İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə19/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

71 


 

xalqın mülkiyyəti kimi , bu ölkələrdə yaşayan qeyri-milli 

əhalini isə “ikinci növ”, “üçüncü növ” vətəndaş kimi nəzər-

dən keçirməsini olduqca təhlükəli təzahür kimi səciyyələn-

dirir (biz bu mülahizəni bölüşməsək də, problemlə bağlı 

polemikaların aprılmasını faydalı hesab edirik – İ.M.).   

Bir sıra mütəxəssislərin fərqli sistemlərdə apardıqları 

araşdırmalar  sayəsində  gəldikləri nəticələri və verdikləri 

proqnozları həyat və praktika artıq dəfələrlə təsdiq etmişdir. 

Media tədqiqatçılarının millətlərarası  və dövlətlərarası 

münasibətlərin KİV-də adekvat şəkildə  işıqlandırılması,  

problemin səbəblərinin obyektiv və  əsaslandırılmış  şəkildə 

əhaliyə çatdırılması  və hansı neqativ nəticələrə  gətirib 

çıxaracağının  əvvəlcədən müəyyən edilməsi üçün 

emosiyalara, başqa xalqlara qarşı  ədavət hisslərinə yol 

verilməməsi, publikasiyaların real həyata söykənməsinin 

təmin olunması  məqsədi ilə redaksiyaların strukturunda və 

yaxud da millətlərarası problematikaya yönəlmiş ayrıca 

səriştəli sosioloji xidmət qruplarının yaradılmasının 

vacibliyi haqqında təklifləri

36

 həyata keçirilir və onların 



fəaliyyəti problemin həllində  KİV-in təsirliliyinin 

artmasında xüsusi rol oynayır. 

Fikrimizi təsdiq etmək üçün hələ 1991-ci ildə (SSRİ-

nin dağıldığı il – İ.M.) keçirilmiş  irihəcmli bir sosioloji 

                                            

36

 Мазанлы  И.А.  Печать  как  фактор  совершенствования 



межнациональных  отношений.  Дис. ... канд.  ист.  наук. – Москва.: 

АОН при ЦК КПСС, 1991, стр. 137. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

72 


 

tədqiqata müraciət etmək istərdik. Tədqiqat 20 ildən artıq 

əvvəl aparılsa da, onun aşkara çıxardığı hallar hazırda yaşa-

dığımız günlərin gerçəkliklərini demək olar ki, təfərrüatı ilə 

özündə  əks etdirir. Bu da millətlərarası  və dövlətlərarası 

münaqişələrin yaranmasının və bəzən də onların həlli üçün 

zorakılıqdan istifadənin səbəbinin məhz KİV-lə milli 

məsələyə aid stereotip və xürafatların, başqa xalqlara 

nifrətin insanların beyninə yeridilməsi ilə bağlıdır. Sosioloji 

sorğu Rusiyanın Stavropol, Şimali Osetiya, Kemerov, 

Orenburq və Pskov vilayətlərində, Moskva şəhərində 

keçirilmiş və təxminən 4 min nəfəri əhatə etmişdir.  

Sosioloji sorğunun subyektləri arasında bizim üçün 

daha çox maraq kəsb edən Stavropol vilayətidir.  Əgər 

nəzərə alsaq ki, bu vilayətdə yerli etnos sayılan ruslardan 

sonra sayına görə azsaylılar ermənilər hesab olunurlar, 

sorğunun nəticələrinin regionda baş verən proseslərin 

qiymətləndirilməsində oynayacağı rolu müəyyən etmək o 

qədər də  çətin deyil. 2010-cu ilə olan məlumata görə,  

Stavropolun əhalisi 2 790 789 nəfər olub və onların 161 324 

nəfərini, təxminən 6 %-ni ermənilər təşkil edir.

37

 



Azərbaycanlı əhali 17800 nəfərdən ibarətdir ki, bu da 0,65 

%-ə bərabərdir.  

                                            

37

 Итоги Всероссийской переписи населения 2010 года в 



отношении демографических и социально-экономических 

характеристик отдельных национальностей.



 

http://www.gks.ru/free_doc/new_site/perepis2010/croc/results2.html



  


İlham A.Mazanlı_________________________________________________________ 

 

73 


 

Sorğu vərəqinə daxil edilmiş iki suala verilən cavab 

bizim diqqətimizi daha çox cəlb edir. “Elə millətlər varmı 

ki, siz onlara qarşı  ədavət hissi keçirirsiniz?” sualına 

Stavropolluların 33 %-i müsbət cavab vermişdir. Rəyi 

soruşulan paytaxtlıların da 20 %-i sualı bu cür 

cavablandırmışdır. Respondentlər başqa millətlərə kinli 

münasibət bəsləmələrinin birinci səbəbi kimi onlarla məişət 

səviyyəsində münasibət saxlamalarını, istehsalatda birgə 

çalışdıqlarını və bu əsasda da onlara yaxşı bələd olduqlarını,  

ikinci səbəb kimi isə millətlərarası münaqişələrin günahkar-

ları haqqında yaranmış təsəvvürləri göstərmişlər.                                  

“Gündəlik həyatınızda başqa millətlərdən olan 

insanlara xoşagəlməz münasibətlə,  onlar haqqında tənqidi 

fikirlərlə rastlaşmısınızmı?” sualına da Stavropollular eyni 

fəallıqla cavab vermişlər – yenə 33 %. Paytaxtlıların 35 %-i 

bu cür hallarla rastlaşdıqlarını bildirmişdir. Nəzərə alaq ki, 

əhalinin siyahıya alınmasına görə 2010-cu ildə Moskva 

şəhərinin  əhalisi 11.503.501 nəfər olmuşdur. Ermənilər 

etnosların sayına görə burada da ilk yerlərdən birindədirlər 

(rus, ukraynalı  və tatarlardan sonra – İ.M.). Paytaxt 

sakinlərinin 0,93 %-ni (106 466 nəfər) təşkil edirlər

38



Ümumiyyətlə, demoqrafiyaya aid statistik məlumatlar 



göstərir ki, Rusiyanın  əksər regionlarında ermənilər sayına 

                                            

38

 Итоги Всероссийской переписи населения 2010 года в 



отношении демографических и социально-экономических 

характеристик отдельных национальностей.

  

ru.wikipedia.org/wiki/население_москвы



 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

74 


 

görə etnoslar arasında ilk yerlərdən birini bölüşürlər. Şübhə 

etmirik ki, yerli əhalinin “rəğbətinin qazanılmasında” 

(sosioloji sorğuların nəticələrinə görə - İ.M.) onların rolu az 

deyildir. 

Təxminən 20 il sonra – 2010-cu il may ayının 1-2-də 

Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi Rusiyanın 

42 vilayət, mahal və respublikalarının 140 yaşayış məntəqə-

sində keçirdiyi sorğuda analoji suallarla 1600 nəfərə 

müraciət etmişdir. Ötən müddət  ərzində başqa xalqlara 

neqativ münasibət bəsləyənlərin sayı 2 % artaraq 35 %-ə 

bərabər olmuşdur. Onların  da 29 %-i Qafqaz xalqlarının 

nümayəndələrindən, 6 %-i Orta Asiyalılardan, 3 %-i isə 

çinlilərdən və 

yəhudilərdən xoşu gəlmədiklərini 

bildirmişlər. Rəyi soruşulanların 50 %-i başqa millətlərə 

nifrətlərinin səbəbini izah edə bilməmiş, qalanları isə bunu 

terrorizmdən qorxu hissi ilə əlaqələndirmişlər

39

.  


Rusiyada millətlərarası münasibətlərin pisləşməsini 

moskvalılar (63 %) və peterburqlular (54 %) da təsdiq 

etmişlər. Lakin, nə moskvalılar (68 %), nə də peterburqlular 

(72 %) ölkədəki problemlərin qeyri-rus millətlərinin 

nümayəndələri ilə əlaqələndirilməsi fikri ilə razı deyillər

40



Sosioloji sorğular dövlətlərarası münasibətlərin  

qiymətləndirilməsində  də maraqlı  məqamları üzə  çıxarır. 

“Avrasiya Monitor” Beynəlxalq Tədqiqat Agentliyinin 

                                            

39

 http://www.rb.ru/article/29-rossiyan-negativno-otnosyatsya-k-



kavkaztsam/6422737.html 

40

 



http://wciom.ru/index.php?id=459&uid=112178

 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə