İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə21/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   17   18   19   20   21   22   23   24   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

78 


 

maksimum mümkün həllinə nail olmalı, c) Rusiya 

rəhbərliyini öz geosiyasi ambisiyalarından imtina etmədən 

avropaatlantika birliyinin tamhüquqlu üzvü ola biləcəyinə 

və postimperiya ambisiyalarından imtina etməyə inandırma-

ğa çalışmalıdır. Bjezinskinin fikrinə görə, bu məsələnin 

müzakirəsi zamanı    Rusiya  ilə Gürcüstan arasındakı 

münasibət və digər qaynar nöqtələrdəki situasiyalar 

“sammitin” qaynar mövzuları olmalıdır

44

.   



Rusiya Federasiyasının hazırkı “qızdırmalı” 

davranışı, imperiyanı (SSRİ) yenidən bərpa etmək ümidləri, 

postsovet respublikalarının müstəqilliyini qəbul edə 

bilməmələri bu ölkənin siyasilərinin, o cümlədən, media 

praktiklərinin və  tədqiqatçılarının bəyanatlarında, elmi 

araşdırmalarında özünü daha qabarıq  şəkildə büruzə verir. 

Bəzi media nəzəriyyəçiləri imperiyanın (Rusiya 

Federasiyası) perspektivsizliyindən narahat olaraq, 

cəmiyyətdəki təcrid olunma və sosial-siyasi qruplar 

arasındakı fikir və mövqe ayrılıqlarının və ixtilafların daha 

da dərinləşməsini faktiki olaraq ümummilli (ümumdövlət) 

mətbu kütləvi informasiya vasitələrinin olmaması ilə izah 

edirlər. Onlar sovetlər dövründə  mərkəzi qəzetlər sayılan  

                                            

44

 

Бжезинский дал советы Обаме перед визитом в Москву. 

«Газета.Ru», 02.07.2009. 

http://www.gazeta.ru/news/lenta/2009/07/02/n_1378224.shtml 



 


İlham A.Mazanlı_________________________________________________________ 

 

79 


 

“Труд”, “Комсомольская правда”, “Рабочая трибуна” və 

s. qəzetləri öz statuslarını qoruyub saxlasalar da və ya da 

yenidənqurma və  aşkarlıq dövrünün ən səs-küylü qəzeti 

sayılan və  hələ  də yüksək  tirajla çap olunan, lakin “başlı-

başına buraxılmış” “Московский комсомолец” qəzetlərini 

öz funksiyalarını artıq  əvvəlki səviyyədə yerinə yetirən 

ciddi mətbuat nümunələri hesab etmirlər və göstərirlər ki, 

bu qəzetlərdə millətlərarası münasibətlərin kəskinləşməsinin 

qarşısını almağa yönəlmiş yazılar çox nadir hallarda çap 

olunur. Qəzetlər yalnız bu münasibətlərin kəskinləşməsi 

faktlarını diqqətə çatdırmağı  və bütün bunlara görə yalnız 

hökumət strukturlarını ittiham etməyi (Çeçenistan və 

qismən də Tatarıstanla bağlı hadisələr zamanı olduğu kimi) 

bacarırlar. Qəzetlərin böyük bir qismi SSRİ-nin dağılmasını 

rus imperiyasının və XX əsrin yetmiş illik tarixinin 

yetişdirdiyi, daxili səbəblərdən törəyən və ya da öz-özünə 

əmələ  gələn proses kimi xarakterizə edir və buna bəraət 

qazandırırlar. KIV-lər bu nöqteyi-nəzəri əsaslandırmaq üçün 

müxtəlif arqumentlər irəli sürürlər. Aşağıdakı tipik bir 

nümunəni buna misal göstərə bilərik: “Kommunistlər milli, 

dövlət və iqtisadi suverenliyi zorakıcasına dayandırmaqla və 

boğmaqla respublikalar arasındakı qarşıdurmanın təməlini 

qoydular.  İqtisadi və milli suverenliyə yol verilən kimi, 

İttifaq dağıldı. Halbuki, İttifaqın suverenliyi həm iqtisadi, 

həm də milli suverenliyi istisna edirdi”.

45

 Ən yaxşı halda 



                                            

45

 Васильев В. П. Методология и методика конкретных социальных 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

80 


 

bunu həmin dövrdə millətlərarası münasibətlər sahəsində 

baş verən proseslərin mahiyyətinin başa düşülməməsi,  ən 

pis halda isə ictimai şüurun səfərbər edilməsinə yönəldilmiş 

və bilə-bilə düşünülmüş yarımhəqiqət,  əvvəllər Rusiya, 

sonralar isə SSRİ adlanan və əsrlərlə mövcud olmuş vahid 

bir dövlətin süqutunun səbəblərinin bir növ  “obyektivləş-

dirilməsi” cəhdləri kimi də qiymətləndirmək olar. Amma, 

heç bir halda bu tədqiqatçıların belə bir fikirləri ilə  

razılaşmaq olmaz ki, SSRİ-nin dağılması heç bir xalq üçün 

sərfəli deyil, əsrlərlə vahid bir dövlətdə yaşayan, bir-biri ilə 

sıx iqtisadi, sosial-mədəni və  şəxslərarası  əlaqədə olan 

insanlar bu əlaqələri kəsən kimi bir saatın içində yadlaşma 

zolağına düşdülər, özünütəcrid  şəraitində öz faktiki və 

xəyali suverenlikləri ilə tənha qaldılar. 

Bu fikri irəli sürən və adıçəkilən prosesi “obyektiv-

ləşdirənlər” özləri də başa düşürlər ki, müasir dövrdə  və 

müasir dünya nizamında hər hansı bir ölkənin özünün 

könüllü razılığı olmasa, heç bir xalq onun bütövlüyünə 

müdaxilə edə bilməz.  Əks halda hazırda bütün dünyada 

mövcud olan dövlətlərin sərhəd bölgüsünə yenidən 

baxılmalıdır, çünki onların hamısının sərhədləri ayrıca 

etnosların məskunlaşdıqları sərhədlərlə üst-üstə düşmür. Bu 

tədqiqatçıların belə bir fikirləri də yanlışdır ki, dövlət 

hüququ pozularaq, daha dəqiq desək, beynəlxalq  hüququn 

ümumi normalarına uyğun yaşayan bir dövlət məhv edilərək 

                                                                                        

исследований СМИ и пропаганды. М.: 1986. 




İlham A.Mazanlı_________________________________________________________ 

 

81 


 

(SSRİ-nin süqutu nəzərdə tutulur), onun yenidən qurulması 

prosesində sonrakı hüquqi özbaşınalığa yol açılmışdır.

46

 



Zənnimizcə, dövlət hüququ pozularaq, beynəlxalq  hüququn 

normalarına uyğun yaşayan bir dövlət məhv edilərkən bu 

dövlətin malik olduğu güclü ordunun nə bir əsgərinin, nə də 

ki, əsas prinsipi “hər şey insan üçün, hər şey insan naminə” 

olan cəmiyyətin heç bir üzvünün bu dövlətin müdafiəsinə 

qalxmadığını  həmin tədqiqatçılara xatırlatmaq onların 

obyektiv mövqedə olmadıqlarını anlamaları üçün kifayət 

edər.  


Hətta, yuxarıda deyilənlərin hamısının ayrı-ayrılıqa 

düz olduğunu düşünsək belə, bu müəlliflərin gəldikləri 

nəticələrlə razılaşmaq mümkün deyildir. Əlbəttə, istənilən 

xalqın və millətin müstəqil olmağa haqqı vardır, lakin bu 

xalqın  böyük bir qismi artıq ayrıca bir dövlət  şəklində öz 

müstəqilliyini təsbit etmişdirsə, başqa bir dövlətin 

ərazisində yaşayan kiçik bir qisminin bu iddiada olması 

əsassızdır və bir növ “siyasi həyasızlıq” və “özbaşınalıqdır”.  

Belə bir şərt də vacibdir ki, bu müstəqillik başqa xalqların 

milli ləyaqətinə və hüquqlarına zərbə vurmamalıdır.  

Sivilizasiyanın inkişafı, demokratik və hüquqi 

dövlətin  əsaslarının yaradılması, vətəndaş  cəmiyyəti 

uğrunda mübarizə göstərir ki, millətlərarası 

və 


                                            

46

 Власть, закон, пресса. Материалы конференции. М.: Б. п., 1998. 



http://www.dissercat.com/content/sredstva-massovoi-informatsii-kak-

mekhanizm-sovershenstvovaniya-natsionalnykh-otnoshenii 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə