirləriniz fikirlərimizlə üst-üstə düşməsə  də, 

onlara böyük hörmətlə yanaşacağımıza əmin ola bilərsiniz.  

 

 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

38 


 

I  FƏSİL 

Kütləvi informasiya vasitələri 

və milli inkişaf siyasəti 

 

Hazırda bəşəriyyət dünyanın bütün ölkələrinin, o 

cümlədən, Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi və 

mənəvi-əxlaqi dəyərlərinin (əsrlərlə  əvvəl malik olduğu, 

zaman keçdikcə daha da cilalanmış və təkmilləşmiş – İ.M.

formalaşmasında və milli inkişafında kütləvi informasiya 

vasitələrinin misilsiz rol oynadığı bir mərhələni yaşayır. 

Akademik R.Mehdiyev Azərbaycanda azad KİV-in 

yaranmasını demokratik və hüquqi dövlətin, vətəndaş 

cəmiyyəti quruculuğunun  əsas  şərtlərindən biri kimi qəbul 

olunduğunu, cəmiyyətin demokratikləşməsini isə milli 

inkişafın vacib faktoru kimi strateji seçimin və dövlət 

siyasətinin prioritetinə çevrildiyini göstərir.

15

 



 Kütləvi informasiya vasitələrinin hazırda istifadə 

etdikləri yeni kommunikasiya, xüsusilə  də  rəqəm və nano 

texnologiyalarının informasiya industriyasına tətbiqi, neyro-

linqvistik proqramlaşdırmanın müasir imkanlarından 

istifadə edilməsi yüksəkkeyfiyyətli multimedia məhsulları-

nın istehsalı, o cümlədən, jurnalist əsərlərinin yaranması 

                                            

15

 Mehdiyev  R.Ə. Azərbaycanın efir məkanı: problemlər və  vəzifələr. 



“Azərbaycan” qəzeti. 2 fevral 2009-cu il. 


İlham A.Mazanlı_________________________________________________________ 

 

39 


 

üçün çox geniş imkanlar yaradır. Eyni zamanda, yeni bilik 

və  kəşflərin həmişə özləri ilə  bərabər yeni problemlər 

gətirməsi də hamımıza yaxşı  məlumdur. Cəsarətlə deyə 

bilərik ki, istənilən yenilik kimi, müasir media və kommu-

nikasiya texnologiyaları kütləvi informasiya vasitələrinin 

geniş auditoriyaya mənəvi-psixoloji təsirinin ikili xarakter 

daşımasını daha real edir. Birincisi, KİV insanların şüuruna 

müsbət təsir göstərir, mütərəqqi milli və beynəlxalq 

tədbirlərin işıqlandırılması yolu ilə onlarda müxtəlif 

etnotərkibli cəmiyyətlərdə digər etnoslara hörmətlə 

yanaşmaq, onlarla dinc-yanaşı yaşamaq və bir-biri ilə 

qardaşlıq ruhunda davranmaq

16

 hissi  tərbiyə edir. İkincisi, 



kütləvi informasiya vasitələri millətlərarası və dövlətlərarası 

qarşıdurmanı, xalqların etnik mənşəyinə söykənən siyasi 

gərginliyi daha da artıran katalizator qismində çıxış edir.  

Birinci halda, kütləvi informasiya vasitələrinin 

çıxışlarının məzmunu  əsasən tarixdən,  əgər varsa, milli 

məsələ ilə bağlı “ağ ləkələrin” silinməsinə, azsaylı xalqların 

milli özünüdərkinin   artmasına  şərait yaradır.  İkinci hala 

gəldikdə isə, hətta “hüquqi dövlət”, “əqidə azadlığı”, 

“vicdan azadlığı”, “demokratiya”, “vətəndaş  cəmiyyəti”, 

“milli siyasət” və s. analoji anlayışların mahiyyətini 

                                            

16

 İnsan hüquqları haqqında ümumi Bəyannamə. Maddə 1.  BMT Baş 



Məclisinin 217(III) saylı 10 dekabr 1948-ci il tarixli Qətnaməsi ilə qəbul 

və bəyan edilmişdir. İnsan hüquqları – Beynəlxalq müqavilələr  toplusu. 

– Bakı, “Azərbaycan” nəşriyyatı, 1998, s.1. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə