İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə14/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   10   11   12   13   14   15   16   17   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

51 


 

şəraitində yaşamalarının parlaq nümunəsidir. Etnik çoxluqla 

yan-yana yaşayan digər xalqlara münasibətdə  tolerantlıq 

ölkə  əhalisinin  əksəriyyətinin ortaq milli, mənəvi və dini 

dəyərlərinə xas dözümlülüklə, müxtəlif etnik icmaların 

vahid ərazidə tarixən təşəkkül tapmış birgə yaşayışı ilə izah 

olunur. 

  

 Ümumiyyətlə, hər hansı bir cəmiyyətdə bütün 



xalqların özünəməxsus milli-mənəvi dəyərlərinin 

inkişafında və qarşılıqlı surətdə  zənginləşməsində bu 

cəmiyyətdəki bütün sosial-siyasi institutların, xüsusilə  də 

kütləvi informasiya vasitələrinin rolu böyükdür və 

onlarn üzərinə xüsusi vəzifələr düşür. Bizim fikrimizcə, 

KİV-in bu istiqamətdə  fəaliyyəti ayrıca, həm də 

fundamental elmi araşdırmaların obyekti olmalıdır. 

Problemin aktuallığı  və  həssaslığı  nəzərə alınaraq, KİV-in 

sözügedən sahədə  fəaliyyəti ilə bağlı aparılacaq 

tədqiqatların, söyləniləcək elmi-praktik diskursların, hətta 

adi mülahizələrin və  əldə olunacaq nəticələrin Azərbaycan 

mentalitetinin, dünyəvi dəyərlərin araşdırıcıları üçün, eyni 

zamanda bu problemlərlə maraqlanan sıravi oxucular üçün 

böyük əhəmiyyət kəsb edəcəyi heç kimdə şübhə doğurmur.  

 Etnik 

identifikasiyanın hüdudları, ana dilinin 



funksional rolu  və  etnik özünüdərkin dirçəlişində kütləvi 

informasiya vasitələrinin yeri və rolu haqqında yuxarıda 

deyilən mülahizələri 1998-1999-cu illərdə respublikamızda 

AMEA Fəlsəfə  və Hüquqi Tədqiqatlar  İnstitutu tərəfindən 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

52 


 

keçirilən sosioloji tədqiqatın nəticələri də  təsdiq edir.

21

 

Tədqiqat zamanı identifikasiyanın mühüm əlaməti olan 



ənənəvi milli mədəniyyətin elementləri barədə əhalinin bilik 

səviyyəsini müəyyən etmək məqsədi ilə sorğuya xüsusi 

suallar da  daxil edilmişdi.  

 

Tədqiqat milli özünüdərkin bərqərar olmasında və 



dirçəlişində kütləvi informasiya vasitələrinin  əhəmiyyətini 

təsdiq edir. Şəhər  əhalisinin 

22,2 %-i, kənd  əhalisinin isə 

21,5 %-i həmişə, bəzi vaxtlarda isə müvafiq olaraq 45,5 %-i 

və 43,2 %-i   radio verilişlərinə Azərbaycan dilində qulaq 

asır. Bədii  ədəbiyyatı  şəhərlilərin 66,3 %-i, kəndlilərin isə 

55,9 %-i; qəzetləri də müvafiq olaraq 58,7 %-i və 46,6 %-i  

həmişə və bəzən də Azərbaycan dilində oxuyurlar.  

 

Kənddə yaşayan respondentlər  şəhərdə yaşayanlara 



nisbətən televiziya verilişlərinə Azərbaycan dilində daha 

çox baxırlar, müvafiq olaraq - 61,5 % və 40,5 %. 

 Sorğuya televiziya verilişlərinə Azərbaycan dilində 

baxmayanlardan, radio verilişlərinə Azərbaycan dilində 

qulaq asmayanlardan, qəzetləri və  bədii  ədəbiyyatı 

Azərbaycan dilində oxumayanlardan bunun səbəbini 

                                            

21

 Фарадов  Т,  Этнокультурная  идентичность  и  некоторые  аспекты 



психологии 

межнацонального 

общения 

в 

Азербайджане. 



http://www.gumilev-center.az/nacionalno-etnicheskoe-soznanie-

azerbajdzhancev-chast-iii/, 2013. 17 февраля.   

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

53 


 

göstərmələri barədə  də ayrıca sual daxil edilmişdi. 

Respondentlər bunu sadəcə ana dilini pis bilmələri və ya da 

bilməmələri ilə izah etmişlər. 

 Beləliklə, aparılmış  tədqiqat işi, təlim və  tərbiyə 

prosesinin müvafiq təşkili təqdirində, gənc nəsildə 

vətənpərvərlik, vətəndaşlıq hisslərinin tərbiyə olunmasının, 

milli özünüdərkin, ölkəmizdə yaşayan bütün xalqların 

tarixinə  və  mədəniyyətinə, insanın  şəxsiyyətinə  və 

hüquqlarına hörmətlə yanaşmanın mümkün olduğunu bir 

daha təsdiq edir. Sorğu həmçinin belə bir nəticəyə gəlməyə 

əsas verir ki, millətlərarası  və dövlətlərarası münasibətlər 

elmi cəhətdən hələ tam öyrənilməmiş, çoxaspektli və 

daxilən mürəkkəb bir problemdir və bu problemin 

tədqiqinin elmi və praktik əhəmiyyəti dünyanın müxtəlif 

ölkələrində və regionlarında millətlərarası və dövlətlərarası, 

o cümlədən, milli daxili  münasibətlərin mürəkkəbləşməsi 

və müasirləşməsi dərəcəsinə müvafiq olaraq artır.  

“Azərbaycan bu ölkədə yaşayan bütün millətlərin 

vətənidir” və “Azərbaycan dünyəvi, ancaq burada yaşayan 

xalqların öz dinindən ayrı düşmədiyi dövlətdir” – 

dünyagörüşləri üzərində qurulmuş  və inkişaf etdirilmiş

dövlət-insan, dövlət-vətəndaş, dövlət-din münasibətləri 

sistemləri formalaşmış və hazırda da uğurla həyata keçirilən 

bir ölkədir.  

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda  əsrlər 

boyu yaranmış  və formalaşmış tarixi tolerantlıq mühiti 

qorunub saxlanılır və burada yaşayan bütün xalqların 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

54 


 

müştərək milli sərvəti kimi dəyərləndirilir və inkişaf 

etdirilir.  

 Bu 


fikri 

əminliklə söyləməyimizə tutarlı əsaslarımız 

da vardır. Belə ki, burada yaşayan bütün insanların ümumi 

vətəni sayılan, çoxçeşidli etnik tərkibə malik Azərbaycan 

dünyanın 80 ölkəsində əhalinin həyati əhəmiyyət kəsb edən 

dəyərlərinin 

(World Values Survey) 

öyrənilməsi məqsədi ilə 

keçirilmiş  və  nəticəsi “

The Washington Post” qəzetinin 

saytında yerləşdirlmiş (16 may 2013-cü il) dünyanın  ən 

tolerant ölkələrinin siyahısına daxil edilmişdir.

22

 

 Aparılmış  tədqiqatın qarşısında ölkənin iqtisadi 



inkişaf səviyyəsi, etnik müxtəlifliyi və əhalisinin tolerantlıq 

dərəcəsi arasında paralellərin aparılması  və onların bir-

birindən asılılıq vəziyyətinin müəyyən edilməsi vəzifələri 

qoyulsa da, araşdırmanın nəticələri bu fenomenlər arasında 

hansısa ciddi bir asılılığın olmadığını göstərmişdir (nəticələr 

xəritə şəklində verilir).  

 Respondentlərdən digər suallarla yanaşı, “Kimlərin 

qonşunuz olmağını arzu etmirsiniz?” sualına cavab verməyi 

də xahiş etmişlər. Tədqiqatçılar rəyi soruşulanların böyük 

əksəriyyətinin bu suala “başqa irqdən olan insanların” 

                                            

22

World's 'most racially intolerant' countries mapped. 



The 


Washington Post”, 

16 May 2013 



 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə