İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə16/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   12   13   14   15   16   17   18   19   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

59 


 

Həmin tövsiyəyə  əsasən Azərbaycan SSR Ali 

Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-nin 

Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR-in 

dövlət dili barədə maddə əlavə edilməsi məsələsini 1956-cı 

il avqustun 21-də Azərbaycan SSR Ali Sovetinin üçüncü 

sessiyasının müzakirəsinə  çıxarır və Azərbaycan SSR-nin 

Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR-in 

dövlət dili barədə  aşağıdakı  məzmunda maddənin  əlavə 

edilməsi haqqında Qanun qəbul edir: “Maddə 151. 

Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir. 

Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən 

millətlərə  həm öz mədəniyyət idarələrində, həm də dövlət 

idarələrində ana dilini sərbəst inkişaf etdirmək və  işlətmək 

hüququ təmin edilir.”

24

 



Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan dili 

olmasını  təsbit edən maddə 1978-ci ildə  qəbul olunmuş 

Konstitusiyada da öz əksini tapır. Konstitusiyanın 73-cü 

maddəsində deyilir: “Azərbaycan Sovet Sosialist 

Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan 

SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, 

maarif müəssisələrində  və başqa idarələrdə Azərbaycan 

dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına 

dövlət qayğısı göstərir. Azərbaycan SSR-də rus dilinin

habelə əhalinin danışdığı başqa dillərin bütün bu orqanlarda 

                                            

24

 “Kommunist” qəzeti, Bakı, 1956, 25 avqust. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

60 


 

və idarələrdə hüquq bərabərliyi  əsasında azad surətdə 

işlədilməsi təmin edilir.”

25

 



XX  əsrin 60-ci illərinin ikinci yarısından bu 

günümüzə  qədər olan dövrdə Azərbaycan xalqının və 

Azərbaycanda yaşayan bütün xalqların milli inkişaf siyasəti 

və bu siyasətin həyata keçirilməsi sahəsində  əldə olunan 

naliliyyətlər Heydər Əliyev fenomeni ilə şərtləndirilir.

26

  



İttifaq miqyasında rəhbər orqanlarda “çalışan” 

erməni daşnaklarının və rus şovinistlərinin millətçi damğası 

vuraraq tariximizdən silməyə çalışdıqları  Nəriman 

Nərimanovun 1972-ci ildə möhtəşəm yubileyinin 

keçirilməsini və Bakı  şəhərinin  ən gözəl guşələrindən 

birində onun əzəmətli abidəsinin ucaldılmasını, 

N.Xruşşovun “bizim düşmənimiz” və “qatı millətçi” adlan-

dırdığı Mirzə  İbrahimovun 1981-ci ildə SSRİ-də  əməkdə 

fərqlənməyə görə  ən ali fəxri ada – Sosialist Əməyi Qəh-

rəmanı adına layiq görülməsini və “Oraq və  Çəkic” qızıl 

medalını ona Heydər  Əliyevin  şəxsən özünün təqdim 

etməsini, “xalq düşməni” adı ilə Sibirə sürgün edilmiş  və 

burada dünyasını dəyişmiş böyük Azərbaycan şairi Hüseyn 

Cavidin qəbrinin 1982-ci ildə Azərbaycana gətirilməsini, 

doğma torpağı Naxçıvanda dəfn olunmasını, 1996-cı il okt-

yabrın 29-da şairin anadan olmasının 114 illiyi münasibəti 

                                            

25

 Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası  (Əsas 



Qanunu). Bakı, 1978-ci il, səh. 25. 

26

 Hüseynov  S.  Heydər  Əliyev və milli-mənəvi dəyərlərimiz. “Xalq 



qəzeti”, Bakı, 2009, 9 dekabr. 


İlham A.Mazanlı_________________________________________________________ 

 

61 


 

ilə xüsusi layihə üzrə tikilmiş məqbərəyə köçürülməsini və 

bu mərasimdə Heydər Əliyevin nitqini xalqımızın milli özü-

nüdərkinin və milli inkişafının təntənəsi adlandırmaq olar.  

Heydər  Əliyev xalqımızın

 milli-mənəvi dəyərlərinə 

çox yüksək verir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-

mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərləri-

mizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə  fəxr 

edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələri-

mizi, milli mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi 

bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.”

27

 

Heydər  Əliyev milli-mənəvi dəyərlərlə maddi 



dəyərlər arasındakı hüdudları dəqiq müəyyən edir. O deyir 

ki, sərvət toplamaq, son dəbdə geyinmək, bütövlükdə 

müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin, 

hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının 

mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-

ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini 

qorumalıdır. Gələcək nəsillərə bəlkə də maddi sərvətlərdən  

və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet 

ərməğan edilməlidir. 

Məlum olduğu kimi, mədəniyyətin, milli şüurun 

inkişafında milli-mənəvi dəyərlər mühüm rol oynayır. 

Xalqın dili, dini və adət-ənənələri onun milli-mənəvi 

                                            

27

 “Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir: Çıxışlar, nitqlər, 



bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. / 

H. Əliyev ; bur. məsul R.Mehdiyev . - Bakı : Azərnəşr, 2011 - . K.35 : 

iyun, 2001-avqust, 2001. - 2011. - 519 s 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

62 


 

dəyərlərini  şərtləndirən, mənəvi aləminin formalaşmasına 

təsir göstərən amillərdir. Milli-mənəvi dəyərlərin qorun-

ması, milli mədəniyyətin inkişaf etdirilməsi, xalqın adət-

ənənələrinin zənginləşdirilməsi həmişə diqqət mərkəzində 

saxlanılmalı, bu işdə xidmətləri olan şəxslərin əməyi yüksək 

qiymətləndirilməli və  təşviq edilməlidir. Xüsusilə  də 

gənclərin xalqın milli-mənəvi dəyərləri, milli-əxlaq prinsip-

ləri əsasında tərbiyə edilməsi olduqca vacibdir: - “...Biz öz 

milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi,  əxlaqi 

dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalı-

yıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu 

mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.”

28

 



Heydər  Əliyev milli-mənəvi dəyərlərin öyrənil-

məsini, qorunub saxlanmasını  və inkişaf etdirilməsini  əsas 

vəzifələrdən biri hesab edir. Onun fikrinə görə, bunlarsız 

millət yoxdur, bunları qoruyub saxlayan xalq isə  həmişə 

müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq 

əzmindədir. “...Hər bir azərbaycanlı öz milli 

mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz 

Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-

mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən 

Heydər  Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi 

irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə 

                                            

28

 Azərbaycan Respublkasının Prezidenti Heydər Əliyevin bəyanatı, 13 



avqust 2001-ci il. http://lib.aliyev-heritage.org/az/8137356.html 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə