İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə22/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   18   19   20   21   22   23   24   25   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

82 


 

dövlətlərarası münasibətlər beynəlxalq hüquq normalarına 

əsaslanan insan hüquq və azadlıqlarının istənilən millətçilik 

təkəbbürlərindən üstün tutulduğu bir şəraitdə daha səmərəli 

inkişaf edir. 

Demokratik cəmiyyətdə  ən ali meyar hesab edilən 

insan hüquqları xalqın milli dövlətçiliyə  və  mədəniyyətə 

olan təbii hüququnun həyata keçirilməsi zamanı  məhəng 

daşı kimi götürülür. Araşdırmalar göstərir ki, 

milliyyətindən, yaşayış yerindən və vaxtından asılı 

olmayaraq,  əksər postsovet respublikalarında bütün 

millətlərin bərabərliyinin təmin olunması  məqsədi ilə artıq 

mükəmməl qanunvericilik bazası yaradılmışdır. Bu 

qanunvericilik bazalarında  dövlət orqanları ilə yanaşı 

kütləvi informasiya vasitələri bütün millətlərdən olan 

 

vətəndaşların hüquqlarının həyata keçirilməsinin ciddi 



zamini kimi nəzərdən keçirilir. KİV-in “dördüncü 

hakimiyyət” iddiası bunu daha aktual edir.  

Müasir dövrdə  əksər çoxmillətli dövlətlərdə milli 

məsələ ilə bağlı problemlərin həlli dövlət quruluşunun ərazi 

və milli-ərazi prinsiplərinin birləşməsi müstəvisindən keçir. 

Bu da müəyyən mənada beynəlxalq təcrübədə  fərdi 



muxtariyyət    kimi  tanınan muxtariyyət formasına uyğun 

gəlir. Fərdi muxtariyyət xüsusi olaraq insan hüquqlarının, 

şəxsin öz milli mənsubiyyətini müəyyən  etmə, xalqların öz 

müqəddaratlarını  təyin etmə, yaşayış yerindən asılı 

olmayaraq, azad hərəkət etmə, iqtisadi və siyasi müdafiə 

hüququnun tərkib hissəsi kimi mədəni muxtariyyət 




İlham A.Mazanlı_________________________________________________________ 

 

83 


 

hüquqlarına  zəmanət verilməsini nəzərə çarpdırır. Bu cür 

dövlət quruluşlarında fəaliyyət hüdudları coğrafi amillərlə 

deyil, vətəndaşlıq mənsubiyyəti ilə  məhdudlaşan,  əsas 

məğzi ərazi (dövlət) deyil, hər şeydən əvvəl azad vətəndaş 

olan hüquqi qayda-qanun yaradılması qarşıya məqsəd 

qoyulur. Məsələn, Fransa,  İsveçrə, Belçika, Rusiya və s. 

ölkələrdəki dövlət quruluşlarını buna misal göstərmək olar.  

Bu ölkələrdəki təbii və qeyri-təbii, qanuni və qeyri-qanuni 

miqrasiya prosesləri  ərazinin milliyyətlə eyniləşdirilməsini 

daha az mümkün edir. Ona görə də bu cür ölkələrdə hüquq 

istər-istəməz millətin hərəkətdə olan vəziyyətinə uyğunlaşır. 

Amma, bu fikri kütləvi informasiya vasitələri, xüsusilə  də 

regional KİV-lər barədə demək olmur. Praktika göstərir ki, 

bəzi muxtariyyətlərdə  vətəndaşın milli özünüdərkinin 

artması və titullu etnosların qaynayıb-qarışması nəticəsində  

əhalinin tərkibi daha çox təkmillətli olur. Bu hal 

millətlərarası münasibət mədəniyyətinin formalaşmasını 

daha vacib edir və bu təkcə dövlət orqanlarının deyil, həm 

də kütləvi informasiya vasitələrinin, ictimai təşkilat və 

hərəkatların, ziyalıların, ümumiyətlə, ictimai şüurun 

mənəvi-əxlaqi sahəsinə  təsir göstərə bilən və öz dövlətini 

möhkəmləndirməyə cəhd göstərən hər bir kəsin vəzifəsidir. 

Bu tədbirlərin həyata keçirilməsində sahə elminin, ictimai 

fikrin öyrənilməsinin, elmi metodların köməyi ilə  təhlillər 

aparmaq bacarığının, millətlərarası münasibətlərin inkişaf 

istiqamətlərinin proqnozlaşdırılmasının,  onların bir-




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

84 


 

birindən asılılığı mexanizmlərinin müəyyən edilməsinin də 

əhəmiyyəti az deyildir. 

 Azərbaycan Respublikasının dövlət-vətəndaş 

münasibətlərinin ana xəttini “Dövlət siyasətinin mərkəzində 

Azərbaycan vətəndaşı dayanır, hər  şey Azərbaycan 

vətəndaşı üçün edilir” prinsipi təşkil edir. Azərbaycanın 

güclü dövlət olması üçün cəmiyyətdəki bütün sosial-siyasi 

institutların fəaliyyəti ilk növbədə Azərbaycan vətəndaşının 

hərtərəfli və güclü inkişafının təmin edilməsinə 

yönəlmişdir. Hazırda cəmiyyətdə vətəndaşların dövlətin bu 

həssaslığına kifayət dərəcədə qarşılıqlı cavab verə bilib-

bilməmələri, hüquqları  qədər öhdəlikləri barədə  də 

təsəvvürlərinin olub-olmamaları barədə,  əlbəttə  KİV 

vasitəsilə və KİV-in iştirakı ilə, müzakirələr gedir.  

Azərbaycan Respublikası Milli Məclisinin  İnsan 

Hüquqları Komitəsinin sədri, professor R.Aslanova 



vətəndaşlıq mədəniyyətini Azərbaycanın güclü dövlətə 

çevrilməsinin həlledici resursu kimi xarakterizə edir.

47

 



Onun fikrinə görə, m

üzakirə edilən məsələlərin müşahidəsi 

bu sualları cavablandırmaq üçün bir sıra qənaətlərə gəlməyi 

mümkün edir. Bunlardan birincisi odur ki, Azərbaycan 

xalqı, vətəndaşı, gənci ... öz dövlətinin yanındadır.  İkinci 

                                            

47

 Aslanova  R.  Vətəndaşlıq mədəniyyəti Azərbaycanın güclü dövlətə 



çevrilməsinin həlledici resursudur. “Azərbayycan” qəzeti, 2013-cü il, 17 

aprel. 



İlham A.Mazanlı_________________________________________________________ 

 

85 


 

qənaət isə onu deməyə imkan verir ki, cəmiyyətdə, xüsusilə 

gənclər sırasında milli təəssübkeşliyin və tarixi yaddaşın 

möhkəmləndirilməsi, vətənpərvərliyin tərbiyəsi sahəsində 

səylər daha intensiv olmalı, sistemli şəkildə  həyata 

keçirilməlidir. Ehtimal olunan hər cür cəhdlərə qarşı 

sarsılmaz mənəvi müqavimət formalaşmalıdır. Bu 

istiqamətdə diqqət mərkəzində olan əsas məsələlərdən biri 

də  cəmiyyətdə “vətəndaş olmaq nə deməkdir?” sualına 

cavab olaraq aydın təsəvvürlərin formalaşdırılmasıdır.  



Vətəndaş  və  vətəndaşlıq mədəniyyəti olduqca 

dinamik məzmunlu anlayışlardır. Vətəndaş dövlətin ümumi 

siyasətinin mərkəzində dayanır. Dövlət vətəndaşın 

maraqlarına,   vətəndaşı olduğu ölkənin inkişafına xidmət 

göctərir. Diqqət mərkəzində olan məsələlərdən biri də 

vətəndaşın öz öhdəliklərini dərk edib-etməməsi, vətəndaşlıq 

mədəniyyətinin və  vətənpərvərlik tərbiyəsinin  əvvəllər və 

indi nə  vəziyyətdə olması  və  gələcək perspektiv-

ləri   məsələsidir. Jurnalistikanın cəmiyyətdəki funksiyasına 

uyğun olaraq, yuxarıda qoyulan sualların cavablarının 

tapılmasında (ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin 

keçirilməsi yolu ilə) aparıcı rol kütləvi informasiya 

vasitələrinə məxsusdur.  

Vətəndaşlıq mədəniyyəti  hər bir sosial fərddə 

dəqiq mənəvi-əxlaqi oriyentirlərin olmasını  nəzərdə 

tutur.  Mənəvi mədəniyyətin səviyyəsi aşağı olan 

cəmiyyətlərdə qanunların, hətta iqtisadiyyatla bağlı 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə