İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə28/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   24   25   26   27   28   29   30   31   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

105 


 

Ali Sovetinin Rəyasət Heyəti Sovet İttifaqı ilə İran arasında 

mehriban qonşuluq 

əlaqələrinin möhkəmlənməsi 

marağından çıxış edərək, göstərilən Sazişin ratifikasiya 

edilməsini dəstəkləyir.      

M.İ.Əliyev çıxışına davam edərək deyir ki, bizə 

məlumdur ki, İranda heç də hamı Sovet İttifaqı ilə olan 

yaxşı  əlaqələri qiymətləndirmir və orada milli maraqlara 

zidd olaraq, bu cür münasibətləri istəməyən qüvvələr var. 

Bu qüvvələr  İranı Yaxın və Orta Şərqdə ABŞ  və  İngiltərə 

tərəfindən cəmləşdirilən və Sovet İttifaqına düşmən 

münasibəti olan bloklarda iştirak etməyə sürükləyirlər. 

M.İ.Əliyev qeyd edir ki, Sovet İttifaqı qarşısında götürdüyü 

öhdəliklərə görə,  İranın bu cür bloklara qoşulması 

yolverilməzdir və Sovet-İran Sazişi SSRİ ilə  İran arasında 

mehriban qonşuluq  əlaqələrinin möhkəmlənməsinə xidmət 

edəcəkdir.  

SSRİ Ali Sovetinin  Sovet İttifaqı    Xarici  İşlər 

Komissiyasının üzvü N.S.Potoliçev (Belorusiya SSR) 

Sovet-İran Sazişini böyük dövlətin kiçik ölkələrlə 

münasibətlərinin vacib məsələlərini bərabərlik  əsasında və 

qarşılıqlı maraqlar nəzərə alınmaqla, danışıqlar yolu ilə həll 

etməsinin nümunəsi adlandırmışdır. O demişdir ki, belə bir 

faktın üzərindən də keçmək olmaz ki, bəzi böyük xarici 

dövlətlər  İranı Sovet İttifaqına düşmən olan hərbi-siyasi 

qruplaşmalara cəlb etmək istəyirlər. Həmçinin  İranın 

özündə də görkəmli mövqeyə malik insanlar var ki, onlar da 

İranın Yaxın və Orta Şərqdə ABŞ  və  İngiltərə  tərəfindən 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

106 


 

yaradılan aqressiv bloklara qoşulmasında maraqlıdırlar.  

N.S.Potoliçev  İranın təhlükəli avantüra yoluna cəlb 

olunmaması üçün İran hökumətinin və xalqının düşünülmüş 

və ehtiyatlı yol tutacağına inandığını bildirmişdir.  

SSRİ Ali Sovetinin  Sovet İttifaqı    Xarici  İşlər 

Komissiyasının sədri M.A.Suslov bu Sazişi hər iki ölkə 

üçün qarşılıqlı şəkildə sərfəli adlandırır və beləliklə də SSRİ 

Ali Sovetinin  Sovet İttifaqı    Xarici  İşlər Komissiyası ilə 

Millətlər  Şurası Komissiyası SSRİ  və  İran arasında sərhəd 

və maliyyə  məsələlərinin tənzimlənməsi  haqqında Sazişin 

SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq 

olunmasını tövsiyə edir.

59

 Zənnimizcə, bu cür qərarın 



qondarma “erməni soyqırımı” günü ərəfəsində  qəbul 

olunması  və bu haqqda məlumatın məhz aprelin 24-də 

“Известия” qəzetində çap olunması da təsadüfi xarakter 

daşımır.  

Paradoks burasındadır ki, Azərbaycan  ərazisinin 

İrana verilməsi haqqında son rəsmi sənəd də iki il sonra 

yenə  də  məhz aprel  ayında imzalanmışdır.  1957-ci il 

aprelin 11-də  Tehranda İranın Xarici İşlər Nazirliyində 

SSRİ  və  İran arasında dövlət sərhədinin demarkasiyası  və 

redemarkasiyası yekun sənədinin imzalanma mərasimi 

                                            

59

 В  Комиссиях  по  иностранным  делам  Совета  Союза  и  Совета 



Национальностей  Верховного  Совета  СССР.  Газета    “Известия”. 

1955, 24 апреля, № 97 (11786) 




İlham A.Mazanlı_________________________________________________________ 

 

107 


 

keçirilir.  Sənədi Sovet İttifaqı  tərəfdən  SSRİ-İran birgə 

komissiyasının sədri, SSRİ diplomatik  nümayəndə 

heyətinin başçısı  P.D.Orlov, nümayəndə heyətinin baş 

katibi müşavir A.L.Voronin və nümayəndə heyətinin üzvləri 

polkovnik Y.Q.Jidkov, polkovnik A.A.Sokolov, polkovnik 

Y.X.Volkov və Azərbaycan SSR hökumətinin təmsilçisi 

R.R.Həsənov (kimliyi və tutduğu vəzifə barədə  məlumat 

verilmir – İ.M.) imzalayırlar.  

İran tərəfdən isə  sənədi SSRİ-İran birgə 

komissiyasının sədri, korpus generalı senator A. Cahanbani, 

nümayəndə heyətinin üzvləri polkovnik A.Teyfuri, 

polkovnik T.Behnam,   polkovnik M.Batiri, mühəndis 

İ.Hasabəyi və nümayəndə heyətinin baş katibi, müşavir 

H.Dəryabəri imzalamışlar.  

SSRİ  və  İran arasında dövlət sərhədinin demarka-

siyası  və redemarkasiyası yekun sənədinin imzalanması 

haqqında Sovet-İran kommünikesində (rəsmi məlumat)

60

 

göstərildiyi kimi, iki dövlət arasında sərhədlərin 



dəqiqləşdirilməsi üzrə aparılan işin müvəffəqiyyətlə başa 

çatması  nəticəsində SSRİ-İran-Türkiyə  və SSRİ-İran-

Əfqanıstan sərhədləri boyunca 2000 km.-lik məsafədə bütün 

ərazilər dəqiq müəyyənləşdirilir, sərhəd nişanları ilə 

işarələnir, xüsusi sənədlərdə ətraflı təsvir edilərək xəritələrə 

                                            

60

 Советско-Иранское  коммюнике  о  подписании  итоговых 



документов демаркации и редемаркации государственной границы 

между СССР и Ираном. Газета “Правда”, 1957, 13 апреля. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

108 


 

köçürülür. Beləliklə, onlarla kvadrat kilometr əzəli və tarixi 

Azərbaycan torpaqları qondarma “erməni soyqırımı” günü 

ərəfəsində başqa dövlətə hədiyyə edilir.  

İmzalanma mərasimində  səslənən çıxışlardakı  bəzi 

məqamlar tədqiq etdiyimiz problematika baxımından 

diqqətimizi xüsisilə  cəlb edir. İran nümayəndə heyətinin 

başçısı, korpus generalı senator A.Cahanbani çıxışında deyir 

ki, o, ikiillik gərgin zəhmətdən sonra iki dövlət arasında 

sərhədlərin demarkasiyası və redemarkasiyası üzrə işin başa 

çatmasına və  səmimi dostluq şəraitində  hər iki tərəfin 

müvəkkil edilmiş  təmsilçiləri tərəfindən yekun protokolun 

imzalanmasına hədsiz dərəcədə 

şaddır. General 

A.Cahanbani yekun sözündə “sərhəd məsələlərinin 

müvəffəqiyyətlə  həll olunmasının iki dövlət arasında hələ 

lap qədim dövrlərdən mövcud olan tarixi qarşılıqlı 

münasibətlərin möhkəmlənməsinə xidmət edəcəyinə, 

mehriban qonşuluq münasibətlərinin və  hər iki tərəfin 

xalqları arasındakı dostluğun gələcəkdə daha da 

möhkəmlənəcəyinə əmin olduğunu bildirir.”

61

 



SSRİ Xarici İşlər nazirinin birinci müavini 

V.V.Kuznetsov cavab nitqində bu gün SSRİ  və  İran 

arasında dövlət sərhədinin demarkasiyası 

və 


                                            

61

   Подписание  итоговых  документов  демаркации  и  редемаркации 



государственной границы между СССР и Ираном. Газета “Правда”, 

1957, 13 апреля. Газета “Правда”, 1957, 13 апреля. 

  



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə