İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə27/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   23   24   25   26   27   28   29   30   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

101 


 

hüquqi dövlət prinsipləri ilə  qətiyyətlə irəliləyən 

sivilizasiyalı demokratiyanın təntənəsinə üstünlük verir.

58

    



Bizim də bölüşdüyümüz kimi, demokratik tranzit 

dövrünü yaşayan ölkələrin liberal demokratiya yolu ilə 

inkişafı, vətəndaş  cəmiyyətinin qurulması, güclü qeyri-

hökumət sektorunun yaradılması, ictimai təşkilatların 

nüfuzlu koalisiyalarda (xüsusilə  də insan hüquqlarının və 

medianın müdafiəsi sahəsində) birləşməsi, KİV-in dövlət 

tərəfindən dəstəklənməsi digər sahələrdə olduğu kimi, 

millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşməsi 

üçün də münbit şərait yaradır.  

Yuxarıda deyilənlər müasir dünyada (ən azı 

postsovet və postsosialist məkanı ölkələrində) qeyri-milli, 

qeyri-etnik bir məsələnin olmadığını bir daha təsdiq edir. 

Həyat milli müxtəlifliklərin tez bir zamanda aradan 

qaldırılmasının, silinməsinin mümkünlüyü barədə 

təsəvvürlərin yanlış olduğunu dəfələrlə sübut etmişdir. Hər 

bir milli mədəniyyət unikal bir xəzinə, unikal bir 

təzahürdür. Heç  bir milli mədəniyyət digər bir milli 

mədəniyyətin bənzəri ola bilməz və yaxud da hər hansı bir 

milli mədəniyyətin  əldə etdiyi ən yüksək nailiyyətlər belə 

başqa bir milli mədəniyyətin uğurlarını  əvəz edə  və ya da 

tam dəyişdirə bilməz.  Məhz bu cəhət milli mədəniyyətlər 

                                            

58

 İnozemtsev V. “Keçid cəmiyyətlərində demokratiya” mövzusunda 



Bakıda keçirilmiş beynəlxalq elmi-praktik konfransda çıxışı. 

“Azərbaycan” qəzeti, 2007-ci il, 25 may. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

102 


 

arasında transnasional bərabərliyin və bərabərhüquqluluğun 

təminatı üçün əsas rolunu oynayır. 

Milli özünəməxsusluğun  əsas  əlamətlərindən biri – 

birincisi  dildir. Dil insanlara özünü bu dildə danışanlarla 

eyniləşdirmək və ya da bu dildə danışmayanlardan fərqlən-

dirmək imkanı verir. Ona görə də keçmiş SSRİ xalqlarının 

dil probleminə diqqətlərinin kəskinləşməsi, “dövlət dili”  

problemi  ətrafında emosional gərginliyin artması, ana 

dilinin təsir dairəsinin məhdudlaşdırılması ilə bağlı  bəzi 

millətlərin narahatçılığı 

təbii təzahürlər kimi 

qiymətləndirilməlidir.  

Kütləvi informasiya vasitələrinin millətlərarası  və 

dövlətlərarası  məsələlərin işıqlandırılması sahəsində 

metodoloji  əsas və  təsirli vasitə rolunu məhz  ana dili 

oynayır. Milli-mənəvi mədəniyyətin özünəxas 

xüsusiyyətləri, tarixi məxəz və  mənbələr, folklor, etnik və 

müasir ədəbi-bədii nümunələr məhz ana dilində yaradılır və 

ana dili vasitəsi ilə yaşarlı olur. 

Dil məsələsi həmçinin bəzi ölkələrdə milli və 

transmilli məqamların qarşılıqlı münasibətlərində, ikidillilik 

və çoxdillilik məsələsi praktikasında da ciddi problemlərlə 

müşayiət olunur. Ölkənin ümumi həyatında yaxından iştirak 

etməyə olan ehtiyac ölkənin daxilində və xaricində  vasitəçi 

dildən (məsələn, MDB ölkələri arasında rus dilindən, Qərb 

və  Şərq ölkələri arasında ingillis dilindən) istifadə 

məsələsini qoyur. Ümumiyyətlə, dili milli spesifikanın ifadə 




İlham A.Mazanlı_________________________________________________________ 

 

103 


 

vasitəsi kimi nəzərədən keçirərkən, aşağıdakı hallara mütləq 

diqqət yetirmək vacibdir:  

 

a)    dil xalqın mahiyyətini və məişətini ifadə edir



b)    dil milli mənsubiyyəti müəyyən edir; 

c)   dil insanın hansısa milli mədəniyyətə    məxsus-               

luğunu   bildirir; 

d) dili bilməmək insanı onun millətindən və 

milliyyətindən kənarda qoymamalıdır.    

  

Yuxarıda deyildiyi kimi, Sovet İttifaqı Kommunist 



Partiyası imperiyaya qatılmış xalqların bu istiqamətdə 

mübarizələrini sındırmaq məqsədi ilə  ağlasığmaz cəza 

tədbirləri həyata keçirirdi. İnsan qanı üzərində qurulmuş 

bolşevik hakimiyyəti, bu hakimiyyəti quran “siyasi 

mujiklər”, onu qəlibə salınmış  çərçivədə idarə edən 

“xadimlər”, partiya liderləri  “kollektivləşməyə”, 

“qolçomaqlara”, “xalq düşmənlərinə”, dissidentlərə, “milli 

residivistlərə” və s. qarşı mübarizə adı altında mütərəqqi 

xalqların (rus xalqı da daxil olmaqla) öndə gedən 

ziyalılarını məhv edirdilər. Erməni millətindən olan partiya 

funksionerlərinin cəhdləri ilə  Azərbaycan xalqına qarşı 

tətbiq edilən cəza tədbirlərinin isə tarixdə presedenti 

yoxdur.  Azərbaycan torpaqları qonşu müttəfiq 

respublikaların  ərazilərinə qatılmaqla yanaşı, nə  qədər 

gülünc görünsə  də, SSRİ-nin “beynəlxalq nüfuzunun 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

104 


 

gücləndirilməsi” və “qardaşlıq və dostluq əlaqələrinin 

dada da möhkəmləndirilməsi” naminə qonşu dövlətlərə 

də hədiyyə edilirdi.  

1955-ci il aprel ayının 23-də Kremldə deputat 

M.A.Suslovun sədrliyi altında SSRİ Ali Sovetinin  Sovet 

İttifaqı    Xarici  İşlər Komissiyası ilə Millətlər  Şurası 

Komissiyasının bigə iclası keçirilir. İclasda SSRİ Nazirlər 

Soveti tərəfidən təsdiq edilmiş  və ratifikasiya üçün SSRİ 

Ali Sovetinin Rəyasət Heyətinə  təqdim olunmuş SSRİ  və 

İran arasında sərhəd və maliyyə 

məsələlərinin 

tənzimlənməsi  haqqında 1954-cü il dekabrın 2-də Tehranda 

imzalanmış  Saziş müzakirə edilir.  

SSRİ ilə İran arasında göstərilən Saziş barədə SSRİ 

Xarici  İşlər naziri, deputat V.M. Molotov məruzə edir. 

Müzakirələrdə SSRİ Ali Sovetinin  Sovet İttifaqı    Xarici 

İşlər Komissiyası ilə Millətlər  Şurası Komissiyasının üzv-

deputatları iştirak edirlər. 

İclasda Azərbaycan SSR-in Xarici İşlər naziri 

M.İ.Əliyev SSRİ Konstitusiyasının 18-ci maddəsinə uyğun 

olaraq, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti adından 

SSRİ ilə İran arasında ərazi dəyişikliyi haqqında Sovet-İran 

Sazişinin həyata keçirilməsinə  Azərbaycan SSR Ali Soveti 

Rəyasət Heyətinin razılığı barədə  bəyanat verməyə 

müvəkkil olunduğunu bildirir. M.İ.Əliyev  əlavə edir ki, 

dövlət sərhəd xəttinin dəyişdirilməsi nəticəsində 

Azərbaycan SSR-in bir-neçə on kvadrat kilometrlərlə 

ərazisinin  İrana keçməsinə baxmayaraq, Azərbaycan SSR 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə