İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə25/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   21   22   23   24   25   26   27   28   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

94 


 

məzmuna malik ideya kimi nəzərdən keçirir, Azərbaycanın 

inkişafını isə yalnız sosializmə qayıdışda görürlər. 

Azərbaycan Yeni Nəsil Kommunist Partiyası Azərbaycanın 

gələcək inkişafının təmin olunması üçün iki vəzifənin: 1) 

sosialist dövlət  ənənəsinin bərpa edilməsini; 2) 

Azərbaycanın milli suverenliyinin, milli istiqlalının 

qorunmasını prioritet hesab edir və  əhalinin təminatını öz 

üzərinə götürən sosialist dövlət formasını daha 

məqsədəuyğun sayır (AYNKP-nin Proqramı. Ümumi 

müddəalar, maddə 14, 15).

54

   



Azərbaycanın  ən böyük siyasi partiyası - Yeni 

Azərbaycan Partiyası

55

 Azərbaycanın müstəqil 



dövlətçiliyi-ni milli maraqlar baxımından əsas sərvət hesab 

                                                                                        

siyasi partiya kimi formalaşmağa başlamış və təşkilatlanma

 

mərhələsinə 



qədəm qoymuşdur. Ədliyyə Nazirliyinə

 

müraciət olunsa da, qeydiyyata 



alınmamışdır. 2009-cu ilin sonlarında fəaliyyəti müvəqqəti olaraq 

dayandırılmış, 2011-ci

 

ildən etibarən yenidən bərpa



 

edilmişdir.

 

http://az.wikipedia.org/wiki/Azərbaycan_Yeni_Nəsil_Kommunist_Parti



yası 

54

 Azərbaycan Yeni Nəsil Kommunist Partiyasının Proqramı. 



http://kommunist.biz/aynkp-partiya-haqqinda/yeni-nesil-azerbaycan-

kommunist-partiyasinin-proqrami/

 

55

 Yeni Azərbaycan Partiyası - Azərbaycanın ən böyük siyasi partiyası. 



Üzvlərinin sayı yarım milyondan artıqdır. Partiyanın  əsası 1992-ci 

ildə Heydər  Əliyev tərəfindən qoyulub. 2003-cü ildən bəri partiyanın 

sədri İlham  Əliyevdir. Yeni Azərbaycan Partiyasının lideri İ.Əli-

yev 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilən Azərbaycan Respubli-

kası Prezidenti seçkilərində qalib olub. 2010-cu il Azərbaycan Respubli-

kasının Milli Məclisinə seçkilərdə partiya 125 mandatdan 72-sinə sahib 

olmuşdur. http://az.wikipedia.org/wiki/Yeni_Azərbaycan_Partiyası

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

95 


 

edir, müstəqilliyin qorunmasının və möhkəmləndirilməsinin 

təmin olunmasını partiyanın  əsas vəzifəsi olduğunu bəyan 

edir. Azərbaycan dövlətinə  və onun qanunlarına tabe olan, 

ölkəmizdə  və onun hüdudlarından kənarda yaşayan bütün 

Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı 

isə onların ümumi, bölünməz Vətəni hesab edir. YAP 

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ... milli 

əxlaqi mentalitetinin, ... qorunmasını hamı üçün ümumi 

Vətən hesab olunan və xalqımızın dövlətçilik hissələrini, 

dövlət rəmzini yaşadan vahid Azərbaycan dövləti ilə 

bağlayır. Partiya milli dövlətçilik təfəkkürünə, zəngin, 

mənəvi, elmi-intellektual potensiala malik, humanist, 

vətənpərvər və ictimai cəhətdən fəal Azərbaycan vətəndaşı 

tərbiyə edilməsini milli və mənəvi inkişaf sahəsində başlıca 

vəzifə kimi müəyyən edir, milli inkişafı təmin edən başlıca 

amillər sistemində  mədəniyyətin oynadığı rolu yüksək 

qiymətləndirərək, ardıcıl və açıq mədəni siyasətin həyata 

keçirilməsini imperativ hesab edir.

56

 



Müəyyən tarixi inkişaf mərhələlərində  mənəvi və 

mədəni başlanğıcların cəmiyyətlərə qaytarılması bu cəmiy-

yətlərin dirçəlməsi və inkişafı baxımından böyük əhəmiy-

yətə malikdir. Lakin, əksər siyasi partiya və klubların 

                                            

56

Yeni Azərbaycan Partiyasının Proqramı. 



http://www.yap.org.az/view.php?lang=az&menu=73 

 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

96 


 

sənədlərində, bu partiya və klublarda “kök salmış 

vətənpərvərlərin” baxışlarında konkret insanın yerinin və 

rolunun, yeni şəraitdəki ehtiyac və  tələblərinin  müasir 

anlamı öz əksini tam tapmır.  

Hazırda, insanların həyatda öz layiqli yerlərini 

tapmaları üçün geniş imkanlara malik olduqları bir vaxtda, 

həyati dəyərlər hakimmillətçilik və ya ümummilli ideyalarla 

deyil, onların  şəxsi təşəbbüsləri,  şəxsi seçim imkanları ilə 

əlaqələndirilir. Məsələn, rus millətinin identikliyinin böhran 

vəziyyətində olduğu indiki şəraitdə milli-vətənpərvərlik və 

hakimmillətçilik ideyaları öz sosial statusunu milli 

mənsubiyyəti ilə artırmaq imkanı olanların tələblərini 

özündə ifadə edir. Əslində isə, polietnik bir cəmiyyətdə hər 

hansı bir millətin maraqlarının mütləqləşdirilməsi 

istiqamətində göstərilən istənilən cəhd böyükdövlətçilik 

siyasətinin və hakimmillətçilik  şovinizminin inkişafı üçün 

münbit şərait yaradır. Əlbəttə, burada müəyyən istisnalar da 

baş verə bilir. Məsələn, monoetnik tərkibə malik müasir 

Ermənistan cəmiyyətindəki fövqəlmillətçilik ideyalarını 

buna nümunə göstərmək olar.  

Polietnik cəmiyyətlərdə ayrı-ayrı, eyni zamanda 

inteqrasiya olunan xalqların cəmiyyətdə olan bütün 

xalqların maraqlarına cavab verən milli ideologiyalarının 

formalaşması  və conrakı inkişafı bu ideologiyalara vahid 

dövlət tərkibində xalqların etnik inkişafının vacib şərti 

hesab olunan müasir beynəlmiləlçilik konsepsiyası daxil 

edilmədən mümkün deyildir. Millətlərin dinc-yanaşı, sülh, 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə