İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə18/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   14   15   16   17   18   19   20   21   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

67 


 

uğurlu nümunələri hesab etmək olar və bu televiziya 

jurnalları tamaşaçılar tərəfindən müntəzəm izlənilir.  

İctimai Televiziya etnik azlıq və qrupların mədəni 

irsinin qorunub saxlanılması  və inkişaf etdirilməsi, xalqlar 

arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin 

möhkəmləndirilməsi məqsədilə  Mədəniyyət və Turizm 

Nazirliyi və Dövlət Neft Şirkti ilə birlikdə hər iki ildən bir 

“Azərbaycan - doğma diyar” devizi altında azsaylı xalqların 

incəsənəti festivalını keçirir. Müxtəlif bölgələrdən - 

Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Lənkəran, 

Astara, Masallı, Saatlı,  İsmayıllı  və  Şabran rayonlarından 

azsaylı xalqların bədii özfəaliyyət kollektivləri festivala 

dəvət olunurlar. İctimai Televiziya bu festivalı peyk 

vasitəsilə bütün dünyaya yayır. Azərbaycanın zəngin milli 

palitrasını, azsaylı xalqların adət-ənənələrini, mətbəxini, 

folklorunu özündə əks etdirən videomateriallar hazırlanır və 

müxtəlif dillərə  tərcümə edilərərək dünya ictimaiyyətinə 

çatdırılır.  

Lakin, heç də həmişə KİV-in imkanlarından pozitiv 

məqsədlər üçün istifadə olunmur. Bu tendensiyalara bəzi 

postsovet ölkələrinin və digər qonşu ölkələrin mətbuatında 

da rast gəlinir. Onlar KİV-in ictimai şüura nüfuzetmə 

imkanlarından sui-istifadə edir, əhaliyə kollektiv etnik, dini 

və s. hüququn insan hüquqlarından üstün əhəmiyyət kəsb 

etdiyini təlqin etməyə çalışırlar. Bu metoddan əsasən başqa 

xalqları  əsrlərlə müstəmləkədə saxlayan rejimlər öz 

ömürlərini uzatmaq, ya da bu əsarətdən qurtarmış xalqları 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

68 


 

bu və ya digər formada yenidən öz təsir dairələrinə daxil 

etmək üçün istifadə edirlər.  Bu prosesdə kütləvi 

informasiya vasitələrinin ikili rolu (tənzimləyici və ya 

dağıdıcı) özünü daha qabarıq  şəkildə büruzə verir. 

Xüsusilə  də elektron vizual mediada yeni kommunikasiya 

texnologiyalarının “məqsədli” tətbiqi sayəsində asanlıqla 

əldə olunan “25-ci kadr effekti”, müşahidə olunan, lakin 

qavranılmayan, yaxud da insan beyni tərəfindən qəbul 

olunan, ancaq  emal olunmayan informasiya (işarə, səs, işıq 

formasında ola bilər) və ya istənilən material geniş 

auditoriyanın  şüuru və hissləri ilə manipulyasiya etmək 

imkanlarını xeyli artırır.  

Jurnalistika ictimaiyyətində (o cümlədən, sahə 

elmində) belə bir fikir də mövcuddur ki, əhalisinin tərkibi 

çox sayda müxtəlif millətlərdən ibarət olan ölkələrdə 



millətlərarası və dövlətlərarası münasibət mədəniyyətini 

formalaşdırmadan vətəndaş  mədəniyyətinə nail olmaq 

mümkün deyildir. Bu fikrin tərəfdarları öz mövqelərini 

beynəlmiləl dilin olmadığı kimi, beynəlmiləl mədəniyyətin 

də olmaması arqumenti ilə  əsaslandırır və izah etməyə 

çalışırlar ki, İnternet bizim həyatımıza nə  qədər yüksək 

sürətlə daxil olacaqsa, milli mədəniyyətin qorunub 

saxlanılması üçün həm sayca çox olan millətin, həm də milli 

azlıqların dilində mətbu sözün əhəmiyyəti bir o qədər vacib 

xarakter alacaqdır. Bu problem özünü xüsusilə ötən  əsrin 

90-cı illərinin  əvvəllərində keçmiş SSRİ  ərazisində 

millətlərarası münaqişələrin və insanların bu hadisələrə 




İlham A.Mazanlı_________________________________________________________ 

 

69 


 

münasibətlərinin kəskinləşdiyi şəraitdə özünü daha qabarıq 

şəkildə büruzə verirdi. 

Bəzi respublikaların KİV-ləri isə, hələ XX əsrin 70-

80-ci illərindən başlayaraq, beynəlxalq dəyərlərə, “vahid 

sovet xalqı” və s. bu kimi postulatlara məhəl qoymadan açıq 

şəkildə bir millətin başqa millətlərdən fərqliliyini – 

qədimlik və istedad baxımından üstünlüyünu və 

müstəsnalığını  təbliğ edir, özünə “yerli xalq” imici 

qazandırmağa, başqa xalqların bura “gəlmə” olduqları 

ideyasını yaymağa, hətta millətlərin bərabərliyi prinsipinə 

etinasızlıq göstərərək, bu müddəaların milli 

qanunvericilikdə  təsbit olunmasını, öz xalqlarının məkrli 

marağı naminə  “əzabkeş xalq”, “tarixi ədalətin bərpası”, 

“milli haqq” və s. kimi konsepsiyaları mütləqləşdirməyə  

çalışırdılar. Bu da öz növbəsində millətçiliyi, xalqlar və 

dövlətlər arasında milli ədavəti daha da dərinləşdirirdi. Bu 

problem artıq jurnalistika araşdırıcılarını da narahat etməyə 

başlamışdı, çünki bu sahədə mətbuatın ikili rol oynamasını 

və  KİV-in bu cür fəaliyyətinin hansı  nəticələrə  gətirib 

çıxaracağını   onlar daha yaxşı    anlayırdılar. Elmi 

tədbirlərdə artıq bu problematika ilə bağlı polemikalar da 

özünə yer alırdı. Bəzi tədqiqatçılar problemi kompleks 

şəkildə araşdırmağa cəhd göstərirdilər.  

Postsovet məkanında bu tendensiyalar ilk dəfə 

Cənubi Qafqaz respublikalarının və  mərkəzi mətbuatın 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

70 


 

nümunələri,

34

 bir  qədər sonra isə Pribaltika ölkələri 



mətbuatının materialları  əsasında

35

 araşdırılmışdır. Hər iki 



tədqiqat işində kütləvi informasiya vasitələri kəskinmüna-

qişəli millətlərarası münasibətlərin sağlamlaşdırılması  və 

təkmilləşdirilməsi amili kimi nəzərdən keçirilir. Lakin, buna 

baxmayaraq, hər iki tədqiqatçı    KİV-in öz funksiyalarını 

obyektiv, peşəkarlıqla və 

məsuliyyətlə  yerinə 

yetirmədikləri təqdirdə, siyasi sistemdən asılı olmayaraq, 

milli məsələnin və millətlərarası münasibətlərin həddən 

artıq gərginləşməsi qənaətinə gəlirlər.  

Birinci tədqiqatçı Dağlıq Qarabağ və onun ətrafında 

gedən hadisələrin işıqlandırılmasında mərkəzi KİV-lərin 

çox vaxt neytral və  bəzən də Azərbaycana münasibətdə 

qeyri-obyektiv mövqe tutduqlarını, bir növ sosial-siyasi 

sifariş yerinə yetirdiklərini, İttifaq miqyasında kütləvi şüuru 

deformasiyaya məruz qoyan və bir-birini inkar edən 

stereotiplərin meydana gəlməsini, redaksiyaların 

fəaliyyətlərindəki özfəaliyyət və jurnalistikanın xarici və 

daxili qanunauyğunluqları ilə bir araya sığmayan təhlükəli 

presedent kimi xarakterizə edir. 

İkinci tədqiqatçı isə mətbuatın mənəvi və hüquqi də-

yərlər şkalası üzrə üstünlüyü şəxsə və şəxslərə deyil, “yerli 

xalqa” verməsini, dövlətin və dövlətçiliyin, ərazinin “yerli”

 

                                            



34

 Мазанлы  И.А.  Печать  как  фактор  совершенствования 

межнациональных  отношений.  Дис. ... канд.  ист.  наук. – Москва.: 

АОН при ЦК КПСС, 1991, стр. 134. 

35

 Чичановский А.А. В тенетах свободы. М.: 1995. С. 182-195. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə