İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə24/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   20   21   22   23   24   25   26   27   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

90 


 

partiyalar tərəfindən öz məqsədlərinə çatmaq üçün daha fəal 

şəkildə istifadə olunur. Müasir cəmiyyətlərdə  fəaliyyət 

göstərən sol təmayüllü partiyalar “milli ideya”nı sosialist 

məzmuna malik ideya kimi qəbul edirlər.  

Solçuluq sosial məqsədlərə nail olmaq məqsədi ilə 

inqilabi dəyişiklikləri nəzərdə tutan siyasi xəttin 

radikallaşdırılmış ifadəsidir və bunun üçün hətta zorakılığın 

tətbiqini də  məqbul hesab edir; əsasən azadlıq, bərabərlik, 

qardaşlıq, hakimiyyətsizlik və s. emosional və ya da 

uydurma şüarlarla bağlı olur. Yaranma tarixi etibarilə 1789-

1794-cü illər Böyük Fransa inqilabı dövrünə gedib çıxır. O 

Ali nümayəndəli orqanının deputatlarının kralı 

dəstəkləyənhissəsi iclas salonunun sağ 

tərəfində,  

əleyhdarları isə sol tərəfində otururdular. Lakin, hələ 

bundan əvvəl də sağçılıq düzgünlüyün, solçuluq isə şeytan 

qüvvələrə yaxınlığın rəmzi kimi başa düşülürdü. Belə hesab 

edirlər ki, sollar dəyişikliklərə, bərabərliyə, sağlar isə 

ənənəyə, guya həqiqi azadlığı  təmin edən cəmiyyətin 

iyerarxiyalılığına meyl edirlər.  

Siyasətdə sol qüvvələrin ifrat təzahürü olub, 

destruktiv və anarxist səciyyə daşıyan solçuluq gələcəyə 

ümid bəsləyən tələbələri, sinfi simasını itirmiş lümpen 

proletariatı, işsiz gəncləri, ziyalıların sosial temperamentinə 

görə qeyri-sabitliyə meylli qismini əhatə edir. Sosial-sinfi 

zülmlə yanaşı,  əlavə problemlərlə qarşılaşan irqi və etnik 

azlıqların nümayəndələri, feministlərin, “ifrat yaşılların” 

müəyyən hissəsi də solçuluğa meylli olurlar.  




İlham A.Mazanlı_________________________________________________________ 

 

91 


 

Ümumiyyətlə, cəmiyyətin istənilən sosial təbəqəsinə 

mənsub olan “kəskin hiss” tərəfdarları solçuluğa 

meyllidirlər. Volyuntarizm, ifrat inqilabçılıq, siyasi 

avantürizm, “inqilabi partlayış” (guya bundan sonra hər şey 

öz-özünə yeni şəkildə qaydaya düşəcəkdir) solçuluğun 

ayrılmaz xüsusiyyətləridir. Solçuluq əksyönümlü qüvvələrin 

həyata keçirdikləri siyasi fırıldaqlar üçün də münasib pərdə 

rolunu oynayır.  

Solçuluq uzun çəkən böhranlı proseslər zamanı da 

meydana çıxa bilir. Siyasətdə zorakılığı  dəstəkləmək, 

iqtisadiyyatda səriştəsiz və  tələsik qərarların qəbulu və 

tətbiqi, mədəniyyət sahəsində  “xilasedici” tədbirlərin 

görülməsi və s. solçuluq üçün olduqca xarakterikdir. 

Solçuluqda azadlıq barədə moizələrin  ən vulqar bərabərlik 

və avtoritarizm ilə birləşdirilməsinə  də yol verilə bilər. 

Lenin öz dövrü üçün solçuluğun nümunəsi olan “solluq 

uşaq xəstəliyi”nin politoloji təhlilini vermişdir. Lakin, 

inqilabın və proletariat diktaturasının labüdlüyü barədə 

onun müdafiə etdiyi ideyanın özündə  də  tənqid etdiyi 

fenomenin əlamətləri var idi.  

Siyasi fəallıq tərzi kimi, solçuluq 60-cı illərin 

gənclər hərəkatlarında (qoşizm, “yeni solların” fəallığı, 

üsyankarlıq formasında) və  hətta daha geniş ictimai 

hərəkatlarda da üstün yer tuturdu. 70-ci illərdə  hər yerdə 

solçuluğun zəifləməsi, 80-ci illərdə isə hətta “Sollar Reyqan 

uğrunda” hərəkatı (“korrupsiyaya qurşanmış üçüncü 

dünyanı” dəstəkləməkdən, sovet totalitarizminin bağışlan-




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

92 


 

masından tamamilə imtina etmək məqsədilə 1984-cü ildə 

təşkil olunmuşdu və antiamerikanizm şəraitini riyakarlıqla, 

bilərəkdən gərginləşdirirdi) kimi “qeyri-təbii” fenomenlər 

də müşahidə olunurdu. Ümumiyyətlə, sollar və sağlar 

arasındakı sərhədi qəti müəyyənləşdirməyin özü də çətindir. 

Təcrübə solçuluq  təmayüllü bir sıra siyasi təşəbbüslərin də 

perspektivinin olmadığını göstərmişdir. Bu tipdən olan 

“Avanqard” partiyaların (

 

Qara bəbirlər” radikal 



afroamerikan təşkilatı və s.) sosial bazaları da məhdud olur.  

Solçuluqdan imtina ümumən solların hərəkatında 

yeni istiqamətlər axtarıldığını göstərir. Lakin, özlərinin 

sosial fəallığını yenidən nəzərdən keçirən “yeni solların” 

xeyli hissəsinin elan etdikləri “sol radikalizmə dair 

rekviyem” siyasətdə solçuluğun tamamilə aradan qalxması 

və inqilabi idealın müvafiq şəkildə təfsiri demək deyildir. 

Əvvələn, ona görə ki, “yeni solların” və  hətta 

solçuluğun tərəfdarlarının siyasi təşəbbüslərinin bir çoxu 

bələdiyyə idarəçiliyi strukturları  səviyyəsində  həyata 

keçirilir.  



İkincisi, yeni radikalizmə ümid bəsləyən, 

idarəetməyə dair qərarların qəbul olunmasında birbaşa 

iştiraka meyl edən “ağ” və “göy” yaxalıqlıların yeni 

koalisiyası yaranır.  



Üçüncüsü, sol təşəbbüslərin bir çoxu mərkəzçi və 

sol siyasətçilər tərəfindən nəinki, rədd olunmamış, hətta 

müəyyən dərəcədə sabitləşmişdir. Ona görə də fəallığın yeni 

sahələri axtarılır (ekoloji və müharibə  əleyhinə  hərəkatlar, 




İlham A.Mazanlı_________________________________________________________ 

 

93 


 

keyfiyyətcə yeni hakimiyyət strukturlarının axtarılması, 

mədəniyyət sahəsində sanballı iş və s.). Belə halda əslində 

solçuluqdan danışmaq lazım gəlmir, onun ifratçılığı azalır. 

Solçuluğun keçmiş  tərəfdarları arasında yeni 

texnologiyalar  əsrində son dərəcə güclənmiş elitar 

strukturlara qarşı dayanan geniş demokratik nəzarət ideyası 

üstün yer tutmağa başlayır. Demokratik sosializmdən gələn 

bu ideya Qərbdə  gənclər arasında getdikcə daha geniş 

yayılır.


50

  

Müasir Azərbaycan cəmiyyətində fəaliyyət göstərən 

sol təmayüllü  partiyalar, məsələn,  Azərbaycan 

Kommunist Partiyası

51

,  Azərbaycan Kommunist 



Partiyası (AKP-MLP)

52

 və  Azərbaycan Yeni Nəsil 



Kommunist Partiyası

53

 “milli  ideya”nı  sırf sosialist 



                                            

50

 Politologiya. Ensiklopedik lüğət. -  Bakı:  “Elm” nəşriyyatı, 2007



səh.259. 

51

1993-cü ildə Ramiz Əhmədov tərəfindən qurulmuşdur. 



http://az.wikipedia.org/wiki/Azərbaycan_Kommunist_Partiyası

  

52



Azərbaycan Kommunist Partiyası

 

(AKP-MLP)



 

siyasi


 

partiya kimi 

2011-ci il oktyabrın 31-dən fəaliyyət göstərir. Azərbaycan Kommunist 

Partiyası

 

(marksizm-leninizm platformalı) (AKP-MLP) və  Ələsgər 



Xəlilovun başçılıq etdiyi Azərbaycan Kommunist Partiyasının 

birləşməsi nəticəsində yaranmışdır. Birləşdirici qurultayda AKP-MLP-

nin keçmiş başçısı Telman Nurullayev partiyanın birinci katibi, 

həmçinin Siyasi büronun üzvü seçilmişdir.

   

http://en.wikipedia.org/wiki/Communist_Party_of_Azerbaijan_(2011)



  

53

 



Azərbaycan Yeni Nəsil Kommunist Partiyası (AYNKP) siyasi-

içtimai çərəyan olaraq 2005-ci ilin fevralından mövcuddur. 2005-2007-

ci illər AYNKP dərnəkçilik formasında fəaliyyət göstərib. 2008-ci ilin 

əvvəlindən etibarən isə AYNKP özünün dərnəkçilik dövrünü başa vurub 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə