İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə20/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   16   17   18   19   20   21   22   23   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

75 


 

2008-ci ilin aprel-may aylarında MDB-yə daxil olan 13 

dövlətdə keçirdiyi sorğu (16143 nəfəri  əhatə etmişdir)     

postsovet məkanında dost və düşmən ölkələri, eyni 

zamanda, onların hansı ölkələrlə birləşməyə meylli olduq-

larını müəyyən etmişdir.  Azərbaycanlı respondentlərin 39 

%-i MDB və Baltikyanı ölkələrinin  heç birini dost ölkə 

kimi qəbul etmir, 21 %-i Gürcüstanı, 20 %-i isə Ukraynanı 

dost ölkə kimi qeyd etmişdir. Əhalinin 31 %-i Türkiyə ilə, 

24 %-i isə Avropa İttifaqı ilə birləşmək arzularını ifadə 

etmişdir.  Ermənistan  əhalisinin böyük əksəriyyəti (82 %) 

Rusiyanı, 16 %-i Gürcüstanı, 1 %-i isə Azərbaycanı dost  

ölkə hesab edir. Burada əhalinin 67 %-i Rusiya ilə ittifaqa 

meyllidir, 23 %-i isə kiminləsə birləşməyə ehtiyac 

olmadığını bildirmişdir.  Gürcüstan sakinlərinin 41 %-i

41

 



Azərbaycanı dost ölkə kimi tanıyır. Azərbaycan 

Ukraynanın, Baltikyanı və Orta Asiya ölkələrinin də dostları 

sırasındadır.  

Maraqlısı burasındadır ki, sorğunun nəticələrinə 

görə, MDB ölkələrinin heç biri Ermənistanı özünə dost ölkə 

hesab etmir. Ermənistan, hətta əhalisinin böyük əksəriyyəti 

özünə dost ölkə hesab etdiyi Rusiyadan da bu dəstəyi ala 

bilməmişdir. Rusiyalı respondentlər bu situasiyaya analoji 

olaraq MDB ölkələrinin rəhbərləri arasında Ermənistanın 

prezidenti Serj Sarqsyana etibar etmədiklərini bildirmişlər.

 

Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev bu 



                                            

41

 http://wciom.ru/index.php?id=459&uid=11043 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

76 


 

reytinq cədvəlində üçüncü pillədədir. Rusiyalılar həmçinin 

stabil və iqtisadi nailiyyətlər qazanan ölkə kimi də 

Azərbaycanı Ermənistandan öndə görürlər (21-22 noyabr 

2009-cu il)

42

.  



Yuxarıdakı situasiyalar  millətlərarası  və dövlətlər-

arası münasibətlər sahəsində Rusiyanın siyasi rəhbərliyinin 

və ictimaiyyətinin mövqeləri arasında kəskin təzadların 

olduğunu ortaya qoyur. Belə  nəticəyə  gəlmək olur ki, 

Rusiyanın  əksər kütləvi informasiya vasitələri özlərinin 

sələfləri olan SSRİ kütləvi informasiya vasitələrinin 

millətlərarası münasibətlər problematikasının işıqlandırıl-

ması sahəsindəki “təcrübə” və  “ənənə”lərini davam 

etdirməkdədir. Arzu olunan şeylərin gerçəklik kimi qələmə 

verilməsi nəinki ölkə daxilində millətlərarası, eyni zamanda 

dövlətlərarası münasibətlərə    də olduqca neqativ təsir 

göstərir. SSRİ-nin dağılmasını yeni yaranmış müstəqil 

ölkələrin iqtisadiyyatı üçün əlverişsiz hesab edən KİV-lər 

Rusiya Federasiyasının bəzi inzibati subyektlərinin 

(məsələn, Tatarıstan – İ.M.) bütövlükdə ölkə ilə 

müqayisədə daha böyük iqtisadi inkişafa nail olduqlarını 

görməyə bilməzlər.  KİV-in problematikaya bu cür mövqeyi 

vəziyyəti daha da gərginləşdirir.  İqtisadi faktorlar 



zəminində dağılan SSRİ-nin  xələfi olan Rusiya 

Federasiyasında  milli münasibətlər zəminində yaranmış 

vəziyyət (Çeçenistan, Dağıstan, İnquşetiya, Stavropol və  s. 

                                            

42

 http://wciom.ru/index.php?id=459&uid=12881



 


İlham A.Mazanlı_________________________________________________________ 

 

77 


 

regionlarda silahlı qarşıdurmalar, qeyri-rus millətlərdən olan 

vətəndaşlara qarşı nümayiş etdirilən xoşagəlməz münasibət)  

bu sahədə  gərginliyin getdikcə artacağını  təxmin etməyə 

əsas verir. Mütəxəssislər SSRİ-nin süqutu nəticəsində 

yaranan sosial, siyasi və hüquqi problemlərin hələ  də tam 

həll olunmadığını, bəşəriyyət üçün əlavə qlobal sosial-

hüquqi problemlər yaratdığını  nəzərə alaraq, Rusiyanı bu 

siyasəti davam etdirməkdən çəkinməyə çağırırlar.  

Məşhur Amerika politoloqu, ABŞ-ın keçmiş 

prezidenti Cimmi Karterin  milli təhlükəsizlik məsələləri 

üzrə müşaviri (1977-1981-ci illər), “SSRİ-nin dağılması 

modelinin müəllifi”, “SSRİ-nin süqutunun arxitektoru” adı 

ilə tanınmış sovetoloq Zbiqnev Bjezinski

43

  ABŞ-ın hazırkı 



prezidenti Barak Obamanın Moskvaya səfəri (iyul 2009-cu 

il) öncəsi 

The Financial Times” qəzetində çap etdirdiyi 



məqaləsində Dmitri Medvedyev və Vladimir Putinlə 

görüşlərində Obamaya üç məsələnin müzakirəsində ciddi 

mövqe tutmağı tövsiyə edir (Z.Bjezinski bu cür tövsiyələri 

vaxtaşırı hazırlayır).  O,  a)  Rusiya  ilə ABŞ-ın müttəfiq 

olduqları  məsələlərin, b) iki ölkə arasındakı ziddiyyətlərin 

dünya ictimaiyyətində bərqərar olmuş qaydalar çərçivəsində 

                                            

43

 Zbigniew Brzezinski and P.Huntington. Political Power:USA-USSR. 



Similarties and Contrasts Convergence or Evolution. The Viking Presa, 

New York,1964.; Zbigniew Brzezinski.   Game Plan.  А  Geosrategic 

Framework for the   Conduct of the  US.-Soviet Contest.  Boston/New 

York: The  Atlantic Monthly Press, 1986.;



 

З.Бжезинский.  Великая 

шахматная доска (

The Grand Chessboard)

. Москва, 1998. -256 c. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə