İlham A.Mazanlı_________________________________________________________
125
şəkildə büruzə verməyə başlamışdır. Bununla belə, “üçüncü
dünya” ölkələrində, Şərqi Avropada və keçmiş Sovet
İttifaqında baş vermiş hadisələr göstərmişdir ki,
cəmiyyətdəki demokratikləşmə prosesləri dərinləşdikcə
milli azadlığın bu və ya digər baxışları və tipləri yeni
formalarda və yeni qüvvə ilə meydana çıxa bilər. Məsələn,
a) Banqladeşdə ikinci dəfə müstəmləkəsizləşməni; b)
Afrikada etno-milli amilin rolunun artmasını; c) keçmiş
SSRİ və Şərqi Avropa dövlətlərində suverenləşmə prosesini
buna misal göstərmək olar.
Milli azadlıq prosesində cəmiyyətdəki sosial, milli,
iqtisadi, dil, mədəniyyət və s. problemlərin həll olunmasına
da cəhdlər göstərilir. Həllini tapmayan problemlər növbəti
mərhələlərdə təkrar qaldırılır. Bu və ya başqa siyasi
qüvvələrin təsiri ilə beynəlxalq münasibətlərin deformasi-
yası da milli azadlıq şüarı altında dövlətlərin suveren
hüquqlarının bərpa olunması cəhdlərinin canlanmasına və
reallaşmasına şərait yaradır.
Tədqiq etdiyimiz millətlərarası və dövlətlərarası,
eyni zamanda, dövlətdaxili münasibətlərin kütləvi
informasiya vasitələrində işıqlandırılması təcrübəsinin
öyrənilməsi və yaxud da KİV-in bu istiqamətdə ikili
fəaliyətinin araşdırılması stalinizm terminindən istifdə
edilmədən mümkün deyildir. SSRİ-nin tərkibinə daxil
edilmiş və milli məsələlərin „həllində“ daha çox zərbələrə
və itkilərə (cəzalara) məruz qalmış xalqlardan biri (birincisi
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
126
– İ.M.) Azərbaycan xalqıdır və bu itkilərin böyük bir hissəsi
məhz Stalin irticası dövrünə düşür.
Ensiklopedik politologiya lügətində
70
stalinizm -
Stalin diktaturası dövründə SSRİ-də hökm sürmüş ictimai
münasibətlər və siyasi hakimiyyət sistemi kimi müəyyən
edilir. II Дünya müharibəsindən sonra bu sistem mülkiy-
yətin milliləşdirildiyi və planlı təsərrüfatın tətbiq edildiyi
bütün ölkələrdə (sosializm düşərgəsi ölkələrinndə) tətbiq
olunmuşdur. Bu ölkələrdə Sovet İttifaqının təzyiqi altında
ictimai quruluşun Stalin modeli qəbul olunmuşdu və bu
model yalnız təsərrüfat ukladına deyil, ölkənin ictimai-
siyasi həyatına, o cümlədən, milli, millətlərarası və
dövlətlərarası münsibətlərə və bu problematikanın KİV-də
işıqlandırılması praktikasına da tətbiq edilirdi. Stalinzmin
tədqiqatımızın pofilinə uyğun aşağıdakı istiqamət və
xarakterik cəhətlərini göstərmək olar:
1). milli münasibətlər sahəsində - hakim millətçilik
şovinizminin və antisemitizmin dirçəlməsi; milli
azlıqların və milli respublikaların hüquqlarını
məhdudlaşdıran unitar dövlət hakimiyyətinin
bərqərar edilməsi; uydurma antisovet, dövlət
70
Politologiya. Ensiklopedik lüğət. - Bakı: „Elm“ nəşriyyatı, 2007. səh.
265-266.
İlham A.Mazanlı_________________________________________________________
127
əleyhinə fəaliyyətdə ittiham olunan bir sıra
xalqların deportasiya olunması;
2). mənəvi sahədə - mədəni plüralizmin, elmi və
bədii yaradıcılıq azadlığının ləğvi; „dünyəvi
ideologiyanın“ yeni növünün – “rəhbərin“
şəxsiyyətinə pərəstişin bərqərar olması;
3). ideoloji sahədə - stalinizm yaydığı ictimai
münasibətlərin təbiətini və yeritdiyi siyasətin əsl
mahiyyətini heç bir məntiqi əsası olmayan
diskurslarla pərdələyir və ona bəraət
qazandırmağa çalışırdı.
Əldə etdikləri
„imtiyazları“ itirməkdən qorxan „siyasi mujiklər“
tərəfindən başlıca ideoloji vasitələrin, hər hansı
fikir azadlığını və sosial tənqidi boğmaq üçün
sosial boşboğazlığın və siyasi vahimələrin
(trotskiçilik, kosmopolitizm və s.) irəli sürülməsi.
Praktik siyasətdə stalinizm kobud empirizmə, siyasi
nəzəriyyənin və strategiyanın cari taktiki vəzifələrə tabe
edilməsinə əsaslanırdı. Siyasi göstərişlər tez-tez dəyişir və
bu dəyişmələrin „vacibliyini“ ictimaiyyətə izah etmək üçün
müəyyən nəzəri əsaslar „kəşf edilirdi“.
Stalinizm siyasi nəzəriyyə sahəsində prinsip etibarilə
yeni heç bir təlim və ya ideya yaratmamışdır. Stalinizm
əsassız marksist mülahizələrdən, siyasi mif və yarlıqlardan
istifadə edərək, xüsusilə də milli müasibətlər, mənəvi və
ideoloji sahədə, ictimai fikirdə, humanitar və hətta təbiət
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
128
elmlərində belə yeni, mütərəqqi nə vardısa, hamısını inkar
edilirdi. Məsələn, stalinizmin ideoloqları genetikanı və
nisbilik nəzəriyyəsini „burjua“ nəzəriyyələri və elmi,
kibernetikanı isə „yalançı elm“ adlandırırdılar.
1953-cü ildə Stalin vəfat etdikdən sonra SSRİ-də və
Şərqi Avropa ölkələrində stalinizmin qeyri-humanist
təzahürləri - kütləvi terror, “xilaskar rəhbərə“ pərəstiş və s.
aradan qaldırılsa da, stalinizmin əsl mahiyyəti hələ tam
araşdırılmamış, xüsusilə də Azərbaycan xalqına qarşı
edilən haqsızlıqlar öz qiymətini almamışdır. 60-cı illərin
ortalarından etibarən isə stalinizmin tənqid edilməsinə
əslində qeyri-rəsmi qadağa qoyulmuşdu. „Stalinin
varislərinin“ stalinizmin yaratdığı iqtisadi, sosial və siyasi
sistemi kökündən dəyişməyi istəməmələri və ya da bunu
bacarmamaları
həmin sistemin dağılmasını
sürətləndirmişdir. Bu isə öz əksini „yuxarıların“
korrupsiyaya qurşanmasında və
mənəvi cəhətdən
pozulmasında, „aşağıların“ isə sosial-siyasi süstlüyündə
tapmış, 70-80-ci illərdə iqtisadi artımın sürəti isə xeyli
azalmış, sosial təbəqələşmənin yeni formaları yaranmışdır.
Stalinin ölümündən sonra isə stalinizmin səciyyəvi
xüsusiyyətlərini özündə yaşadan rejimlərin dağılması
prosesi başlamış və nəhayət 80-90-cı illərdə başa çatmışdır.
Millətlərarası və dövlətlərarası münasibətlərin
təkmilləşməsində mühüm faktor olan KİV-in iştirakının
elmi xarakteristikasının açılması üçün müasir beynəlxalq
münasibətlərin aktorlarının müəyyən edilməsi və kütləvi
Dostları ilə paylaş: |