İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə13/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   9   10   11   12   13   14   15   16   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

48 


 

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı 

Səhmdar Cəmiyyətinə, fəaliyyətdə olan digər kütləvi 

informasiya vasitələrinə  azsaylı xalqların və etnik qrupların 

ədəbiyyatını, folklorunu, əmək və  həyatını  işıqlandıran 

publikasiyaların dərc edilməsi, teleradio-proqramların təşkil 

edilməsi, habelə  ləzgi, talış  və kürd dillərində “Respublika 

yenilikləri”, həmçinin yerli radio qovşaqları ilə azsaylı 

xalqların

 

dillərində gündəlik verilişlərin getməsinin təmin 



edilməsi və s. barədə tövsiyələr və tapşırıqlar verilir. 

Bu Fərmanın müddəaları Azərbaycan Respublikası 

Prezidentinin 18 iyul 2005-ci il tarixli 260 nömrəli 

Fərmanı


18

 ilə müəyyən  əlavə  və  dəyişikliklər edildikdən 

sonra daha fəal şəkildə həyata keçirilməyə başlanmışdır. 

Xüsusilə  də son on ildə ölkə  ərazisində yaşayan 

bütün azsaylı xalqların və etnik qrupların sosial-siyasi, 

iqtisadi,  mənəvi sahələrdə  fəaliyyətləri və inkişafı üçün 

bütün lazımi tədbirlər həyata keçirilir. Respublikada milli 

inkişaf siyasətinin  əsasını  təşkil edən “Azərbaycanın varı, 

dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, 

onun  ərazisində yaşayan xalqlardır”  prinsipi davamlı 

şəkildə 

 

uğurla davam etdirilir.



 19

 

 



                                            

18

 “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və 



sərəncamlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı (18 iyul 2005-ci il, № 260) // 

Azərbaycan. - 2005.-24 iyul. - N169. - s.2. - [AZ-Q] 

19

 Azərbaycanda yaşayan azsaylı xalqların adət və  ənənələrinin 



təbliğində kitabxanaların rolu: metodik vəsait. M.F.Axundov adına 

Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012. səh.3-4. 




İlham A.Mazanlı_________________________________________________________ 

 

49 


 

 Dövlət Statistika Komitəsinin 2014-cü il mart ayının 

30-na olan məlumatına əsasən, Azərbaycan Respublikasının 

əhalisi təxminən 9,5 milyon nəfərə bərabər olmuşdur.  Milli 

tərkibinə görə respublika əhalisinin 91,6 %-ini (8.172.800 

nəfər) azərbaycanlılar, 2 %-ini ləzgilər (180.300 nəfər), hər 

biri 1,3 % olmaqla, ermənilər (120.800 nəfər), ruslar  

(119.300 nəfər) və talışlar (112.000 nəfər), 0,6 %-ini avarlar  

(49.800 nəfər), 0,4 %-ini türklər (38.000 nəfər), hər biri 0,3 

% olmaqla, tatarlar (25.900 nəfər), tatlar (25.200 nəfər) və 

ukraynalılar (21.500 nəfər), hər biri 0,1 % olmaqla, saxurlar 

(12.300 nəfər), gürcülər (9.200 nəfər), yəhudilər (9.100 

nəfər) və kürdlər (6.100 nəfər), hər biri 0,04 % olmaqla, 

qrızlar (4.400 nəfər) və udinlər (3.800 nəfər), 0,02 %-ini 

xınalıqlar (2.200 nəfər), 0,1 %-ini (9.500 nəfər) isə digər 

millətlərin nümayəndələri təşkil edirlər.

20

 

Hazırkı Azərbaycan etnosunun tarixinə retrospektiv 



nəzər göstərir ki, əhalinin böyük əksəriyyətini təşkil edən 

azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə hələ lap 

qədim dövrlərdən bu torpaqlarda yaşayan müxtəlif azsaylı 

xalqlar, etnik və milli qruplar da yaxından iştirak etmişlər. 

Azərbaycan  əhalisinin  əsas hissəsi azərbaycanlılardan və 

ölkənin bəzi ərazilərində yığcam halda yaşayan 30-dan artıq 

azsaylı millət və etnik qruplardan ibarətdir. Onların arasında 

türk dil qrupuna daxil olan tatarlar, ahısqa türkləri, həmçinin 

hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz 

                                            

20

 http://www.stat.gov.az/source/demoqraphy/ap/ 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

50 


 

(udinlər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, 

qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, 

ukraynalılar) və s. dil qruplarının təmsilçiləri də vardır. 

Azərbaycan hökuməti insan haqları, o cümlədən 

milli azlıqların hüquqlarının müdafiəsinin yüksək səviyyədə 

və beynəlxalq normalara uyğun təmin edilməsi məqsədi ilə 

bir çox nüfuzlu beynəlxalq təşkilatlarla yaxından 

əməkdaşlıq edir, insan haqları və milli azlıqların müdafiəsi 

ilə bilavasitə bağlı 50-dən çox beynəlxalq konvensiyaya 

qoşulmuşdur. Ölkəmizdə milli azlıqların məsələləri ilə 

məşğul olan xeyli sayda qeyri-hökumət təşkilatları, 

mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai 

birliklər fəaliyyət göstərir. 

YUNESKO-nun 2005-ci il oktyabrın 20-də  qəbul 

etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması  və 

təşviqi haqqında” Konvensiyaya uyğun olaraq, ölkəmizdə 

yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti 

Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və 

inkişaf etdirilir. Ölkəmizin azsaylı xalqlarının milli 

mədəniyyətlərinin, incəsənətlərinin, adət-ənənələrinin və 

dillərinin qorunub saxlanılması  təcrübəsi bir çox ölkələr 

üçün paradiqma rolunu oynaya bilər.  Əsrlər boyudur ki, 

Azərbaycanda müxtəlif etnosların nümayəndələri  əmin-

amanlıq şəraitində dinc-yanaşı yaşayırlar. Bu tarixi təcrübə 

azsaylı etnosların və etnik qrupların yoxa çıxması 

təhlükəsinin aradan qaldırılmasının, etnik və konfessional 

fərqlərdən asılı olmayaraq, insanların sülh və  həmrəylik 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə